Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təbliğat
Təbliğat və ya propaqanda — bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmə. Təbliğat dedikdə, burada bütün hallarda verbal və qeyri-verbal vasitələrlə aparılan aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur və tutulacaq: lazımi məsələnin yalnız sizə sərf edən tərəfləri, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, dini, sinfi və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətləri birtərəfli işıqlandırılır, geniş reklam etdirilir, nümayiş, təsvir və ya izah edilir, lazımi kommentariya ilə şişirdilir; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatması təşkil edilir, və ya çatmasına çalışılır; dövriyyəyə bu səpkili saxta informasiya buraxılır, saxta, qurama analiz, arqument, nümunə, fakt və statistikalarla əsaslandırılır, izah edilir, başa salınır; xüsusi eyhamla çatdırılır, təlqin edilir, ortaya söz atılır, diskussiya obyektinə çevrildirilir; onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaradılır; təbii olaraq bu mövqedə olan və ya sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlmiş şəxsləri (ələlxüsus, avtoritetli şəxsləri) axtarıb tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, əgər istəsələr, fəaliyyət göstərmələri üçün onlara hər cür (maliyyə, tribuna, instruksiya və s. baxımından) şərait yaradılır, kömək göstərilir, onların avtoriteti süni şişirdilir, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışılır; bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranması, yayılması və şöhrətlənməsi stimullaşdırılır, dəstəklənir, təşkil edilir və i.a.; bütün bu deyilənlərə əks olanlar isə gizlədilir, ört-basdır edilir, görməməzliyə vurulur, yaxud məqsədyönlü yozaraq adiləşdirilir, neytrallaşdırılır, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektinə çevirərək dəyərsizləşdirilir, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olunur, əleyhinə kompaniya formalaşdırılır və s. (əlavə olaraq bax: « REF _Ref3652333 \h Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli.
Təlimat
Təlimat termini aşağıdakı mənalarda istifadə oluna bilər: Təlimat — qanun qüvvəli akt; qanunvericilik aktının, nazirin yaxud digər dövlət orqanı rəhbərinin əmrini izah etmək və onun tətbiqi qaydasını müəyyənləşdirmək məqsədilə verilir; Təlimat — texniki xarakterli göstərişlər; Təlimat — ixtisasçının öz funksional vəzifəsini yerinə yetirmə qaydalarını və ya konkret məsələnin həlli prosesində iş qaydalarını təyin edən sənəd; Təlimat — müəyyən fəaliyyət növlərinin, işlərinin həyata keçirilməsinin, xidməti davranışının xüsusi normativ sənədlərdə verilmiş qaydaların toplusu; Təlimat — bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təminat
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Təbiət
Təbiət — maddi dünya, elmin öyrəndiyi əsas obyekt. İnsan ətrafında olan bütün reallıq təbiət adlanır. Təbiət canlı və cansız olur. Qeyri-maddi təbiət — enerjiyə malik olan maddə və fiziki sahə. Onun quruluşu aşağıdakı sıralama ilə gedir : elementar hissəcik, atom, kimyəvi element, planet, ulduz və kainat. Maddi təbiət — müxtəlif hallarda ola bilər :qaz, maye, bərk və plazma). Materialist dünyagörüşünə görə hesab edilir ki, qeyri-maddi təbiətin inkişafı canlı təbiətin yaranmasına gətirib çıxarıb. Cansız təbiəti aşağıdakı şəkildə ayırmaq olar: Səma cisimləri (günəş, ay, planetlər, ulduzlar,) Hava cisimləri (bulud, yağış, külək, şeh, qar,dolu) Yerin quru hissələri (materiklər, qitələr, adalar, yarımadalar, dağlar) Yerin sulu hissələri (okeanlar, dənizlər, göllər, çaylar, bulaqlar, şəlalələr) Canlı təbiət — bütün orqanizmlərin cəmidir. Elmdə o 7 növə bölünür: viruslar, protistlər, arxeylər, bakteriyalar, göbələklər, bitkilər və heyvanlar. Canlı orqanizm biosferanın tərkib hissəsi olan ekosistemdə yaşayır.
Monumental təbliğat
Monumental təbliğat — Oktyabr inqilabının qələbəsindən sonra monumental incəsənətin inkişafına dair Vladimir Leninin irəli sürdüyü plan və bu planın həyata keçirilməsi üçün SSRİ hökumətinin kompleks tədbirləri. Leninin təşəbbüsü və bilavasitə nəzarəti altında həyata keçirilən monumental təbliğat planında inqilabi ideyaları təbliğ və xalq kütlələrinin sosializm ruhunda tərbiyə etmək məqsədilə şəhərlərdə heykəltəraşlıq monumentləri və abidələrinin ucaldılması, xatirə lövhələrinin vurulması nəzərdə tutulurdu. "Çarların və onların qulluqçularının şərəfinə ucaldılmış abidələrin götürülməsi və Rusiya Sosialist inqilabı abidələri ("Respublika abidələri haqqında") üçün layihələr işlənməsi haqqında" Xalq Komissarları Sovetinin 12 aprel 1918-ci il tarixli dekreti monumental təbliğatın başlanğıcı olmuşdur. Dekret tarixi və bədii qiymətə malik olmayan monumentlərin götürülməsinin, inqilabi monumental incəsənət əsərləri yaradılmasını nəzərdə tutmuşdur. Vladimir Leninin göstərişi ilə Petroqradda (indiki Sankt-Peterburq) bəzi abidələr (əsasən köhnə olanlar) saxlanıldı. Moskva və Petroqradda ən yaxşı sovet heykəltəraşlarının işlədikləri abidə və büstlər, xatirə lövhələri qoyuldu. Abidələrin açılışı təntənəli şəraitdən keçirilirdi. Bu mərasimlərin bir neçəsində Lenin iştirak etmiş, nitq səsləndirmişdir. 1920-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlarının qərarı ilə Bakıda Karl Marks, Mirzə Ələkbər Sabir (1920, 1922), 26 Bakı komissarı və başqalarına abidə qoyulmuşdur. Azərbaycan sovet heykəltəraşlığı monumental təbliğat planına əsasən inkişaf etmişdir.
Bad-tibira
Bad-tibira (şum. 𒂦𒁾𒉄𒆠), "Mis İşçi(lər)inin divarı" və ya "Dəmirçilər qalası" — İraqın cənubundakı Əl-Şətrah və Tell Əs-Senkereh (qədim Larsa) arasında, müasir Tell Əl-Mədinə kimi müəyyən edilən, "Şumer kralı siyahı"sında antidiluvia şəhərləri arasında görünən Şumer şəhəri. Onun akkad dilində adı Dür-qurqurri idi. O, həmçinin Abiden və Apollodor tərəfindən ötürülən Beros kimi yunan müəllifləri tərəfindən "Παντιβίβλος" ("Pantibiblos") adlanırdı. Bu şəhərin adının digər versiyası olan Patibiranı "Dəmirçilər kanalı" olaraq da tərcümə edə bilərik. == Şumer ədəbiyyatında Bad-tibira == "Şumer kral siyahı"sına görə, Bad-tibira Eredudan sonra daşqından əvvəl Şumerdə "krallığın həyat sürdüyü" ikinci şəhər idi. Bu padşahların Enmenluanna, Enmenqalanna və Təmmuz olduğu deyilirdi. Erkən Şumer mətnində İnannanın cəhənnəmə enməsi hissəsində şəhərin məbədi Emuşkalammadan bəhs edilir. Bu rəvayətdə İnanna cəhənnəmdən gələn cinləri səfalət içində yaşayan Bad-tibiranın himayədarı Lulalı aparmaqdan çəkindirir. Onlar nəhayət Urukda saray zənginliyi içində yaşayan Təmmuzu aparır.
Tobira pittosporumu
Təbii halda Yaponiyada geniş yayılmışdır. Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, tərs yumurtavari, uc tərəfdən enli-dairəvi, qaidəsinə doğru daralmış, dərivari, çılpaqdır, kənarları daxilə əyilmiş, dalğalıdır. Yarpaqları qısa saplaq üzərində yerləşir, üst tərəfdən parlaq yaşıl, alt tərəfdən ağımtıl-yaşıl rəngdə olub, sıx halda cavan budaqların uclarına toplanmışdır. May ayının ikinci yarısında çiçəkləyir, 8-9 mm diametri olan ağ rəngli, ətirli çiçəkləri budaqların uclarındakı qalxancıqlarda yerləşmişdir. Ləçəkləri ətlidir. Meyvəsi qutucuq, budaqlı, sıx tüklü, 4 oxlu olub, 12 mm uzunluqdadır. Abşeron şəraitində kütləvi çiçəkləyir və toxum əmələ gətirir. Toxumlarla və yarımoduncaqlaşmış zoğlardan götürülmüş qələm vasitəsi ilə çoxaldılır. Yay dövründə 16-180C temperaturda qumdan hazırlanmış substratda yaxşı kök atır.
Təbiət elmləri
Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften‎) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri. Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir. Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir. Riyaziyyat, statistika və informasiya texnologiyaları təbiət elmləri hesab olunmasalar da, bu sahədə aparılan əksər tədqiqatlar üçün mühüm elmi əhəmiyyətə malikdirlər.
Təbiət qüvvələri
Fundamental qarşılıqlı təsirlər- hissəciklər arasında mövcud olan və hissəciklərin xüsusiyyətlərini və davranışını müəyyənləşdirən təbiət qüvvələridir. Dörd qarşılıqlı təsir qüvvəsi məlumdur: elektromaqnetizm qravitasiya zəif nüvə qüvvəsi güclü qüvvə Fundamental qarşılıqlı təsirlər (ingiliscə, fundamental interaction) fizikaya aid ədəbiyyatda təbiət qüvvələri, fundamental qüvvələr kimi də adlandırılırlar. Fundamental qarşılıqlı təsirlər əsasən aşağıdakı meyarlarla təyin olunurlar: təsir qüvvəsinin gücü bu qüvvənin effektiv olduğu hədd bu təsir qüvvəsinin keçiricisi və ya daşıyıcısı olan hissəciyin təbiəti qravitasiya qarşılıqlı təsirin zərrəciyidir.Qravitasiya qüvvələri qarşılıqlı təsirdə olan cisimlərin hər birinin kütləsi ilə düz mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olub həmişə cazibə xarakterlidir. elektromaqnit sahəsinin zərrəciyidir.Elektrostatikanın əsas qanunu olan Kulon qanununa görə sükunətdə olan yüklü nöqtəvi cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.Eyni adlı yüklər bir- birini dəf,müxtəlif adlı yüklər isə cəzb edir.Sükunət nisbi olduğuna görə elektrik və maqnit qarşılıqlı təsirlərini bir-birindən təcrid etmək olmaz. güclü və ya nüvə sahəsinin zərrəciyidir,və mənası ingiliscədən tərcümədə yapışqan deməkdir.Bu ad ona, yaxın məsafəyə və güclü təsir etdiyinə görə verilib.Güclü qarşılıqlı təsir hesabına proton və neytronlardan dayanıqlı nüvə yarana bilir.Güclü qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsirindən təxminən 100 dəfə böyükdür.Bu qüvvələrin təsir məsafəsi təxminən 10−15m tərtibindədir və cazibə xarakterlidir. dayanıqlı olmayan zərrəciklərin parçalanmasına səbəb olan təsirdir.Onların təsir məsafəsi daha kiçik olub təxminən 10−17m tərtibindədir.Zəif qüvvələr elektromaqnit qüvvələrinə nisbətən on min dəfələrlə kiçikdir. Makroaləmdə rast gəldiyimiz qarşılıqlı təsirlər qravitasiya və elektromaqnit qarşılıqlı təsirləridir.
Təbiət tarixi
Təbiətşünaslıq — Bütün təbiət elmlərini tam kimi öyrənən elm sahəsi. Tədqiqatda təcrübələrə deyil, müşahidələrə əsaslanır və sistemləşirilərək elmi ictəmaiyyətə təqdim edilir. Çox böyük anlayış olaraq, elmlərin mütləq əksəriyyətini özündə birləşdirir. Bir zamanlar dünyanın müxtəlif bölgələrinin alimləri bu sahədə tədqiqatlarını bir-biri ilə əlaqə olmadan aparırdılar. Hal-hazırda isə elmi nəticələr çox bağlı olaraq qarşılıqlı inkişaf edir. Təbiətşünaslıq təqribən 3000 min əvvəl meydana gəlib. Konkret elm sahələrinə bölünmə tədricən elmi biliklər artdıqca baş verib. Böyük zamnan kəsiyində elmlə ancaq filosoflar məşğul olurdular. Ticarətin inkişafı ilə coğrafiya , texnikanın inkişafı ilə isə fizika və kimya inkişaf etməyə başladı. Astronomiya Biologiya Biofizika Biokimya Genetika Coğrafiya Geologiya Radiobiologiya Radiokomya Fiziki kimya Kimya Новосадов Б. К. Гуманитарная миссия естествознания .http://www.zpu-journal.ru/e-zpu/2009/1/Novosadov/.
Təbiət fəlsəfəsi
Naturfəlsəfə və ya təbiət fəlsəfəsi (lat. natura - “təbiət”) — təxminən XVIII əsrə qədər təbiətşünaslıq elminin ən ümumi qanunlarının ayrılmaz sistemi kimi başa düşülən təbiət fəlsəfəsini ifadə edən tarixi termin . "Filosophia naturalis" termini ilk dəfə Senekada rast gəlinir. Naturfəlsəfə qədim zamanlarda təbiət hadisələrinin "yekun səbəblərini" və əsas qanunauyğunluqlarını tapmaq cəhdi kimi yaranmışdır. Orta əsrlərdə təbiət fəlsəfəsinin ən görkəmli nümayəndələri sxolastlar olmuşdurlar. XVIII əsrə qədər təbii fəlsəfi sistemlərin əksəriyyəti sırf spekulyativ idi; klassik fizikanın meydana çıxması ilə təbiət fəlsəfəsi tez bir zamanda elm fəlsəfəsi ilə əvəzləndi və sübut üçün zəruri görünməyən hər hansı bir fərziyyə ilə kəsişdi. Lakin XIX-XX əsrlərdə yenidən müxtəlif naturfəlsəfi sistemlər meydana çıxdı. Prof. Martin Mininin qeyd etdiyi kimi rus ədəbiyyatında qədim yunan fəlsəfəsinə münasibətdə “naturfəlsəfə” termini adətən sofistlərdən və Sokratdan başlayan insan haqqında təlimdən fərqli olaraq onun əhatə etdiyi təbiət haqqında təlimlərin şərhinə diqqət yetirir . İslam ölkələrində ən mühüm fəlsəfə məktəbləri Kəlam və Peripatetzim adlanır.
Fəaliyyət yoluyla təbliğat
Fəaliyyət Yoluyla Təbliğat və ya Fəaliyyətin Təbliği (ingiliscə "propaganda by the deed", fransızca " propagande par le fait") başqalarına nümunə olmaq və inqilab üçün katalizator olmaq məqsədi daşıyan konkret siyasi birbaşa fəaliyyətdir. Anarxizmin bağrından çıxmış və daha sonra başqa radikallar tərəfindən mənimsənmişdir. Bu, ilk növbədə, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində üsyankar anarxizm tərəfdarları tərəfindən törədilən zorakılıq aktları, o cümlədən hakim sinfə yönəlmiş bombalamalar və sui-qəsdlərlə əlaqələndirilir, həm də zorakı olmayan tətbiqlərə malikdir. Bu əməllər dövlətin hər şeyə qadir olmadığını nümayiş etdirməklə və məzlumlara ümid verməklə xalqda "üsyan ruhunu" alovlandırmaq, həmçinin dövlətin reaksiyasında daha da repressivləşdikcə anarxist hərəkatlara dəstəyi genişləndirmək məqsədi daşıyırdı. 1881-ci ildə London Beynəlxalq Anarxist Konqresi bu taktikanı təsdiqlədi. == Görkəmli fəaliyyətlər == 4 aprel 1866-cı il – Dmitri Karakozov Sankt-Peterburqdakı Yay bağının qapısında Rusiya çarı II Aleksanda uğursuz sui-qəsdə cəhd edir. Çar Yay bağını tərk edərkən, Dmitri silahından atəşaçmaq üçün irəli atılır. Lakin bu cəhdin qarşısı kəndli əsilli papaqçı şagirdi Osip Komissarov tərəfindən alınır və o, atəş açmağa az qalmış Karakozovun dirsəyini sıxır. 11 may 1878-ci il — Maks Hodel Almaniyada Kayzer I Vilhelmə sui-qəsd cəhdi edir . Onun monarxı güllələmək üçün etdiyi iki cəhd də uğursuzluğa düçar olur və o, avqustun 15-də tutulur və başı kəsilərək edam edilir.
Sosial təminat hüququ
Sosial təminat hüququnun anlayışı İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial-təminat hüquqlarının xüsusiyyətləri aşağıdakılardır: insan həyatının müəyyən — sosial-iqtisadi sahəsinə şamil edilməsi; əsas müddəalarda məsləhətverici, "qeyri-ciddi" təriflərin verilməsi (məsələn, "layiqli həyat", "ədalətli və uyğun həyat şəraiti"); sosial-iqtisadi hüquqların həyata keçirilməsinin iqtisadi və ehtiyatların vəziyyətindən asılı olması. Sosial təminat hüququ əmək qabiliyyətini tam və ya qismən itirmiş vətəndaşların maddi tələbatının ödənilməsi üçün onlara dövlət tərərfindən müvafiq müavinətlərin ödənilməsindən və təşkilati-hüquqi digər tədbirlərin həyata keçirilməsindən ibarətdir. Aşağıda göstərilən hallarda vətəndaşların sosial təminat hüququ müəyyənləşdirilir: qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda; xəstəliyi olduqda; əlilliyi olduqda; ailə başçısını itirdikdə; əmək qabiliyyətini itirdikdə; işsiz olduqda. Qanunun 4. 1 maddasinə uygun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: Yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası; Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Baza hissəsindən; Sığorta hissəsindən; Yığım hissəsindən. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Baza hissəsindən; Sığorta hissəsindən; Yığım hissəsindən. Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Baza hissəsindən; Sığorta hissəsindən. Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Sosial təminat hüququnun predmeti, metodu və sistemi Sosial təminat hüququnun predmetinə daxil olan münasibətləri aşağıdakı kimi təsnifləşdirmək olar: Sosial təminat sistemi üzrə pul ödəmələri ilə bağlı yaranan münasibətlər. Bura aiddir :pensiyalar, müavinatlar , kompensasion ödəmələr və s.
Təbliğat Analizi İnstitutu
Təbliğat Analizi İnstitutu (ing. Institute for Propaganda Analysis; abbr. IPA) — ABŞ-də 1937-1942 illərdə ictimaiyyətə propaqanda və onu müəyyənləşdirmək yolları haqqında təhsil vermək məqsədilə fəaliyəət göstərən qurum. 1937-ci ilin martın 29-da Bostonda yerləşən Universitet Klubunda Edvard Filaynın təşəbbüsü ilə "demokratiya üçün təhsil" mövzusu ilə bağlı görüş keçirilib. Alfred Adler, Liman Brayson, Edvard Berneys, Klayd R. Miller və s. bu görüşə qatılanlar arasında olmuşlar. Berneys hesab edirdi ki, bu görüşdən "heç nə alınmadı". Eyni zamanda, görüşdən ilhamlanan Miller Ceyms Mendenholnan birgə növbəti həftə ərzində "təhsil, ictimai fikir və propaqanda araşdırmaları üçün institutunun" layihəsinin qaralamanı hazırlayırdı. İkinci görüş Nyu York şəhərində keçirilib. Orda, Miller hzazırladığı layihəsi üçün Filaynın Good Will Fund-dan 10000 dollar alıb.:129,30 Beləliklə, Kolumbiya Universitetinin Müəllimlər Kollecinin professoru olan Miller Təbliğat Analizi İnstitutu Nyu York şəhərdində 1937-ci ilin oktyabr ayında təsis edib.
Eqriçka (təbiət parkı)
Eqriçka təbiət parkı (serb. Парк природе Јегричка) — Serbiyada yeləşən təbiət parkı. İnzibati baxımından Voyevodinanın Başka-Planka, Temerin, Brbas və Jalab icmalarının ərazisində yerləşir. Park 11.144 ha və 81 ar ərazizini əhatə edir. III kateqoriyalı təbiət abidəsi kimi dövlət tərəfindən qorunur. Bununla belə Beynəlxalq Təbiəti Qoruma birliyi tərəfindən V kateqoriya olaraq qeyd edilir. Park Eqriçka çayının orta axarında yerləşir. Təbiət parkı bərk tullantılar, qrunt suları, qamışların yandırılması, ətraf tarlaların pestisidlərlə zəhərləndirilməsi və Brakonyerlikdən əziyyət çəkir. == Coğrafi xüsusiyyətləri == Park Baçka regionunda yerləşir və çay, bataqlıq və nohur biotoplarına sahibdir. Ərazini qamışlıqlar örtmüşdür.
Eqriçka Təbiət Parkı
Eqriçka təbiət parkı (serb. Парк природе Јегричка) — Serbiyada yeləşən təbiət parkı. İnzibati baxımından Voyevodinanın Başka-Planka, Temerin, Brbas və Jalab icmalarının ərazisində yerləşir. Park 11.144 ha və 81 ar ərazizini əhatə edir. III kateqoriyalı təbiət abidəsi kimi dövlət tərəfindən qorunur. Bununla belə Beynəlxalq Təbiəti Qoruma birliyi tərəfindən V kateqoriya olaraq qeyd edilir. Park Eqriçka çayının orta axarında yerləşir. Təbiət parkı bərk tullantılar, qrunt suları, qamışların yandırılması, ətraf tarlaların pestisidlərlə zəhərləndirilməsi və Brakonyerlikdən əziyyət çəkir. == Coğrafi xüsusiyyətləri == Park Baçka regionunda yerləşir və çay, bataqlıq və nohur biotoplarına sahibdir. Ərazini qamışlıqlar örtmüşdür.
Fandi təbiət qoruğu
Fandi Milli Parkı ya Fandi təbiət qoruğu (ing. Fundy National Park, fr. Parc national de Fundy) — 1948 ci ildə yaradılmış, 206 km² sahəyə malik Fandi körfəzində yerləşən, Kanada milli parklarından biri.
Ga Təbiət Qoruğu
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır. Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. == Tarix == Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir.
Ga Təbiət Yasaqlığı
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır. Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. == Tarix == Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir.
Kanev təbiət qoruğu
Kanev təbiət qoruğu (ukr. Канівський природний заповідник) — Ukraynada Dnepr çayının sağ sahilinin bir hissəsini və çayda yerləşən iki kiçik adanı əhatə edən təbiət qoruğu. Qorunan təbiət ərazisi Ukraynanın mərkəzində, Dnepr yüksəkliyinin şimal-şərq yamacları boyunca uzanır. Qoruq qiymətli meşə çöl və daşqın yaşayış mühitini qorumaq üçün yaradılmışdır. Ərazi Paleolit dövrünə qədərki mədəniyyətlərin qalıqlarının bolluğu ilə tanınır. Qoruq Kiyevin Taras Şevçenko adına Milli Universitetinin bir hissəsidir və Çerkassi vilayətində yerləşir. == Tarixi == Qoruq Ukrayna SSR Kənd Təsərrüfatı Xalq Komissarlığının 1923-cü il 30 iyul tarixli qərarı ilə yaradılmışdır. Ukrayna SSR Nazirlər Sovetinin 1986-cı il 22 dekabr tarixli, 717-nömrəli fərmanı ilə qoruq ərazisi 2 027 hektara qədər artırılmışdır. == Flora və fauna == Qoruğun 85%-i meşə sahəsidir və ən çox yayılmış ağaclar qarağac və palıddır. Ərazidə cüyür və dələ də daxil olmaqla əsasən meşə çölünə xas olan heyvanlar mövcuddur.
Oka Təbiət Qoruğu
Oka Təbiət Qoruğu (rus. Окский заповедник) ― Rusiyada, Meşçer ovalıqlarında, Oka və Pra çaylarının hövzəsində yerləşən qoruq. Qoruq böyük düzəlik çayları və meşəlik torf sahələrinə görə su quşları və gəmilər üçün əhəmiyyətli bir ərazidir. Qoruqda bizon və durna yetişdirmə mərkəzləri var. Ərazi 60-a yaxın Ryazan vilayətinin Spasskiy rayonunda, Ryazan şəhərinin 60 kilometr şimal-şərqində yerləşir. 1994-cü ildə Pra və Oka çaylarının yaratığı allüvial düzənlik beynəlxalq əhəmiyyətli Ramsar sahəsi təyin edilmişdir. Ərazi 1978-ci ildə UNESCO-nun İnsan və biosfer ehtiyatı təyin edilmişdir. Qoruq rəsmi olaraq 1935-ci ildə yaradılıb və 55 722 hektar ərazini əhatə edir. Oka Təbiət Qoruğu əsasən meşəlik torf sahələrindən (təxminən %90), bataqlıqlardan (%5) və quru ərazilərdən (%5) ibarətdir. Okanın qolu olan Pra boyunca daşqın hövzəsi uzanır.
Polonezköy Təbiət Parkı
Polonezköy Təbiət Parkı (türk. Polonezköy Tabiat Parkı) ― Türkiyənin İstanbul ilindəki Polonezköy kəndində yerləşən təbiət parkı. Polonezköy kəndi İstanbul ilinin Beykoz ilçəsində yerləşir. Ərazi 1994-cü ildə Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 3 004 hektar ərazini əhatə edir. Bura İstanbul ilinin ilk və ərazi baxımından ən böyük təbiət parkıdır. Qorunan ərazi uğursuz Noyabr qiyamından sonra 1842-ci ildə Polşa mühacirləri tərəfindən məskunlaşılan Polonezköy kəndinin adını daşıyır. Yaşayış məntəqəsi əvvəlcə Adam Yeji Çartorıyskinin şərəfinə "Adamköy" və ya "Adampol" olaraq adlandırılmış, lakin daha sonra "Polonez Karyesi" olaraq dəyişdirilmişdir. Kənd mövcud rəsmi adını 1923-cü ildə almışdır. Təbiət parkı piknik, düşərgə, gəzinti və orientirinq kimi açıq hava fəaliyyətləri təklif edir.
Samburu (təbiət qoruğu)
Samburu ( ing. Samburu National Reserve) Şərqi Afrika ölkəsi Keniya ərazisində yerləşmiş zəngin fauna və floraya malik milli park statuslu təbiət qoruğu. Qoruğun sahəsi 165 km² olub, dəniz səviyəsindən 1230–800 m yüksəklikdə yerləşmişdir. Qoruq Vaso Niuro çayı vasitəsilə ikiyə bölünür. Bu çay qoruğun ekosisteminin əsas hissəsi sayılır. Çay sahil boyu palma meşəlikləri ilə əhatə olunmuşdur. Qoruğun qonşuluğunda daha bir qouq Baffalo-Sprinqs yerləşir.
Srebırna (təbiət qoruğu)
Srebırna Təbiət Qoruğu (bolq. Природен резерват Сребърна / Priroden rezervat Srebarna) — Bolqarıstanın şimal-şərqində (Cənubi Dobruca), eyniadlı kəndin yaxınlığında, Silistra şəhərinin 18 km qərbində, Dunay çayının 2 km cənubunda yerləşən təbiət qoruğu. Qoruq Srebırna gölünü və ətraf əraziləri əhatə edir, quşların Avropa ilə Afrika arasındakı miqrasiya marşutu olan Portika yolunun üzərində yerləşir. Qoruğun sahəsi 6 km2, bufer zonasının sahəsi 5,4 km2 təşkil edir. Gölün dərinliyi 1–3 metr arasında dəyişir. Qoruqda muzey fəaliyyət göstərir, bu muzeydə qoruq ərazisi üçün nadir olan quş növlərinin doldurulmuş maketləri sərgilənir. Srebırna gölü keçmişdə bir çox əcnəbi bioloqlar tərəfindən bir çox dəfə tədqiq edilmişdir. Göl ilə maraqlanan ilk bolqar alim buranı 1911-ci ildə ziyarət etmiş Aleksi Petrov olmuşdur. 1913-cü ildə Cənubi Dobruca Rumıniyanın əlinə keçmişdir, amma Bolqarıstan 1940-cı ildə bu torpağı geri almışdır. Petrov gölün yaxınlığında yuvalayan quş koloniyalarını öyrənmək üçün gölü bir dəfə də ziyarət etmişdir.
Levirat
Levirat (lat. levir; "qayın") — nikahın qədim formalarından biri, vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi. == Sözün mənşəyi == Levirate termini "ərin qardaşı" mənasını verən latın dilində levir sözündəndir. == Haqqında == Evliliyin qədim növlərindən biri olmuş və dul qadının ölmüş ərinin qardaşı ilə evlənməsidir. Müharibə zamanı daha geniş yayılmışdı. Bu evlilik formasının icra edilməsinin bir sıra səbəbləri vardır. Levirat adətinə görə kiçik uşaqları olan evli qardaşlardan biri cavan yaşlarında vəfat etdikdə onun subay qardaşı, subay qardaşı olmadıqda isə evli qardaşlardan biri mərhum qardaşının uşaqlarını saxlamaq niyyəti ilə onun dul qadınına evlənirdi. Bu səbəblərdən biri əmlakın sahibi olmaq meyli idi. Tədqiqatçı Qiyasəddin Qeybullayev bu səbəbləri belə qeyd etmişdir: "Levirat nikah adətinin icra edilməsinin iki səbəbi vardı. Varlı zümrədə mərhumun varidatına sahib olmaq meyili əsas rol oynayırdı.
Srebırna Təbiət Qoruğu
Srebırna Təbiət Qoruğu (bolq. Природен резерват Сребърна / Priroden rezervat Srebarna) — Bolqarıstanın şimal-şərqində (Cənubi Dobruca), eyniadlı kəndin yaxınlığında, Silistra şəhərinin 18 km qərbində, Dunay çayının 2 km cənubunda yerləşən təbiət qoruğu. Qoruq Srebırna gölünü və ətraf əraziləri əhatə edir, quşların Avropa ilə Afrika arasındakı miqrasiya marşutu olan Portika yolunun üzərində yerləşir. Qoruğun sahəsi 6 km2, bufer zonasının sahəsi 5,4 km2 təşkil edir. Gölün dərinliyi 1–3 metr arasında dəyişir. Qoruqda muzey fəaliyyət göstərir, bu muzeydə qoruq ərazisi üçün nadir olan quş növlərinin doldurulmuş maketləri sərgilənir. Srebırna gölü keçmişdə bir çox əcnəbi bioloqlar tərəfindən bir çox dəfə tədqiq edilmişdir. Göl ilə maraqlanan ilk bolqar alim buranı 1911-ci ildə ziyarət etmiş Aleksi Petrov olmuşdur. 1913-cü ildə Cənubi Dobruca Rumıniyanın əlinə keçmişdir, amma Bolqarıstan 1940-cı ildə bu torpağı geri almışdır. Petrov gölün yaxınlığında yuvalayan quş koloniyalarını öyrənmək üçün gölü bir dəfə də ziyarət etmişdir.