Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təbliğat
Təbliğat və ya propaqanda — bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmə.Təbliğat dedikdə, burada bütün hallarda verbal və qeyri-verbal vasitələrlə aparılan aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur və tutulacaq: lazımi məsələnin yalnız sizə sərf edən tərəfləri, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, dini, sinfi və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətləri birtərəfli işıqlandırılır, geniş reklam etdirilir, nümayiş, təsvir və ya izah edilir, lazımi kommentariya ilə şişirdilir; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatması təşkil edilir, və ya çatmasına çalışılır; dövriyyəyə bu səpkili saxta informasiya buraxılır, saxta, qurama analiz, arqument, nümunə, fakt və statistikalarla əsaslandırılır, izah edilir, başa salınır; xüsusi eyhamla çatdırılır, təlqin edilir, ortaya söz atılır, diskussiya obyektinə çevrildirilir; onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaradılır; təbii olaraq bu mövqedə olan və ya sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlmiş şəxsləri (ələlxüsus, avtoritetli şəxsləri) axtarıb tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, əgər istəsələr, fəaliyyət göstərmələri üçün onlara hər cür (maliyyə, tribuna, instruksiya və s. baxımından) şərait yaradılır, kömək göstərilir, onların avtoriteti süni şişirdilir, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışılır; bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranması, yayılması və şöhrətlənməsi stimullaşdırılır, dəstəklənir, təşkil edilir və i.a.; bütün bu deyilənlərə əks olanlar isə gizlədilir, ört-basdır edilir, görməməzliyə vurulur, yaxud məqsədyönlü yozaraq adiləşdirilir, neytrallaşdırılır, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektinə çevirərək dəyərsizləşdirilir, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olunur, əleyhinə kompaniya formalaşdırılır və s. (əlavə olaraq bax: « REF _Ref3652333 \h Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli.
Təlimat
Təlimat termini aşağıdakı mənalarda istifadə oluna bilər: Təlimat — qanun qüvvəli akt; qanunvericilik aktının, nazirin yaxud digər dövlət orqanı rəhbərinin əmrini izah etmək və onun tətbiqi qaydasını müəyyənləşdirmək məqsədilə verilir; Təlimat — texniki xarakterli göstərişlər; Təlimat — ixtisasçının öz funksional vəzifəsini yerinə yetirmə qaydalarını və ya konkret məsələnin həlli prosesində iş qaydalarını təyin edən sənəd; Təlimat — müəyyən fəaliyyət növlərinin, işlərinin həyata keçirilməsinin, xidməti davranışının xüsusi normativ sənədlərdə verilmiş qaydaların toplusu; Təlimat — bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təminat
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Təbiət
Təbiət — maddi dünya, elmin öyrəndiyi əsas obyekt. İnsan ətrafında olan bütün reallıq təbiət adlanır. Təbiət canlı və cansız olur. == Cansız təbiət == Qeyri-maddi təbiət — enerjiyə malik olan maddə və fiziki sahə. Onun quruluşu aşağıdakı sıralama ilə gedir : elementar hissəcik, atom, kimyəvi element, planet, ulduz və kainat. Maddi təbiət — müxtəlif hallarda ola bilər :qaz, maye, bərk və plazma). Materialist dünyagörüşünə görə hesab edilir ki, qeyri-maddi təbiətin inkişafı canlı təbiətin yaranmasına gətirib çıxarıb. Cansız təbiəti aşağıdakı şəkildə ayırmaq olar: Səma cisimləri (günəş, ay, planetlər, ulduzlar,) Hava cisimləri (bulud, yağış, külək, şeh, qar,dolu) Yerin quru hissələri (materiklər, qitələr, adalar, yarımadalar, dağlar) Yerin sulu hissələri (okeanlar, dənizlər, göllər, çaylar, bulaqlar, şəlalələr) == Canlı təbiət == Canlı təbiət — bütün orqanizmlərin cəmidir. Elmdə o 7 növə bölünür: viruslar, protistlər, arxeylər, bakteriyalar, göbələklər, bitkilər və heyvanlar. Canlı orqanizm biosferanın tərkib hissəsi olan ekosistemdə yaşayır.
Monumental təbliğat
Monumental təbliğat — Oktyabr inqilabının qələbəsindən sonra monumental incəsənətin inkişafına dair Vladimir Leninin irəli sürdüyü plan və bu planın həyata keçirilməsi üçün SSRİ hökumətinin kompleks tədbirləri. == Tarixi == Leninin təşəbbüsü və bilavasitə nəzarəti altında həyata keçirilən monumental təbliğat planında inqilabi ideyaları təbliğ və xalq kütlələrinin sosializm ruhunda tərbiyə etmək məqsədilə şəhərlərdə heykəltəraşlıq monumentləri və abidələrinin ucaldılması, xatirə lövhələrinin vurulması nəzərdə tutulurdu. "Çarların və onların qulluqçularının şərəfinə ucaldılmış abidələrin götürülməsi və Rusiya Sosialist inqilabı abidələri ("Respublika abidələri haqqında") üçün layihələr işlənməsi haqqında" Xalq Komissarları Sovetinin 12 aprel 1918-ci il tarixli dekreti monumental təbliğatın başlanğıcı olmuşdur. Dekret tarixi və bədii qiymətə malik olmayan monumentlərin götürülməsinin, inqilabi monumental incəsənət əsərləri yaradılmasını nəzərdə tutmuşdur. Vladimir Leninin göstərişi ilə Petroqradda (indiki Sankt-Peterburq) bəzi abidələr (əsasən köhnə olanlar) saxlanıldı. Moskva və Petroqradda ən yaxşı sovet heykəltəraşlarının işlədikləri abidə və büstlər, xatirə lövhələri qoyuldu. Abidələrin açılışı təntənəli şəraitdən keçirilirdi. Bu mərasimlərin bir neçəsində Lenin iştirak etmiş, nitq səsləndirmişdir. 1920-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlarının qərarı ilə Bakıda Karl Marks, Mirzə Ələkbər Sabir (1920, 1922), 26 Bakı komissarı və başqalarına abidə qoyulmuşdur. Azərbaycan sovet heykəltəraşlığı monumental təbliğat planına əsasən inkişaf etmişdir.
Bad-tibira
Bad-tibira (şum. 𒂦𒁾𒉄𒆠), "Mis İşçi(lər)inin divarı" və ya "Dəmirçilər qalası" — İraqın cənubundakı Əl-Şətrah və Tell Əs-Senkereh (qədim Larsa) arasında, müasir Tell Əl-Mədinə kimi müəyyən edilən, "Şumer kralı siyahı"sında antidiluvia şəhərləri arasında görünən Şumer şəhəri. Onun akkad dilində adı Dür-qurqurri idi. O, həmçinin Abiden və Apollodor tərəfindən ötürülən Beros kimi yunan müəllifləri tərəfindən "Παντιβίβλος" ("Pantibiblos") adlanırdı. Bu şəhərin adının digər versiyası olan Patibiranı "Dəmirçilər kanalı" olaraq da tərcümə edə bilərik. == Şumer ədəbiyyatında Bad-tibira == "Şumer kral siyahı"sına görə, Bad-tibira Eredudan sonra daşqından əvvəl Şumerdə "krallığın həyat sürdüyü" ikinci şəhər idi. Bu padşahların Enmenluanna, Enmenqalanna və Təmmuz olduğu deyilirdi. Erkən Şumer mətnində İnannanın cəhənnəmə enməsi hissəsində şəhərin məbədi Emuşkalammadan bəhs edilir. Bu rəvayətdə İnanna cəhənnəmdən gələn cinləri səfalət içində yaşayan Bad-tibiranın himayədarı Lulalı aparmaqdan çəkindirir. Onlar nəhayət Urukda saray zənginliyi içində yaşayan Təmmuzu aparır.
Tobira pittosporumu
== Təbii yayılması: == Təbii halda Yaponiyada geniş yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, tərs yumurtavari, uc tərəfdən enli-dairəvi, qaidəsinə doğru daralmış, dərivari, çılpaqdır, kənarları daxilə əyilmiş, dalğalıdır. Yarpaqları qısa saplaq üzərində yerləşir, üst tərəfdən parlaq yaşıl, alt tərəfdən ağımtıl-yaşıl rəngdə olub, sıx halda cavan budaqların uclarına toplanmışdır. May ayının ikinci yarısında çiçəkləyir, 8-9 mm diametri olan ağ rəngli, ətirli çiçəkləri budaqların uclarındakı qalxancıqlarda yerləşmişdir. Ləçəkləri ətlidir. Meyvəsi qutucuq, budaqlı, sıx tüklü, 4 oxlu olub, 12 mm uzunluqdadır. Abşeron şəraitində kütləvi çiçəkləyir və toxum əmələ gətirir. Toxumlarla və yarımoduncaqlaşmış zoğlardan götürülmüş qələm vasitəsi ilə çoxaldılır. == Ekologiyası: == Yay dövründə 16-180C temperaturda qumdan hazırlanmış substratda yaxşı kök atır.
Təbiət elmləri
Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften‎) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri. == Ümumi məlumat == Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir. Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir. Riyaziyyat, statistika və informasiya texnologiyaları təbiət elmləri hesab olunmasalar da, bu sahədə aparılan əksər tədqiqatlar üçün mühüm elmi əhəmiyyətə malikdirlər.
Təbiət qüvvələri
Fundamental qarşılıqlı təsirlər- hissəciklər arasında mövcud olan və hissəciklərin xüsusiyyətlərini və davranışını müəyyənləşdirən təbiət qüvvələridir. Dörd qarşılıqlı təsir qüvvəsi məlumdur: elektromaqnetizm qravitasiya zəif nüvə qüvvəsi güclü qüvvəFundamental qarşılıqlı təsirlər (ingiliscə, fundamental interaction) fizikaya aid ədəbiyyatda təbiət qüvvələri, fundamental qüvvələr kimi də adlandırılırlar. == Ümumi məlumat == Fundamental qarşılıqlı təsirlər əsasən aşağıdakı meyarlarla təyin olunurlar: təsir qüvvəsinin gücü bu qüvvənin effektiv olduğu hədd bu təsir qüvvəsinin keçiricisi və ya daşıyıcısı olan hissəciyin təbiəti == Qraviton == qravitasiya qarşılıqlı təsirin zərrəciyidir.Qravitasiya qüvvələri qarşılıqlı təsirdə olan cisimlərin hər birinin kütləsi ilə düz mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olub həmişə cazibə xarakterlidir. == Foton == elektromaqnit sahəsinin zərrəciyidir.Elektrostatikanın əsas qanunu olan Kulon qanununa görə sükunətdə olan yüklü nöqtəvi cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.Eyni adlı yüklər bir- birini dəf,müxtəlif adlı yüklər isə cəzb edir.Sükunət nisbi olduğuna görə elektrik və maqnit qarşılıqlı təsirlərini bir-birindən təcrid etmək olmaz. == Qlüon == güclü və ya nüvə sahəsinin zərrəciyidir,və mənası ingiliscədən tərcümədə yapışqan deməkdir.Bu ad ona, yaxın məsafəyə və güclü təsir etdiyinə görə verilib.Güclü qarşılıqlı təsir hesabına proton və neytronlardan dayanıqlı nüvə yarana bilir.Güclü qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsirindən təxminən 100 dəfə böyükdür.Bu qüvvələrin təsir məsafəsi təxminən 10−15m tərtibindədir və cazibə xarakterlidir. == Zəif qarşılıqlı təsir == dayanıqlı olmayan zərrəciklərin parçalanmasına səbəb olan təsirdir.Onların təsir məsafəsi daha kiçik olub təxminən 10−17m tərtibindədir.Zəif qüvvələr elektromaqnit qüvvələrinə nisbətən on min dəfələrlə kiçikdir. Makroaləmdə rast gəldiyimiz qarşılıqlı təsirlər qravitasiya və elektromaqnit qarşılıqlı təsirləridir.
Təbiət tarixi
Təbiətşünaslıq — Bütün təbiət elmlərini tam kimi öyrənən elm sahəsi. Tədqiqatda təcrübələrə deyil, müşahidələrə əsaslanır və sistemləşirilərək elmi ictəmaiyyətə təqdim edilir. Çox böyük anlayış olaraq, elmlərin mütləq əksəriyyətini özündə birləşdirir. Bir zamanlar dünyanın müxtəlif bölgələrinin alimləri bu sahədə tədqiqatlarını bir-biri ilə əlaqə olmadan aparırdılar. Hal-hazırda isə elmi nəticələr çox bağlı olaraq qarşılıqlı inkişaf edir. Təbiətşünaslıq təqribən 3000 min əvvəl meydana gəlib. Konkret elm sahələrinə bölünmə tədricən elmi biliklər artdıqca baş verib. Böyük zamnan kəsiyində elmlə ancaq filosoflar məşğul olurdular. Ticarətin inkişafı ilə coğrafiya , texnikanın inkişafı ilə isə fizika və kimya inkişaf etməyə başladı. == İstiqamətləri == Astronomiya Biologiya Biofizika Biokimya Genetika Coğrafiya Geologiya Radiobiologiya Radiokomya Fiziki kimya Kimya == Ədəbiyyat == Новосадов Б. К. Гуманитарная миссия естествознания .http://www.zpu-journal.ru/e-zpu/2009/1/Novosadov/.
Fəaliyyət yoluyla təbliğat
Fəaliyyət Yoluyla Təbliğat və ya Fəaliyyətin Təbliği (ingiliscə "propaganda by the deed", fransızca " propagande par le fait") başqalarına nümunə olmaq və inqilab üçün katalizator olmaq məqsədi daşıyan konkret siyasi birbaşa fəaliyyətdir. Anarxizmin bağrından çıxmış və daha sonra başqa radikallar tərəfindən mənimsənmişdir. Bu, ilk növbədə, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində üsyankar anarxizm tərəfdarları tərəfindən törədilən zorakılıq aktları, o cümlədən hakim sinfə yönəlmiş bombalamalar və sui-qəsdlərlə əlaqələndirilir, həm də zorakı olmayan tətbiqlərə malikdir. Bu əməllər dövlətin hər şeyə qadir olmadığını nümayiş etdirməklə və məzlumlara ümid verməklə xalqda "üsyan ruhunu" alovlandırmaq, həmçinin dövlətin reaksiyasında daha da repressivləşdikcə anarxist hərəkatlara dəstəyi genişləndirmək məqsədi daşıyırdı. 1881-ci ildə London Beynəlxalq Anarxist Konqresi bu taktikanı təsdiqlədi. == Görkəmli fəaliyyətlər == 4 aprel 1866-cı il – Dmitri Karakozov Sankt-Peterburqdakı Yay bağının qapısında Rusiya çarı II Aleksanda uğursuz sui-qəsdə cəhd edir. Çar Yay bağını tərk edərkən, Dmitri silahından atəşaçmaq üçün irəli atılır. Lakin bu cəhdin qarşısı kəndli əsilli papaqçı şagirdi Osip Komissarov tərəfindən alınır və o, atəş açmağa az qalmış Karakozovun dirsəyini sıxır. 11 may 1878-ci il — Maks Hodel Almaniyada Kayzer I Vilhelmə sui-qəsd cəhdi edir . Onun monarxı güllələmək üçün etdiyi iki cəhd də uğursuzluğa düçar olur və o, avqustun 15-də tutulur və başı kəsilərək edam edilir.
Sosial təminat hüququ
Sosial təminat hüququnun anlayışı İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial-təminat hüquqlarının xüsusiyyətləri aşağıdakılardır: insan həyatının müəyyən - sosial-iqtisadi sahəsinə şamil edilməsi; əsas müddəalarda məsləhətverici, «qeyri-ciddi» təriflərin verilməsi (məsələn, «layiqli həyat», «ədalətli və uyğun həyat şəraiti»); sosial-iqtisadi hüquqların həyata keçirilməsinin iqtisadi və ehtiyatların vəziyyətindən asılı olması.Sosial təminat hüququ əmək qabiliyyətini tam və ya qismən itirmiş vətəndaşların maddi tələbatının ödənilməsi üçün onlara dövlət tərərfindən müvafiq müavinətlərin ödənilməsindən və təşkilati-hüquqi digər tədbirlərin həyata keçirilməsindən ibarətdir. Aşağıda göstərilən hallarda vətəndaşların sosial təminat hüququ müəyyənləşdirilir: qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda; xəstəliyi olduqda; əlilliyi olduqda; ailə başçısını itirdikdə; əmək qabiliyyətini itirdikdə; işsiz olduqda.Qanunun 4. 1 maddasinə uygun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: Yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası;Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Baza hissəsindən; Sığorta hissəsindən; Yığım hissəsindən.Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Baza hissəsindən; Sığorta hissəsindən; Yığım hissəsindən.Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Baza hissəsindən; Sığorta hissəsindən.Qanunun 7ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Sosial təminat hüququnun predmeti, metodu və sistemi Sosial təminat hüququnun predmetinə daxil olan münasibətləri aşağıdakı kimi təsnifləşdirmək olar: Sosial təminat sistemi üzrə pul ödəmələri ilə bağlı yaranan münasibətlər. Bura aiddir :pensiyalar, müavinatlar , kompensasion ödəmələr və s. Sosial təminatın “natural” növləri ilə bağlı yaranan münasibətlər. Bura aiddir: tibbi yardım və müalicə , pulsuz və ya gözəştli dərman yardımı , sanatoriya- kurort müalicəsi , tam və yarımstasionar sosial xidmət , uşaqların internatlarda və ya uşaq müəssisələrində saxlanması, əlillərin peşə hazırlığı və işə düzəldilməsi, əlillərin nəqliyyat vasitələri ilə təmin edilməsi, protez- ortopedik yardım , əlillərə pulsuz mənzil verilməsi, sosial təminat sistemi üzrə güzəştlər. Sosial təminat sistemi üzrə pul ödəmələri və sosial təminatın “natural” növləri ilə bağlı yaranan münasibətlərin normal fəaliyyət göstərmərsi üçün obyektiv surətdə zəruri olan prosedur və prosessual xarakterli köməkçi münasibətlər. Bura aiddir: hüquqi faktların müəyyən edilməsi , sosial təminatın bu və ya digər növünə olan hüququn reallaşdırılması, pozulmuş hüquqların müdafiəsi və s. Sosial təminat hüquq sahəsinin predmetinə bilavasitə bölüşdürmə münasibətlərinin realizəsi ilə əlaqədar olaraq yaranan münasibətlər də daxildir.
Təbliğat Analizi İnstitutu
Təbliğat Analizi İnstitutu (ing. Institute for Propaganda Analysis; abbr. IPA) — ABŞ-də 1937-1942 illərdə ictimaiyyətə propaqanda və onu müəyyənləşdirmək yolları haqqında təhsil vermək məqsədi ilə fəaliyəət göstərən qurum. == Tarixi == 1937-ci ilin martın 29-da Bostonda yerləşən Universitet Klubunda Edvard Filaynın təşəbbüsü ilə "demokratiya üçün təhsil" mövzusu ilə bağlı görüş keçirilib. Alfred Adler, Liman Brayson, Edvard Berneys, Klayd R. Miller və s. bu görüşə qatılanlar arasında olmuşlar. Berneys hesab edirdi ki, bu görüşdən "heç nə alınmadı". Eyni zamanda, görüşdən ilhamlanan Miller Ceyms Mendenholnan birgə növbəti həftə ərzində "təhsil, ictimai fikir və propaqanda araşdırmaları üçün institutunun" layihəsinin qaralamanı hazırlayırdı. İkinci görüş Nyu York şəhərində keçirilib. Orda, Miller hzazırladığı layihəsi üçün Filaynın Good Will Fund-dan 10000 dollar alıb.:129,30 Beləliklə, Kolumbiya Universitetinin Müəllimlər Kollecinin professoru olan Miller Təbliğat Analizi İnstitutu Nyu York şəhərdində 1937-ci ilin oktyabr ayında təsis edib.
Arin Təbiət Parkı
Əl-Arin Təbiət Parkı (ərəb. محمية العرين‎) — Bəhreyndə, Sahir səhrasında yerləşən zoopark və təbiət qoruğu. Park ölkənin beş qorunan ərazisindən biridir. Ancaq yalnızca quruda yerləşən yeganə qoruqdur. == Tarixi == 1976-cı ildə qurulan parkın ümumi sahəsi 7 km²-dir. Bunun içərisində Bəhreyn və bütün Ərəbistan yarımadası üçün xarakterik olan bitkilər böyüyür və heyvanlar yaşayır. Bundan əlavə zooparkda Afrika və Cənubi Asiyadan gətirilən bitki və heyvanlar təmsil olunur. Hər il orta hesabla parka 140 min nəfər gəlir. 2013-cü ildə park 199 235 ziyarətçinı qəbul etmişdir. 1999-cu ildə park Qətər Daxili İşlər və İnformasiya Nazirliyinə birləşdirildi.
Azərbaycanın təbiət abidələri
Azərbaycanın, eləcə də Qafqazın bütöv ərazisi subtropik zonada yerləşir və bu da iqlimin bəzi tiplərinin və yarım tiplərinin formalaşmasına təsir edir. Planetdə mövcud olan 11 iqlim tipindən 9-u çoxda geniş ərazisi olmayan Azərbaycanda (86,6 min km2 ) yerləşir. Relyef forması ziddiyyətliliyi ilə xarakterizə olunur: O 28 km dünya okeanı səviyyəsindən 4466 km (Bazardüzü zirvəsi) mütləq hündürlüyədək dəyişir. Ölkənin bir hissəsində yaşı 500 milyon ili aşan dağ süxurları, o biri yerdə dünən yaranan cavan çöküntülər diqqət çəkir. Dağların hündürlüyünün yüksəkliyə doğru artımı relyefin formalaşmasına səbəb olur və bu da coğrafi zonaların dəyişikliyini yaxşı ifadə edir. Əlaqələr, qarşılıqlı təsir, iqlim tipləri və yarım tiplərinin qarşılıqlı təsirləri, yamacların quruluşu və ərazidə üstünlük təşkil edən küləklərin istiqaməti təbii relyef formasının əmələ gəlməsinə səbəb olur. Azərbaycan təbiətinin unikal gözəlliyi və onun ətraf mühiti turistlərin diqqətini cəlb edir. Azərbaycanın təbii abidələri aşağıdakı qruplara bölünür: Geoloji Geoloji-geomorfoloji Hidrogeoloji Hidroloji Flora Fauna Landşaft == Geoloji abidələr == Azərbaycan Respublikasının ərazisi və Qafqazın bütün ərazisi Alp qırışıqlığı zonasındadır və mürəkkəb tektonik quruluşa malikdir. Son 13-15 min illər ərzində Azərbaycan Respublikasının ərazisində mövcud olan geoloji-geomorfoloji prosesləri iqlim şəraiti və dənizin çəkilməsi unikal relyef formasını yaratmışdır. Bütün dövrlərdə dağ süxurlarının yaşı (Alt paleolit dövründən indiyədək) insanların diqqətini cəlb etmişdir.
Blidine Təbiət Parkı
Blidine Təbiət Parkı (serb. Парк природе Блидиње, xorv. Park prirode Blidinje) — Bosniya və Herseqovinada, Dinar Alplarının mərkəzində yerləşən və 30 aprel 1995-ci ildə qurulan təbiət parkı. Bosniya və Herseqovinanın Dinar Karst bölgəsində əhəmiyyətli bir mədəni və tarixi irsə sahib olan mühüm bir təbii, hidrogeoloji qoruğu təmsil edir. Park ərazisinə Dinar Alp dağları, Duqopolye yaylası, Blidine gölü, Qrabovise vadisi və s. daxildir. == Coğrafiyası == Çvrsnisanın əriyən buzlaqların təsiri ilə açıq və qısır bir vadisi meydana gəlir. Parkın bazası Çvrsnisa və Vran dağları arasında dəniz səviyyəsindən 1150 ilə 1300 m hündürlükdə yerləşən, uzunluğu 3 ilə 5 km olan bir platodur. Parkın ümumi sahəsi 364 km²-dir. Geomorfoloji baxımdan vahid olmaqla plato coğrafi və topoqrafik cəhətdən iki hissəyə bölünür: Blidine gölü yaxınlığındakı aşağı cənub hissə və Duqopolye yaxınlığındakı yuxarı şimal hissə.
Buçeqi Təbiət Parkı
Buçeqi Təbiət Parkı (rum. Parcul Natural Bucegi) — Cənubi Karpat bölgəsindəki Buceqi dağlarının ərazisində yerləşən, Rumıniyada bir mühafizə sahəsi. Buçeqi Təbiət Parkının ərazisi 32,663 ha-dır. Rumıniyada Braşov, Dımboviţsa və Praxova mahallarının inzibati ərazisində yerləşir. == Tarixi == Uzun müddət, 20-ci əsrin əvvəllərindən etibarən Buçeqi dağ silsiləsinin nadir və zəngin florası həm Rumıniyanın özündən, həm də xaricdən olan bir çox tədqiqatçı və təbiət həvəskarlarının diqqətini çəkir. Buçeqi dağlarında mühafizə zonası təşkil etmək üçün ilk təkliflər 1936-cı ilə aiddir. Turizmin inkişafı və təbii sərvətlərdən maksimum istifadə ilə ərazinin bioloji müxtəlifliyini kütləvi şəkildə məhv olmaq təhlükəsi yaratmışdır. Buna görə hökumətin 01.27.1990 tarixli əmri ilə Buçeqi Təbiət Parkını yaratmaqla yerli təbiətin qorunması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Buçeqi təbiət parkının coğrafi sərhədləri Rumıniya hökumətinin 4 mart 2003-cü il tarixli 230 nömrəli qərarı ilə biosfer qoruqlarının, təbii və milli parkların delimitasiyası və təbii parkın administrasiyasının yaradılması haqqında qərarı ilə müəyyən edilmişdir. Təbiət parkına mağaralar, çuxurlar, dərələr, silsilələr, kanyonlar, vadilər, şəlalələr, otlaqlar və müxtəlifliyi qoruyan meşələr olan dağlıq bir bölgə daxildir.
Değirmenburnu Təbiət Parkı
Eqriçka (təbiət parkı)
Eqriçka təbiət parkı (serb. Парк природе Јегричка) — Serbiyada yeləşən təbiət parkı. İnzibati baxımından Voyevodinanın Başka-Planka, Temerin, Brbas və Jalab icmalarının ərazisində yerləşir. Park 11.144 ha və 81 ar ərazizini əhatə edir. III kateqoriyalı təbiət abidəsi kimi dövlət tərəfindən qorunur. Bununla belə Beynəlxalq Təbiəti Qoruma birliyi tərəfindən V kateqoriya olaraq qeyd edilir. Park Eqriçka çayının orta axarında yerləşir. Təbiət parkı bərk tullantılar, qrunt suları, qamışların yandırılması, ətraf tarlaların pestisidlərlə zəhərləndirilməsi və Brakonyerlikdən əziyyət çəkir. == Coğrafi xüsusiyyətləri == Park Baçka regionunda yerləşir və çay, bataqlıq və nohur biotoplarına sahibdir. Ərazini qamışlıqlar örtmüşdür.
Eqriçka Təbiət Parkı
Eqriçka təbiət parkı (serb. Парк природе Јегричка) — Serbiyada yeləşən təbiət parkı. İnzibati baxımından Voyevodinanın Başka-Planka, Temerin, Brbas və Jalab icmalarının ərazisində yerləşir. Park 11.144 ha və 81 ar ərazizini əhatə edir. III kateqoriyalı təbiət abidəsi kimi dövlət tərəfindən qorunur. Bununla belə Beynəlxalq Təbiəti Qoruma birliyi tərəfindən V kateqoriya olaraq qeyd edilir. Park Eqriçka çayının orta axarında yerləşir. Təbiət parkı bərk tullantılar, qrunt suları, qamışların yandırılması, ətraf tarlaların pestisidlərlə zəhərləndirilməsi və Brakonyerlikdən əziyyət çəkir. == Coğrafi xüsusiyyətləri == Park Baçka regionunda yerləşir və çay, bataqlıq və nohur biotoplarına sahibdir. Ərazini qamışlıqlar örtmüşdür.
Fandi təbiət qoruğu
Fandi Milli Parkı ya Fandi təbiət qoruğu (ing. Fundy National Park, fr. Parc national de Fundy) — 1948 ci ildə yaradılmış, 206 km² sahəyə malik Fandi körfəzində yerləşən, Kanada milli parklarından biri.
Ga Təbiət Qoruğu
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır.Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. == Tarix == Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir. == Biomüxtəliflik == Qoruqda 1500-dən çox məlum bitki növü, 107-dən çox məməli (meşə fili, Afrika meşə camışı və bəbir daxil olmaqla) və 320-dən çox quş növü vardır.
Ga Təbiət Yasaqlığı
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır.Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. == Tarix == Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir. == Biomüxtəliflik == Qoruqda 1500-dən çox məlum bitki növü, 107-dən çox məməli (meşə fili, Afrika meşə camışı və bəbir daxil olmaqla) və 320-dən çox quş növü vardır.
Kanev təbiət qoruğu
Kanev təbiət qoruğu (ukr. Канівський природний заповідник) — Ukraynada Dnepr çayının sağ sahilinin bir hissəsini və çayda yerləşən iki kiçik adanı əhatə edən təbiət qoruğu. Qorunan təbiət ərazisi Ukraynanın mərkəzində, Dnepr yüksəkliyinin şimal-şərq yamacları boyunca uzanır. Qoruq qiymətli meşə çöl və daşqın yaşayış mühitini qorumaq üçün yaradılmışdır. Ərazi Paleolit dövrünə qədərki mədəniyyətlərin qalıqlarının bolluğu ilə tanınır. Qoruq Kiyevin Taras Şevçenko adına Milli Universitetinin bir hissəsidir və Çerkassi vilayətində yerləşir. == Tarixi == Qoruq Ukrayna SSR Kənd Təsərrüfatı Xalq Komissarlığının 1923-cü il 30 iyul tarixli qərarı ilə yaradılmışdır. Ukrayna SSR Nazirlər Sovetinin 1986-cı il 22 dekabr tarixli, 717-nömrəli fərmanı ilə qoruq ərazisi 2 027 hektara qədər artırılmışdır. == Flora və fauna == Qoruğun 85%-i meşə sahəsidir və ən çox yayılmış ağaclar qarağac və palıddır. Ərazidə cüyür və dələ də daxil olmaqla əsasən meşə çölünə xas olan heyvanlar mövcuddur.
Levirat
Levirat (lat. levir; "qayın") — nikahın qədim formalarından biri, vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi. == Sözün mənşəyi == Levirate termini "ərin qardaşı" mənasını verən latın dilində levir sözündəndir. == Haqqında == Evliliyin qədim növlərindən biri olmuş və dul qadının ölmüş ərinin qardaşı ilə evlənməsidir. Müharibə zamanı daha geniş yayılmışdı. Bu evlilik formasının icra edilməsinin bir sıra səbəbləri vardır. Levirat adətinə görə kiçik uşaqları olan evli qardaşlardan biri cavan yaşlarında vəfat etdikdə onun subay qardaşı, subay qardaşı olmadıqda isə evli qardaşlardan biri mərhum qardaşının uşaqlarını saxlamaq niyyəti ilə onun dul qadınına evlənirdi. Bu səbəblərdən biri əmlakın sahibi olmaq meyli idi. Tədqiqatçı Qiyasəddin Qeybullayev bu səbəbləri belə qeyd etmişdir: "Levirat nikah adətinin icra edilməsinin iki səbəbi vardı. Varlı zümrədə mərhumun varidatına sahib olmaq meyili əsas rol oynayırdı.
Oka Təbiət Qoruğu
Oka Təbiət Qoruğu (rus. Окский заповедник) ― Rusiyada, Meşçer ovalıqlarında, Oka və Pra çaylarının hövzəsində yerləşən qoruq. Qoruq böyük düzəlik çayları və meşəlik torf sahələrinə görə su quşları və gəmilər üçün əhəmiyyətli bir ərazidir. Qoruqda bizon və durna yetişdirmə mərkəzləri var. Ərazi 60-a yaxın Ryazan vilayətinin Spasskiy rayonunda, Ryazan şəhərinin 60 kilometr şimal-şərqində yerləşir. 1994-cü ildə Pra və Oka çaylarının yaratığı allüvial düzənlik beynəlxalq əhəmiyyətli Ramsar sahəsi təyin edilmişdir. Ərazi 1978-ci ildə UNESCO-nun İnsan və biosfer ehtiyatı təyin edilmişdir. Qoruq rəsmi olaraq 1935-ci ildə yaradılıb və 55 722 hektar ərazini əhatə edir. == Topoqrafiya == Oka Təbiət Qoruğu əsasən meşəlik torf sahələrindən (təxminən %90), bataqlıqlardan (%5) və quru ərazilərdən (%5) ibarətdir. Okanın qolu olan Pra boyunca daşqın hövzəsi uzanır.