Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siracəddin Səyyid
Siracəddin Səyyid (1958, Özbəkistan) — Özbək şairi. Özbəkistanın xalq şairi. == Həyatı == Siracəddin Səyyid 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) və başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini özbək dilinə uğurla çevirib.
Siracəddin Urməvi
Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198, Urmiya – 1283, Konya) — Azərbaycan filosofu, ictimai-siyasi xadimdir. == Haqqında == Azərbaycanda Siracəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun əsərlərindən məlum olur ki, filosof 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuş, uşaqlıq illərini həmin səfalı diyarda keçirmişdir.Mənbələrdə onun Mosulda təhsil aldığı göstərilir. Siracəddin Urməvi bir müddət Dəməşqdə yaşamış, sonralar isə Kiçik Asiyaya getmişdir. 1246-cı ildən əvvəl o, artıq Konya şəhərində qazi imiş. Görkəmli hüquqşünas alim kimi onun 1250-ci ildə disput məclislərində iştirak etdiyi xəbər verilir. XIII əsrin türk tarixçisi İbn Bibi 1282–1285-ci illərdə qələmə aldığı "Ali işlərə dair Əlaəddin əmrləri" kitabında Azərbaycan filosofunun bütün elm sahələrində şöhrət tapdığını qeyd edərək fəaliyyətini yüksək qiymətləndirmişdir. Ən məşhur əsəri "Nurların doğuşları"dır, bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında, 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanıb. Filosofun bu kitabının həmin hissəsi Qütbəddin Razinin ona yazdığı şərhlə birlikdə Təbriz, İstanbul və Tehranda müxtəlif illərdə çap edilib. Digər iri əsəri olan "Hikmət incəlikləri" 1257-ci ildə yazılıb, 1972-ci ildə Tehranda çap edilib. Zakir Məmmədov elmi-tədqiqatında göstərmişdir ki, Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır.
Siracəddin Səkkaki
Sekkaki (d. 1159 (1160) - ö. 1229) — çağatayca yazan şair. Həyatının ilk dövrlərində metal işləmə sənətiylə məşğul olduğu üçün Sekkaki nisbəsiylə anılmışdır. Nisbəsiylə bağlı başqa fərziyyələrdə vardır. Böyük şair olmaqla yanaşı, eyni zamanda fiqh sahəsində də böyük biliklərə malik olmuşdur. == Haqqında == Doğum və ölüm tarixləri bilinmir. Həyatı haqqında yetərli bilgi yoxdur. Müasiri Yaqut əl-Həməvi Səkkainin başqa qələm ilə fiqh olmaqla, ərəb dili və ədəbiyyatı, bəyan,əruz və şer kimi müxtəlif elmlərdə çox usta olduğunu və karvanlar vasitəsiylə şöhrətinin hər yerə yayıldığını bildirmişdi. Lakin dövrün qarışıqlığına görə, həyatı barədə bəzi məlumatlar ya dövrümüzə heç çatmamış, ya da çox təhrifə məruz qalaraq çatmışdır.Çağdaşı Yâkūt el-Hamevî’nin, Sekkâkî’nin başta kelâm ile fıkıh olmak üzere Arap dili ve edebiyatı, meânî, beyan, aruz ve şiir gibi çeşitli ilimlerde uzman, kervanların namını yaydığı asrın üstünlerinden biri olduğunu söylemesi (Muʿcemü’l-üdebâʾ, XX, 59) onun çağında şöhreti her tarafa yayılmış bir âlim kabul edildiğini gösterse de Moğol istilâsının karışık dönemlerinde yaşamış olması hayatının karanlıkta kalması, hikâye ve efsane kabilinden bazı anekdotların biyografisinde yer alması neticesini doğurmuş olmalıdır.
İsmayıl Siracəddin Şirvani
İsmayıl Şirvani tam adı Mövlana Şeyx Hacı İsmayıl əl-Kürdəmiri əş-Şirvani, həmçinin İsmayıl Kürdəmiri və ya İsmayıl Siracəddin Şirvani (1782, Kürdəmir, Bölükət mahalı, Şirvan Xanlığı — 1848, Amasya, Osmanlı imperiyası) — İslam din xadimi, sufi Nəqşibəndiya ordeninin ruhani lideri. Xalidiyyə təriqətinin ağsaqqalı, Qafqazdakı müridizm hərəkatının və Nəqşibəndi təriqətinin banisi. Nəqşibəndiyyə tarikatının şeyxlərinin qızıl varislik silsiləsində 31-ci mənəvi halqadır. == Həyatı == 1782 ildə Azərbaycanın Şamaxı qəzasına bağlı Kürdəmirdə dünyaya gələn İsmayıl, Məhəmməd Nuri Əfəndidən dərs alır. 1848-ci ildə vəba xəstəliyi səbəbindən İsmail Siracəddin Ramazan ayının 17-ci günündə vəfat edərək Şamlar qəbiristanlığında dəfn edilir. == Ailəsi == Oğlu Əhməd Xulusi Əfəndi Şirvanzadə 1874-də İstanbul qazısı olmuş, digər oğlu Şirvanzadə Rüşdü Paşa sədrəzəm olmuşdur. Onun digər oğlu Hacı Mahmud Əfəndi İsmayıllı rayonunun Mican kəndində məskən salmışdır. Rəşid Mahmudov və Ağarəsul Məmmədovun ulu babasıdır. == Səcərə == == Xəlifələri == Şeyx Şamil Mir Həmzə Nigari Şeyx Mahmud əfəndi Almalı Mövlana Hacı Mahmud baba Şeyx Əməd Əl Ağdaşi == Həmçinin bax == Azərbaycanda təsəvvüf Xəlvətilik == Mənbə == Məhəmməd Məhəmmədcəlil, Fariz Xəlilli, Mövlanə İsmayıl Siracəddin Şirvani. Həyatı, fəaliyyəti və ardıcılları.
Əbu Bəkr Siracəddin
Martin Linqs və ya Əbu Bəkr Siracəddin (d. 24 yanvar 1909 - ö. 12 may 2005) — İngiltərəli din tədqiqatçısı[mənbə göstərin] == Həyatı == Martin Linqs 1909-cu ildə İngiltərənin Mançester şəhərində dünyaya gəlmişdir. Xristian protestant ailədə göz açsa da, gənclik illərində dini mövzudakı suallara qənaətbəxş cavab tapmaması onun ateizmə meyil göstərməsinə səbəb olmuşdur. Həyatının sonrakı illərində ədəbiyyat sahəsinə marağı artan Linqs Oksford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlasa da, daxilindəki mənəvi boşluq iyirmi beş yaşında onu dünya dinlərini tədqiq etməyə istiqamətləndirmişdir. Nəhayət, İslamla yaxından tanış olmağa başlamış və bu sahədə çoxlu ədəbiyyat mütaliyə etmişdir. 1938-ci ildə Şimali Afrikada səfərdə olarkən orada böyük sufi şeyxi Əhməd Ələvi əş-Şazəli ilə görüşmüşdür. Məhz bu görüş onun həyatının dönüş nöqtəsi hesab edilir. Martin İslamı qəbul edərək Əbu Bəkr Siracəddin adını almış, bir ildən sonra isə Misirə gələrək, Qahirə Universitetində ingilis ədəbiyyatından, əsasən, Şekspirin yaradıcılığından dərs deməyə başlamışdır. 1948-ci ildə İngiltərəyə qayıdan Martin Linqs London Universitetində ərəb dili üzrə mütəxəssis diplomuna yiyələnmiş, 1955-ci ildən başlayaraq uzun müddət Britaniya muzeyinin Şərq əlyazmaları (əsasən ərəbdilli mətnlər) şöbəsinin müdiri vəzifəsində çalışmış və bu sahədə çoxlu tədqiqatlar aparmışdır.
Seracəddin
Seracəddin (fars. سراج‌الدین‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 30 ailədə 74 nəfəri kişilər və 73 nəfəri qadınlar olmaqla cəmi 147 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Siraqəddin Cabbarov
Siraqəddin Cabbarov (15 dekabr 1959, İmişli rayonu) — Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Siraqəddin Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisasca mühəndis-mexanikdir. Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini və zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə işləmişdir. 28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışmışdır. 25 aprel 2008-ci ildən 17 may 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.Beş övladı var.
Şərafəddin Elçi
Şərafəddin Elçi (14 mart 1938, Cizre[d], Şırnaq ili – 25 dekabr 2012, Ankara) — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı. == Həyatı == O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib. Tələbəlik illərində "kürdlərin davasını" aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə "kürdlərin haqqı və Azadlığı" vəqfini qurub. 1995-ci ildə "Kürd kültür və araşdırma vəqfi"nin təsisində iştirak edib. Qurduğu Demokratik Kütlə Partiyası ləğv edildikdən sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.
Şərafəddin Salahov
Şərafəddin Salahov (tam adı; Şərafəddin Müzəffər oğlu Salahov; 11 sentyabr 1963, Bakı – 20 yanvar 1990, Azərbaycan SSR) — 20 Yanvar Şəhidi. == Həyatı == 1963-cü ildə sentyabrın 11-i Bakıda anadan olub. 13 nömrəli məktəbi bitirmiş, sonradan sürücülük oxumuşdur. Əvvəlcə trikotaj fabrikində mexanik, sonra isə nəşriyyatda işləmişdir. Subay idi. == Şəhid olması == O qanlı gecə təxminən saat 00 radələrində atışma səsinə küçəyə çıxıb. Qohumları hadisəni belə xatırlayır: Qardaşı Şamilin xatirəsindən: Şəhidlər xiyabanında dəfn edilib. == Ünvan == Bakı, 3-cü Yasamal, ev 134 v.
Şərafəddin İlkin
== Həyat və yaradıcılığı fəaliyyəti == Şərafəddin İlkin (Həsənov Şərafəddin Sudeyf oğlu) 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983–1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlamışdır. Qiyabi təhsilini Azərbaycan Pedaqoji Universitetində davam etmişdir. 1993-cü ildən mətbuatda çalışır. "Vaxt", "Həyat", "Ekologiya", "And", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan təbiəti" və "Orta təhsil" jurnallarında işləmişdir. Bədii yaradıcılıqla orta məktəb illərindən məşğuldur. "Göz gözə yalan deməz", "Gözlərinə de ki. . ." və "Mən səndən küsmədim ki" şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir.
Şərafəddin İzmir
Şərafəddin İzmir (1889, Konstantinopol – 6 noyabr 1951, İstanbul) Türk əsgəri. Türk Qurtuluş Savaşının son mərhələsi olan İzmirin qurtuluşu dövründə ilk dəfə bayrağı İzmir Hökumət Sarayına sancdı. == Həyatı və hərbi xidməti == Krımdan kapitan İbrahim bəyin və Maçkalı Zülüfoğullarından Bahriyə Xanımın oğlu olaraq dünyaya gəldi. 1906-cı ildə Hərbi Akademiyaya daxil oldu və 1909-cu ildə leytenant rütbəsi ilə məzun oldu. Məzun olduqdan sonra, 1909–1911 arasında 4. Nümunə Süvari Alayı 4. Bölməyə təyin edildi. 1912-ci ildə süvari qazma təlimatçısı oldu. 1912-ci ildə Balkan müharibələri dövründə Çatalca döyüşlərində iştirak etmişdir. 1913-cü ildə Gelibolu, Lüləburgaz və Bolayırda xidmət etmişdir.
Mehmed Şərafəddin Əfəndi
Mehmed Şərafəddin Əfəndi (17 iyun 1904 – 1966) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu Süleyman Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Şərafəddin Əfəndi 17 iyun 1904-cü ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Atasının vəfatının ardından böyük bacısı Naciyə Sultan və əri Ənvər Paşanın himayəsində böyüdü. Ənvər Paşanın yönləndirməsiylə hərbi təhsil alan Şərafəddin Əfəndi bununla yanaşı digər dərslər də aldı. Daha sonra xəlifə Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə birlikdə Vyanadakı hərb akademiyasına göndərildi. Ancaq Ənvər Paşanın istəyilə Şərafəddin Əfəndi Potsdamdakı alman hərbi məktəbinə göndərildi. 1918-ci ildə Osmanlı ordusunda ikinci leytenant rütbəsinə yüksəldi. Şərafəddin Əfəndi hələ 19 yaşında ikən Sultan Əbdüləzizin nəvəsi (İzzəddin Əfəndinin qızı) Şükriyə Sultanla nigahlandı.
Muayyad Şihabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Yaramaz pişik Şərafəddin
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) və ya qısa adı ilə Şero — 1996-ci ildə yaradılmış komiks personajı. 1996-cı ildə Bülənt Üstün ölən pişiyi Şərafəddinin xatirəsinə işlədiyi "L-Manyak" jurnalında personajı yaratmışdır. 2001-ci ildə komiksçi "Lombak" jurnalına keçmişdir. Şeronu təsvir edərkən onun bu qədər məşhur olacağına ağlına gətirməyən Üstün personajın Türkiyə üçün nisbətən daha sərt olduğunu qeyd etmişdir. == Hekayəsi == Şero İstanbul ilinin Cihangir səmtində yaşayan bəlalı bir pişikdir. Burada əsas personaj olan pişiklər danışmaq qabiliyyətinə malikdirlər. Yarı insan, yarı heyvan personaj olan Şərafəddin Tonquçun masturbasiya etdikdən sonra ətrafa tökülən spermasında oturan dişi bir pişikdən dünyaya gəlmişdir. Daha sonrakı zamanlarda 7 pişik tərəfindən təcavüzə uğramış dişi pişikdən Tacəddin adlı oğlunun olduğu məlum olmuşdur. == Populyar mədəniyyətdə == Yaramaz pişik Şərafəddin xüsusilə Türkiyədəki gənclər arasında 1990-cı illərin sonlarında məşhurluq qazanmış və hekayələri paylaşılmışdır.
Şihabəddin Yəhya Sührəvərdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. == Adı == Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir.
Şihabəddin Ömər Sührəvərdi
Şihabəddin Ömər Sührəvərdi (fars. عمر سهروردى‎; 1145—1234) – Fars hüquqşünas alim, sufi nəzəriyyəçi, ictimai-siyasi xadim. == Həyatı == Əbuhəfs Sührəvərdi 1145–ci ilin yanvarında Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun gəncliyində Bağdada gedib, orada Nizamiyyə mədrəsəsinin müəllimi, əmisi Əbunnəcib Sührəvərdi, Əbdülqadir Cili-Cilani, Əbuzürə Müqəddəsi və başqalarından təhsil aldığını, onun fiqh, təsəvvüf və ədəbiyyata dərindən yiyələndiyini, geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazandığını qeyd etmişdir.Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin müəllimi və yaxın dostu, Qadiriyyə sufi təriqətinin banisi Əbdülqadir Cili-Cilaninin şagirdinin gələcəyinə böyük ümid bəsləyib, ona "sən İraqda məşhurların axırıncısısan" dediyini yazmışdır. Tədqiqatçı mənbələr əsasında bildirmişdir ki, Azərbaycan mütəfəkkiri ömrü boyu ziyarətlərdə, səyahətlərdə olmuş, dövrün böyük şəxsiyyətləri, yaradıcı ziyalıları ilə görüşmüşdür. Əbdürrəhman Cami belə bir əhvalatı xatırladır ki, Əbuhəfs Sührəvərdi "bəzi abdallarla (dərvişlərlə) birlkdə Əbbadan adasında Xızır əleyhissəlamı dinləmişdir".Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə elçilik (səfirlik) etmiş Şihabəddin Əbuhəfs Sührəvərdi varid olduğu yerlərdə böyük hörmət və ehtiramla qarşılanmışdır. İbn Bibi onun Kiçik Asiyaya gəlməsini təsvir edərkən yazır ki, elçinin Aqsaraya yetişməsini eşidincə sultanla bərabər qazilər, imamlar, şeyxlər, sufilər, əxilər və fütüvvə sahibləri pişvaza çıxdılar. Sultan Əlaəddin Şeyx Şihabəddin Sührəvərdi ilə görüşərkən onun əlini öpdü. Elçi gətirdiyi xalatı və əmmaməni Konyada sultana verdi. O, xilafət qaydası ilə xalq qarşısında sultanın kürəyinə dörd dəfə üsulluca çubuqla vurdu.
Şərafəddin məscidi (Visoko)
Şərafəddin məscidi (bosn. Šerefudinova Bijela džamija) və ya Ağ məscid ― Bosniya və Herseqovinanın Visoko şəhərində yerləşən məscid. Tikilinin şəhər və ərazi üçün böyük memari əhəmiyyəti var. Məscidin memarı Zlatko Uqlyen, ustası İsmət İmamoviç, podratçısı isə Visokolu Zvezda olmuşdur. Orijinal məscid 1477-ci ildə tikilsə də, daha sonralar tamamilə yenidən qurulmuş və bu iş 1980-ci ildə bitirilmişdir. Məscidin layiq görüldüyü ən diqqətəlayiq mükafat 1983-cü ildə verilmiş Ağa Xan Memarlıq mükafatı olmuşdur. Münsiflər heyəti məscidi dayanıqlılığı, yaradıcılığı və parlaqlığı ilə yanaşı özünəməxsusluğu və yeniliyi üçün də yüksək qiymətləndirmişdi. Məscid 2007-ci ildə Macarıstan memarları tərəfindən Avropanın ən yaxşı dizayn edilmiş üç ibadətgahından biri olduğu üçün mükafat almışdır. == Memarlıq == Məscidin mərkəzi sahəsi həm namaz qılmaq, həm də mühazirələr və müzakirələr kimi digər dini fəaliyyətlər üçün nəzərdə tutulmuşdur. Ərazidə namaz qılmaq üçün qapalı sahənin olduğu əlavə bina da mövcuddur.
Şərafəddin Əli Yəzdi
Şərəfəddin Əli Yəzdi (XV əsr, Yəzd – 1454, Yəzd) – tarixçi, Əmir Teymurun yürüşlərindən bəhs edən "Zəfərnamə" əsərinin müəllifi. Şərəfəddin Əli Yəzdi Yəzd şəhəri yaxınlığında anadan olmuşdur. Təvəllüd ili bilinmir. Vəfatı 1454-cü ildir. Bir müddət Heratda Sultan Şahruxun, sonra isə Farsda İbrahim sultanın yanında xidmət etmişdir. O, poeziya, fəlsəfə, astronomiya sahəsində geniş biliyə malik idi, "Şərəf" təxəllüsü ilə şeirlər yazırdı. Sultan Şahruğun göstərişi ilə isə Moğolustanın gənc xanı Yunus xanın müəllimi olub. Yunus xan 1428/1429-cu ildə Uluq bəyin yürüşləri zamanı əsir götürülmüşdür. Şərəfəddin Əli Yəzdi bir müddət Yəzddə Yunus xan ilə birlikdə yaşamış, onun təlim-tərbiyəsi ilə məşğul olmuş, öz biliyini onunla bölüşmüşdür. Yunus xan gələcəkdə Hindistanı fəth edəcək Zahir əd-din Məhəmməd Baburun ana babası oldu.
Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin siyahısı
Şihabəddin Yəhya Sührəvərdi orta əsrlərdə fəlsəfənin inkişafında böyük rolu olan filosof və şair, İşraqilik fəlsəfi məktəbinin yaradıcısıdır. Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin əlyazma nüsxələri dünyanın bir sıra fond və kitabxanalarında saxlanılır. Tədqiqatçılar həmin əsərləri yazıldığı mövzulara uyğun olaraq müxtəlif qruplara bölmüşlər. Şihabəddin Sührəvərdinin əsərlərinin mövzu etibarıya təsnifatı şərtidir. Mütəfəkkirin ayrı-ayrı fəlsəfi cərəyanlarla məşğul olduğu dövrlərə mütləq hədd qoymaq mümkün deyil. Məsələn, alim "İşraq fəlsəfəsi" kitabını yaza-yaza digər mövzular üzərində də işləmişdir. Şihabəddin Sührəvərdinin şeirləri isə mütəfəkkirin ümumi yaradıcılığının bir hissəsi olmaqla onun fəlsəfəsinin müəyyən cəhətlərini əks etdirir.Aşağıdakı siyahıda Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin mövzulara uyğun qruplaşdırılması AMEA-nın müxbir üzvü Zakir Məmmədovun tədqiqatlarına istinadən hazırlanmışdır. Əsərlərin həm orijinal adı, həm də Azərbaycan dilində adı göstərilmiş, yazıldığı dil qeyd edilmişdir. Qeydlər bölməsində əsər haqqında qısa məlumat göstərilmişdir.
Yaramaz pişik Şərafəddin (cizgi filmi, 2016)
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) — 2016-ci ildə istehsal olunmuş ən məşhur Türk animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Uğur Yücəl "Şərafəddin" personajını səsləndirmişdir. Animasiya filmi 5 fevral 2016-cı ildə ekranlara buraxılmışdır. == Hekayə == Adi bir yaz səhəri, pis pişik Şərafəddin ilə yancı qağayı Rifqi və siçan Rza axşamkı manqal üçün hazırlıqlarını davam etdirir. Lakin həmin gün içində Şeronun başına çoxlu işlər gəlir. Əvvəl atası Tonguç tərəfindən evdən qovulur, sonra xoşladığı gözəlçənin ölümünə səbəb olur, azmış kimi düşmənlərinin hücumuna uğrayar, həyatı boyu bəlkə də ilk dəfə aşiq olur və nəhayət Tacettin adında bir oğlu olduğunu öyrənir. == Obrazlar == Şərafəddin: Tonguçun oğlu, Tacettinin atasıdır. Daim pislik etməsindən dolayı "Pis Pişik Şərafəddin" kimi tanınır."Şero" adlı bir ləqəbi vardır. Tonguç: Şərafəddin atası, Tacettinin babasıdır.