Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Türkiyəli
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Zara (Türkiyəli müğənni)
Zara və ya doğum adıyla Neşe Yılmaz (15 yanvar 1976 İstanbul, Türkiyə) — kürd əsilli Türkiyə musiqiçisi.
Türkiyəli Nobel mükafatı laureatlarının siyahısı
Türkiyəli Nobel mükafatı laureatlarının siyahısı — Nobel mükafatını qazanmış türkiyəlilərin siyahısı. Türkiyəlilərin Nobel mükafatına layiq görüldükləri sahələr ədəbiyyat və kimyadır. Nobel mükafatına namizədliyi irəli sürülən şəxslərin tam siyahısı komitə tərəfindən yalnız 50 ildən sonra açıqlanır. Yorqos Seferis, Osmanlı İmperiyasında doğulmuş, 1963-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. Tereza Ana, Osmanlı İmperiyasında doğulmuş, 1979-cu il Nobel sülh mükafatı laureatı. Təvəkkül Karman, Sonradan Türkiyə vətəndaşlığını qəbul etmiş, 2011-ci il Nobel sülh mükafatı laureatı.
Türkiyəlilər
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Türkiyə
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
NUTS Türkiyədə
Türkiyədə antiərəbizm
Türkiyədə antiərəbizm — Türkiyədə ərəblərə və ya ərəb mədəniyyətinə qarşı müxalifət, düşmənçilik, nifrət, inamsızlıq, qorxu və onu ümumi olaraq bəyənməmək. Türkiyənin Osmanlı imperiyasından qalma güclü antiərəbizm tarixi var. Bu cərəyan ölkədə son illərdə Suriya qaçqın böhranı səbəbindən əhəmiyyətli dərəcədə yüksəlir. "Haaretz" Türkiyədə antiərəb irqçiliyin əsasən iki qrupa təsir etdiyini bildirmişdir. Bunkar Körfəz ölkələrindən olan, "zəngin və alçaq" olaraq xarakterizə edilən turistlər və Türkiyədəki suriyalı qaçqınlardır. "Haaretz" həmçinin bildirmişdir ki, Türkiyədə antisuriya əhval-ruhiyyəsi fələstinlilər də daxil olmaqla bütün ərəblərə qarşı ümumi düşmənçiliyə çevrilmişdir. "Zəfər Partiyası"nın sədri Ümid Özdağ qaçqın axını səbəbilə Türkiyənin "Yaxın Şərq ölkəsi" olmaq riski ilə üzləşdiyini demişdir.
Türkiyədə azərbaycanlılar
Türkiyə azərbaycanlıları — Türkiyə ərazisində yaşayan azərbaycanlılar. 800 min-3 milyon nəfər olmaqla, əsasən İğdır və Qars illərində yaşayırlar. Hal-hazırda Türkiyədə neçə etnik Azərbaycanlının olduğunu müəyyən etmək elə də asan deyil, çünki etnik tərkiblilik bu ölkədə olduqca axıcı bir anlayışdır. Bəzi mənbələrə görə, Türkiyədə təxminən 800.000 On iki imam şiəsi, ancaq bu rəqəm real rəqəmdən əhəmiyyətli dərəcədə fərqli ola bilər. Türkiyədə yaşayan 300.000-ə yaxını Azərbaycan vətəndaşıdır. Şərqi Anadolu regionundaki azərbaycanlılara bəzən Əcəm də deyilir. Iğdırın ən böyük etnik qrupu, Qarsda ən böyük ikinci böyük etnik qrup olan Türkiyə azərbaycanlıları ən çox hazırda Qars ilinin Ağyaxa ilçəsində çoxluq təşkil edir. Britannika Ensiklopediyasına görə 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%–ni etnik azərbaycanlılar təşkil edir. Ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3 milyon olduğu qeyd edilir. Azərbaycanlılar, Qars və qonşu bölgələr üzərindəki Səfəvi idarəetməsi dövründə ilk olaraq Türkiyəyə köçmüşlər.
Türkiyədə basketbol
Basketbol Türkiyədə ilk dəfə 1904-cü ildə Amerikan Robert Kolleci şagirdləri tərəfindən oynanılmışdır. Basketbolun Türkiyədə şüurlu və əhatəli yayılmasını 1911-ci ildə Qalatasaray Liseyi bədən tərbiyəsi müəllimi olan Əhməd Robenson təmin etmişdir. Yenə 1913-cü ildə ilk basketbol şöbəsi Fənərbaxçada açılmışdır. İlk zamanlarda döyüş illəri olması və oynayacaq rəqib tapıla bilməməsi səbəbi ilə basketbolda bir inkişaf ola bilməmişdir. Bilinən ilk rəsmi müsabiqə 1921-ci ildə Yüksək Müəllim Məktəbi şagirdləri ilə İstanbulda yaşayan amerikalılar arasında olmuşdur. 1923-cü ildə ilk rəsmi idman təşkilatı olan Türkiyə İdman Cəmiyyətləri İttifaqı qurulması və yenə 1927-ci ildə Halkevlerinin qurulması bu idman növünün bütün yurda yayılmasında təsirli olmuşdur. Basketbol Milli Komandası 1934-cü ildə qurulmuş ilk rəsmi matçını 1936-cı ildə Yunanıstanla etmişdir. 49:12 kimi bir hesabla qalib gələn basketbol komandası bu oyunçulardan ibarət idi: Naili Moran (Kapitan) – Jak Həbib – Feridun Koray – Dionis Sakalak – Həzzdəni Penso Xeyiri Arsebük – Sadri Usuoğlu və Nihat Ertuğ. Basketbol 1936-dan 1959-a qədər İdman Oyunları Federasiyası adı altında voleybol və handboll ilə birlikdə icra edilmişdir. 1 mart 1959-cu ildə Türkiyə Basketbol Federasiyası rəsmi olaraq qurulmuşdur.
Türkiyədə din
Türkiyədə din — Türkiyə Respublikasının Konstitusiyasına əsasən Türkiyə dünyəvi dövlətdir. Bu səbəbdən də din və dövlət işləri ayrılmışdır. Konstitusiyaya görə dini və ya etnik bir siyasi partiyanın yaradılması qadağandır. Respublikanın ilk illərində dinin dövlətin nəzarəti xaricində aparılmaması və dövlət tərəfindən xüsusi orqanlar vasitəsilə nəzarət edilməsinə qərar verilmişdir. Bu qərara əsasən Diyanət İşləri Nazirliyi, 3 mart 1924-cü ildə Baş Nazirliyə bağlı bir təşkilat olaraq qurulmuşdur. Bu orqan fərdlərə dini xidmətlər göstərmək və məscidlər kimi müsəlman ibadət yerlərini idarə etməkdən məsul tutulmuşdur. Dini etiqad və inamsızlıq, dini qaydaları fərdi olaraq tətbiq etmə və ya etməmə azadlığı konstitusiya ilə qorunur. 1923-cü ildən əvvəl qüvvədə olan dini qanunlar tamamilə ləğv edildi. Osmanlı Dövlətində rəsmi mənsubiyyət elementi olan "Müsəlman" konsepsiyası 1923-cü ildən bəri istifadə edilməmişdir və bu mənsubluğu "Türk" konsepsiyası əvəz etmişdir. Qeyri-müsəlmanlar, ümumi əhalinin çox az bir hissəsini (0,2%-dən az) təşkil edir.
Türkiyədə dəmiryolu
Türkiyədə dəmir yolu — 1927-ci ildə Osmanlı İmparatorluğunun dağılmasından sonra qurulan Dövlət Korporasiyası tərəfindən idarə olunan Türkiyədəki bir dəmir yolu şəbəkəsidir. Dəmir yollarının ümumi uzunluğu 10.991 km-dir (2008). Türkiyədəki dəmir yollarının tarixi 1856-cı ildə, bir ingilis şirkəti tərəfindən inşa edilən İzmir - Aydın 130 km-lik Osmanlı İmperiyasındakı ilk dəmir yolu xəttinin açılması ilə başlayır. 1856 - 1889 illər arasında Osmanlı İmperiyasındakı yollar əsasən İngilis şirkətləri tərəfindən inşa edilir. Lakin 1889-1918-ci illər arasında Osmanlı İmperiyasındakı bir çox dəmir yolu bu dövlətlər arasındakı siyasi ittifaq sayəsində Alman şirkətləri tərəfindən inşa edilməyə başlanılır. 1856-1922-ci illərdə ümumi uzunluğu 9,919 km olan aşağıdakı xətlər çəkilir: Rumeli - 2,383 km, 1,435 mm Ruse - Varna, 223 km, 1866-cı ildə bir ingilis şirkəti tərəfindən tamamlanır; Dunay ilə Qara dənizi birləşdirir. Konya - Bağdad 2.424 km, 1.435 mm. İzmir - Kasaba 695 km, 1,435 mm. İzmir - Aydın 610 km, 1,435 mm. Şam - Həma 498 km, 1.067 mm və 1.435 mm.
Türkiyədə enerji
Türkiyədə enerji mənbələri azdır, əsasən xaricdən asılı vəziyyətdədir. 1997-cı ildə elektrikin 38,5%-i hidroelektrik olmaqla 71,7%-i yerli mənbələr hesabına təmin olunurdusa, 2020-ci ildə daxildən bu tələbatın ödənilməsinin 35%-ə düşməsi ehtimal edilir. Enerjinin dəyişikliyə və çevrilməyə məruz qalmamış vəziyyətinə ilkin enerji mənbələri deyilir: neft, təbii qaz, kömür, hidravlik, nüvə, biokütlə, qabarma və çəkilmə, külək və günəş enerjisi kimi. İlkin enerji məhsullarının istehsalı ilə ikinci dərəcli enerji mənbələri əldə edilir: Elektrik, dizel, benzin, daş kömür, petrokok, LPG kimi. Adambaşına enerji istehlakı dünyada 1,87 ton neft ekvivalenti, Türkiyədə 1,59 ton neft ekvivalentidir. Adambaşına elektrik istehlakı dünyada 3155 kilovatt-saat, Türkiyədə 3058 kilovatt-saatdır. Dünyada orta hesabla adambaşına karbon emissiyası 4,88 ton, Türkiyədə 4,31 tondur. İlkin mənbələrin payıː 33,1% neft, 30,3% kömür və 23,7% təbii qaz, 6,4% hidravlik, 4,9% nüvə, 1,6% digər bərpa olunan enerji mənbələri (günəş, külək, bioyanacaq, geotermal) formasında sadalana bilər. Dünyada elektrik ardıcıl olaraq 41% kömürdən, 21% təbii qazdan, 16% isə hidroelektrikdən əldə edilir. 2011-ci ildə 32 228,9 min ton neft ekvivalenti enerji istehsal edilmişdir.
Türkiyədə korrupsiya
Türkiyədə korrupsiya — Türkiyənin Avropa Birliyinə üzvlüyünü təsir edən bir problemdir. 2016-cı ildə Şəffaflıq Beynəlxalq Korrupsiya Qavrayış İndeksində ölkə 176 ölkə arasında 75-ci yerdə qərarlaşdı , Türkiyə isə 2017-ci ildə 87-ci yerə qayıtdı. Türkiyə, Transparency International-ın 2018-ci il Korrupsiya Qavrama İndeksində araşdırılan 180 ölkə arasında 78-ci yeri tutdu. Bu, Tunis (73-cü yer), Bolqarıstan (77-ci yer) və Çin (87-ci yer) ilə müqayisə edilə bilər . 1998-ci ildəki Türkbank skandalı, etimadsızlığa və Baş nazir Məsut Yılmazın istefasına səbəb oldu. Yılmaz parlament tərəfindən araşdırılsa da, beş illik iddia müddəti əlavə əməliyyatların qarşısını aldı. 17 dekabr 2013-cü il tarixində üç türk nazirin oğulları və bir çox tanınmış iş adamı həbs edildi və korrupsiya ittihamı ilə günahlandırıldı Korrupsiyaya qarşı mübarizə qanunvericiliyinə Türkiyənin müxtəlif növ korrupsiya fəaliyyətlərinə, o cümlədən aktiv və passiv rüşvət, korrupsiya cəhdi, qəsb, xarici məmura rüşvət vermək, pul yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət elan edən Cinayət Məcəlləsi daxildir. Buna baxmayaraq, antikorrupsiya qanunları zəif tətbiq olunur və korrupsiyaya qarşı mübarizə orqanları təsirsiz sayılır. Korrupsiya, Türkiyə iqtisadiyyatının işini və böyüməsini ləngidir. [Sitat lazım] Korrupsiyanı göstərən tətbiqetmələrə rüşvət, mənimsəmə, oğurluq və saxtakarlıq daxildir.
Türkiyədə turizm
Türkiyədə turizm — Türkiyə ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. 2016-cı ildə Türkiyədə 444 "mavi bayraq" sertifikatına sahib çimərlik qeydə alınmışdır. VikiSəyahətdə Turkey haqqında səyahət məlumatları var.
Türkiyədə təhsil
Türkiyənin təhsil sistemi — Türkiyə Respublikası sərhədləri daxilində fəaliyyət göstərən ibtidai, orta, tam orta və ali təhsil müəssisələrində tədris edilən təhsil sistemi. Təhsil Nazirliyi, Türkiyə Respublikası Konstitusiyasında qəbul edilmiş mərkəzi hökumət siyasətinə uyğun olaraq bütün təhsil fəaliyyətlərinin həyata keçirilməsindən məsuldur. 1923-cü ildə Türkiyə Respublikasının, 1924-cü ildə Konstitusiyasının yaradılmasından sonra, təhsilin hər iki cins üçün icbari və pulsuz olmasını göstərən qanun qəbul edildi. Respublika dövründə təhsil sistemi hökumətin xüsusi nəzarəti altında olmuş, daim inkişaf etdirilmişdir. 1924-cü ildə qəbul edilmiş Təhsil Birliyi Qanunu ilə birlikdə Təhsil Nazirliyi yaradılmış və ölkədəki bütün elmi və təhsil müəssisələrini bir yerə toplanmış, bütün dini məktəblər ləğv edilmiş və xarici məktəblər dövlət nəzarətinə keçmiş və Qərbi Avropa modelinə əsaslanan yerli təhsil sistemi qurulmuşdur. 2012—13 tədris ilindən bəri Türkiyədə məcburi təhsil 12 ilə qaldırılmışdır. Təhsil səviyyələri məktəbəqədər, ibtidai, orta və tam orta təhsildən ibarətdir. Birinci səviyyə 4 illik ibtidai məktəb (1, 2, 3 və 4-cü siniflər), ikinci səviyyə 4 illik orta məktəb (5, 6, 7 və 8-ci siniflər) və üçüncü səviyyə 4 illik tam orta məktəb (9, 10, 11 və 12-ci sinif). İbtidai, orta və tam orta məktəb səviyyələrindən əlavə, xüsusi təhsil ehtiyacı olan şəxslər üçün məktəbəqədər təhsil səviyyəsi də məcburidir. Türkiyə Təhsil Nazirliyi tərəfindən 2017—18 tədris ilində ilk dəfə YKS adlı yeni bir ali məktəbə keçid imtahanı təqdim edilmişdir.
Türkiyədə uyğurlar
Türkiyədə uyğurlar — Türkiyədə yaşayan və ya Türkiyə vətəndaşı olan uyğur əsilli şəxslər. Anadolu türkləri ilə uyğurlar arasında əlaqənin uzun bir tarixi var. Uyğurlar tarixən Türkiyə ərazisində məskunlaşmışdılar. Ərətna bəy əslən uyğurdur, Ərətna bəyliyinin əsasını qoymuş və eyni zamanda uyğurları bəyliyin ərazisinə köçürmüşdür. Həmçinin, 1980-ci illərdən ÇXR-da Şərqi Türküstan münaqişəsi səbəbilə uyğurlar Türkiyəyə köçmək üçün Şərqi Türküstanı kütləvi şəkildə tərk etməyə başlamışdılar. 2000-ci ildə Türkiyədə 10,000 uyğur var idi, 2009-cu ildə bu rəqəm 50 minə çatmışdır. 2018-ci ildə Mərkəzi Asiyadan uyğurların axını olmuş və onların sayı 150 minə qədər artmışdır. 2022-ci ilin məlumatına görə, Türkiyədə 200 mindən çox uyğur yaşayır.
Türkiyədə vulkanlar
Türkiyə göllərinin siyahısı
Türkiyədə çayçılıq
Türkiyədə çayçılıq — Türkiyə Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Türkiyədə çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir. Bu ölkədə çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır. Ölkəyə idxal olunan çaylara yerli bazarın qorunması məqsədi ilə 145 % gömrük rüsumu tətbiq edilir.
Türkiyənin ilçələri
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur. Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.
Türkiyədə islam
Türkiyədə islam — ən çox yayılmış dindir. Türkiyədə İslamın mövcudluğu 11-ci əsrin ikinci yarısına, Səlcuqluların Şərqi Anadoluya yayılmağa başladığı vaxta təsadüf edir. Optimarın 2019-cu ildə keçirdiyi sorğuya əsasən, Türkiyə əhalisinin 89,5%-ni islam dininə mənsub insanlar təşkil edir. Sünnilər müsəlmanların 60%-ni təşkil etdiyi halda, ələvilərin ümumi əhaliyə nisbəti 37%-dir. Digər müsəlman icmalarının (Cəfərilər, Nusayrilər və On ikiliklər) əhaliyə nisbəti 3%-dir. Anadoluda mövcud olan rəsmi İslam məzhəblərinə mənsub insanlar tərəfindən inkişaf etdirilən İslam inancında Əhməd Yəsəvi (Yesevilik), Rumi (Mövləvilik), Hacı Bektaş-ı Vəli (Bektaşizm) və məzhəb başçılarının təlimlərinə əməl edirlər. Hacı Bayram-ı Vəliyə (Bayramilik) tez-tez rast gəlinir. Türkiyənin müsəlman əhalisinin 60%-i sünni olaraq tanınır. Türkiyədəki türk və digər etnik sünnilərin əksəriyyəti Hənəfi məzhəbinə mənsubdur. Türklər arasında Şafi məzhəbinə mənsub olanlara nadir hallarda rast gəlinir.
Türkiyədə manqa
Türkiyədə manqa getdikcə populyarlaşan komiks növlərindən biridir. 2010-cu illərdən etibarən "Fullmetal Alchemist", "My Hero Academia", "Naruto", "One Piece", "Attack on Titan" və s. kimi populyar manqa seriyaları müxtəlif nəşriyyatlar tərəfindən türk dilinə tərcümə olunaraq nəşr olunur. Peşəkar tərcümələrlə yanaşı skanleyt tərcümə ilə məşğul olan bir çox qrup mövcuddur. Türkiyənin "maNga" rok qrupu adını yapon komikslərindən götürmüşdür. Türkiyədə nəşr olunmuş ilk manqa 1999-cu ilin sentyabrında "İthaki" nəşriyyatı tərəfindən tərcümə olunmuş "Gon" manqası olmuşdur. 2003-cü ildə ATV kanalında yayımlanan "Beyblade" anime serialının populyarlığı səbəbilə 2004-cü ilin iyunundan etibarən "Super-J" tərəfindən 5 cildlik manqası nəşr olunmuşdur. Qərb dillərinə tərcümə olunmuş ilk manqa olan "Barefoot Gen" manqası 2007-ci ilin avqustunda "Tudem" tərəfindən türk dilinə tərcümə olunmuşdur. 2008-ci ildə manqanın tarixindən bəhs edən "Manqa: Yapon komiksinin tarixi" kitabı türk dilinə tərcümə olunaraq nəşr olunmuşdur. 2010-cu illərdən etibarən "One Piece", "Attack on Titan", "Naruto", "Bleach", "Death Note", "Fullmetal Alchemist" kimi populyar manqa seriyaları ilə yanaşı, "Goblin Slayer", "Komi Can't Communicate", "Bungo Stray Dogs" kimi nisbətən daha az tanınan manqa seriyaları da türk dilində nəşr olunur.
Türkiyədə fahişəlik
Türkiyədə fahişəlik qanunidir və tənzimlənir. Türkiyə cəmiyyətinin dünyəviləşməsi 20-ci əsrin əvvəllərində fahişəliyin hüquqi status qazanmasına gətirib çıxartdı. Ölkədə türk. genelevler kimi tanınan fahişəxanalar hökumətdən icazə almaqla fəaliyyət göstərirlər. Öz növbəsində, hökumət orqanları seks işçilərinə bəzi pulsuz səhiyyə və digər sosial xidmətlər hüququ verən vəsiqələr verirlər. 1900-cü illərin əvvəllərində yalnız İstanbulda qeydiyyatdan keçmiş fahişələrin təxmini sayı 2000 idi. 1919–1920-ci illərdə edilən bir araşdırma bu qadınların altmış faizinin qeyri-müsəlman, qırx faizinin isə müsəlman olduğu qənaətinə gəldi; lakin bu rəqəm qeyri leqal işləyən fahişələrə aid deyildi. Araşdırma göstərdi ki, qeyri-müsəlman həmkarları ilə müqayisədə müsəlman qadınlar daha çox qeyri-qanuni və ya gizli şəkildə fahişəliklə məşğul olur. İllər keçdikcə maddi gəlir vasitəsi kimi daha çox qadın fahişəliyə əl atmağa başladı. Fahişəliyə müraciət edən qadınların çoxu tənha ana, evsizlik və yoxsulluqdan bu sahəni seçiblər.
Türkiyədə femisid
Türkiyədə femisid, yəni qadın qətlləri qadınların ictimai rolları ilə bağlı səbəblərdən, məsələn, namusun təmizlənməsi səbəbiylə öldürüldüyü cinayətlərdir. Türkiyədə bu hal qadınlara qarşı zorakılıqlardan biridir. 2000-ci illərdə Türkiyədə femisid sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Təkcə 2019-cu ildə 474 qadın öldürülüb. Həmin ilə qədər son 10 ildə ölkədə ən çox qadının öldürüldüyü il olub. "Qadın Qətlini Durduracağıq Platforması"nın illik hesabatına görə, 2020-ci ildə 300 qadın kişilər tərəfindən qətlə yetirilib, 171 qadın isə şübhəli şəkildə ölü tapılıb. 2010–2019-cu illər arasında qadın qətllərinin sayı yalnız İstanbul Konvensiyasının imzalandığı 2011-ci ildə nisbətən az olub. Cinayətkarlar cinayətlərinə haqq qazandırmaları üçün irəli sürdükləri əsas arqumentlər arasında; qadınların ayrılıq, namus, aldatma, qısqanclıq və s. səbəbləri qeyd edirlər. Türkiyədə qadın qətli ilə bağlı rəsmi qurumlar və qadın təşkilatları tərəfindən açıqlanan müxtəlif məlumatlar var.
Türkiyədə liberalizm
Liberalizm Türkiyəyə ilk dəfə Osmanlı İmperiyası dövründə, tənzimat islahatları ilə gəlmişdir. Tənzimat sözü (ərəb. تَنْظِيمَات‎, tanẓīmāt) "yenidən nizamlama, qaydaya salma" mənasını verir və Osmanlı dövlətinin idarəçilik əsaslarında mühüm reformasiyanın aparıldığı, 1839-da Gülxanə xətti-şərifi ilə başlayıb 1876-da Birinci Məşrutiyyət ilə sona çatan dövrü ifadə edir. Tənzimat islahatları bir sıra liberal ziyalılar — Dimitri Zambako Paşa, Mehmet Kabuli Paşa, Yeni osmanlılar, həmçinin Osmanlı parlamentinin qurucularından hesab edilən Midhat Paşa tərəfindən dəstəklənmişdir.
Türkiyənin illəri
Türkiyənin illəri Anadolu yarımadası və Frakiya torpaqları üzərində qurulan Türkiyənin 81 vilayəti var. Vilayətlər (illər) Türkiyənin ən böyük inzibati əraziləridir. Bu 81 il 973 ilçəyə bölünür. Bu ilçələrə ən kiçik inzibati vahidlər olan məhəllə və kəndlər daxildir. İllərdə idarəetmə və icra vəzifəsi daxili işlər naziri tərəfindən tövsiyə edilən və Nazirlər Şurasının təsdiqindən sonra prezident tərəfindən təyin olunan qubernatorlar tərəfindən həyata keçirilir. Osmanlı imperiyasının dağılmasından və 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin rəsmi qurulmasından sonra inzibati sistemdə dəyişikliklər edildi. İki il sonra Ərdəhan, Bəyoğlu, Çatalca, Dersim, Ergani, Gelibolu, Gənc, Kozan, Oltu, Muş, Siverek və Üsküdar vilayətləri (illəri) ilçələrə çevrildi. 1927-ci ildə Şərqi Bəyazid ilçəyə çevrilərək Ağrıya birləşdirildi. 1929-cu ildə Muş yenidən il, Bitlis isə ilçə oldu. Dörd il sonra Aksaray, Cəbəlibərəkət, Hakkari və Şebinqarahisar ilçə olması, Mersin və Silifke birləşdirilərək İçel adlı yeni ilin yaradılmasıyla, Artvin və Rizə birləşdirilərək Çoruh adlı yeni bir ilin yarandılmasıyla sayı 56-ya düşdü.
Türkiyənin iqlimi
Türkiyənin Egey və Aralıq dənizi ilə yuyulan sahil ərazilərində isti, quru yayları və mülayim-soyuq, rütubətli qışları olan Aralıq dənizi iqlimi hökm sürür. Ölkənin Qara dəniz suları ilə yuyulan sahil ərazilərində mülayim, rütubətli yayları və soyuq, rütubətli qışları olan dəniz iqlimi hökm sürür. Türkiyənin Qara dəniz sahili ən yüksək yağıntını qəbul edir və bu region ilboyu yüksək yağıntı alan yeganə regiondur. Bu sahilin şərq hissəsində illik ortalama 2500 mm yağıntı müşahidə edilir ki, bu da ölkə üzrə ən yüksək yağıntıdır. Türkiyənin Mərmərə dənizi ilə yuyulan və Egey və Qara dənizi birləşdirən sahil ərazilərində (İstanbul daxil olmaqla) mülayim Aralıq dənizi iqlimi və mülayim dəniz iqlimi arasında mülayim-isti, quru yayları və soyuq, rütubətli qışları olan keçid iqlim tipi hökm sürür. Mərmərə və Qara dəniz sahillərində, demək olar ki, hər il qar yağır, ancaq qar bir neçə gündən daha artıq qalmır. Digər tərəfdən, Egey dənizi sahil ərazilərində qar nadir, Aralıq dənizi sahil ərazilərində çox nadir müşahidə edilir. Şərtlər daxili quru hissədə daha kəskin ola bilir. Sahilə yaxın olan dağlar dəniz təsirlərinin daxili ərazilərə yayılmasının qarşısını alır və Türkiyənin daxili Anadolu yaylasına kəskin ziddiyyətli fəsillərlə rütubətli kontinental iqlim verir. Platoda qışlar xüsusi olaraq kəskindir.
Türkiyənin vilayətləri
Türkiyə inzibati və məhəlli şərtlər nəzərə alınmaqla müxtəlif inzibati hissələrə ayrılmışdır. Mərkəzi idarə quruluşu baxımından illərə (vilayət), ilçələrə (rayon), və kəndlərə bölünmüşdür. Bunlara “mülki idarə bölümlər”i deyilir. İnzibati hissələrin müəyyən coğrafi vəziyyətləri, iqtisadi şərtləri, ictimai xidmətlərinin gərəkləri və nəqliyyat vəziyyətləri diqqətə alınmaqdadır. Türkiyənin ən böyük inzibati vahidləri “il” olaraq adlanırlar. Bir ilin ərazisi il mərkəzi, “ilçə” mərkəzləri və ilçələrə tabe bütün kəndləri əhatə edir. İllərdə idarə etmə və icra vəzifəsini dövlətin təyin etdiyi valilər yerinə yetirir. Respublikanın ilk vaxtlarında 63 olan il sayı, dəyişən şərtlər və ehtiyaclara görə hazırda 81-ə çatmışdır. İnkişaf etmiş bir çox ilçə də il olmağı gözləyir. İldən daha kiçik inzibati vahidlərə “ilçə” deyilir.
Suriyəli
Suriyalılar (ərəb. السوريون‎‎) Suriyanın yerli sakinləridir. 2014-ci ildən etibarən Suriyanın əhalisi 17 milyondur.
Türkiye
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.