Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Tarla
Tarla — Kənd təsərrüfatında növbəli əkin sahələrinə bölünmüş şum yerləri, həmçinin kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən sahə.
Tatla
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Allah-Taala
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Podlesnaya Tavla
Podlesnaya Tavla (erz. Вирь Тавла) — Mordoviya Respublikasının Koçkurovski rayonunda yerləşən kənd. Kənd Podlesno-Tavlinski kənd məskunlaşmasının inzibatı mərkəzidir. Podlesnaya Tavla meşə massivinin yaxınlığında olan Tavla çayının sahilində yerləşir. Rayon mərkəzinə (Koçkurova kəndi) olan məsafə 7 km, Voevodskoe dəmiryol stansiyasına qədər ki, məsafə isə 19 km-dir. Toponimin əsasında türk dillərinə məxsus leksik element var: Тау/tav — «dağ» (türk.). Dmitri Vladimiroviçə görə finn-uqor dillərindən rus dilinə hərfi tərcümədə Tavla «dağlıq» mənasını verir. İlk dəfə olaraq «Saransk gömrük kitabında» xatırlanır (1692). 1706-cı ilin sənədlərinə əsasən Podlesnaya Tavlada 57 həyət var idi. 1867-ci ildə Tavla kəndində "İsa Məsih" məbədi inşa edilmiş.
Tanya Baramzina
Tanya Baramzina (rus. Татьяна Николаевна Барамзина; 19 dekabr 1919 və ya 12 dekabr 1919 – 5 iyul 1944) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Tanya Saçdev
Tanya Saçdev (hind. तानिया सचदेव; doğ. 20 avqust 1986, Dehli, Hindistan) — Hindistan şahmatçısı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2005), kişilər arasında beynəlxalq usta (2008). Şahmat şərhçisi kimi də tanınır. == Şahmat karyerası == Tanya Saçdev 20 avqust 1986-cı ildə Dehlidə anadan olub. Şahmat oynamağı 6 yaşında ikən anasından öyrənib. 1995-ci ildən 2006-cı ilə qədər Hindistanı müxtəlif yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatlarında təmsil edib. Burada ən yüksək uğuru 1998-ci ildə U12 yaş qrupunda qazandığı bürünc medal olub. 2000-ci ildə 14 yaşlı qızlar arasında, 2002-ci ildə isə gənclər arasında Asiya çempionu olmuşdur.
Tarla anaqallisi
Tarla anaqallisi (lat. Anagallis arvensis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin anaqallis cinsinə aid bitki növü. == Yarımnövləri == Anagallis arvensis var. caerulea (L.) Gouan Anagallis arvensis subsp. foemina (Mill.) Schinz & Thell. Anagallis arvensis var. pallida (Hook.f.) Hook.f. Anagallis arvensis var. parviflora (Hoffmanns. & Link) Ces., Pass.
Tarla ayıcası
Tarla ayıcası (lat. Arctia villica) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 50–54 mm-dir. Ön qanadlar tünd qara rəngdədir, üzərində 8 iri sarımtıl-ağ rəngli ləkələr vardır. Bunlardan zirvəyə yaxın ləkələr iri və yumru, əsasına birləşən ləklər isə pazşəkillidir. Arxa qanadları narıncı rəngdədir. Hər iki qanadın zirvəsi ön qanadların rəngi kimi tünd qaradır. Bunun altında iki yumru qara ləkə, əsasına yaxın bir kiçik qara ləkə yerləşir. Baş və döşün üzəri sıx qara rəngli tükcüklərlə örtülüdür. Qarıncığı qırmızımtıldır, hər buğum üzərində çox kiçik qara nöqtələr vardır.
Tarla belibağlısı
Tarla belibağlısı (lat. Circus cyaneus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Tarla iyesi
Tarla iyəsi — türk, tatar və altay xalq inancında tarla ruhu. Tarıq iyəsi və ya Tala (Tele) iyəsi olaraq da bilinər. Basu iyəsi və ya Etiz iyəsi ifadələri də istifadə olunur. "Tarla Gözətçisi"" olaraq da adlandırılar. Tarlanın qoruyucu ruhudur. Qır saçlı yaşlı bir qadındır və Uruq adlı bir ağacda oturur. Uzun qollu olduğu üçün göyə uzanıb buludları sıxaraq yağış yağdırar. Buna görə qonşu tarlaların iyeleri arasında döyüş çıxar. == Əkin iyəsi == Əkin iyəsi - türk və tatar mifologiyasında əkin ruhu. Tarla iyəsi ilə əlaqəli və çox bənzər bir varlıqdır.
Tarla mahmızçiçəyi
Consolida regalis (lat. Consolida regalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü.
Tarla paxlakolu
Tarla paxlakolu (lat. Ononis arvensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Gövdəsinin hündürlüyü 40-80 sm düzqalxan, budaqlanan, tikanlı, bəzən tikansız olur. Kökü oxabənzər, 100 sm-ə qədər uzunluğunda, budaqlanan, yuxarıya doğru keçici olmaqla, qısa çoxbaşcıqlı kökümsovdan ibarətdir. Yarpaqları üç hissədən ibarət qovuşuq, metalabənzər parıltılı, kənarları dişcikli, oval və ya uzunsov-ellipsşəkilli, uzunluğu 1,5-3 sm, eni isə 0,5-1,5 sm, yapışqanlı, özünəməxsus iyli olmaqla, saplaqlıdır. Yuxarı yarpaqları aşağı yarpaqlarından xeyli kiçikdir. Çiçəkləri qısa, yan budaqlarında sıx sünbül çiçəkqrupu vardır. Kasacığının uzunluğu 10 mm, 6 ləçəkli, kəpənəkçiçəkli, uzunluğu 15-20 mm, çəhrayı, çəhrayı-ağ və ya ağ, enli yumurtavari, tükcüklü, azacıq şişkin, uzunluğu 7mm, eni isə 5-6mm-dir. Zəif iyli, şirin-acıtəhər dadlı və büzücüdür.
Tarla qatırquyruğu
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. == Botaniki təsviri == Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Tarla siçanı
Tarla siçanı (lat. Apodemus agrarius) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 123, quyruğu 90 mm-ə qədərdir. Sifəti kütləşmiş, qulaqları və gözləri kiçikdir. Belindəki xəz kobud, ortasından tünd zolaq keçir. Bədənin aşağı tərəfı ağımsovdur. Döşündə ön pəncələri arasında xallar yoxdur. == Yayılması == Tarla siçanının arealı Avropanın meşə zonasını və Asiyanın mühüm hissəsini əhatə edərək sərhədləri şimalda Danimarka və Sankt-Peterdurqa, cənubda Zaqafqaziyaya, şərqdə Vladivostoka və Yuniana qədər çatır. Şimali Qafqazın dağətəklərindən Zaqafqaziya hüdudlarına iki yolla keçir: Qara dəniz sahili boyunca təqribən Suxumiyə qədər, Xəzər sahili boyunca Xaçmaza və Quba-Qusar maili düzənliyinə qədər.
Tarla vələmirquşu
Tarla vələmirquşu (lat. Emberiza calandra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Rəngində parlaq fonlar yoxdur. Boğazı, döşü və qarnı bulaşıq-ağ, uzununa qonur alalıdır. Bədənin, qanadların və quyruğun üst hissəsi bozumtul-qonur, uzununa tünd-solğun alalıdır. Yuvalama dövründə tək-tək və ya cütlərlə, payızda və qışda isə sürü ilə gəzir. Çox vaxt kolların başına qonur. Yerdə yemlənir.
Tarla yoncası
Tarla yoncası (lat. Trifolium arvense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Tarla yovşanı
Tarla yovşanı (lat. Artemisia campestris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Yarımnövləri == Artemisia campestris subsp. alpina (DC.) Arcang. Artemisia campestris subsp. borealis (Pall.) H.M.Hall & Clem. Artemisia campestris subsp. bottnica Lundstr. ex Kindb. Artemisia campestris subsp.
Tarla iyəsi
Tarla iyəsi — türk, tatar və altay xalq inancında tarla ruhu. Tarıq iyəsi və ya Tala (Tele) iyəsi olaraq da bilinər. Basu iyəsi və ya Etiz iyəsi ifadələri də istifadə olunur. "Tarla Gözətçisi"" olaraq da adlandırılar. Tarlanın qoruyucu ruhudur. Qır saçlı yaşlı bir qadındır və Uruq adlı bir ağacda oturur. Uzun qollu olduğu üçün göyə uzanıb buludları sıxaraq yağış yağdırar. Buna görə qonşu tarlaların iyeleri arasında döyüş çıxar. == Əkin iyəsi == Əkin iyəsi - türk və tatar mifologiyasında əkin ruhu. Tarla iyəsi ilə əlaqəli və çox bənzər bir varlıqdır.
Tanya Paffenhols
Tanya Paffenhols (alm. Thania Paffenholz‎; 2 fevral 1965, Köln, Şimali Reyn-Vestfaliya) — sülh prosesləri üzərində işləyən Almaniya akademiki və siyasi məsləhətçisi. O, hal-hazırda İnklüziv Sülh qurumunun direktorudur. Tanya Paffenhols iyirmi ildən artıqdır ki, sülh proseslərinin müqayisəli tədqiqatına rəhbərlik edir və Mozambik, Anqola, Somali, Keniya, Uqanda, Cənubi Sudan, Mali, Əfqanıstan, Nepal, Şri-Lanka, Myanma, Yəmən, Misir, El-Salvador, Suriya və Kolumbiya kimi ölkələrdə sülh prosesləri üzrə məsləhətçi olmuşdur. O, sülh tədqiqatçısı kimi işinə görə 2015-ci ildə Vihuri Beynəlxalq Mükafatını almışdır. == Həyatı == Tanya Paffenhols 2 fevral 1965-ci ildə Almaniyanın Köln şəhərində anadan olmuşdur. O, Avropa, Afrika və Asiyada köklərə malikdir. İsveçrədə yaşayır. Paffenhols 1996-cı ildə Almaniyanın Frankfurt şəhərindəki Göte Universitetində beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. O, silahlı münaqişələrdə vasitəçilik və sülh quruculuğu nəzəriyyəsi və praktikasına diqqət yetirir.
Aşağı Tala
Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir. Kəndin ərazisi 3.327 hektardır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Burada "Azərtütün" MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir. == Mədəniyyəti == Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var.
Tala (Qaraqoyunlu)
Talakənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Tala formasında qeyd edilir. Toponim «meşədə ağacsız çılpaq yer, sahə, açıqlıq» mənasında işlənən tala sözü ilə «yaşayış məntəqəsi»; mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmiş „ dir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ketahovit qoyulmuşdur. == Əhalisi == == Toponim == Tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində yer.
Tala (meşə)
Tala — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Əsasən insan fəaliyyəti nəticəsində əmələ gəlir. Relyefdən, dəniz səviyyəsinin yüksəkliyindən, məhəllin cəhətlərindən asılı olaraq talada ya çəmən, yaxud da bozqır (çöl) bitkiləri üstünlük təşkil edir. Talalarda bəzən kənd təsərrüfatı bitkiləri əkilir. Taladan biçənək kimi də istifadə olunur. Kiçik Qafqazın dağ meşələrində, əsasən az meyilli yamaclarda çox rast gəlinir.