Mehmed Şərafəddin Əfəndi (17 iyun 1904, İstanbul – 1966) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu Süleyman Əfəndinin oğlu, Osmanlı şahzadəsi.
Mehmed Nizaməddin Əfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fəriyə sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Beyrut, Livan |
Dəfn yeri | Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq |
Atası | Səlim Süleyman Əfəndi |
Anası | Ayşə Tərzitər xanım |
Həyat yoldaşları |
Xədicə Şükriyə Sultan Fatma Səmahat xanım |
Uşağı | Bəzmialəm Mübəccəl Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Şahzadə Şərafəddin Əfəndi 17 iyun 1904-cü ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Atasının vəfatının ardından böyük bacısı Naciyə Sultan və əri Ənvər Paşanın himayəsində böyüdü. Ənvər Paşanın yönləndirməsiylə hərbi təhsil alan Şərafəddin Əfəndi bununla yanaşı digər dərslər də aldı. Daha sonra xəlifə Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə birlikdə Vyanadakı hərb akademiyasına göndərildi. Ancaq Ənvər Paşanın istəyilə Şərafəddin Əfəndi Potsdamdakı alman hərbi məktəbinə göndərildi. 1918-ci ildə Osmanlı ordusunda ikinci leytenant rütbəsinə yüksəldi.
Şərafəddin Əfəndi hələ 19 yaşında ikən Sultan Əbdüləzizin nəvəsi (İzzəddin Əfəndinin qızı) Şükriyə Sultanla nigahlandı. Cütlüyün toy mərasimi 14 noyabr 1923-cü ildə Nişantaşı köşkündə baş tutdu. Ancaq cəmi bir neçə ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Şərafəddin Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Paris şəhəri oldu. Ancaq bir il sonra cütlük Beyruta köçdü və 1927-ci ildə burada boşandılar. Cütlüyün bu nigahdan övladı olmadı.
Şərafəddin Əfəndinin ikinci evliliyi Fatma Səmahət xanımla (d. 8 oktyabr 1911, Beyrut - ö. 1973) 1928-ci ildə Beyrutda baş tutdu. Cütlüyün bu nigahdan Bəzmialəm Mübəccəl Sultan adlı bir qızı dünyaya gəldi. Ancaq cütlük 1956-cı ildə boşandı. 1966-cı ildə beyrutda vəfat edən Şərafəddin Əfəndinin cənazəsi Dəməşqə gətirilərək Süleymaniyyə təkyəsinin qəbiristanlığına dəfn edildi.
Bəzmialəm Mübəccəl Sultan (d. 10 may 1929, Beyrut - ö. 1 iyul 1993, İstanbul) — 1954-cü ilin dekabrında İlhan Baransel ilə evləndi. 1 övladı oldu.