Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tiryək
Tiryək və ya Tiryək saqqızı, xaşxaş kapsullarının tərtibi ilə sızan, südə oxşar öz suyunun yığılması ilə əldə edilən uyuşdurucu maddə. Xaşxaş kapsulları müvafiq zaman müddətində tərtib edilir yəni sıyrılır, sıyrıqlardan sızan maye laxtalanır və xüsusi bıçaqlar ilə götürülür. Havanın təsiri altında mayenin rəngi tünd qəhvəyi olur. Bu maddə tiryək və ya tiryək saqqızı adlanır. Əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunur. Bir az zəhərli hesab edilə bilər, amma asılılıq yaratdığına görə uyuşdurucu maddə kimi də istifadə olunur. Bu uyuşdurucu maddə udularaq, çeynənərək və ya siqaret ilə birlikdə çəkilməklə istifadə olunur. Qısamüddətli zövq verir. Ağrıları azaldır və zehni durğunluq verdiyindən gündəlik problemlərinizi unutdurur.
Tiryaki Həsən Paşa
Tiryaki Həsən Paşa, (? - ö. 1611 Budin) Kanija müdafiəsi ilə məşhurlaşan Osmanlı paşasıdır. == Həyatı == Doğum tarixi və yeri dəqiq bilinməsə də, qəhvəni çox sevdiyi üçün “Tiryaki” ləqəbi ilə tanınmışdır. Bir çox xarici dil bildiyi üçün əsasən sərhəd əyalətlərdə vəzifələndirilmişdir. Ən uzun müddət durduğu vəzifə Zigetvar hakimliyidir (20 il). Əndərunda yetişdirilib. 1574 tarixində Sultan III. Murad taxta çıxdığı zaman onun rikabdarı olmuşdur. Saraydan ayrıldıqdan sonra təqribən 20 il Zigetvar bəyi və sonra da bəylərbəyi olmuşdur. Rəvayətə görə, Əflak səfəri zamanı ətrafındakı əsgərlərin geri çəkilməsindən əsəbləşən Həsən paşa tək başına düşmən üzərinə yürümüş, ancaq kəndxudası atın yüyənini tutaraq buna mane olmuşdur.
Birinci tiryək müharibəsi
Birinci tiryək müharibəsi — 1840–1842-ci illərdə Çində Böyük Britaniya tərəfindən Tsin imperiyasına qarşı aparılan müharibə. == Müharibənin səbəbləri == XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində İngiltərənin Ost-Hind şirkəti Hindistanda geniş miqyasda tiryək istehsalını artırmağa və satış bazarı kimi Çin ərazisindən istifadə olunmasına diqqəti artırdı. 1757-ci ildə Çin imperatoru ölkəyə tiryək gətirilməsini qadağan edən bir sıra fərmanlar vermişdi. İngilis tacirləri bu fərmanlara əhəmiyyət verməyərək, qeyri-qanuni surətdə tiryək ticarətini daha da geniş miqyasda davam etdirirdilər. Tiryək ticarətinin əsas mərkəzi Kanton şəhəri idi. Mövcud vəziyyətlə barışmayan ingilis tacirləri ingilis mallarının Çinə qeyri-məhdud miqdarda idxalı üçün Çin limanlarının açılmasını tələb edirdilər. İngiltərə hökuməti öz tacirlərinə Çində geniş ticarət aparmaq üçün əlverişli şərait yaratmaq məqsədilə 1816-cı ildə Çinə yeni nümayəndəlik — Amxerstin səfirliyini göndərdi, lakin səfirliyin Çinin rəsmi dairələri ilə danışıqları heç bir nəticə vermədi. XIX əsrin 30-cu illərində Çində daxili siyasi vəziyyətin kəskinləşməsindən istifadə edən Böyük Britaniya Çində öz nüfuz dairəsini genişləndirmək üçün öz fəaliyyətini gücləndirdi. 1833-cü ildə İngiltərə parlamenti tərəfindən Ost-Hind şirkətinin ticarət inhisarının ləğv edilməsi Çin bazarında çoxlu yeni ticarət şirkətlərinin fəaliyyətə başlamalarına təkan verdi. İngilis-Çin ticarətinə rəhbərlik və nəzarət etmək üçün Çin hökumətinin razılığı olmadan, 1834-cü ildə lord Nepir İngiltərənin Çinə xüsusi baş komissar təyin edildi.
Tiryək və Şərab
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir.Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə səfəvilərə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat deməyə əsas verir ki, "Bəngü Badə" 1510 və 1524 illəri arasında yazılmışdır. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həmdə Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.Xudbinlik Bəngü hesab edir ki, bütün insanlar yalnız tək ona tabe olmalıdır. O, deyir: Badənin ziyafətində məlum olur ki, Bəngü Badə qədər təkəbbürlüdü. Badə xidmətçisinin Bəngünün ünvanına təriflər yağdıranda qəzəblənir və xidmətçisinin Bəngüya gizli itaətkarlığından şübhələnir. İki özünə vurğun eqoistlərin mübahisəsi müharibə ilə bitir və nəticədə Badə qələbə çalır Bu iki padşahların mənasız müharibələrinin nəticəsi isə çoxlu sayda insanların ölümü olur.
İkinci tiryək müharibəsi
İkinci tiryək müharibəsi - 1856-1860-cı illərdə Böyük Britaniyanın Fransa ilə birlikdə Çində Tsin imperiyasına qarşı apardığı müharibə. XIX əsr tarixşünaslığında 1859-1860-cı illərdə baş vermiş hadisələr Üçüncü tiryək müharibəsi adlandırılmışdır. Müasir tarixşünaslıqda 1856-1860-cı illər hadisələri İkinci tiryək müharibəsi dövrü kimi öyrənilir. == Müharibənin səbəbləri == Birinci tiryək müharibəsindəki (1840-1842) məğlubiyyət Çində mövcud idarə-üsuluna qarşı xalqın qəzəbini və nifrətini daha da gücləndirdi. 1850-ci ildə Çində Tsin imperiyasına qarşı Taypinlər hərəkatı (1850-1864) başlandı, ölkədə vətəndaş müharibəsi alovlandı. Taypinlər hərəkatının ilk mərhələsində ABŞ, Böyük Britaniya və Fransa neytral mövqe tutsalar da, artıq 1854-cü ildən etibarən Çində yaranmış mürəkkəb daxili vəziyyətdən öz mənafeləri naminə istifadə etməyə başladılar. İngilislər Birinci tiryək müharibəsindən sonra Çində tiryək ticarətindən əldə etdikləri gəlirlərlə kifayətlənmirdilər. ABŞ, Böyük Britaniya və Fransanın diplomatik nümayəndəlikləri imperatordan 1842-1844-cü illərdə bağlanmış müqavilələrin şərtlərinə yenidən baxılmasını tələb edirdilər. Dövlətlər Çinin bütün ərazisində qeyri-bərabər ticarət imtiyazlarına yiyələnmək, tiryək ticarətinə rəsmi xarakter vermək, Pekində daimi səfirliklərini açmaq niyyətlərini gizlətmirdilər. Tsin hökuməti bu tələbləri rədd etsə də, bu münaqişəyə səbəb olmadı, çünki həmin dövrdə İngiltərə ordusu Rusiya və İranla müharibəyə, həmçinin Hindistanda üsyanların yatırılmasına cəlb olunmuşdu.
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Okean tirəsi
Okean tirəsi-(rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) ta­las­sokratonun sadə, müsbət struk­turu, okean dibinin tağvari qalx­ması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləş­miş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissə­sində aydın təzahür edir.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Xələfli tirəsi
Xələfli tirəsi Cavanşir elinin Yağləvənd oymağının Havsallı tayfasının qollarından biridir. Tirənin yaranması Xələf bəy Yağləvəndli-Cavanşirlə bağlıdır. Onun törəmələri bu tirəni yaratmışlar. Xələfli tirəsi Əzimməmmədli və Nurməmmədli törəyinə bölünür. Nurməmmədli törəyi Xələfov, Nurməmmədov, Vəliyev soyadlarını daşıyan ailələrdən təşkil olunub. Əzimməmmədli törəyi Əzimzadə, Əzimli, Əzimov, Səfiyev, Ağayev, Ağakişiyev soyadlarını daşıyan ailələrdən ibarətdir.
Şirəki (Salmas)
Şirəki (fars. شيره كي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 542 nəfər yaşayır (101 ailə).
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Qaracalal-Qızılboğaz tirəsi
Qaracalal-Qızılboğaz tirəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayın vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.
Kava de' Tirreni
Kava de' Tirreni (it. Cava de' Tirreni) — İtaliyanın Kampaniya regionunda şəhər.
Qırməki dərəsi kəsilişi
Qırməki dərəsi kəsilişi Azərbaycanın əsas neft-qaz yataqlarının yerləşdiyi alt pliosenin məhsuldar qatının stratotipik kəsilişini təşkil edir. Bakı şəhərinin Binəqədi rayonunda (Şimali Abşeron) yerləşən və məhsuldar qatın neftlə doymuş horizontlarının stratotip kəsilişini açan Qırməki dərəsi eyniadlı braxiantiklinalının yuyulmuş tağında özünəməxsus erozion landşaft formalaşdırır. Burada məhsuldar qatın alt şöbəsinin (qırməkialtı, qırməki, qırməkiüstü qumdaşlı və qırməkiüstü gilli lay dəstələri) süxurları və qismən də üst şöbənin (fasilə lay dəstəsi və balaxanı lay dəstəsinin alt hissəsi) çö­kün­tüləri Qırməki dağının yamacında üzə çıxır. Kəsilişin tavanında çoxsaylı qatran və bitum təzahürlərinin iştirak etdiyi qədim xəzər (alt pleystosen) terrasının çöküntüləri yerləşir. Kəsiliş çoxsaylı xarici və öz alimlərimizin tədqiqat obyekti olmuş və bu gün də tədqiqat obyekti olaraq qalmaqdadır və məhsuldar qatın stratiqrafiyasının tədqiqi üçün böyük əhəmiyyət kəsb edir.
Qırməki palçıq vulkanı
Qırməki palçıq vulkanı — Balaxanı-Sabunçu-Ramana yatağından qərbdə yerləşib Qırməki silsiləsinin kümbəz vari formalı yüksəkliyini əhatə edir. Yüksəklikdən şimalda eyni adlı təpəli silsilə keçir; silsilədən şərqdə ona paralel geniş və dərin Qırməki vadisi uzanır. Silsilənin digər şaxəsi Qırməki dağının cənub tərəfindən davam edir. Hər iki şaxə cənub-şərqə dönərək Boğ-boğa vulkanının ətəklərində birləşir. Qırməki vulkanının fəaliyyəti haqqında son yüz ildə ədəbiyyatda məlumat yoxdur. Vulkan çox əsrarəngiz və nadir landşafta və olduqca zəngin bioloji müxtəlifliyə malikdir. Abşeron palçıq vulkanlarının heç biri bu qədər zəngin bitki örtüyünə malik deyildir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.