Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sayad
Sayad (Xaçmaz)
Sayad (Xaçmaz)
Sayad — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Sayad Hacıyev
Sayad Azad oğlu Hacıyev (14 mart 2001; Bazar, Zaqatala, Azərbaycan — 17 oktyabr 2020; Suqovuşan, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sayad Hacıyev 2001-ci il martın 14-də Zaqatala rayonunun Bazar kəndində anadan olub. 2007-ci ildə Bakıda 90 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ildə təhsilini 316 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə Bakı Şəhər Dövlət Dəmir yolu liseyinə qəbul olunub. Musiqiyə həvəsinə görə piano kursunda oxuyub. == Hərbi xidməti == Sayad Hacıyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sayad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sayad Hacıyev oktyabrın 17-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılıb.
Sayad Zeynalov
Sayad Zeynalabdin oğlu Zeynalov (30 avqust 1886, Ağköynək, Qazax qəzası – 1942) — Birinci dünya müharibəsinin iştirakçısı. Poruçik Sayad Zeynalabdin oğlu Zeynalov 1908-ci ilin noyabrında Gəncədəki podpraporşiklər məktəbini bitirib. Birinci dünya müharibəsində "Dikaya diviziya"nın Tatar-Azərbaycan alayında xidmət edib. SSRİ Mərkəzi Dövlət Hərbi Arxivindəki sənəddə onun haqqında belə yazılıb: "30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol quberniyasındakı Qazax qəzasının vətəndaşıdır. 1914-cü ildə könüllü olaraq Tatar süvari alayına daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporşik, sonra isə yunker rütbəsi alıb." 1914-cü il sentyabrın iyirmisindən Avstriya-Macarıstan və Almaniyaya qarşı döyüşlərin iştirakçısı olub. 1914-1916-cı illərdə cəbhələrdə göstərdiyi qeyri-adi qəhrəmanlığa görə Ağköynəkli praporşik Sayad bəy Zeynalabdin oğlu imperiyanin ən şərəfli Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur. "Müqəddəs Georgi" ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi vardı.
Stal Sayad
Stal Sayad (1880 – 1900) — ləzgi şair. == Həyatı == Stal Sayad 1880-ci ildə anadan olub. Onun şerlərini xalq mahnılarından, xalq yaradıcılığından ayırmaq çətindir. Sayadın şerlərinin çoxu nakam məhəbbətə həsr olunsa da, onlarda yaşamaq uğrunda mübarizə, o dövrün ədalətsizliklərinə qarşı mübarizə var. Həmkəndlisi kasıb rəncbərin oğlu Şıxrəhimlə Sayadın arasında böyük məhəbbət yaranır. Amma atası onu başqa kənddə yaşayan dövlətli adama verir. Qanunlara tabe olmaqdan başqa çarəsi olmayan Sayad çətin dövrdə başını aşağı əymir. Sayad ömrünün axırına kimi məhəbbətinə sadiq qalır. Onunla ömür yoldaşı olan adam onun ürəyinə yatmır. Uşaq vaxtlarından anasını itirən Sayad həyatın bütün çətinliklərini yaşayır.
Mayada Əl-Sayad
Mayada Əl-Sayad (26 oktyabr 1992, Berlin, Almaniya) — Fələstinli marafonçu. Mayada Əl-Sayad Fələstini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mayada Əl-Sayad birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 42 dəqiqə 28 saniyəyə qət edərək 157 marafonçu sırasında 67-ci yeri tutdu.
Sayad bəy Zeynalov
Sayad Zeynalabdin oğlu Zeynalov (30 avqust 1886, Ağköynək, Qazax qəzası – 1942) — Birinci dünya müharibəsinin iştirakçısı. Poruçik Sayad Zeynalabdin oğlu Zeynalov 1908-ci ilin noyabrında Gəncədəki podpraporşiklər məktəbini bitirib. Birinci dünya müharibəsində "Dikaya diviziya"nın Tatar-Azərbaycan alayında xidmət edib. SSRİ Mərkəzi Dövlət Hərbi Arxivindəki sənəddə onun haqqında belə yazılıb: "30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol quberniyasındakı Qazax qəzasının vətəndaşıdır. 1914-cü ildə könüllü olaraq Tatar süvari alayına daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporşik, sonra isə yunker rütbəsi alıb." 1914-cü il sentyabrın iyirmisindən Avstriya-Macarıstan və Almaniyaya qarşı döyüşlərin iştirakçısı olub. 1914-1916-cı illərdə cəbhələrdə göstərdiyi qeyri-adi qəhrəmanlığa görə Ağköynəkli praporşik Sayad bəy Zeynalabdin oğlu imperiyanin ən şərəfli Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur. "Müqəddəs Georgi" ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi vardı.
Mehman Sayadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Sayadlı
Sayadlı — Xızı rayonunda kənd. == Tarixi == == Mədəniyyət == Kənddə 1989-cu ildə Münəvvər Rzayevanın müəllifi olduğu "Mikayıl Müşfiqin monumental abidəsi" ucaldılmışdır.
Asif Sayadov
Asif Məhəmmədhənifə oğlu Sayadov (1 iyun 1977, İlisu, Qax rayonu) — Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi, Azərbaycan Vin Çun döyüş sənəti Federasiyasının prezidenti, Vinq Çun döyüş sənətinin ölkəmizdəki yaradıcısı, Beynəlxalq Samuel Kvok Vinq Çun assosiasiyasının (SMKMAA) və həmçinin Dünya Vinq Çun Birliyinin (WWCU) Azərbaycanda rəsmi nümayəndəsi, 5 qat dünya çempionu, 2023-cü ildən etibarən Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidentidir. == Həyatı == Asif Sayadov 1977-ci ildə Qax rayonunun İlisu kəndində doğulmuşdur. Orta təhsilini VII sinfə qədər Nizami adına İlisu kənd orta məktəbində və sonrakı illəri Qax rayon Olimpiya idman məktəbində (sərbəst güləş növü üzrə) davam etdirmiş. 1999-cu ildə isə Bakı Biznes Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirmişdir. 2002–2003-cü illərdə hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildə ikinci ali məktəbi — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. Ailəlidir, 2 övladı var. == Karyerası == Hələ uşaq yaşlarından idmanın karate, boks, sambo, sərbəst güləş və kikboksinq növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən (1995–1996) başlayaraq Azərbaycan Kunq Fu federasiyasında təlim məşqlərinə başlamışdır. 2000-ci ildən etibarən beynəlxalq yarışlarda ölkəmizi həm peşəkar idmançı kimi həm də məşqçi kimi təmsil etmişdir. Asif Sayadovun onlarla tələbəsi Avropa və dünya çempionatlarının qalibləri, mükafatçıları olmuşdur. Onun rəhbərliyi altında 2004-2008-2009-2012-2015–2019-cu illərdə yetirmələri müxtəlif Avropa və dünya çempionatlarında böyük uğurlar qazanıblar.2007–2008-ci illərdə Vinq Çun üzrə dünyaca məşhur "Canlı Əfsanə" titullu çinli Böyük Usta Samuel Kvokdan vinq çun dərsləri almış və bu döyüş sənətinin sirlərinə dərindən yiyələnmişdir.2008-ci ildə Beynəlxalq Vinq Çun Assosiasiyasına Azərbaycan üzrə səlahiyyətli nümayəndə seçilərək, Vinq Çun döyüş sənətini rəsmi olaraq ölkəmizə gətirmiş və bu döyüş sənətinin ölkəmizdə tanınmasında və inkişafında böyük əməyi olmuşdur.
Hayad
Hayad — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Hayad kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Ayad variantında da qeydə alınmışdır. Keçmış adı Axmaxlı olmuşdur. Bu ad axmaxlı nəslinin adı ilə bağlı idi. Ayalılar isə elmi ədəbiyyatda tatarların tərkib hissəsi kimi göstərilir. Qubadlı rayonu ərazisində Ayadı Tağa adlı dağ qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir.
Sarad
“Sarad” İranın “Sarad Group” şirkəti tərəfindən hazırlanan çoxməqsədli pilotsuz uçuş aparatıdır. “Sarad” PUA-sı 2011-ci ildə İran təyyarələri və aerokosmik mütəxəssislərinin məhsuludur. Bu kiçik cihaz, müxtəlif məqsədlər üçün istifadə edilə bilən bir təyyarənin miniatür versiyasına bənzəyir, ondan ərazinin aerofotoqrafiyası, yanğın təhlükəsizliyinə nəzarət, axtarış əməliyyatları və s. məqsədlər üçün istifadə edilə bilər. “Sarad” pilotsuz uçuş aparatının olduqca sadə dizaynı sayəsində qiyməti çox münasibdir və işlədilməsi baxımından çox sadədir, bu da ona ciddi populyarlıq qazandırır. Bu vasitə yalnız mülki sferada maraq doğurur, burada ondan əsasən aerofotoqrafiya ilə əlaqəli işlərdə istifadə olunur. “Sarad” pilotsuz uçuş aparatı çox böyük ölçülərə malikdir. Füzelyajın uzunluğu 1.8 metr, qanad uzunluğu 3.4 metrdir, lakin kifayət qədər güclü mühərrik və yaxşı aerodinamika sayəsində dron olduqca manevrlidir. “Sarad” pilotsuz uçuş aparatı maksimal uçuş sürətini 80 km/saata çatdırmağa imkan verən tək porşenli mühərriklə təchiz olunur, bu cihazın maksimal məsafəsi isə 7 kilometr məsafəni keçmir. “Sarad” bir ədəd yüksək qətnaməli kamera ilə təchiz olunur.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Sayda
Pollachius virens (lat. Pollachius virens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin treskalar fəsiləsinin pollachius cinsinə aid heyvan növü.
Soyad
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Asena (soyad)
Orxan Asena — türk teatr sənətçisi. Duyğu Asena — türk jurnalist və yazıçı. Reyhan Asena Keskinci — türk aktyor.
Aşıq Savad
Aşıq Savad – azərbaycanlı şair və aşiq. == Həyatı == Aşıq Savad Axund Şəfi qızı Nəsibova, 1885-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Əmisi Molla Şabandan, atası Axund Şəfidən, qardaşları Hacı Rəhimdən və Molla Mehdidən ruhani təhsili almışdır. Tanıyıb sevmədiyi, Göyçə mahalının Sarıyaqub kənd sakini Temir adlı birisinə ərə verilmişdir. Temirdən saz havalarını çalmağı öyrənmiş və aşıqlıq etmişdir. Toylarda, el şənliklərində özünün və xüsusən də ustad aşıqların dillər əzbəri olan sözlərini çalıb-oxumuşdur. Aşıq Savad 1970-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində vəfat etmiş və orada da dəfn edilmişdir. Aşıq Savad haqqında bir neçə kitablarda məlumat verilmişdir: 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Aşıq Savadın qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh. 160–161). 2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında da qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh.
Dyörd Sabad
Dyörd Sabad (mac. Szabad György; 4 avqust 1924, Arad – 3 iyul 2015, Budapeşt) — Macar siyasi xadimi və tarixçisi, Macarıstan Demokratik Formunun yaradıcısı və üzvü. Dyörd Sabad 1990–1994-cü illərdə Macarıstan Milli Məclisinə sədrlik etmişdir. O, "Batyani Professorlar Cəmiyyəti"nin üzvlərindən biri olmuşdur. Dyörd Sabad 2015-ci ildə 90 yaşında vəfat etmişdir. == Əsərləri == A tatai és gesztesi Esterházy-uradalom (1957) Forradalom és kiegyezés válaszútján 1860–61 (1967) Hungarian Political Trends… 1849–1867 (1977) Kossuth politikai pályája (1977) Az önkényuralom kora 1849–1867 (1979) Miért halt meg Teleki László?
Erix (soyad)
Rafael Erix (1879—1946) — siyasətçi.
Gözəl (soyad)
Gözəl — Soyad. Abdulbari Gözəl — iş adamı, Azersun Holdinqin prezidenti. Həsən Cəlal Gözəl (1945–2018) — türk siyasətçisi və bürokrat. Tahir Gözəl (1972) — "Qarabağ" futbol klubunun vitse-prezidenti.
Hacılı (soyad)
Hacılı — Azərbaycanda çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Arif Hacılı — Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri. Vəkil Hacılı — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970). Ramin Hacılı — azərbaycanlı siyasi-ictimai xadim. Hacı Hacılı — Təbiət elmləri doktoru.Bu təxəllüsü olan tanınmış insanlar Asif Hacılı — Bakı Slavyan Universitetinin rektoru.
Həsənli (soyad)
Həsənli — Azərbaycanda çox işlədilən soyad, təxəllüs. Bu soyadı olan tanınmış insanlar Alı Həsənli (1995—2020) — Vətən müharibəsi şəhidi. Amid Həsənli (1996—2020) — Vətən müharibəsi şəhidi. Cəmil Həsənli (d. 1952) — azərbaycanlı tarixçi; alim; ictimai-siyasi xadim. Elxan Həsənli (d. 1974) — Azərbaycan əsilli İsveçrə tarixçisi. Fərrux Həsənli (d. 1947) — Azərbaycan alimi. Elçin HəsənliElçin Həsənli (çavuş) (1998—2020) — Vətən müharibəsi şəhidi.
Kərimbəyli (soyad)
Kərimbəyli — Azərbaycanda daha çox işlədilən təxəllüs və soyad. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Bəhram bəy Kərimbəyli — sərhəd komandiri, milis rəisi. Şirinxanım Kərimbəyli — şair-dramaturq, publisist.
Lomonosov (soyad)
Lomonosov — rus soyadı. Mixail Lomonosov — Dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik. Sergey Lomonosov — Rusiya siyasətçisi. Yuri Lomonosov — Rus dəmir yolu mühəndisi, dünyanın ilk teplovozlarından birinin ixtiraçısı, sosial-demokrat, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi yanında Döyüş Texniki Qrupunun üzvü.
Metyü Seyad
Matye Syed (2 noyabr 1970) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Matye Syed Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Matye Syed Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Milan (soyad)
Milan — soyad.
Osmanlı (soyad)
Osmanlı — Türkiyənin keçmiş adı; Osman adından yaranan soyad və təxəllüs. Natella Osmanlı — azərbaycanlı yazıçı, bloger, jurnalist Dəyanət Osmanlı — Erkin Osmanlı — Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru.
Aminat Şayan
Aminat Şayan (29 oktyabr 1993) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.