Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svalbard
Şpitsbergen (alm. Spitzbergen‎), həmçinin Svalbard (norv. Svalbard), pomor Qrumant — Şimal Buzlu Okeanında, 76°26' və 80°50' şimal genişliyi, 10° və 32° şərq uzunluğunda yerləşən böyük qütb arxipelaqı. Norveçin ən şimal hissəsi. Mərkəzi Lonqyirbyuen şəhəridir. Bu Yer Kürəsində ən şimalda yerləşən inzibati mərkəz hesab olunur. Arxipelaq və ətraf zona hərbisizləşdirilmiş ərazidir. Əhalisi 2600 nəfərdir, 2009-cu il. 17-18-ci əsrlərdə uzaq şimala üzən balinaçılar adalardan baza kimi istifadə edirdilər; sonradan arxipelaq tərk edildi. Kömür hasilatı 20-ci əsrin əvvəllərində başlamış və bir neçə daimi icma yaradılmışdır.
Cabbar
Cabbar — Azərbaycanlı kişi adı.
Reyhanə Cabbari
Reyhanə Cabbari (5 noyabr 1987, Tehran – 25 oktyabr 2014, Qohardaşt həbsxanası[d]) — törətdiyi ölüm hadisəsinə görə dar ağacından asılmış İran qadını. Reyhanə məhkəmədə bildirirdi ki, öldürülən ona hücum edib və o özünü qoruyurdu. Vəkillərin səyinə, beynəlxalq ictimaiyyətin ciddi etirazına və hətta prokurorluğun dəstəyinə baxmayaraq R. Cabbari hökümdən 7 il sonra asıldı.. == Reyhanə Cabbarinin son məktubu == Edam edilən Reyhanə Cabbari ölməmişdən qabaq anasına yazdığı məktub yayımlandı. R. Cabbarinin anasına son məktubunda deyilir: "Sevgili Şölə! Bu gün öyrəndim ki, qisasla tanış olmaq növbəsi mənim imiş. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün küsgünəm. Bilməyimi lazım görmədin? Nə qədər üzgün olduğumu bilirsən. Niyə sənin və atamın əlini öpmək imkanı vermədin mənə?
Sədaqət Cabbari
Sədaqət Cabbari — Müasir xəttat və qrafik dizayneri. Tehran universitetinin gözəl sənətlər fakültəsindən incəsənət tədqiqatı sahəsində təhsil alıb.
Aşıq Cabbar
Aşıq Cabbar (20 avqust 1950, Ağbulaq, Laçın rayonu) — aşıq, Laçın rayonunun "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, 1977-ci ildə Tacikistanda keçirilmiş zəhmətkeşlərin I Ümumittifaq yaradıcılıq festivalının laureatı. == Həyatı == Aşıq Cabbar 20 avqust 1950-ci ildə Laçın rayonun Ağbulaq kəndində anadan olub. 1969-1974-cü illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Cabbar (Maku)
Cabbar — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 8 km cənub-şərqdədir.
Cabbar Abdullayev
Cabbar Yolçu oğlu Abdullayev (16 mart 1936, Arış, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycann pedaqoqu, Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi. == Həyatı == Cabbar Abdullayev 16 mart 1936-cı ildə Azərbaycan Respublikasının Qaryagin rayonunun (indiki Füzuli rayonu) Arış kəndində anadan olmuşdur. 1953-cü ildə Füzuli rayonunun Qarğabazar kənd orta məktəbini bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olmuşdur. 1960-cı ildə həmin institutun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1960- 1965-ci illər Zəngilan rayonunda fizika-riyaziyyat müəllimi kimi çalışmışdır. 1965-1972-ci illərdə Jdanov (indiki Beyləqan) şəhər 1 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. 1992-ci ildə Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. 1992-1993-cü illərdə Qarabağ döyüşlərində fəal iştirak etmişdir. 1993-cü ildə Füzuli şəhər sovetinin sədri vəzifəsində işləmişdir.
Cabbar Bağçaban
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Cabbar Dadaşev
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969–1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975–1980-ci illərdə V. İ. Lenin adına A. R. İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980–1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Cabbar Faiqov
Cabbar Hacıyev
Hacıyev Cabbar Niyətulla oğlu — tibb elmləri doktoru, professor. == Həyatı == 1950-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində, sonra Bakıda Tibb Universitetində Lenin təqaüdü ilə oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975-ci ildən Azərbaycan Cərrahlar Cəmiyyətinin,1998-ci ildən Avroasiya Qastroenteroloji Cəmiyyətin üzvüdür. 1982-ci ildən gənclərin Ümumittifaq Elmi-Texmiki Yaradıcılıq müsabiqəsinin laureatı olmuş, 2002-ci ildə XXI əsrin tanınmış həkimi, 2003-cü ildə isə XXI əısrin tanınmış alimi Beynəlxalq diplomlarına layiq görülmüşdür. Rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. 250-dən çox elmi əsərin, 9 ixtira və patentin,1 monoqrafiyanın, 2 dərsliyin müəllifidir. Dalağın zədələnmələrində 5 üzvqoruyucu əməlyyatların (Hacıyev əməliyyatı) və iki tikiş növünün (Hacıyev – Abasov tikişləri) müəllifidir (Azərb. Səhiyyə Nazirliyinin saytından). Cərrahlıqda "Reqenerasiyanın limfoid tənzimi" adlı yeni elmi istiqamətin əsasını qoyanlardan biridir.
Cabbar Həşimov
Cabbar Məcnunbəyov
Cabbar Məcnunbəyov (20 iyun 1912 – 1 fevral 1967) — Azərbaycan yazıçısı, dramaturq. == Həyatı == "Vətən yolunda" qəzetinin redaksiyasında “Gənc bolşevik”i işləmişdir.
Cabbar Məhəmmədzadə
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır. == Həyatı == Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-müsəlman məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.
Cabbar Nəcəfov
Nəcəfov Cabbar Sərdar oğlu (11 aprel 1971, Naxçıvan) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müdiri, dosent, aqrar elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == 1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1992-cu ildə Ukrayna Respublikasında Kirovoqrad Kənd Təsərrüffatı Maşınqayırma İnstitutunun Kənd Təsərrüffatı Maşınları fakültəsini mühəndis-mexanik ixtisası ilə bitirmişdir. == Peşə və elmi fəaliyyəti == 1992-ci ildə Babək rayon 2 saylı üzüm emalı zavodunda baş mühəndis vəzifəsində işə başlamışdır. 1993-1996-cı illərdə hərbi xidmətdə olmuş, Qarabağ müharibəsi veteranıdır. 1998-ci ildən - 2003-cü ilədək Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin Naxçıvan Fililialında aparıcı mütəxəssis və fond mühafizəçisi vəzifəsində çalışmışdır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2023-cü ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müdiridir. 2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna qiyabi aspirant kimi daxil olmuş və 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Naxçıvan Muxtar Respublikasının az yayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda" fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək, 13 aprel 2010-cu ildə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən, ictimai əsaslarla xaricdən gətirilmiş calaq əkin materialı ilə salınmış üzüm bağlarına Naxçıvan Bölgəsi üzrə nəzarət komissiyasının sədri təyin olunmuşdur.
Cabbar Oğuz
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969–1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975–1980-ci illərdə V. İ. Lenin adına A. R. İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980–1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Cabbar Qaryağdı
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Cabbar Qaryağdıoğlu

Cabbar Qasımov
Cabbar Ağadadaş oğlu Qasımov (9 fevral 1935, Bakı – 19 oktyabr 2002) — plakatçı rəssam, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Cabbar Qasımov 9 fevral 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1963-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Cabbar Qasımov 1965-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmiş, İttifaqın Rəyasət Heyətinin üzvü və plakat bölməsinin sədri olmuşdur. Professor Cabbar Qasımov yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərmiş, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında işləmişdir. Cabbar Qasımov 19 oktyabr 2002-ci ildə vəfat etmişdir. == Yaradıcılığı == Cabbar Qasımov yaradıcılığına plakatçı rəssam kimi fəaliyyətə başlamış, Azərbaycanda bu sahədə aparıcı rəssam kimi tanınmışdır. O həmçinin rəngkarlıq əsərləri də yaratmış, kitab qrafikası və monumental sənətlə də məşğul olmuşdur. Onun yaratdığı plakatlar məzmunu, mövzu aktuallığı və emosionallığı ilə seçilirdi. Rəssamın yaradıcılığında "Lenin yolu ilə kommunizmin qələbəsinə doğru" (1970), "Planetin uşaqlarına sülh", "Torpağı qoru və onu sev" əsərləri əhəmiyyətli yerə malikdir.
Cabbar Quliyev
Cabbar Əli oğlu Quliyev (19 may 1922, Zəhmət, İrəvan qəzası – sentyabr 2004, Bakı) — Ermənistan SSR əməkdar rəssamı (1967), Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Cabbar Quliyev 19 may 1922-ci ildə Ermənistanın Zəngibasar mahalında Haçaparaq (Zəhmət) kəndində anadan olmuşdur. 1941-ci ildə İrəvan Dövlət Pedaqoji texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsində iştirak edərək, İtaliya və Yuqoslaviya partizan hərəkatının fəal üzvlərindən olub. Onun döyüş yoldaşları Sovet İttifaqı Qəhrəmanıl Mehdi Hüseynzadə, tanınmış partizanlar Cavad Həkimli, İbrahim Bayramov və başqaları olmuşdur. Müharibədən sonra 45 il müəllimlik edib. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1961-ci ildən 1988-ci ilə kimi İrəvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləmişdir. 1967-ci ildə Ermənistan SSR Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. 50 illik rəssamlıq fəaliyyəti dövründə 4000-dən artıq əsər yaradıb, 23 dəfə fərdi sərgisi təşkil olunub.
Cabbar Əfəndizadə
Cabbar Qasım oğlu Əfəndizadə (1887, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1930-cu illər, İzmir, Türkiyə) — şair, ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923), Azərbaycan Ədəbiyyat Cəmiyyətinin (1925) üzvü, 1-ci Türkoloji Qurultayının iştirakçısı. Tənqidçi C.Əfəndizadənin də "Aprel və ədəbiyyat" adlı məqaləsində H. Cavid yaradıcılığının təhlil etmişdir. == Əsərləri == Cabbar Əfəndizadə. "Ədəbiyatta Fütürizm", "Maarif və Mədəniyyət" dərgisi, 1926, No: 7. == İstinadlar == == Xarici keçidlər == Aslan Kavlak. "Bakü'ye gidiyorum ay balam" : Nâzım Hikmet'in Azerbaycan'daki izleri, 1921-1963 Aysel Quliyeva. 1930-cu illər Azərbaycan ədəbi tənqidinin poeziyaya estetik ve ideoloji yanaşmaları (Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya).
Cabbar Əliyev
Cabbar Əli oğlu Əliyev (15 yanvar 1904, Naxçıvan – 30 noyabr 1973, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Cabbar Əliyev 15 yanvar 1904-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1921–1924-cü illərdə Bakı Pedaqoji Texnikumunda, sonra Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb. Abbasmirzə Şərifzadənin bir müddətlik rəhbərlik etdiyi Mərkəzi fəhlə klubunun dram dərnəyində çalışıb. 1929-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. 24 may 1960-cı ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub. Əli adlı yeganə oğlu olmuşdur. Cabbar Əliyev 30 noyabr 1973-cü ildə vəfat etmişdir.
Cabbar Əsgərzadə
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Əminə Cabbar
Əminə Ayyar qızı Cabbar (krımtat. Emine Ayar qızı Ceppar) və ya Əminə Ayyarovna Cabbarova (ukr. Еміне Айярівна Джапа́рова; 5 may 1983, Krasnodar) — Krım tatarı mənşəli Ukrayna siyasi və dövlət xadimi, jurnalisti, Ukrayna Xarici İşlər nazirinin birinci müavini. == Erkən illəri == Əminə Ayyar qızı Cabbar 5 may 1983-cü ildə SSRİ-nin bir hissəsi olan RSFSR-nin Krasnodar şəhərində bir Krım tatarı ailəsində anadan olmuşdur. O, orta təhsilini Krımda almışdır. Cabbar 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər ixtisasına daxil olmuşdur. O, ABŞ Dövlət Departamentində və Ukrayna Ali Radasında təcrübə keçmişdir. Cabbar 2006-cı ildə beynəlxalq politoloq və ingilis dilindən tərcüməçi diplomlarını fərqlənmə diplomu ilə almışdır. Cabbar 2005-ci ildə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Ziyarətçi Liderlik Proqramı" və "Gənclər üçün Alternativ" proqramlarında iştirak etmişdir. O, həmin il Ali Rada sədrinin birinci müavini Katibliyində keçirilən "Gənclər Alternativi" təcrübəsində iştirak etmişdir.
Cabbar Musayev
Cabbar Musayev (tam adı: Cabbar Hafiz oğlu Musayev) — Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı. Dövlət qulluğu müşaviri. == Həyatı == Cabbar Musayev 1981-cü ildə Naxçıvan şəhərində anadan olub. Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb. 2016-cı ilin aprel ayının 18-dən 2024-cü ilə kimi Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 04 noyabr 2024-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. == Mükafatları == 23 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.