Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qabırğa qığırdaqları
Qabırğa qığırdaqları — qabırğaları irəli uzatmağa kömək edən və toraksın (döş qəfəsi) divarlarının elastikliyinə kömək edən hialin qığırdaq toxumaları. Qabırğa qığırdaqları yalnız qabırğaların ön uclarında yerləşir və medial uzanma təmin edir. İlk 7 cütü sternum (sinə sümüyü) ilə bağlıdır, sonrakı 3-ün hər biri qabaqki qabırğanın qığırdağının aşağı sərhədi ilə birləşdirilir, son 2-si qarın divarında bitən uclu ətraflara malikdir. Qabırğalar kimi qabırğa qığırdaqları da uzunluğu, eni və istiqaməti ilə fərqlənir. Onların uzunluğu 1-7-yə qədər artır, sonra tədricən 12-yə qədər azalır. Qabırğa qığırdaqlarının eni, eləcə də aralarındakı boşluqların eni birincidən sonuncuya qədər azalır. Qabırğa qığırdaqları qabırğalara yapışma yerlərində genişdirlər və bütün eni eyni olan ilk 2-si və kənarlarının təmasda olduğu yerlərdə böyüdülmüş 6-cı, 7-ci və 8-ci istisna olmaqla, döş sümüyü ətraflarına doğru daralır. İstiqamətinə görə də fərqlənirlər: 1-si sternuma doğru bir qədər aşağı enir, 2-si üfüqi, 3-sü bir qədər yüksəlir, qalanları isə bucaq şəklindədir. Hər bir qabırğa qığırdağının 2 səthi, 2 haşiyəsi və 2 ucu var. Ön səth qabarıqdır, irəli və yuxarıya baxır: 1-si kostoklavikulyar bağa və körpücükaltı əzələyə yapışır.
Qasırğa
Qasırğa — isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100–150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər. Zəlzələdən sonra ikinci yerdədir. Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir. Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlamalar" sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir. Dağ ətəklərində rast gəlinən bu sistemlər yeni küləklər əmələ gətirir.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
T-300 Qasırğa
T-300 Qasırğa raket sistemi (Həmçinin TRG-300 Tiger Missile, yəni pələng raketlər adı ilə də tanınır), Roketsan tərəfindən istehsal olunan türk reaktiv yaylım atəş sistemidir. Sistemdə 300 mm-lik dörd raket buraxma borusu var və raketləri 120 km-lik bir uçuş məsafəsinə malikdir. Tipik Qasırğa batareyaları sistemləri, altı ilə doqquz fırlatma vasitəsindən (F-302T) və bərabər sayda tədarük və yenidən doldurma vasitəsi olan bir Komanda və İdarəetmə Vasitəsindən ibarətdir. Hər bir raketin dörd sabit qanadı var və maksimum sürəti 4.2 Mach olmaq şərti ilə 30.000 m maksimum uçuş hündürlüyünə çatır. Raketlər kompozit qatı yanacaq sistemindən istifadə edir və ümumiyyətlə 26.000 polad topdan ibarət döyüş başlığı ilə təchiz olunur. Sistem elektromexanik işə salma sistemi ilə aerodinamik nəzarətə malikdir. TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi dizaynında bəzi dəyişikliklərlə Çinin WS-1B raket qurğusunu əsas götürmüşdür. Türk quru qüvvələrinin xidmətində olan 300 mm-lik TRG-300 sistemi uzun mənzilli atəş dəstəyi təmin edir. TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi iki əsas hissədən ibarətdir: Başlatma sistemi (T-300) və raket, TR-300. T-300 Alman MAN Dizel (6 × 6) ərazi yük maşını şassisinə əsaslanır.
Basırga
Basırğa - türk xalq inancında kabus. Gecə görülən pis yuxu. Basırğamaq (Basırğanmaq) felləriylə də ifadə edilir. Bu təqdirdə "kabus görmək" mənasını verər. Böyük çətinlik və qorxu eşitmək. Pis ruhların səbəb olduğuna inanılar. Kabus ruhu ilə əlaqəlidir. Bundan başqa Qarabasan anlayışını da ağla gətirir. Basar adlı pis ruhla əlaqədar görünməkdədir. Kabuslar bütün dünya mədəniyyət xalq etiqadının əhəmiyyətli bir parçasını meydana gətirərlər.
Basırqa
Basırğa - türk xalq inancında kabus. Gecə görülən pis yuxu. Basırğamaq (Basırğanmaq) felləriylə də ifadə edilir. Bu təqdirdə "kabus görmək" mənasını verər. Böyük çətinlik və qorxu eşitmək. Pis ruhların səbəb olduğuna inanılar. Kabus ruhu ilə əlaqəlidir. Bundan başqa Qarabasan anlayışını da ağla gətirir. Basar adlı pis ruhla əlaqədar görünməkdədir. Kabuslar bütün dünya mədəniyyət xalq etiqadının əhəmiyyətli bir parçasını meydana gətirərlər.
Kabarqa
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. == Etimologiya == Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. == Təsnifatı == Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. == Coğrafiyası == Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Tayılqa
Abiga
Dirçək (lat. Ajuga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Euseius talinga
Euseius talinga (lat. Euseius talinga) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Bad-tibira
Bad-tibira (şum. 𒂦𒁾𒉄𒆠), "Mis İşçi(lər)inin divarı" və ya "Dəmirçilər qalası" — İraqın cənubundakı Əl-Şətrah və Tell Əs-Senkereh (qədim Larsa) arasında, müasir Tell Əl-Mədinə kimi müəyyən edilən, "Şumer kralı siyahı"sında antidiluvia şəhərləri arasında görünən Şumer şəhəri. Onun akkad dilində adı Dür-qurqurri idi. O, həmçinin Abiden və Apollodor tərəfindən ötürülən Beros kimi yunan müəllifləri tərəfindən "Παντιβίβλος" ("Pantibiblos") adlanırdı. Bu şəhərin adının digər versiyası olan Patibiranı "Dəmirçilər kanalı" olaraq da tərcümə edə bilərik. == Şumer ədəbiyyatında Bad-tibira == "Şumer kral siyahı"sına görə, Bad-tibira Eredudan sonra daşqından əvvəl Şumerdə "krallığın həyat sürdüyü" ikinci şəhər idi. Bu padşahların Enmenluanna, Enmenqalanna və Təmmuz olduğu deyilirdi. Erkən Şumer mətnində İnannanın cəhənnəmə enməsi hissəsində şəhərin məbədi Emuşkalammadan bəhs edilir. Bu rəvayətdə İnanna cəhənnəmdən gələn cinləri səfalət içində yaşayan Bad-tibiranın himayədarı Lulalı aparmaqdan çəkindirir. Onlar nəhayət Urukda saray zənginliyi içində yaşayan Təmmuzu aparır.
Tobira pittosporumu
Təbii halda Yaponiyada geniş yayılmışdır. Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, tərs yumurtavari, uc tərəfdən enli-dairəvi, qaidəsinə doğru daralmış, dərivari, çılpaqdır, kənarları daxilə əyilmiş, dalğalıdır. Yarpaqları qısa saplaq üzərində yerləşir, üst tərəfdən parlaq yaşıl, alt tərəfdən ağımtıl-yaşıl rəngdə olub, sıx halda cavan budaqların uclarına toplanmışdır. May ayının ikinci yarısında çiçəkləyir, 8-9 mm diametri olan ağ rəngli, ətirli çiçəkləri budaqların uclarındakı qalxancıqlarda yerləşmişdir. Ləçəkləri ətlidir. Meyvəsi qutucuq, budaqlı, sıx tüklü, 4 oxlu olub, 12 mm uzunluqdadır. Abşeron şəraitində kütləvi çiçəkləyir və toxum əmələ gətirir. Toxumlarla və yarımoduncaqlaşmış zoğlardan götürülmüş qələm vasitəsi ilə çoxaldılır. Yay dövründə 16-180C temperaturda qumdan hazırlanmış substratda yaxşı kök atır.
Yabiqa Kuşayeva
Yabiqa Kuşayeva (başq. Рабиға Йәнғол ҡыҙы Ҡушаева 1901 – 1937, Moskva vilayəti və ya Moskva) — qadın hərəkatının fəalı. Rabiga Yanqulovna Kuşayeva 1901-ci ildə Samara quberniyasının indiki Samara vilayətinin Bolşeçneriqovski rayonunun Xasanovo kəndində anadan olub. 1916-cı ildən bəri Rabiqa Kuşayeva Samara əyalətinin Burzyan kəndində müəllim işləyir. 1917-ci ildə Samara əyalətinin Puqaçevski rayonunun başqırdlarından nümayəndə kimi Orenburqdakı Birinci Başqırd Qurultayının işində iştirak etmişdir. Qurultayda başqırd qadınlarının bərabər hüquqlarını müdafiə etmiş və başqırd qadınlarına kişilərlə bərabər vətəndaş, siyasi hüquqların verilməsi tələbini irəli sürmüşdür. On hədəfdən ibarət olan təklikləri bəyat etmiş və onların həyata keçirilməsi üçün konkret tədbirlər təklif etmişdi. Məruzəsinə görə bəndlər gender bərabərliyini əks etdirmişdir. 1919-cu ildən Sovet İttifaqı Komunist Partiyasi Başqırdıstan Bölgə komitəsində qadın işləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1920-ci ilin sentyabrında Sterlitamak şəhərində baş tutan I Fəhlə və Kəndli Qadınlar Konfransı təşkilatçılarından biri olur.
Tabita Stivens
Tabitha Stevens (16 fevral 1970, Nyu-York, Nyu-York ştatı) — amerikalı pornoqrafik aktrisa. 2007-ci ildə o, AVN Şöhrət mükafatı siyahısına daxil edilib. Stivens 1995-ci ilin yayında erotik ifaçı Racquel Darrian ilə idman zalında görüşdükdən sonra 25 yaşında böyüklər üçün əyləncə sənayesinə qoşuldu. O, əvvəlcə böyüklər üçün Cheri və Hustler jurnalları üçün yayılan fotoşəkillərdə model kimi cıxış etməyə başladı. O, o vaxt evli idi, lakin böyüklər üçün əyləncə sənayesinə girdikdən qısa müddət sonra ərindən boşandı. Onun ilk səhnəsi Vivid Entertainment şirkətinə məxsus olan Rolling Thunder filmində səhnə yoldaşı Bobby Vitale ilə oldu. Stevens The Howard Stern Show-da 25 dəfədən çox çıxış edib həmçinin Dr. 90210-un beş mövsümündə də çıxış edib. O, bir cox televiziya seriallarında da müxtəlif rollarda çəkilib. SAG kartına malikdir və həmçinin Capcom-un Street Fighter və bir sıra SEGA TV reklamları üçün kommersiya işləri görüb.