Sayad Azad oğlu Hacıyev (14 mart 2001; Bazar, Zaqatala, Azərbaycan — 17 oktyabr 2020; Suqovuşan, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Sayad Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bazar, Zaqatala, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər, Azərbaycan |
Dəfn yeri | Bazar |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
![]() |
Sayad Hacıyev 2001-ci il martın 14-də Zaqatala rayonunun Bazar kəndində anadan olub. 2007-ci ildə Bakıda 90 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ildə təhsilini 316 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə Bakı Şəhər Dövlət Dəmir yolu liseyinə qəbul olunub. Musiqiyə həvəsinə görə piano kursunda oxuyub.
Sayad Hacıyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.[2]
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sayad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Sayad Hacıyev oktyabrın 17-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sayad Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]