Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanrı
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. == Anlam == Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Amon (tanrı)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Ayta (tanrı)
Ayta və ya Eyta — etrusk mifologiyasında yeraltı dünyanın ilahi hökmdarı olan qədim yunan tanrısı Aidin qarşılığı. == Təsviri == Ayta etrusklara aid məzar daşlarında yalnız bir neçə yerdə təsvir edilmişdir. Bunlara Orvietodakı Qolini türbəsi və Tarkviniyadakı II Orkus türbəsi addir. Ayta həmçinin, həyat yoldaşı Fersipneya (qədim yunan tanrısı Persefonanın etrusklardakı qarşılığı) ilə birlikdə təsvir edilmişdir.
Aşşur (tanrı)
Aşşur- (akkad. ) assuriya, şumer-akkad mifologiyalarında müharibə, dava tanrısı.
El (tanrı)
ʼĒl (həmçinin ' Il, Ugaritic ʾīl ; Phoenician ʾīl ; ivr. ‏אֵל‏‎ ʾēl ; süry. ܐܺܝܠ ʾīyl ; ərəb. إيل‎ ʾīl və ya إله ʾilāh ; akkad. 𒀭 dili ilə qohumluq ) "İlah" və ya " tanrı " mənasını verən və ya bir çox qədim Yaxın Şərq tanrılarından hər hansı birinə (xüsusi ad kimi) istinad edən şimal- qərb semit sözüdür. Daha nadir forma olan ' ila, köhnə akkad və amorit dillərində predikat formasını təmsil edir. Bu söz protosemit dilindən "tanrı" mənasını verən *ʔil-'den götürülüb. ' El" və ya ' Il " kimi tanınan xüsusi tanrılara qədim Kənan dininin ali tanrısı və Mesopotamiyanın Erkən Dynastika Dövründə Şərqi Semit dillərində danışanların ali tanrısı daxildir. == Dil formaları və mənaları == ʼĒl sözünün qohum formalarına bütün semit dillərində rast gəlinir. Bunlara uqaritik ʾilu daxildir , Cəm forma ʾlm ; Finikiyalı ʾl cəm forma ʾlm ; İbranicə ʾēl , cəm forma ʾēlîm ; arami ʾl ; Akkad ilu , Cəm forma ilānu .
Göy Tanrı
Göy Tanrı (Qədim Türkcə: 𐱅𐰭𐰼𐰃 [teŋri]; Monqolca: Хөх Тэнгэр [Xöx Teŋger]; Çincə: 腾格里 [teŋ-ge-li] Türkiyə Türkçəsi : Gök Tanrı ) — göytanrıçı dininin panteonunda baş tanrı. == Sözün kökü == Türkcə Tanrı/Teŋri və monqolca Teŋger sözləri çincə 撑犁 (çeŋ-li) kəlməsindən hunnular dövründə törənilmişdir. Hunnular bu sözü Çin hərfləri ilə 腾格里 (teŋ-ge-li) kimi, göytürk damğaları ilə isə 𐱅𐰭𐰼𐰃 (Teŋri) kimi yazırdı. == Göy Tanrı inancı == Orxon-Yenisey kitabələrində Tanrı(Allah yox) kimi nəzərdə tutulan Göy Tanrı bütün insanları yaradan və həm də onlara vaxt qoyan (yaşayış müddəti), dünyada hər şeyi öz nəzarətində saxlayan ilahi güc kimi götürülüb. «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək imiş, yağısı qoyun tək imiş» (Kültigin abidəsi, şərq tərəf, sətir 12). Və ya: «Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış, yağını tabe eləmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş». «Türk oğuz bəyləri, xalqı, eşidin: üstdə Tanrı əzməsə, altda yer dəlinməsə, türk xalqını, elini, qanununu kim dağıdar?» (Kültigin, şərq tərəf, 22). Quranda da hər bialqın yalnız öz yolundan sapdığı halda Allahın qəzəbinə məruz qalması, «zalım qövmü Allahın doğru yola çəkməməsi» haqda ayə var. Quranda kainatı, bütün insanları Allahın yaratdığı və hər bir kəsin, hətta bitkinin belə taleyinin, yarpağın düşməsinin belə Onun nəzarəti altında olduğu deyilir. Runik abidələrdə də xeyirin və şərin Tanrıdan gəlməsi, bütün məsələlərdə Tanrıya təvəkkül inancının olduğunu görürük: «İnsan övladı hamısı yaranıb ki, Göy tərəfindən qoyulmuş vaxtda ölnəsbir sıra an» abidəs.rast gəlinir.
Hor (tanrı)
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Manat (tanrı)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Marduk (tanrı)
Marduk (şum. MAR.DUK - azərb. aydın səma oğlu‎) — şumer və akkad mifologiyasında Babil panteonunun, Mesopotamiyanın, ali tanrısı. E.ə. 2024 cü ildən Babil şəhərinin qəyyumçu-tanrısı. Yazı tanrısı. Qədim yazılara əsasən Marduk müdrik, təbib, "tanrılar hakimi", "tanrılar hökmdarı", "tanrılar atası" "ölü dirildən" kimi təsvir edilir. Onun dövründə ən mühüm bayram və mərasim yazda qeyd olunan "Təzə İl" sayılırdı. Babildə 12 gün qeyd olunan Akiti (şum. A.Kİ.Tİ) - "Yerdə həyatın başlanması" bayramının xələfi sayırdılar.
Min (tanrı)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Səbail (tanrı)
Səbail — qədim dövrlərdə Abşeron yarımadasında yaşayanların mifologiyasında dəniz tanrısı. O, yer və dəniz arasındakı balansı qoruyur, dəniz küləklərinə nəzarət edir. Səbail haqqında məlumat Əbubəkr ibn Xosrov əl-Ustad tərəfindən yazılmış, 365 səhifədən ibarət "Munisnamə" əsərində verilmişdir. Azərbaycanlı tədqiqatçı Cavid Ağa Bayıl qalasının adının eyniadlı tanrının adına əsaslanması, burada ona həsr olunmuş məbədin olma ehtumalını istisna etmir.
Tanrı dağları
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. == Geoloji quruluşu == Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Tanrı illüziyası
Tanrı illüziyası (ingilis. The God Delusion) — Britanyalı məşhur etoloq Riçard Dokinzin 2006-cı ildə Birləşmiş Krallıqda The God Delusion adı ilə yayınladığı, beynəlxalq səviyyədə ən çox satılanlar siyahısında olmuş kitab. Tanrının mütləq şəkildə var olmadığını, dinin, cəmiyyət və xüsusilə də uşaqlar üzərində zərərli təsirləri olduğunu iddia edən fiksiya olmayan elmi əhəmiyyətli kitabdır. Azərbaycanda Qanun nəşriyyatı tərəfindən 2018-ci ildə nəşr olunmuşdur. == Məzmun == Kitab 10 əsas başlıqdan ibarətdir İçdən inanan bir inancsız Tanrı fərziyyəsi Tanrının varlığı üçün göstərilən sübutlar Nə üçün hardasa dəqiq olaraq tanrı yoxdur? Dinin mənşəyi Əxlaqın mənşəyi: Nə üçün yaxşıyıq? "Yaxşı" kitab və dəyişkən əxlaq anlayışı Dinin problemi nədir? Nə üçün bu qədər düşmən olmaq lazımdır? Uşaqlıq, istismar və dindən qaçış Çox vacib boşluq var? == Şərhlər == Kitab haqqında edilmiş bəzi şərhlər — "Hamının oxumalı olduğu bir əsərdir." The Economist — "Əyləncəli, olduqca dolğun və görkəmli formada yazılıb.
Tanrı quzusu
Tanrı quzusu və ya Aqnus Dei (lat. Agnus Dei, yun. Ἀμνὸς τοῦ Θεοῦ) — İsanın simvolik adlarından biri. == Təsviri == Bu, Məsihin özünü bir quzu kimi kəsilməyə verməsi ilə bağlıdır. Bu təsvir aqrar mədəniyyətlərdə geniş yayılmış, sürüdə doğulan ilk quzunu tanrılara qurban vermək ayininə gedib çıxır. Quzu üzüyolalıq, müqavimət göstərməmək, məsumluq və təvazökarlıq simvoludur. Məhz bu keyfiyyətlər xristian etik idealını təşkil edirdi. Tanrı quzusu obrazının variantlarından biri də sinəsindən qan axan quzu idi ki, bu da Məsihin əzabını və kəffarə qurbanını simvolikləşdirirdi. Başqa bir bədii versiyada üzərində xaç təsvir edilmiş bir bayraq olan zəfər quzusu idi. Quzunun başına müqəddəslik halosu çəkilmişdi.
Tanrı Övladları
Tanrı övladları - müasir dini cərəyan === Yaranması === "Ailə", "Sevgi ailəsi", "Beynəlmiləl ailə", "Xristian ailəsinin xidmətçiləri", "Səmavi magiya", "Müstəqil xristian missioner cəmiyyətlərinin birliyi", "Sevgi Nazirliyi" kimi adlarla da tanınan bu qeyri-ənənəvi dini cərəyan 1968-ci ildə ABŞ-nin Kaliforniya ştatının Hantinqton Biç adlı şəhərciyində yaranmışdır. Onun qurucusu Devid Brand Berq 1919-cu ildə yevangelist-əllincilər təriqətinə mənsub ailədə dünyaya göz açmışdır. Bir müddət Arizonada baptist kilsəsində vaiz işləsə də, uğur qazana bilməyəcəyini başa düşüb, peyğəmbərlik iddiasına düşmüşdür. 1968-ci ildə Berq özünü Musa-Davud ("Axır günlərin peyğəmbəri Musa" və "İsrail kralı Davud"), yaxud sadəcə "Mo" elan edərək, Bibliyanı tədris etmək məqsədilə "Məsihlik üçün yeniyetmələr" adlı birlik yaratmışdı. (ABŞ-da "Tanrı övladları" kimi tanınır). === Əqidəsi === Cərəyanın meydana gəlməsi gənclərin hippi adlanan fəlsəfi-ideoloji hərəkatının yaranması ilə eyni vaxta düşdüyündən, onun ilk üzvləri də məhz hippilər olmuşlar. Hippilərin əksəriyyəti narkotik maddələrə və spirtli içkilərə qurşanmış, yüngül həyat tərzi keçirən evsiz gənclər idi. Berq onları inandırmağa çalışırmış ki, hər biri "Tanrının oğlu və ya qızı" ola bilər. Bunun üçün sevmək kifayətdir. Çünki sevgi inamın və mövcudluğun əsasıdır.
Tanrı öldü
"Tanrı öldü" (Almanca : </img> ) — alman filosof Fridrix Nitsşe tərəfindən istifadə edilmiş ifadə. O, bu ifadəni ilk dəfə "Şən Elm" əsərində istifadə etmişdir. Nitsşe Şən Elm kitabında bunları demişdir: Tanrı öldü. Tanrıdan geriyə yalnız bir ölü qalıb. Və biz onu biz öldürdük. Özümüzü necə təsəlli edək, biz qatillərin, qatilləri?Dünyanın indiyədək sahib olduğu şeylərdən ən müqəddəs və ən qüdrətli nə idi ki, bıçaqlarımız altında qanımız axdı: bu qanı bizdən kim siləcək?Özümüzü təmizləyə biləcək hansı su var?Hansı kəffarə bayramlarını, hansı müqəddəs oyunları icad etməli olacağıq?Bizim üçün çox böyük deyilmi, bu əməlin izzəti?Ona layiq olmaq üçün biz də tanrı olmamalıyıqmı? Nitsşe bu kəlamdan "Zərdüşt belə deyirdi" əsərində də istifadə etmişdir. Nitsşe, bunu nihilizm əsrinə giriş olaraq göstərmiş və Tanrını öldürənin məhz biz olduğumuzu demişdir. "İndi hara gedirik? Bütün günəşlərdən uzağamı?
Yer Tanrı
Yer Tanrı - türk və altay xalq inancında və mifologiyasında yer tanrısı. Yertengri və ya Certenger olaraq da deyilər. Bəzən şərri və eqoist düşüncələri təmsil edir. Göy Tanrı yanında ikinci planda qalar. İnsan formalı olaraq çox təsvir edilməmişdir. Ancaq çox vaxt qadın cildində qəbul edilir. Yer üzü və ya Dünya "Yertinç / Yerdinç" olaraq ifadə edilər. Yer Tanrıya ağ toyuq qurban edilir. Bəzən də balıq, qoyun və ya öküz qurban verilir. Xüsusilə başı torpağa basdırılar.
Yupiter (tanrı)
Yupiter (lat. Iuppiter) — Qədim Roma dinində səmavi işığın, yağışın və göy gurultusunun baş tanrısı, Roma dövlətinin mərkəzləşmiş panteonunun rəhbəri. Yupiter bütün dünyanın hakimi və hökmdarı kimi təsəvvür edilirdi. E. ə. VI əsrdə Romada Kapitoli təpəsində Yupiter ibadətgahı tikilmişdir. Onun şərəfinə dövlət bayramları - sentyabrda Roma oyunları, noyabrda plebel və Kapitoli oyunları keçirilirdi. Yupiter Yunan mifologiyasındakı Zevslə eyniləşdirilir. Yupiter sözünün mənşəyi ehtimal ki Zevs + pator birləşməsindən yaranmışdır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Veles (tanrı)
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. == Mifologiyası == Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu. V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir.
Yaradıcı tanrı
Yaradıcı ilah və ya yaradıcı tanrı — insan dinində və mifologiyasında Yerin, dünyanın və kainatın yaradılmasından məsul olan ilah. Monoteizmdə tək tanrı çox vaxt həm də yaradandır. Bir sıra monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilmiş əsas transsendent varlıqdan ayırır. == monolatizm == Monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilən əsas transsendent varlıqdan ayırır. Qaudiya-vayşnavizmə görə, Brahma ali deyil, ikinci dərəcəli yaradıcıdır, Vişnu isə əsas yaradıcıdır. Vayşnavizm inancına görə, Vişnu əsas universal qabığı yaradır və bütün xammalları təmin edir, həmçinin canlı varlıqları öz müstəqil iradəsini yerinə yetirərək maddi dünya daxilində yerləşdirir. Brahma Puran terminologiyasında planetlər olduğuna inanılanları həqiqətən yaratmaq üçün Vişnunun təqdim etdiyi materiallarla işləyir və onların əhalisinə nəzarət edir. == Monizm == Monizm vahidliyi özünün əsas müddəası kimi qəbul edən fəlsəfədir. Bu, əbədi və varlığın qalan hissəsindən ayrı bir yaradıcı tanrının olması barədə dualizmə əsaslanan teistik müddəa ilə ziddiyyət təşkil edir. İki növ monizm mövcuddur: bütün mənəvi reallığın vahid olduğunu müdafiə edən mənəvi monizm; bütün maddi reallıq da daxil olmaqla hər şeyin bir və eyni şey olduğunu müdafiə edən maddi monizm.
İslamda tanrı
İslamda tanrı — islam dinində tanrı ilə bağlı anlayış. İslamda Allah (ərəb. ٱللَّٰه‎) kainatın yaradıcısı və hamisidir, əbədi yaşayandır və nəhayət bütün insanları dirildəcək qüvvə kimi müşahidə olunur. Tanrı mükəmmək, tək, ölməz, hər şeyə qadir və hər şeyi bilən, bütün sifətlərində tamamilə sonsuz olan tanrı kimi təsəvvür edilir. İslam daha sonra tanrının çox mərhəmətli olduğunu vurğulayır. İslamın tanrı anlayışı müxtəlif şəkildə monoteist, panenteist və monistik olaraq təsvir edilmişdir. İslam teologiyasında tanrının transsendental mahiyyəti o deməkdir ki, onu heç bir təbii varlıq və ya fenomenlə müqayisə etmək olmaz. Nəticə etibarı ilə islam mücəssəmə doktrinasını və antropomorfik olan şəxsi tanrı anlayışını tamamilə rədd edir, çünki bu, şirk (bütpərəstlik) forması kimi görünür. O, "Quran"da belə təsvir edilir: "O, göyləri və yeri yoxdan yaradandır. O, sizin üçün özünüzdən zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla) ciftlər yaratmışdır.
Şəxsi tanrı
Şəxsi tanrı — qeyri-şəxsi qüvvə olaraq yox, bir şəxs kimi əlaqəli ola bilən tanrı. İbrahimi dinlərin müqəddəs kitablarında tanrı şəxsi yaradıcı kimi təsvir edilir, birinci şəxslə danışır, qəzəb və qürur kimi duyğular göstərir, bəzən isə antropomorfik formada görünür. Məsələn, "Tövrat"da tanrı öz peyğəmbərləri ilə danışır və onlara nəsihət verir, iradəyə, emosiyalara (qəzəb, qəm və xoşbəxtlik kimi), niyyətə və insana xas olan digər xüsusiyyətlərə malik olaraq təsəvvür edilir. Tanrı ilə şəxsi münasibətlər, xristianlıqda olduğu kimi Ata və ya sufizmdə olduğu kimi Dost kimi insan münasibətləri kimi təsvir edilə bilər. == İstinadlar == == Xarici keçidlər == The Holy Spirit - A Person or Power?
Qüdrətli Tanrı Kilsəsi
Qüdrətli Tanrı Kilsəsi — Cənub-Şərqi Asiyada, xüsusilə də Çində qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Sektanın əsası 2001-ci ildə ABŞ-yə qaçmış keçmiş professor Çjao Veyşanem tərəfindən qoyulmuşdur. Bu dinə yeni girənləri cəlb etmək üçün pul, hədiyyə və intim xidmətlərdən istifadə olunur, daha sonra isə onlardan ianələr toplanılır. Kultun üzvlərindən öz ailələrindən imtina etmək tələb olunur. Həmçinin Qüdrətli Tanrı Kilsəsi Kommunist Partiyasının üzvlərinin qətllərinə təşviq edirlər. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh.
İlahi ordasan? Mənəm, Marqaret
İlahi ordasan? Mənəm, Marqaret (ing. Are You There God? It's Me, Margaret.) — Kelli Fremon Kreyqin 2023-cü ildə ekranlaşdırdığı amerikan komediya-dram filmi. Film Cudi Blumun 1970-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilib. Filmin baş qəhrəmanı 12 yaşlı qız olan Marqaretdir. Film onun dini inancına və yeniyetməlik dövründə həyatında baş verən dəyişikliklərə nəzər salır. == Rollarda == Abby Ryder Fortson — Margaret Simon Reyçel Makadams — Barbara Simon Keti Beyts — Sylvia Simon Benny Safdie — Herb Simon Elle Graham — Nancy Wheeler Amari Alexis Price — Janie Loomis Katherine Kupferer — Gretchen Potter Kate MacCluggage — Mrs. Jan Wheeler Aidan Wojtak-Hissong — Moose Freed Landon S. Baxter — Evan Wheeler Echo Kellum — Mr. Benedict Zackary Brooks — Philip Leroy Isol Young — Laura Danker Simms May — Norman Fisher Mia Dillon — Mary Hutchins Gary Houston — Paul Hutchins == İstinadlar == == Xarici keçidlər == itsmemargaret.movie — Marqaret İlahi ordasan?
Alo, bu mənəm (film, 2013)
Alo, bu mənəm filmi rejissor Nonna Müzəffərova tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film "Debüt" studiyasında istehsal edilmişdir. Filmdə rolları Sonaxanım Mikayılova, Abbas Qəhrəmanov, Mətanət Abbaslı və Rafiz Mehdizadə ifa edirlər. Filmdə hadisələr “qazdığı quyuya” düşən soyğunçu ətrafında cərəyan edir. == Məzmun == Filmdə hadisələr “qazdığı quyuya” düşən soyğunçu ətrafında cərəyan edir. Boş bir evə oğru girir. İşini bitirib evdən çıxmağa macal tapmamış evin sakinləri bir-bir gəlib çıxır. Müəmmalı telefon zəngləri isə hadisələrin axarını dəyişir.
Tanrı mənim şahidimdir
Allah şahiddir (Rom: Khuda Gawah; film, həmçinin də Allah mənim şahidimdir adı altında da tərcümə edilmişdir) — Mukul S. Anand tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmiş 1992-ci ildə çəkilmiş Hind epik dram filmidir. Əsas rollarda Amitabh Bachchan, Nagarjuna, Sridevi, Shilpa Shirodkar, Denni Denzonqpa, Kiran Kumar çəkilmişdirlər. Filmin musiqisini Laxmikant-Pyarelal bəstələnmişdir. Film Şridevi və Baççanın üçüncü müştərək filmi olmuşdur. Filmdə Badşah Xan Bənazirin atasının qatilini tapmaq üçün Əfqanıstandan Hindistana gedir ki, onu heyran etsin və onunla ailə həyatı qursun. O, bu işdə müvəffəqiyyət qazanır, lakin tezliklə özünü bir cinayətdə ittiham olunmuş və Hindistan həbsxanasında tələyə düşmüş vəziyyətdə görür. == Süjet xətti == Ekran əsəri bir sevgi və şərəf dastanıdır. Kabil şəhərinin qorxmaz Bədşah xanı ilə klan başçılarından birinin qızı Bənazir arasında olan ülvi məhəbbətdən bəhs edir. Bədşahın evlilik təklifinə Bənazir müsbət cavab verir, ancaq bu izdivacın baş tutması üçün bir şərt irəli sürür: əri olmaq istəyirsə mütləq atasının qatili Həbibullanı axtarıb tapıb, onun başını Bənazirə gətirməlidir. Həbibullanın axtarışına çıxan Bədşah yolda qohumları Paşa və Ranbir Sinqhə rast gəlir.
Məzəm
Məzəm – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. 2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub. == Coğrafiyası və iqlimi == Məzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.
Menehm
Menehm (ing. Menaechmus; e.ə. 380 – e.ə. 320) — qədim yunan riyaziyyatçısıdır; konik kəsiklərin əsas xassələrini öyrənmişdir ki, onlardan kubun iki dəfə böyüdülməsi ilə bağlı məsələlərin həllində istifadə etmişdir.
Anri
Anri — fransız adı, soyadı. Anri Dünan — dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Anri Fayol — fransız menecment nəzəriyyəçisi, ali inzibati idarəetmə üzrə mütəxəssis Anri Puankare — fransız riyaziyyatçısı, fizik, filosof və elm nəzəriyyəçisi. Anri Vallon — fransız psixoloqu. Anri Berqson — fransız filosof, XX əsrin ən görkəmli filosofu Anri Alekan — fransız kinooperatoru. Anri Dyuem — Anri Hoppenot — Anri Jakolən — Anri Le Sidane — Anri Lui Le Şatelye — Tyerri Anri — Fransa futbolçusu. Digər Antuan Anri Bekkerel — tanınmış Fransa fiziki Aleksandr Anri Qabriel de Kassini — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi Pol Anri Holbax — fransız materialist filosofu, ateist.
Mənim anam bir mələk
Yagmalar
Yağma (Çincə: 样磨/樣磨, pinyin: Yàngmó) — Orta çağdaki bir Türk boyudur, bu boy müasir Uyğurların və Özbəklərin əcdadlarıdır. Bu boy bir qolu olan ve Üç Oğuzlar deyilən birlik, Yağma, Qarluqlar və Çigillər boylarından yaranmışdır. VII yüzildən etibarən Qaraxanlılar dönəmi boyunca Yağma boyu müsəlman Ərəblər və Çinlilər tərəfindən qüvvətli və qüdrətli siyasi varlıqlar olaraq Tarım hövzəsi, Cungariya hövzəsi (Şimali-şərqi Çini və qərbi Monqolustanı içinə alan bir bölgə) və Yeddisu (Yedisu) bölgəsində gözə çarpmışdılar. == Anlamı == Qazax Çin tarixçisi Yury Zuev (Rusca: Юрий Алексеевич Зуев)ə görə, Yağma (yaγgma)nın qədim türkcədə, "saldır, yayıl, yağmala" deməkdir.". نهبواَ Yağma: "Türklərdən bir bölüyün adı. Bunlara " كاَراَ نهبواَ Qara Yağma" da deyilir. نهبواَ Yağma Taraz yaxınında bir kəndin adı.". Tartuk, Yağma elində bir şehər. Dokuzoğuz və Yağmalar (xargahda: "keçeden yapılma yurd, keçe alaçıq") qalırlar. Mahmud Qaşqarlıdan türklərdən Yağma, Tuxsılər və Çigillərdən bir bölüyün İla(İli) çayına endiyini öyrənirik..