Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Riçard Stoun
Riçard Stoun (ing. John Richard Nicholas Stone) (30 avqust 1913 - 6 dekabr 1991) — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Riçard Stoun Kembric Universitetinin Qonville və Kayus kollecində oxumuş və 1936-cı ildə məzun olmuşdu. Sonra II Dünya müharibəsi başlayana qədər Londonda tanınmış Lloyds sığorta şirkətində sığorta brokeri olaraq fəaliyyət göstərmişdi. Müharibə dövründə dövlət məmuru kimi statistik və iqtisadçı olaraq işləmişdi. Bu müddət ərzində tanınmış iqtisadçı Ceyms Midlə birlikdə ikili yazılışlı mühasibat hesabına əsaslanan rəsmi Milli gəlir və xərcləmə statistikasını təkmilləşdirib 1941-ci ildə nəşr etdirdilər. Riçard Stoun müharibədən sonra 1945-1955-ci illərdə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsini qurdu və bu bölmənin direktoru olaraq işlədi. Eyni zamanda həmin universitetdə maliyyə və mühasibat professoru olaraq işləmiş və 1980-ci ildən sonra təqaüdə fəxri professor olaraq çıxdıqdan sonra da akademik fəaliyyətinə davam etdi. Riçard Stoun 1984-cü ildə iqtisadi fəaliyyətlərin qeydiyyatını izləmək üçün iqtisadi və sosial mühasibat sistemini təkmilləşdirdiyi üçün İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.
Stoun Taun
Stoun Taun — Zənzibarın mərkəzi. Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olmuşdur. İndi onun yerində kilsə var. Stoun Taun UNESKO-nun mühafizə etdiyi qeyri-adi qapıları ilə məşhurdur. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.
İrvinq Stoun
İrvinq Stoun (ing. Irving Stone; 14 iyul 1903[…], San-Fransisko, Kaliforniya – 26 avqust 1989[…], Los-Anceles, ABŞ) — ABŞ yazıçısı. İrvinq Stoun 14 iyul 1903-cü ildə ABŞ-də anadan olub. Vinsent Van Qoq, Cek London, Klarens Derron, Cessi Beuton-Fremont, Yudjine Debse, Erl Yoren, Con Noubl, Reycel Cekson, Meri Todd və Avraam Linkoln, Mikelanjelo, Ziqmund Freyd, Henrix Şliman, Kamilla Pisarro, Çarls Darvin haqqında ümumilikdə 25 bioqrafik romanın müəllifi olmaqla ədəbiyyatda bu istiqamətin yaradıcılarındandır. O, 1924-cü ildə Kaliforniyada universiteti bitirərək iqtisadiyyatı tədris etməyə başlayıb. Stoun bakalavr pilləsi üzrə təhsilini tamamladıqdan dərhal sonra müəllim kimi işləmək icazəsi almış ilk məzun idi. Yazıçı 1926-cı ildə Parisə səyahət edir, sonra isə Nyu-Yorka köçür. 6-7il ərzində 18 teatr pyesi yazır. Onlardan ikisi Brodveydə tamaşaya qoyulsa da, uğur əldə edə bilmir. İrvinq Stoun özü haqqında "Mən burjuaziya nümayəndəsiyəm valideynlərim dükan sahibi idilər." demişdir.
Şeron Stoun
Şeron Stoun (ing. Sharon Stone; 10 mart 1958[…]) — ABŞ aktrisası. O, 10 mart 1958-ci ildə ABŞ-nin Pensilvaniya ştatında dünyaya göz açıb. Soyunmağı xüsusilə sevən xanım uşaqlıqdan qeyri-adi olub. O, 5 yaşında artıq 2-ci sinifdə, 15 yaşında isə universitetdə təhsil alırdı. Elə o yaşlarından Şeron modellik təklifi alır. Bu sahədə o qədər uğur əldə etməyən Şeron aktrisa olmaq arzusu ilə ABŞ-yə qayıdır və istəyinə nail olur. Bu minvalla Şeron bir çox məşhur aktyorlarla birgə saysız-hesabsız filmlərə çəkilir.
Şon Stoun
Şon Stoun (29 dekabr 1984, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. 29 dekabr, 1984 təvəllüdlü Şon Stoun islam dinini qəbul etdi. Tanımış amerikalı kinorejissor Oliver Stounun oğlu, Şon Stoun müsəlmanlığı qəbul edib. Məlumata əsasən, gənc rejissor İranda sənədli film çəkilişləri apararkən, fevralın 14-də İsfahan şəhərində islam dinini qəbul edərək, özünə Əli adını seçmişdir. Onun atası yəhudi, anası isə xristiandır. Şon Stounun 27 yaşı var və o, atasının çəkdiyi filmlərdə kiçik rollar ifa edib. Qeyd edək ki, Şon Stoun hazırda İranda XIII əsr şairi Cəlaləddin Rumi haqqında sənədli film çəkməkdədir və bu müddət ərzində islam dininə böyük maraq göstərib. 14 fevral, çərşənbə günündə İsfahan Şəhərində keçirilən mərasimdə o, islam dinini, şiəliyi qəbul etdiyini və Əli adını seçdiyini elan edib. "Agence France-Presse"nin verdiyi məlumata görə, Şon Stoun qeyd etmişdir: "İslamı qəbul etməyim digər dinləri inkar etmək mənasında deyil, xristianlığı, yaxud yahudiliyi tərk etmirəm, mən bu dini çevrədə doğulmuşam. Bu o deməkdir ki, mən Muhəmmədi (s) və digər peyğəmbərləri qəbul edirəm !" İSNA-ya verdiyi müsahibədə Şon deyir: "İslam, yəhudi və xristian dinlərinin antaqonistik olduğunu düşünən insanlar yanılırlar, əksini anlamaq üçün, bu dinlər arasında dialoq qurmaq lazımdır." Vətənində onun öz dinini dəyişməsi barədə xəbərlərə necə münasibət bəsləyəcəklər sualını isə gənc rejissor belə cavablandırıb: "Amerikada mən o qədər də məşhur insan deyiləm, buna görə də bu xəbər keçmiş həyatımda iz qoymayacaq.
İlma Qreys Stoun
İlma Qreys Stoun (ing. Ilma Grace Stone; 11 iyun 1913[…] – 4 yanvar 2001[…]) — Avstraliya botaniki. İlma Qreys Stoun Avstraliya marırları üzrə ixtisaslaşmışdır. "The Mosses of Southern Australia" в соавторстве с ing. George Anderson Scott Macdonald, 1976. Beever, JE. (2001). A Tribute – Ilma G Stone 1913-2001. Australasian Bryological Newsletter 43. с. 2–5.
Harriet Biçer-Stou
Harriet Biçer-Stou (ing. Harriet Elizabeth Beecher Stowe; 1811–1896) — yazıçı. Harriet Biçer 1811-ci il iyunun 14-də ABŞ-nin Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdur. Harrietin atası Liman Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harrietin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi.
Harriyet Biçer-Stou
Harriet Biçer-Stou (ing. Harriet Elizabeth Beecher Stowe; 1811–1896) — yazıçı. Harriet Biçer 1811-ci il iyunun 14-də ABŞ-nin Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdur. Harrietin atası Liman Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harrietin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi.
STOVL
Short Take off Vertical Landing ya da STOVL, İngilis dilində olan “Qısa qalxma şaquli enmə” sözlərinin baş hərflərindən formalaşmış qısaltmadır. Ümumilikdə VTOL adı ilə adlandırılan sistemin (Şaquli enmə-qalxma) F-35 təyyarəsinin bəzi uçağının modellərində istifadə ediləcək xüsusiyyətinin başqa adıdır.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Statut
Statut (qədim lat. statutum — qərar) — çoxmənalı termin. Statut (orta əsrlər) — orta əsrlərdə ayrı-ayrı şəhərlərin , korporasiyaların və nəsillərin hüquqi vəziyyətini müəyyənləşdirən hüquqi sənəd. Statut (anqlosakson hüquqi) — anqlo-sakson hüquq sistemində vacib əhəmiyyətli hüquqi akt. Statut (təşkilatın nizamnaməsi)| — təşkilatın təşkilini və fəaliyyətini tənzimləyən hüquqi sənəd. Ordenin statutu — ordenin təsviri, təltif qaydaları və istifadə qaydaları. Statut (təsvir) — təsvir xarakterli hüquqi akt. Statut (orqanik statut) — XIX əsrdə bəzi ölkələrdə konstitusiya aktının qəbul edilmiş adları.
Steud.
Ernst Gottlieb von Steudel (alm. Ernst Gottlieb von Steudel‎) (1783–1856) — alman həkimi və botaniki (XIX əsrin birinci yarısı). Johann Gottlob Kurr: Vorträge. In: Verein Vaterländische Naturkunde Württemberg (Hrsg.), Jahresheft Nr.13, S. 17–24, Stuttgart 1857. (alm.) Christian Gottfried Daniel Nees von Esenbeck: Dr. Ernst Gottlieb von Steudel.
Stoya
Stoya (15 iyun 1986, Uilminqton[d], Şimali Karolina) — serb və şotland əsilli ABŞ pornoaktrisası. "Stoya" onun ləqəbidir. "Stoya" ləqəbini pornofilmlərdə istifadə edir. Bu ad onun nənəsinin soyadının kiçildilmiş variantıdır. Əsl adı isə Cessika Stoyadinoviçdir. 15 iyun 1986-cı ildə doğulub.
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. 1.
İtotu
İtotu (lat. Marrubium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. İtotu:The Plant List saytında takson barədə məlumat.
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Conatan Stouks
Conatan Stouks (ing. Jonathan Stokes; 1755[…] – 30 aprel 1831) – Böyük Britaniya botaniki. Stokes, J.S. (1812). A botanical materia medica. 4 vols. Stokes, J.S. (1830). Botanical commentaries. 272 p. Stokesia L'Hér., 1789 Stafleu, F.A., Cowan, R.S. Taxonomic Literature. — Utrecht: Bohn, Scheltema & Holkema, 1986.
Dana Skott
Dana Styuart Skott (ing. Dana Stewart Scott; 11 oktyabr 1932, Berkli, Kaliforniya) — riyazi məntiq və kompüter elmləri sahəsindəki işləri ilə tanınan amerikalı riyaziyyatçı. Skottun araşdırması model nəzəriyyəsi, avtomatika nəzəriyyəsi, modal və intuisist məntiq, konstruktiv riyaziyyat və məntiqlə kateqoriya nəzəriyyəsi arasındakı birləşmə ilə əlaqədardır. Fəlsəfi maraqlar məntiq əsasları, riyaziyyat fəlsəfəsi və təbii dillərin semantik təhlili sahəsində işləmişdir. Riyazi hesablama nəzəriyyəsini inkişaf etdirərək kompüter elminin inkişafına böyük töhfə vermişdir. O, tipik bir λ-hesablama modelini hazırladı, bunun üçün əvvəlcə tam lattalarda xüsusi bir topologiyanı (daha sonra onun adı ilə) təqdim etdi və sonradan qismən sifariş edilmiş dəstləri tamamlamaq üçün ümumiləşdirdi. Bu model çərçivəsində hesablama nəzəriyyəsi və modellərini inkişaf etdirdi, proqramlaşdırma dillərinin denotasion semantikası prinsiplərini inkişaf etdirdi və hesablama anlayışını dərinləşdirdi. 2012-ci ilə kimi Berkli, Kaliforniya ştatında işləyib və yaşamışdır. Scott D. S. Advice on modal logic. — Philosophical problems in logic.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
.scot
.scot — Şotlandiyanın İnternet kodu.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Cerard Svoup
Cerard Svoup (ing. Gerard Swope; 1 dekabr 1872, Sent-Luis, Missuri – 20 noyabr 1957, Nyu-York, Nyu-York ştatı) – yəhudiəsilli ABŞ elektrik mühəndisi və elektrotexnika biznesmeni. Herbert Bayard Svoupun qardaşıdır. Cerard Svoup Missuri ştatının Sent-Luis şəhərində doğulmuşdur. Atası saat qabı istehsalçısı idi. Svoup uşaq yaşlarından etibarən elektrik sahəsinə böyük maraq göstərmişdir. 1895-ci ildə Massaçusets Texnologiya İnstitutundan məzun olmuş və tezliklə Western Electric şirkətinin ümumi satış meneceri vəzifəsinə yüksəlmişdir. O, şirkətin ABŞ, Çin və Yaponiyada əlavə filiallarının açılmasında rol oynamışdır. 1913-cü ildə şirkətin vitse-prezidenti və direktoru seçilmişdir. Birinci dünya müharibəsi zamanı ABŞ ordusunun heyətinə daxil edilmiş və təltif olunmuşdur.
Dred Scott
Dred Skott ( 1799 – Sentyabr 17, 1858) — ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Şovut
Şovut — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Porsova, Jiy və Horonu kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 255 nəfərdən ibarətdir.[mənbə göstərin] Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. Keçmişdə Şovut kəndi də Telavarın parçası idi. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Şötük
Şötük — ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.