Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Seyk
𐕚 (səslənməsi /s/, transkripsiyası S, s) — Alban əlifbasının 43-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սէկ (Sēk) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki S səsi ilə eyniləşdirirlər.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Sehr
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Eyr
Eyr-Nort — Avstraliyada ən böyük axarsız şor göl. Materikin quraq, səhralı cənub hissəsində, dəniz səviyyəsindən 16 m aşağıdadır. Yalnız yayda, ona çaylar töküldüyü vaxt su ilə dolur. Bu dövrdə sahəsi təqribən 15000 km²-ə çatır. İlin başqa fəsillərində quruyaraq, şoranlığa çevrilir. 1840-cı ildə gölü kəşf etmiş ingilis səyyahı C. Eyrin şərəfinə adlandırılmışdır. == Mənbə == Azərbaycan sovet ensiklopediyası Bakı 1979.
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Qeyr Landestad
Qeyr Landestad (17 yanvar 1945, Sulitjelma[d], Nurlann – 22 sentyabr 2023) — Norveç tarixçisi, 2014-cü ilə qədər Norveç Nobel İnstitutunun direktoru. 2014-cü ildə Olav Nyolstad Nobel İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Norveç Nobel Komitəsinin katibi vəzifəsini də icra etməsinə baxmayaraq özü komitənin üzvü deyil. Landestad Sulitelmedə anadan olub, Oslo və Tromsyo Universitetlərində tarix ixtisası üzrə təhsili alıb və 1970-ci ildə filologiya elmləri üzrə fəlsəfə doktoru dərəcəsinə, 1976-cı ildə isə doktorluq elmi dərəcəsinə yiyələnmişdir. 1974–1990-cı illərdə Norveç Nobel İnstitutu və Komitəsinə qoşulmazdan əvvəl Tromsyo Universitetinin pedoqoq olmuşdur. Sonradan, Oslo Universitetində Beynəlxalq tarix mövzusunda mühazirələ verib. Landestad bir neçə il ABŞ-də Harvard Universitetində tədqiqatçı kimi də çalışmışdır. Landestad Norveç Elmlər Akademiyasının üzvüdür. International Relations Since the end of the Cold War. New & Old Dimensions in International Relations.
Sehr Nazirliyi
Magiya Nazirliyi — Coan Roulinqin Harri Potter romanında yaratdığı dünyada, London'da qurulmuş olan uydurma bir nazirlikdir. Bu təşkilat, Britanya'daki sehrbaz dünyasının rəhbərliyindən məsuldur. Əsas vəzifəsi, Maqlları cadugər dünyasından uzaq tutmaqdır. Bu kompleks və çox bürokratiya tələb edən bir vəzifədir. Nazirlik binası yerin altındadır və girmək üçün, yer üstündəki telefon daxmasında 6-2-4-4-2 kodunu girmək lazımdır. Əlavə olaraq ora cisimlənmək və yaxud "uçan barıt" ilə buxarlaşmaq olur. Maql baş naziri sehr dünyasından xəbərdardır. Və digər dünya liderləri də Sirius Blek ve 10 ölüm yeyənin Azkaban həbsxanasından qaçması ilə birlikdə, Kornelius Fac (ing. Cornelius Fudge) bunun maqllara qarşı da bir təhlükə yaratdığını düşündükdən sonra bu barədə maql baş nazirinə olanları demişdir. Həm də Nazirlik bəzi Sehrli məxluqların əldən qaçması kimi xüsusi hallarda da, Səhv Məlumatlandırma Ofisi (Sehrli Məxluqların Təşkil Edilməsi və Nəzarət Dairəsinin alt hissəsidir) maql baş nazirinə, maqlları inandırabiləcək hekayələr uydurma mövzusunda köməkçi olmaqdadır.
Sevr müqaviləsi
Sevr müqaviləsi (fr. Le Traité de Sèvres) — 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi". Müqavilə 10 avqust 1920-ci ildə Birinci Dünya müharibəsindən sonra Parisin 3 km qərbində, Sevr şəhərinin ətrafındakı Keramika Muzeyində (fr. Musée National de Céramique) imzalanmışdır. Müqavilənin imzalandığı dövrdə davam edən Türk İstiqlal Müharibəsi nəticəsində türklərin qələbəsi ilə bu müqavilənin əvəzinə 24 iyul 1923-cü ildə Lozanna Müqaviləsi imzalanaraq həyata keçirildiyi üçün Sevr müqaviləsi qüvvəsini itirmişdir. Sevr müqaviləsi 433 maddədən ibarət idi. Birinci Dünya Müharibəsindən sonra Antanta Dövlətləri və Avstriya arasında Sen-Jermen sülh müqaviləsi (1919), Macarıstan arasında Trianon sülh müqaviləsi və Bolqarıstan arasındakı Neyr Sazişinin imzalanmasına baxmayaraq, 1919-cu ilin mayında Osmanlı İmperiyası ilə sülh müqaviləsi imzalanmadı və danışıqlar qeyri-müəyyən müddətə təxirə salındı. Bunun əsas səbəbi Antanta Dövlətlərinin Osmanlı İmperiyasını bölüşdürmə istəyi idi. Antanta dövlətləri Ali Məclisinin 7 may tarixli qərarına əsasən İzmir 15 mayda yunanlar tərəfindən tutuldu. Bu hadisə bütün Türkiyədə güclü bir milli narazılığa səbəb oldu.
Seye Ogunleve
Seye Ogunleve (30 avqust 1991, Laqos, Nigeriya) — Nigeriyalı atlet. Seye Ogunleve Nigeriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Seye Ogunleve birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.26 saniyəlik nəticə ilə 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Serr-Nerpol
Serr-Nerpol (fr. Serre-Nerpol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38275. Kommunanın 2012-ci il üçün əhalisi 299 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Steyr AUG
Steyr AUG Avstriya istehsalı hücum silahı. Steyr Mannlicher şirkəti tərəfindən istehsal olunur. AUG adı isə Armee Universal Gewehr yəni Universal Ordu Silahı.
Virciniya Deyr
Virciniya Deyr (ing. Virginia Dare; 18 avqust 1587, Roanoke Koloniyası, Şimali Karolina – bilinmir, ən tezi 1587 və ya ehtimal ki, XVII əsr, Roanoke Koloniyası, Şimali Karolina) — Amerikada doğulan ilk ingilis.
DJ Seym
Steyr TMP
TMP (ing. Tactical Machine Pistol – taktiki avtomatik tapança) — Avstriyanın Steyr Arms şirkəti tərəfindən istehsal olunan 9x19 mm Parabellum patronu üçün kameralı avtomatik tapança. Silahların seriyalı istehsalı 1992-ci ilin sonunda başladı.
Seyf kassa
Seyf, genəlliklə daha iri bir seyf və ya bank kasasında qorunan şəxsi əşyaların saxlandığı depozit qutusu kimi bilinir. Seyf qutuları əsasən bank filiallarında, poçt şöbələrində və ya digər müəssisələrdə mövcuddur. Bu qutular, qiymətli daşlar, qiymətli metallar, valyuta, satıla bilən qiymətli kağızlar, dəbdəbəli mallar, vəsiyyətnamələr, əmlak aktları və ya doğum haqqında şəhadətnamələr kimi əhəmiyyətli əşyaların saxlanması üçün istifadə olunur. Seyf qutuları, hırsızlıq, yanğın, müdaxilə və ya digər təhlükələrdən qorunmaq üçün təyin olunmuşdur.
Lisanüt-teyr
"Lisanüt-Teyr" və ya “Lisanut-Tayr” (ərəb. لسان الطیر‎; azərb. "Quşların dili"‎) — XVI əsrdə məşhur özbək şairi Əlişir Nəvai tərəfindən yazılmış əsər. Bu əsər Nəvainin sufi düşüncələrini və fəlsəfi baxışlarını əks etdirən mühüm poetik bir əsərdir və onun farsca qələmə aldığı əsərlərdən biridir. "Lisanüt-Teyr" Fəridəddin Əttarın "Məntiqüt-Teyr" əsərinin təsiri altında yazılmışdır və bənzər mövzulardan bəhs edir. Əttarın əsərində olduğu kimi Nəvainin əsərində də quşların simvolik və mənəvi səyahəti təsvir olunur. Əsas mövzu yenə də quşların öz hökmdarları olan Simurqu tapmaq üçün uzun və çətin bir səyahətə çıxmasıdır. Simurq burada haqqı və həqiqəti təmsil edir. Quşlar isə insan ruhunu və onun mənəvi kamillik yolunda keçdiyi mərhələləri simvolizə edir. Nəvainin "Lisanüt-Teyr" əsərində diqqət çəkən məqam odur ki, o, öz dövrünün sufi düşüncələrini dərin poetik ifadələrlə zənginləşdirir və insanın Allaha çatmaq yolundakı maneələri və keçməli olduğu mərhələləri özünəməxsus şəkildə izah edir.
Məntiqüt-Teyr
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Sədr
Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Səfəvi dövlətində sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir. Bəzi mənbələrdə bədənin bu hissəsinə qəlb deyilir. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi "sədrneşin", yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan "sidr" ağası kimi, ya da məclisdə başda oturan mənasını da verməkdədir. I Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra ondan əvvəl bölgədə hökmranlıq edən Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış və onların dövlət quruluşu və divan sisteminə bənzər bir təşkilat yaratmışdı. Azərbaycan Səfəvilər səltənətinin qurucusu olan Şah İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar təşkil edirdi.Dini və qəzai mövqelərə isə seyid, müctəhid, şeyxlər, üləmalar arasından seçilən şəxslər təyin edilirdi.Bu barədə İsgəndər bəy Münşi yazır: "Bu vilayət nişanəli sülaləsində qayda bu cür idi ki, seyidləri və ruhaniləri himayə etmək, onların işlərinə cavabdeh olmaq, vəqflərin idarə olunması və şəriətin yayılması üçün vəsaitlərin xərclənməsi kimi öhdəliklər daşıyan sədarət vəzifəsi yüksək dərəcəli və pəhrizkar seyidlərdən savayı, digər bir kimsəyə tapşırılmazdı." Belə ki, Şah İsmayıl həm hərbi həm siyasi həm də dini məqamları bir yerdə cəmləmək, onları dövlət məqsədləri çərçivəsində istiqamətləndirmək və Səfəvi dövləti ərazisində şiələşdirmək siyasətini həyata keçirmək üçün sədarət vəzifəsini yaratdı. Bu vəzifəni ilk icra edən şəxs isə Şah İsmayıla səltənət tacını taxan Qadı Şəmsəddin Mövlana Lahıcı Gilani olmuşdur.
Şeir
Şeir (ərəb. شعر‎) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir. Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Öz aralarında cüt-cüt qafiyələnərək müstəqil məzmun ifadə edən misralara beyt deyilir.
Şeys
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Şeyx
Şeyx (ərəb. شيخ‎) — Ərəbcə hörmət ifadəsini yetirən tituldur. Söz "yaşlı" deməkdir."lider" və ya "vali" mənasını verir. Ümumiyyətlə, atasından sonra bu ünvanı almış qəbilənin ən böyük və önəmli adamına deyilir və ya bir tələbə əsas İslam məktəbini bitirdikdən sonra bu ünvan o, tələbənin adının əvvəlinə gəlir. Azərbaycan dilinə ərəbcədən keçmişdir və ümumiişlək söz olmuşdur.
Şayr
Şayr (ˈʃaɪr, ˈʃaɪər, ʃɜ ya da ʃɪə, Azərbaycan dilində 'şayr' və ya 'şir' kimi tələffüz oluna bilər) — Böyük Britaniya, Avstraliya, ABŞ kimi digər bəzi ingilisdilli ölkələrdə inzibati ərazi bölgüsü üçün istifadə edilən ənənəvi termindir. Əsasən qraflıq (ing. county) ilə sinonimdir. Hal-hazırda Avstraliyanın bəzi kənd yerlərində şayr yerli özünüidarəetmə ərazisi olsa da, Avstraliyanın inzibati bölgüsü olan qraflıq (ing. county) ilə sinonim deyildir. Anqlo-saksların dövründə şayr (köhnə ingilis dilində scir) hundred (handrid deyə tələffüz edilir, mənası yüz deməkdir) adlanan inzibati vahiddən bir səviyyə yuxarı inzibati vahid idi. Böyük Alfredin (871-899) dövründə cənubda tətbiq olunmağa başlanmış olan bu inzibati vahidin Sülhpərvər Edqard (959-975) dövründə yaradıldığı güman edilir. Şayrlara ealdorman və shire-reeve (şir-riv deyə tələffüz edilir, şerif deməkdir) başçılıq edirdi. Britaniyanın Normanlar tərəfindən fəth edilməsindən sonra, əyalətlər üçün rəsmi olaraq fransız sözü olan county (qraflıq) terminindən istifadə edilməyə başlanılmış və bu termin şayrı əvəz etmişdir. Lakin xalq arasında geniş yayılmış olan şayr termini müntəzəm olaraq rəsmi qeydlərdə görünməyə davam etmiş və Çeşir (ing.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Əmək məhsuldarlığı
Əmək məhsuldarlığı — əməyin səmərəliliyini xarakterizə edən göstərici. Əmək məhsuldarlığı bir işçinin vaxt vahidində istehsal etdiyi məhsulların sayı ilə ölçülür. Tərs dəyər — əmək intensivliyi — istehsal vahidinə sərf olunan vaxtın miqdarı ilə ölçülür. Tipik olaraq, iqtisadi statistikada əmək məhsuldarlığı faktiki əmək məhsuldarlığına aiddir, lakin iqtisadi kibernetikada, xüsusən də Stefford Birin həyat qabiliyyətli sistemlər modelində faktiki və potensial əmək məhsuldarlığı anlayışları təqdim olunur. Müəssisədə dövriyyə vəsaitlərinin istifadəsinin ən mühüm göstəriciləri dövriyyə vəsaitlərinin dövriyyəsi və bir dövriyyənin vaxtı ilə bağlı normativlərdir. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi şirkətin dövriyyə vəsaitlərinin dövriyyədən azad edilməsinə gətirib çıxarır. Əksinə, dövriyyənin ləngiməsi müəssisənin dövriyyə vəsaitlərinə tələbatının artmasına səbəb olur. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə aşağıdakı amillərdən istifadə etməklə nail olmaq olar: dövriyyə vəsaitlərinin artım tempi ilə müqayisədə satış həcmlərinin daha sürətli artım tempi; təchizat və satış sisteminin təkmilləşdirilməsi; məhsulların material və enerji intensivliyinin azaldılması; məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi; istehsal tsiklinin müddətinin azaldılması və s.Əmək məhsuldarlığının yüksəldilməsi məhsul vahidinin istehsalına və ya vaxt vahidinə əlavə istehsal edilmiş məhsulun miqdarına əmək məsrəflərinə (iş vaxtına) qənaət deməkdir ki, bu da əmək məhsuldarlığının artmasına birbaşa təsir göstərir. istehsalın səmərəliliyi, çünki bir halda cari istehsal xərcləri “Əsas istehsalat işçilərinin əmək haqqı” maddəsi üzrə azaldılmış istehsal vahidləri, digərində isə vaxt vahidi üçün daha çox məhsul istehsal olunur. Faktiki əmək məhsuldarlığı (məhsuldarlığı) əmək intensivliyi ilə tərs mütənasibdir və düsturdan istifadə edərək birbaşa müşahidə olunan məlumatlar əsasında müəyyən edilir: P f a c t = Q f a c t t f a c t {\displaystyle P_{fact}={Q_{fact} \over t_{fact}}} burada Q f a c t {\displaystyle Q_{fact}} — verilmiş məhsul növünün ölçü vahidlərində faktiki çıxışdır, t f a c t {\displaystyle t_{fact}} — zaman vahidlərində canlı əməyin faktiki dəyəridir.
Mini ətək
Mini ətək diz qapağından yuxarıda qalan qısa ətəklərə verilən ümumi addır. Tarixi E.ə. XIV əsrə gedib çıxan mini ətək 1960-cı illərdə məşhurlaşmışdır. Jozefina Beykerin 1920-ci illərdə nümayişlərdə istifadə etdiyi "banan paltarı" müasir mini ətəyin ilk nümunələrindən biri hesab olunur. Mikro ətək çox qısa bir yubka növü olub, mini ətəkdən daha qısadır. Mikro ətək, altından başqa bir paltar geyilmədiyi təqdirdə, ombanın aşağı hissəsini açıq buraxır. Bunun qarşısını almaq üçün onu tayt və ya şortla bərabər geyinmək mümkündür. == Xarici keçidlər == "1960'ların modası". Viktoriya və Albert Muzeyi. 18 sentyabr 2016 tarixində arxivləşdirilib.
Ceyn Eyr
Ceyn Eyr – Şarlotta Brontenin çapdan çıxmış ilk romanı. Ceyn Eyr – ədəbi qəhrəman. Ceyn Eyr – 1934-cü ildə çəkilmiş film. Ceyn Eyr – 1943-cü ildə çəkilmiş film. Rəhmsiz – 1952-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1970-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1973-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1983-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1996-cı ildə çəkilmiş film. Ceyn Eyr – 1997-ci ildə çəkilmiş film.
Ceyn Eyr (müzikl)
Ceyn Eyr - 2000-ci ildə çəkilən müzikldır. Yazıçı Con Kayrd, bəstəkarı isə Pol Qordandır. == İstehsal tarixi == Müzikl seminarı 1995-ci ildə ABŞ-nin Nyu-York şəhərində yerləşən "Manhattan Theatre Club" adlı klubda keçirilmişdir. Bu seminarda müzikl tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Müziklın ilk premyerası Kanadanın Toronto şəhərində "Royal Alexandra Theatre" adlı teatrda 1996-cı ildə keçirilmişdir. Rəsmi açılışı isə Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən "Brooks Atkinson Theatre" adlı teatrda 10 dekabr 2000-ci il tarixində baş tutmuş və bağlanış mərasimi 10 iyun 2001-ci il tarixində son yetmişdir. "Ceyn Eyr" müziklın London premyerası "Royal Academy of Music" konservatoriyasında 2007-ci ilin iyun ayında keçirilmişdir.
Ceyn Eyr (personaj)
Ceyn Eyr — Şarlotta Brontenin Ceyn Eyr əsərindəki baş qəhrəmandır. Hekayə Ceynin körpəlik və uşaqlıq illərində yetim qalması, əvvəlcə müəllim, sonra isə qubernator kimi işləməsi və işə götürən, sirli və əhvalı-ruhiyyəli Edvard Roçesterlə romantik münasibətindən bəhs edir. Jane tənqidçilər tərəfindən etibarlılığı, güclü düşüncəsi və fərdiliyi ilə qeyd olunur. Müəllif, adi bədii və bəlkə də qismən avtobioqrafik qəhrəmanlardan fərqli olaraq, Ceynini qəsdən yaraşıqsız bir fiqur kimi yaratmışdır. Jane, romantik və feminist yazılara göstərdiyi təsirə görə oxucular tərəfindən tənqidi bəyənmələrə görə məşhur bir ədəbiyyat xadimidir. Roman teatr, kino və televiziya da daxil olmaqla bir sıra başqa formalara uyğunlaşdırılmışdır. Ceyn Eyr ana tərəfdən dayısı və varlı arvadı xanım Ridlə yaşayan yetimdir. Cənab Ridin ölümündən sonra onun arvadı Ceynə qulluq etmək üçün qalır. Jane, Jane qayğısının yeganə səbəbinin xeyriyyəçilik olduğunu iddia edərkən ondan inciyən, ona etinasızlıq göstərən və sui-istifadə edən xalası tərəfindən pis rəftar edilir, bu da Ceynin Rid ailəsinə qarşı ümumi qəzəbinə səbəb olur. Böyük əmisi oğlu Con ilə şiddətli mübahisədən sonra Ceyn Qırmızı Otağa, cənab Ridin öldüyü və Ceynin təqib edildiyinə inandığı otağa qapanır.
Ceyn Eyr (roman)
Ceyn Eyr (ing. Jane Eyre) — İlk nəşrində o, ingilis yazıçısı Şarlotta Brontenin “Karrer Bel” təxəllüsü ilə nəşr olunan “Ceyn Eyr: Avtobioqrafiyası” (ing. Jane Eyre: An Autobiography) adı ilə işıq üzü görmüşdür. Şarlotta Brontenin ilk çapdan çıxmış romanıdır. == Nəşri == Roman ilk dəfə 1847-ci ildə London nəşriyyatı "Smith, Elder & Company" tərəfindən "Ceyn Eyr: Avtobioqrafiyası"; Müəllifin adı Karrer Bel təxəllüsü ilə gizlədilib. Nəşrdən dərhal sonra kitab oxucuların məhəbbətini və tənqidçilərin, o cümlədən Brontenin ikinci nəşri həsr etdiyi Vilyam Tekkerey tərəfindən yaxşı rəylər qazandı. Romanın ilkin tənqidi qəbulu onun dini əsər kimi hazırkı reputasiyası ilə tamamilə ziddiyyət təşkil edir. 1848-ci ildə Yelizabet Riqbi, "The Quarterly Review" jurnalında Ceyn Eyri nəzərdən keçirərək, onu "çox anti-xristian kompozisiya" adlandırdı. O, yazırdı: “Biz hakimiyyəti alt-üst edən və bütün insani və İlahi qanunları pozan ağıl və düşüncə tonunun Ceyn Eyrin yazdığı ilə eyni olduğunu bəyan etməkdən çəkinmirik”. == Süjet == Hekayə birinci şəxsin dilindən danışılır və III Qeorqun hakimiyyətinin sonunda İngiltərənin şimal hissəsində bir yerdə baş verir.
Ceyn Eyr (film, 1934)
Ceyn Eyr (ing. Jane Eyre) — 1934-cü ildə rejissor Kristi Kaban tərəfindən məhəbbət janrında çəkilmiş ağ-qara filmdir. Bu film Ceyn Eyr əsərinin ilk səsli ekranlaşdırılmış filmidir. Filmin məzmunu romandan fərqli cəhətləri ilə seçilir.
Ceyn Eyr (film, 1943)
Ceyn Eyr (ing. Jane Eyre) — 1943-cü ildə Robert Stivenson tərəfindən məhəbbət janrında çəkilmiş filmdir.
Ceyn Eyr (film, 1970)
Ceyn Eyr (ing. Jane Eyre) — 1970-ci ildə məhəbbət janrında çəkilmiş film. Film Ceyn Eyr əsərinin mövzusu əsasında çəkilmişdir. Film 1972-ci ildə Emmi mükafatına layiq görülmüşdür. == Məzmun == Ceyn Eyr valideynləri itirən bir uşaqdır. Ceyn Eyr internat məktəbində oxuyur və buranı bitirdikdən sonra Roçester ailəsində mürəbbiyə kimi işləməyə başlayır. Br müddət Roçester ondan xoşlanmasa da zaman keçdikcə Ceyn Eyr Roçesterin bəraətini qazanmağa başlayır. Onlar arasında sevgi münasibətləri başlayır. Roçester Ceyn Eyr ilə evlənməyə hazırlaşır. Lakin bu zaman Roçesterin gizli saxladığı mövzu haqqında Ceyn Eyr xəbər tutur.
Ceyn Eyr (film, 1996)
Ceyn Eyr (ing. Jane Eyre) — 1996-cı ildə məhəbbət janrında çəkilmiş filmdir. Film Şarlotta Brontenin "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir.
Ceyn Eyr (film, 1997)
Ceyn Eyr (ing. Jane Eyre) — 1997-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Film Şarlotte Brontenin "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir.
Ceyn Eyr (film, 2011)
Ceyn Eyr (ing. Jane Eyre) — 2011-ci ildə Keri Fukunaka tərəfindən məhəbbət janrında çəkilmiş filmdir.
Ceyn Eyr (miniserial, 1983)
Ceyn Eyr (ing. Jane Eyre) - 1983-cü ildə Böyük Britaniyanın BBC kanalında yayımlanan televiziya serialıdır. Televiziya serialı Şarlotta Brontenin eyniadlı əsəri əsasında çəkilmişdir. Bu mini-serial "BBC" kanalının "Ceyn Eyr" əsəri əsasında hazırladığı ikinci televiziya serialıdır. Bundan əvvəl "BBC" kanalı 1973-cü ildə Ceyn Eyr mini-serialını istehsal etmişdir. Hər iki televiziya serialının süjeti, demək olar ki, kitabın məzmunu ilə eynidir. İlk hazırlanan müddətdə mini-serial 11 seriyadan ibarət olmuşdur. Lakin ilk dəfə olaraq 18 aprel 2005-ci il tarixində DVD-də çıxan mini-serial, hər seriyanın davam etmə müddəti 60 dəqiqə olmaqla 4 seriyadan ibarətdir. Bütün seriyaların davam etmə müddəti ümumi olaraq 239 dəqiqədən ibarətdir. "Ceyn Eyr" televiziya serialında, kiçikliyi və kədərli xatirələrlə dolu olan gənc bir qadının, zəngin bir İngilis ziyalısı olan Cənab Roçesterin yanına mürəbbiyə olaraq yerləşməsi, iki insanın aralarında keçən dramatik və romantik hadisələrindən söhbət açılır.
Ceyn Eyr (miniserial, 2006)
Ceyn Eyr (ing. Jane Eyre) - 2006-cı ildə Böyük Britaniyanın BBC kanalında yayımlanan mini-serialdır. Mini-serialın ümumi davam etmə müddəti 240 dəqiqədir.
Ceyn Eyr (teleserial, 1983)
Ceyn Eyr (ing. Jane Eyre) - 1983-cü ildə Böyük Britaniyanın BBC kanalında yayımlanan televiziya serialıdır. Televiziya serialı Şarlotta Brontenin eyniadlı əsəri əsasında çəkilmişdir. Bu mini-serial "BBC" kanalının "Ceyn Eyr" əsəri əsasında hazırladığı ikinci televiziya serialıdır. Bundan əvvəl "BBC" kanalı 1973-cü ildə Ceyn Eyr mini-serialını istehsal etmişdir. Hər iki televiziya serialının süjeti, demək olar ki, kitabın məzmunu ilə eynidir. İlk hazırlanan müddətdə mini-serial 11 seriyadan ibarət olmuşdur. Lakin ilk dəfə olaraq 18 aprel 2005-ci il tarixində DVD-də çıxan mini-serial, hər seriyanın davam etmə müddəti 60 dəqiqə olmaqla 4 seriyadan ibarətdir. Bütün seriyaların davam etmə müddəti ümumi olaraq 239 dəqiqədən ibarətdir. "Ceyn Eyr" televiziya serialında, kiçikliyi və kədərli xatirələrlə dolu olan gənc bir qadının, zəngin bir İngilis ziyalısı olan Cənab Roçesterin yanına mürəbbiyə olaraq yerləşməsi, iki insanın aralarında keçən dramatik və romantik hadisələrindən söhbət açılır.
Ceyn Eyr (teleserial, 1997)
Ceyn Eyr (ing. Jane Eyre) — 1997-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Film Şarlotte Brontenin "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir.
Şeyx Əhməd
Şeyxəhməd (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Şeyxəhməd (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Şeyx Şərif Əhməd
Şeyx Şərif Əhməd (somali. Shariif Sheekh Axmed, ərəb. شريف شيخ أحمد‎; doğ. 25 iyul 1964) — Somalinin yeddinci prezidenti. Şeyx Şərif Əhməd 1964-cü il iyul ayının 25-də Somalidə paytaxt Moqadişudan 110 km şimalda yerləşən Orta Şabel əyalətinin Mahaday qəsəbəsində anadan olub. İslam Məhkəmələri Birliyinin (İMB) keçmiş sədri olub. Şeyx Şərif ölkənin cənubundakı Haviye tayfasının Abqal qəbiləsindəndir. Anadan olduğu Mahaday qəsəbəsində da Quran kursuna yazılan Əhməd kiçik yaşlarında ikən Qurani-Kərimi əzbərləyib. Bu və daha sonra bir neçə xarici ölkədə aldığı təhsil ona sonralar atasının da mənsubu olduğu sufi İdrisiyyə təriqətinin liderlərindən olmağa imkan verir. Quran kursunu bitirən Əhməd Şərif ibtidai və orta təhsilini Moqadişuda Misirin əl-Əzhər Universiteti ilə əməkdaşlıq edən Şeyx Sufi məktəbində alır.
Şeyx Əhməd (Sulduz)
Şeyx Əhməd (fars. شيخ احمد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (105 ailə).
Şeyx Əhməd Botani
Əli Həriri (kürd. Elî Herîrî) və ya Şeyx Əhməd Botani (1009 – 1079) — kürd şairi. O, kurmanc dilində yazırdı, klassik kürd sufi ədəbiyyatında qabaqcılı və kürd ədəbi ənənəsinin banisi hesab olunur. Həriri 1009-cu ildə Botanın Hakkari mahalına bağlı Hərir kəndində anadan olmuşdur. Onun adını ilk dəfə XII əsrdə Əhməd Xani çəkmişdir və onun haqqında məhdud məlumatlar məlumdur. Həririnin poeziyası məhəbbət, Kürdüstan sevgisi, onun gözəl təbiəti və xalqının gözəlliyi üzərində qurulmuşdur. Şeirləri məşhur idi və bütün regiona yayılmışdı. Tarixçi Muhibbinin məlumatına görə, Həriri təhsil almaq üçün Dəməşqə köçmüşdür. Onun molla olduğu güman edilən Şeyx Əhməd adlı bir oğlu var idi. O, 1079-cu və ya 1080-ci ildə Cizrədə vəfat etmişdir.
Şeyx Əhməd Nardarani
Şeyx Əhməd Nardarani — din xadimi. Bakının Nardaran kəndində dünyaya göz açmış ruhanilərdən biri də Şeyx Əhməd ağadır. Şeyx Əhməd Kərbəlayi Alxas oğlu təxminən 1870–1872-ci illərdə dünyaya gəlib. İlk təhsilini doğma kəndində mədrəsədə alan Şeyx Əhməd, bir sıra elmlərə yiyələndikdən sonra 1884-cü ildə atası Kərbəlayi Alxasın məsləhəti ilə İranın Qum şəhərinə yollanır. Dörd ilə yaxın müddətdə orada təhsil alan Şeyx Əhməd, ustadlarının köməyi ilə Nəcəfül-Əşrəfə gedir. O vaxtın məşhur alimlərindən olan Mirzə Nainin (r.ə) fiqh, Axund Xorasaninin və Mirəbdülhəsən İsfəhaninin üsul dərslərində iştirak edir. Bu və digər alimlərin dərslərində iştirak edən Şeyx Əhməd, dərin zəka və hafizəyə malik olduğuna görə fəlsəfə, irfan, astronomiya, həndəsə, qədim Şərq tarixi və təbabəti mükəmməl öyrənir. Tam surətdə 32 il təhsil alan Şeyx Əhməd ictihad dərəcəsinə çatır. 1912-ci ildə vətənə qayıdan Şeyx Əhməd ağa öz doğma kəndində dini fəaliyyətə başlayır. O vaxtın şəraitini nəzərə alan kəndin ağsaqqal alimi Şeyx Muhəmmədəmin ağa ona belə məsləhət görür ki, özünün müctəhid olduğunu heç kəsə deməsin.
Şeyx Əhməd Salyani
Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə; 1812, Salyan – 1887, Tiflis) — azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsəlmanlarının III şeyxülislamı (1862–1884). Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır. Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib. 1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdi. 1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı. Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır.
Şeyx Əhməd Əhsai
Şeyx Əhməd Əhsai (ərəb. أحمد بن زين الدين الأحسائي‎; may 1753 – 27 iyun 1826, Mədinə, Həbəşistan əyaləti) —Şeyxiyyə təriqətinin şeyxi. Şeyx Əhməd 1753-cü ildə (hicrətin 1166-cı ilində) Fars körfəzinin qərbində, yəni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən "İhsa" və ya "Lihsa" şəhərində dünyaya gəlmişdir. O, 1773-cü (h. q.1186-cı) ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan Ağa Bağir Behbəhani, Seyyid Mehdi Bəhrul-ulum, Şeyx Cəfər Kaşiful-Ğita və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən Fətəli şah Qacar tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli şahın oğlu Məhəmmədəli mirzə Dövlətşahinin dəvəti ilə Kermana gələrək üç il orada qalır. 1826-cı (h.q.1241-ci) ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur. Şeyx Əhməd Əhsainin təlimlərindəki əsas mövzular 12-ci İmam Mehdinin zühuru, İslam Elminin batiniliyi əsas yer tutmuşdur. Şeyxin fikrincə İmam Mehdi haqqında deyilən əlamətlər hərfi yox, rəmzi xarakterlidir.
Şeyx Əhməd Yasin
Əhməd İsmayıl Həsən Yasin (ərəb. الشیخ أحمد إسماعیل حسن یاسین‎; 28 iyun 1936, Jura[d], Fələstin – 22 mart 2004, Qəzzə) — fələstinli din xadimi və Həmasın qurucusu və ilk dini lideri. Əhməd Yasın gəncliyində Qahirə Universitetinin ingilis dili fakültəsinin tələbəsi olub. Ə. Yasin əvvəlcə 1967-ci ildə Altı Günlük Müharibədən sonra İsrailin işğal etdiyi İordan çayının qərb sahili və Qəzza zolağında yalnız tədris və xeyriyyəçiliklə məşğul olub. Keçən əsrin 80-ci illərində fəal şəkildə İsrailə qarşı çıxan ən böyük Fələstin təşkilatlarından biri, nüfuzu ilə hətta fələstinlilərin özləri arasında heç də gözə çarpmayan Fələstin Azadlıq Təşkilatı (FAT) olub. Bəzilərini onun səmərəliliyinin aşağı olması, digərlərini — dindarlığının yetərsizliyi qane etmirdi, bir hissəsini də liderlərinin daima korrupsiyada ittiham edilməsi qəzəbləndirirdi. Həmas isə onun tam əksi kimi görünürdü — əsasən ona görə ki, o, İslamı birinci yerə qoyurdu: Fələstin ərazilərinin azad edilməsi əhalinin islamlaşmasının nəticəsində olmalı idi. 1987-ci ildə Həmas-ı quran Yasin demişdi ki, Altı günlük müharibədən keçən 20 ildə vəziyyət dəyişib və "ilahi iradəsi"nin nəticəsi olan yeni reallıqlar meydana gəlib, odur ki, mənəvi təmizliyi və başqaları üçün qayğını birləşdirən xüsusi mübarizə növü tələb olunur ki, "təkcə vətən azad edilməsin, həm də ruh öz nicatını tapsın". Əhməd Yasin 2004-cü il martın 22-də İsrailin hava hücumu nəticəsində öldürülüb. Səhər saatlarında namazdan qayıdarkən İsrail helikopteri Yasin və onun iki mühafizəçisinə raket zərbəsi endirib.
Şeyx Əhməd Mədani üsyanı
Şeyx Əhməd Mədani üsyanı — İranın Qamsirat bölgəsində 1730-cu ilin yanvarında başlayıb 1734-cü ilin may ayına qədər davam edən üsyan. Üsyan Səfəvi imperiyasına qarşı olmaqla birlikdə, əfqanların imperiya ərazilərindən qovulması ilə eyni dövrdə başlamış, Şeyx Əhməd Mədaninin ələ keçirilməsi ilə də sonlanmışdır. Şeyx Əhməd Mədani ələ keçirildikdən sonra da üsyan zəifləsə də bir müddət davam etmiş və iyun ayının ortalarında tamamilə yatırılmışdır. İsfahanın ələ keçirilməsindən sonra Səfəvi sülaləsi hakimiyyətdən devrilmiş və Hotakilərin komandanı Mir Mahmud özünü şah elan etmişdi. Lakin onlar bütün imperiya ərazisinə nəzarət etmirdilər. Əvvəlcə İsfahan ətrafındakı məntəqələr tabe etdirildi, daha sonra İraqi Əcəmdə bir sıra ərazilər ələ keçirildi. Yalnız bundan sonra onlar cənuba doğru yönəlməyə başladılar. Onlar əvvəldə ərəb dərəbəylərindən olan Hacı Baqeri tabe etdirdilər. Hacı Baqer Şəhrza bölgəsini idarə etməkdə idi. Bundan sonra 28 iyulda Şiraz mühasirəyə alındı və 1724-cü ilin aprelində ələ keçirildi.
Şeyx Əhməd Əfəndi Talalı
Şeyx Əhməd Əfəndi 1839-cu ildə Zaqatala rayonunun Tala kəndində doğulub. Atası Mustafa, əkinçiliklə məşğul olurdu. Erkən yaşlarında atasını itirdiyindən, el arasında “Yetim Əhməd” deyə çağrılırmış. “Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!” Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur ki, yaşıdlarından fərqli olaraq, Talada kənd ağsaqqallarının təşkil etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq asardı. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm Əfəndidən dərs aldı. Daha sonra isə İlisuda Səid Əfəndinin yanında elmini bir qədər də dərinləşdirdi. 1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət Əfəndi ilə birlikdə Nəqşibəndiyyə Şeyxi Mahmud Əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran Əhməd Əfəndi, seyr və sülukunu tamamlayaraq, məzun oldu. Şeyx Mahmud Əfəndi Talada irşad fəaliyyəti göstərmək üçün Əhməd Əfəndiyə xilafətnamə (İcazənamə-müəllif) verdi.
Elegiya (şeir)
"Elegiya" — Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir İlk dəfə bu şeir 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bir qədər sonra isə bu şeirə Kəmaləddin Heydərov mahnı bəstələmiş, Ağadadaş Ağayevin ifasında Fuad Əlişovun rejissorluğu ilə klip çəkilmişdir. 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün "Ədəbiyyat" dərsliyinə salınmışdır Şeir sinifdənxaric oxu üçün nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Şahnaz Bəylərqızı. Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?