Hayad — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Hayad kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[2] 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Hayad kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[3]
Hayad | |
---|---|
40°03′10″ şm. e. 46°38′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Ayad variantında da qeydə alınmışdır. Keçmış adı Axmaxlı olmuşdur. Bu ad axmaxlı nəslinin adı ilə bağlı idi. Ayalılar isə elmi ədəbiyyatda tatarların tərkib hissəsi kimi göstərilir. Qubadlı rayonu ərazisində Ayadı Tağa adlı dağ qeydə alınmışdır.[4]
Kənd dağlıq ərazidə yerləşir.