Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tokio
Tokio və ya Tokyo (yap. 東京 Tōkyō) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. == Tarix == Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Böyük Tokio
Böyük Tokio aqlomerasiya regionu (Yaponca. 首都 圏 Shuto Ken; 東京圏 Tokyo Ken, 東京都市圏 Tokyo Toshi Ken) Yaponiyada başda Tokio aqlomerasiya regionu ilə birlikdə Chiba, Kanagawa, Saitama prefekturaları ilə birlikdə bu prefekturaların böyük hissəsindən formalaşmış aqlomerasiya regionudur. Böyük Tokio anlayışı “yalnız Tokio” anlayışı ilə eyni deyil, Tokio ilə bitişik olub prefekturanın hüdudlarından kənara çıxan bütün şəhər ərazisini əhatə edir. Yaponiya hökuməti tərəfindən təyin olunmuş Milli Paytaxt Regionu Kantō bölgəsindən əlavə (首都圏 Shuto-ken) Yamanashi prefekturasını da əhatə edir. Böyük Tokio aqlomerasiya regionunun əhalisi 2014-cü ilə görə 37,832,892 nəfərdir və dünyanın ən sıx məskunlaşıldığı metropolisdir. Təxminən 13,500 km² ərazini əhatə etməsi əhalinin sıxlığının hər km²-ə 2617 nəfər olduğunu göstərir. Əhatə etdiyi xalis sahəsi 7.800 km² ilə dünyada ikinci yerdədir. Yalnız New York şəhərinin əhatə etdiyi şəhər sahəsi 8.700 km² olaraq Böyük Tokio aqlomerasiya regionundan daha çoxdur.
Tokio (toponim)
Tokio və ya Tokyo (yap. 東京 Tōkyō) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. == Tarix == Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Tokio Hotel
Tokyo Hotel (əvvəldən "Devilish") — 2001-ci ildə Maqdeburqda Bill Kaulitz və onun əkiz qardaşı Tom Kaulitz tərəfindən yaradılmış məşhur alman pop-rok qrupu. İlk albomu "Schrei" 2005-ci ildə çıxardı. İlk sinqlləri "Durch dan Monsoon" çıxdıqdan sonra sürətli bir şəkildə adını eşitdirdi. 20 avqustda alman musiqi siyahılarında 15-ci olaraq özünü göstərdi və 26 avqustda Avstriya musiqi siyahılarında 1-ci oldu. İkinci sinqlləri "Schrei", alman siyahılarında 5-ciliyə yüksəldi. 2006-cı ilin əvvəllərində, üçüncü sinqlləri "Rette Mich" çıxdı və siyahılarda 1-ci oldu. Yeni sinqlləri "Übers Endə der Welt" 26 fevral 2007-ci ildə çıxdı və o da siyahılarda 1-ci oldu. Yeni albomları "Zimmer 483" turunun mart ayında başladılması düşünülürdü, ancaq iki həftə gecikdirildi. Çünki qrup yeni bir səhnə istifadə etmək istəmişdi.
Tokio Universiteti
Tokio Universiteti (yap. 東京大学) — Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən və dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. == Tarixi == 1877-ci ildə Meydzi hakimiyyəti hüquq, elm, ədəbiyyat və tibb departamentlərindən ibarət olan universitet yaradır və bu ali təhsil ocağına Tokio Daigaku, qısa olaraq Todai adı verilir. 1886-cı ildə ali məktəbin adı dəyişdirilərək İmperator, 1897-ci ildə isə Tokio Universiteti olur. 1890-cı ildə universitetin nəzdində Kənd Təsərrüfatı və Dendrologiya kolleci, 1916-cı ildə Added İnfeksion Xəstəliklər İnstitutu istifadəyə verilir. 1919-cu ildə imperatorun sərəncamı ilə təhsil müəssisəsində iqtisadiyyat fakültəsi açılır. 1921-ci ildə burada Aviasiya Elmi-Tədqiqat İnstitutu və Astronomiya rəsədxanası, 1942-ci ildə mühəndislik fakültəsi, 1946-cı ildə universitet xəstəxanaları, dəniz bioloji stansiyası, botanika bağı, universitet meşəsi, kənd təsərrüfatı mərkəzi, Balıqçılıq mühəndisliyi tədqiqatları laboratoriyası, İctimai Elmlər İnstitutu yaradılır. 1947-ci ildə Yaponiyanın II Dünya müharibəsində məğlubiyyətindən sonra universitetin ilkin adı özünə qaytarılır. 1949-cu ildə burada pedaqogika fakültəsinin nəzdində filologiya fakültəsi, Zəlzələ Elmi-Tədqiqat, Şərqşünaslıq Mədəniyyəti, Sənaye, Jurnalistika institutları açılır. 1953-cü ildə Tokio Universitetində Kosmik Rey tətbiqi mikrobiologiya laboratoriyası, 1955-ci ildə Nüvə Tədqiqatları, 1957-ci ildə Bərk Cisimlər Fizikası, 1962-ci ildə Okeanın Tədqiqatı, 1966-cı ildə kompüter və tibb mərkəzləri, 1967-ci ildə Kriogen Mərkəz yaradılır, İnfeksion Xəstəliklər İnstitutunun adı dəyişdirilərək Tibb Elmləri İnstitutu olur.
Tokio körfəzi
Tokio körfəzi (yap. 東京湾) — Sakit okeanın Yaponiya sahillərində erləşir. Körfəzin sahilində dünyanın ən böyük aqlomerasiyalarından biri yerləşir. Burada 33 milyon insan yaşayır. Şimaldan cənuba uzunluğa 60 km, şərqdən qərbə olan məsafə isə 40 km təşkil edir. Burada həmcinin Asiyanın ən böyük limanlarlnda biri yerləşir. Körfəzi okeandan Boso yarımadası ayırır. == Coğrafiyası == Körfəzin sahəsi 1 320 km² təşkil edir. Körfəzə Tama, Ara, Edo və Surumi çayları axır. Körfəzi okeanla birləşdirən boğazın darlığı və bura çixlu sayda çayların tökülməsi suyunu nisbətən şirin edir.
Tokio metrosu
Tokio metrosu (yap. 東京メトロ, Tōkyō Metoro) — Yaponiyanın Tokio şəhərində Tokyo Metro Co şirkəti tərəfindən idarə olunan əsas metro sistemidir. O, Tokioda fəaliyyət göstərən yeganə metro sistemi olmasa da, iki operator arasında daha çox sərnişinə malikdir: 2014-cü ildə Tokio Metrosunda orta gündəlik 6,84 milyon sərnişin, digər sistem olan Toei Metrosunda isə 2,85 milyon orta gündəlik gediş var idi. == Təşkilat == Tokio Metrosu Yaponiya Hökuməti və Tokio Böyükşəhər Hökumətinin birgə mülkiyyətində olan özəl səhmdar şirkəti olan Tokyo Metro Company, Ltd. (東京地下鉄株式会社, Tōkyō Chikatetsu Kabushiki-gaisha, Tokyo Metro Stock Company) tərəfindən idarə olunur.
Tokio məscidi
Tokio məscidi (東京ジャーミイ, Tōkyō-jāmii) – Yaponiyanın paytaxtı Tokio şəhərinin Şibuya rayonunda, Oyama məhəlləsində yerləşən türk məscidi. Yaponiyadakı ən böyük məsciddir. Məscidin əsası Oktyabr inqilabı nəticəsində Rusiyadan gəlmiş başqırd və tatar immiqrantlar tərəfindən 12 may 1938-ci ildə qoyulmuşdur. Əbdürrəşif İbrahimov (həm də məscidin ilk imamı) və Məhəmməd Qabdulxay Qurbanqaliyevin başçılığı altında tikilmişdir. == Tarixi == Məscid 12 may 1938-ci ildə istifadəyə verilib. Məscid türk müsəlmanların və yerli yaponların dəstəyi hesabına tikilib. Açılış mərasimində Yəmən şahzadəsi, Səudiyyə Ərəbistanın Londonda olan və kral tərəfindən göndərilən səfiri, Misir kralı tərəfindən göndərilmiş səfir, Mitsuru Toyama, general İvare Matsui, təhsil naziri, Tokioda yaşayan yüzlərlə tatar müsəlmanlar və yaponlar iştirak ediblər. Məscidin tikintisi üçün 120.000 yen toplanılıb və bu məbləğin 20 mini Mitsubishi Bank prezidenti Kiyoşi Seşino tərəfindən verilib. Karnesaburo Yamaşita məscidin ərazisi üçün 1,655 m2 torpaq bağışlayıb. Tikinti işləri 1937-ci ilin oktyabrında Ivlorota Construction şirkəti tərəfindən başladılıb.1986-cı ildə məscid ağır vəziyyətinə görə sökülmüşdür.
Hie məbədi (Tokio)
Hie məbədi (日枝神社, Hie-cinca) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur. == Tarixi == 1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir. Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür.Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar. Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir. Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir.1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現) adı ilə də tanınmışdır. == Xüsusiyyətlər == Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur. Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I).
Olimpiya Stadionu (Tokio)
Tokio Olimpiya Stadionu (yap. 国立競技場, Kokuritsu kyōgijō) — Yaponiyanın Tokio şəhərində yerləşən çox məqsədli bir stadion. Açılış və bağlanış mərasimləri üçün əsas stadion, eləcə də 1964 Yay Olimpiya Oyunlarında yüngül atletika yarışlarının keçirilmə yeri kimi xidmət etmişdir. Stadionda Yaponiya milli futbol komandasının ev matçları və ən iri futbol klublarının kubokfinalları keçirildi. Stadionun rəsmi tutumu 57 363 nəfərdir, lakin oturacaq tutumu yalnız 48 000 yerdir.2015-ci ilin may ayında sökülmə başa çatdırılmış və yerində daha böyük tutumlu yeni Olimpiya Stadionu yenidən qurulmuşdur. Yeni stadion 2020 Yay Olimpiya Oyunları və 2020 Yay Paralimpiya Oyunlarının əsas məkanıdır. Yeni stadionun orijinal planları, 2015-ci ilin iyul ayında Yaponiya Baş naziri Şinzo Abe tərəfindən ləğv edildi, lakin bina xərclərinin artması səbəbiylə və xalqın etirazından sonra yenidən qurma elan edildi. Nəticə olaraq, yeni dizayn 2019 Reqbi Dünya Kuboku üçün əvvəlcədən nəzərdə tutulduğu kimi hazır deyildi. Memar Kengo Kuma tərəfindən yaradılan yeni dizayn, orijinal dizaynı əvəz etmək üçün 2015-ci ilin dekabrında seçilmiş və 2019-cu ilin noyabr ayında tamamlanmışdır. == Tarixi == Stadion 1958-ci ildə Meiji Shrine Outer Park Stadionunun yerində Yapon milli stadionu kimi inşa edilmişdir.İlk böyük hadisə 1958 Asiya Oyunları oldu.
Soqen-ci (Tokio)
Soqen məbədi (曹源寺, Soqen-ci) və ya Kappa məbədi (かっぱ寺, Kappa-dera) – Yaponiyanın Tokio şəhərinin Kappabaşi bölgəsində yerləşən buddist məbədi. Məbəd kappalarla olan əlaqəsinə görə tanınır. == Tarixi == Soqen məbədi XVII əsrdə qurulmuşdur. Məbəd və məbədin yerləşdiyi bölgənin adı Kappa Kavataro adlı yerli plaş tacirinin adından gəlir. O, daşqınların qarşısını almaq üçün kanal tikintisinə pul ayırmışdır.Əfsanəyə görə kanalın tikintisi zamanı yüzlərlə kappa Sumida çayından gələrək Kavataroya kömək etmişdir. Kavataro 1814-cü ildə öləndə Soqen məbədində dəfn olunmuş və məbəd bundan sonra Kappa məbədi kimi tanınmağa başlamışdır. == Xüsusiyyətlər == Soqen məbədi Tokionun Tayto xüsusi rayonunun Asakusa rayonunun qərbində, Kappabaşi bölgəsində yerləşir. Məbəddə bir çox kappa heykəlciyinə rast gəlmək mümkündür. Kappaların sevimli yeməyi xiyar hesab olunduğu üçün məbədin səcdəgahına tez-tez xiyarlar qoyurlar. Xəzinə otağında kappalara aid qədim əlyazmalar və mumyalanmış kappa əli saxlanılır.
Soqen məbədi (Tokio)
Soqen məbədi (曹源寺, Soqen-ci) və ya Kappa məbədi (かっぱ寺, Kappa-dera) – Yaponiyanın Tokio şəhərinin Kappabaşi bölgəsində yerləşən buddist məbədi. Məbəd kappalarla olan əlaqəsinə görə tanınır. == Tarixi == Soqen məbədi XVII əsrdə qurulmuşdur. Məbəd və məbədin yerləşdiyi bölgənin adı Kappa Kavataro adlı yerli plaş tacirinin adından gəlir. O, daşqınların qarşısını almaq üçün kanal tikintisinə pul ayırmışdır.Əfsanəyə görə kanalın tikintisi zamanı yüzlərlə kappa Sumida çayından gələrək Kavataroya kömək etmişdir. Kavataro 1814-cü ildə öləndə Soqen məbədində dəfn olunmuş və məbəd bundan sonra Kappa məbədi kimi tanınmağa başlamışdır. == Xüsusiyyətlər == Soqen məbədi Tokionun Tayto xüsusi rayonunun Asakusa rayonunun qərbində, Kappabaşi bölgəsində yerləşir. Məbəddə bir çox kappa heykəlciyinə rast gəlmək mümkündür. Kappaların sevimli yeməyi xiyar hesab olunduğu üçün məbədin səcdəgahına tez-tez xiyarlar qoyurlar. Xəzinə otağında kappalara aid qədim əlyazmalar və mumyalanmış kappa əli saxlanılır.
Tokio Fond Birjası
Tokio Fond Birjası (TSE ) — Tokioda qurulmuş bir birjadır və Asiya qitəsindəki market cap baxımından ən böyük birjadır. Həmçinin dünyanın da ən böyük ikinci birjasıdır. Dekabr 2011 etibarilə birjada ümumi market cap dəyəri 3.9 trilyon US $ olan 2.292 şirkət əməliyyat etməkdədir. Birjanın sahibi Japan Exchange Group şirkətidir.
Tokio Skytree (teleqüllə)
Tokyo Skytree, ( İvrit :東京スカイツリー, Tokyo Sükan Tsurī), indi Yaponiyanın ən yüksək və dünyada Bürc Xəlifə "dən sonra ən yüksək 2-ci binası. 634 m yüksəkliyə sahibdir. Gecə saatlarında LED işıqları ilə işıqlandırılır. Əslində, Tokio teleqülləsi ilə eyni vəzifəni daşıyır. Tokyo qülləsi 333 m, Tokyo Skytree isə 634 m hündürlüyə sahibdir. == Dizayn == Tokyo Skytreenin 5 əsas dizaynı vardır. Yaponiya dizaynını və ənənəvi gözəlliyini göstərir. Şəhərin dirçəlişi üçün katalizator rolunu oynayır.. Zəlzələyə çox davamlıdır. Çox güclü küləklərə davam edə bilər.
Tokio Texnologiya İnstitutu
Tokio Texnologiya İnstitutu (yap. 東京工業大学) — Yaponiyanın Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi; dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. == Tarixi == 1881-ci il mayın 26-da, Meydzi hakimiyyəti bərpa edildikdən 14 il sonra Tokio şəhərində Tokio Texniki Peşə Məktəbi yaradılır. 1890-cı ildə həmin məktəb Tokio Texnikumu, 1901-ci ildə isə Tokio Ali Texniki Məktəbi adlandırılır. Meydzi hökuməti dövlətin inkişaf səviyyəsi üzrə Qərbi ötüb keçmək üçün, ilk növbədə, ölkədə modernləşmiş mühəndis və sənətkar hazırlığına diqqət ayırır. İlk vaxtlar məktəb Tokio şəhərinin şərqində Kuramae ərazisində yerləşir. Lakin 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsi zamanı məktəbin binaları dağıntıya məruz qalır. 1929-cu ildə məktəb Tokionun cənubundakı Ookayama ərazisinə köçürülür və Milli Universitet statusu qazanır. II Dünya müharibəsindən sonra, 1949-cu ildə Yaponiyada yeni təhsil sistemi qəbul edilir. Ali məktəbin Tokio Milli Universiteti adı Tokio Texnologiya İnstitutu ilə əvəz olunur.
Tokio Xaç Ataları
Tokyo Godfathers (yap. 東京ゴッドファーザーズ; azərb. Tokio xaç ataları‎) – 2003-cü ildə çəkilmiş tammetrajlı anime. Animenin rejissoru Satoşi Kondur. == Xarici keçidlər == Tokyo Godfathers — Internet Movie Database saytında.
Kita (Tokio)
Kita — Tokionun xüsusi rayonlarından biri.
Berlin-Roma-Tokio oxu
Ox dövlətləri, Məhvər dövlətləri (alm. Achsenmächte‎, yap. 枢軸国, it. Potenze dell'Asse) və ya Berlin-Roma-Tokio oxu — İkinci Dünya müharibəsi zamanı yaradılmış iki böyük ittifaqdan biri. Məhvər dövlətləri Antihitler koalisiyasına qarşı mübarizə aparmış və tərəflər arasında dünyanın müxtəlif nöqtələrində hərbi toqquşmalar baş vermişdir. İttifaqın adı bura daxil olan üç əsas dövlətin (Üçüncü Reyx, İtaliya krallığı və Yaponiyanın) paytaxtlarının adlarından götürülmüşdür. İttifaqın iki əsas məqsədi vardı: dünyavi müstəvidə genişlənmək, hərbi birləşmələrin hesabına dünya ağalığına nail olmaq, Birinci Dünya müharibəsi sonrası yaranmış siyasi-hərbi vəziyyətin ləğv edilməsi və Sovet kommunist sistemin məhv edilərək tamamilə aradan qaldırılması. Üçüncü Reyx və İtaliya krallığı arasında dostluq müqaviləsinin imzalanmasından bir həftə sonra, 1 noyabr 1936-cı ildə Roma-Berlin ittifaqı yaradılmış oldu. Nasist Almaniyası ilə Yaponiya arasında 1936-cı ilin 25 noyabr tarixində SSRİ-yə qarşı antikomentern paktın imzalanması Yaponiyanında prosesə qoşulması ilə nəticələnmişdir. İtaliya krallığı 1937-ci ilin 6 noyabrında antikomentr paktda qoşulduğunu elan etdi.
Forsaj 3: Tokio Drifti
Forsaj 3: Tokio Drifti (ing. The Fast and the Furious: Tokyo Drift) — 16 iyun 2006-cı ildə yayımlanmış, rejissoru Justin Lin, ssenaristi Kris Morqan tərəfindən edilmiş Forsaj filmlər seriyasının üçüncü filmidir. == Mövzu == 17 yaşlı Şon Bosvell, qanunsuz küçə yarışları ilə maraqlanan bir yeniyetmədir. İştirak etdiyi yarışlar həmişə qəzalarla nəticələndiyindən polislə problemlər yaşayır və anası oğlunun həbsxanaya getməsindən qorxduğu üçün, onu Tokioda yaşayan hərbçi atasının yanına göndərir. Özünü tamamilə fərqli bir mədəniyyətin içində görən Şonun Tokiodakı cansıxıcı həyatı, Tvinki ilə tanış olduqdan sonra dəyişməyə başlayır. Tvinki sayəsində o, qəfildən Tokionun drift yarışlarında iştirak etməyə başlayır. Bu yarışlar onun əvvəllər alışdığı küçə yarışlarından çox fərqlidir. Əlavə: Serianın bu filmi digər filmlərdən fərqlidir və vaxt etibarı ilə də onlardan qabaqdadır. Təxminlərə görə bu filmdə baş verən hadisələr zaman etibarı ilə Forsaj 6 filmindən sonrakı hadisələri əhatə edir. Bəzi epizodları ilə isə 6-cı bölümü 7-ci bölümə bağlayır.
Müqəddəs Mariya Kafedralı (Tokio)
Müqəddəs Mariya Kafedralı (yap. カトリック関口教会) - Tokio şəhərində yerləşən Roma-Katolik kilsəsinə mənsub kilsə. Kilsə kompleksi 1964-cü ildə yapon memarı Kenzo Tanqe tərəfindən inşa edilmişdir. Kilsənin yerləşdiyi ərazidə 1899-cu ildə taxta konstruksiyadan inşa edilən qotik üslublu məbəd II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin bombardımanı zamanı dağıldılmışdır. Müasir kilsəni isə 1987-ci ildə Pritsker mükafatı qazanmış Kenzo Tanqe lahiyələndirmişdir. 1964-cü ildə tamamlanan kilsə ən modern Roma-Katolik kilsələrindən biri hesab olunur.
Müqəddəs Məryəm kafedralı (Tokio)
Müqəddəs Mariya Kafedralı (yap. カトリック関口教会) - Tokio şəhərində yerləşən Roma-Katolik kilsəsinə mənsub kilsə. Kilsə kompleksi 1964-cü ildə yapon memarı Kenzo Tanqe tərəfindən inşa edilmişdir. Kilsənin yerləşdiyi ərazidə 1899-cu ildə taxta konstruksiyadan inşa edilən qotik üslublu məbəd II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin bombardımanı zamanı dağıldılmışdır. Müasir kilsəni isə 1987-ci ildə Pritsker mükafatı qazanmış Kenzo Tanqe lahiyələndirmişdir. 1964-cü ildə tamamlanan kilsə ən modern Roma-Katolik kilsələrindən biri hesab olunur.
Edvard Bikkerstet (Cənubi Tokio yepiskopu)
Edvard Bikkerstet (ing. Edward Bickersteth; 27 iyun 1850, Banningem[d], Norfolk qraflığı – 5 avqust 1897, Çiseldon[d], Uiltşir[d]) – Cənubi Tokio yepiskopu olmuş missioner. == Həyatı == Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur. Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur. Anası Roza isə Samuel Biqnoldun qızı idi. Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır. 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur. 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır. O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır. 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur.
Tokio Reklam Muzeyi
Tokio Reklam Muzeyi (アド・ミュージアム東京, Ado Myuciamu Tokyo) – Yaponiyanın Tokio şəhərinin Minato rayonunda yerləşən muzey. Muzey Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzeydir. == Tarixi == Tokio Reklam Muzeyi 1 dekabr 2002-ci ildə Yoşida Hideo Memorial Fondu tərəfindən Yoşida Hideonun 100 illik yubileyi münasibətilə yaradılmışdır. 2017-ci ilin dekabrında muzeydə yenidənqurma işləri həyata keçirilmişdir. == Xüsusiyyətlər == Ümumi sahəsi 1078,3 m2 olan muzeydəki sərgilər xronoloji ardıcıllıq yerləşdirilmişdir. Muzey Edo dövründə iş adamlarının istifadə etdikləri reklam hiylələrinə həsr olunmuş sərgi ilə başlayır. Burada hikifudalar, nişiki-elər və ebiralar sərgilənir. Sərgidəki məlumatların iddiasına görə həmin dövrdə yaşamış Takatoşi Mitsui dünyanın ilk marketinq dahisi olmuşdur. Muzeydə ümumilikdə təxminən 330 min reklam materialı saxlanılır.Şova dövründə Yaponiyada reklam işi Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır və muzeyin kolleksiyasında həmin dövrə aid "Shiseido", "Calpis" və "Morinaga Milk Caramel" kimi brendlərin reklam məhsulları sərgilənir. Muzeyin son sərgisi XX əsrin sonunda Yaponiyada reklamçılığın inkişaf tarixinə həsr olunmuşdur.
Tokio alman kəndi
Tokio alman kəndi (東京ドイツ村, Tokyo Doitsumura) – Yaponiyada yerləşən və alman mədəniyyətinə həsr olunmuş park. Adına baxmayaraq Tokioda deyil, Çiba prefekturasının Sodeqaura şəhərində yerləşir. == Tarixi == Tokio alman kəndi layihəsinin əslində qolf meydançası olması planlaşdırılırdı, lakin 1980-ci illərin ortasında baş verən iqtisadi çətinliklər bu ideyanın tərk edilməsinə səbəb olmuşdur. Parkın qurucusu Almaniyaya səyahət etmiş, Almaniya təbiəti ilə Sodeqauranın təbiətinin çox oxşadığını görərək alman kəndi açmaq qərarına gəlmişdir.Park 2001-ci ildə açılmışdır. 2006-cı ildən etibarən parkda keçirilməyə başlanan "qış işıqlandırmaları" layihəsindən sonra parka gələnlərin sayı artmağa başlamışdır. == Xüsusiyyətlər == Park 4 bölgəyə bölünüb: kənd bölgəsi, göl bölgəsi, market bölgəsi və park bölgəsi. Parkda qolf meydançaları, şeytan çarxı, uşaq meydançası, ev heyvanları zooparkı, balıqçılıq və qayıqçılıq üçün gölməçələr, şiitake istixanası, idman meydançaları, bazar yeri, çəmənliklər, kiçik bulaq, ferma sahələri, gül bağları yerləşir. Yaponiyada xizəkçilik üçün ən böyük yamac və Kanto regionundakı ən böyük atıcı qolf meydançası bu parkdadır. Ziyarətçilər Almaniyadan gətirilmiş qida məhsullarının (pivə, sosiska, donuz əti və s.) dadına baxa bilərlər.Hər qış burada keçirilən işıqlandırma Kanto bölgəsindəki 3 əsas işıqlandırma hadisəsindən biri hesab olunur. Parkı işıqlandırmaq üçün 2,5 milyon lampadan istifadə olunur.
Tokio Vətəndaş Günü
Tokio Vətəndaş Günü (都民の日, Tomin no hi) – Yaponiyanın paytaxtı Tokio şəhərində hər ilin 1 oktyabr tarixində qeyd olunan əlamətdar gün. == Tarixi == Günün yaranma tarixi Meyci dövrü ilə bağlıdır. 1889-cu ildə rəsmi şəkildə Tokio şəhəri təşkil olunmuşdur. Lakin bələdiyyə sistemində bir istisna olaraq Tokio şəhərinin meri və meriyası yox idi, vətəndaşların şəhər idarəetməsində iştirakı məhdudlaşdırılmışdı. Şəhər idarəetməsini vətəndaşlara açıq etmək üçün başlayan hərəkat uğurlu olmuş və 1 oktyabr 1898-ci ildə bu sistem ləğv olunmuşdur. Nəticədə, Tokio özünü idarə edən şəhər olmuşdur. Bu hadisəni xatırlamaq üçün 1 oktyabr tarixi Muxtariyyəti Anma Günü elan olunmuşdur. 1952-ci ildə isə günün adı Tokio Vətəndaş Günü olaraq dəyişdirilmişdir.Tokio Vətəndaş Gününün yadda qalan xüsusiyyətlərindən biri 1956–1997-ci illərdə satılmış xüsusi xatirə döş nişanları olmuşdur. 1959-cu ildən etibarən bu döş nişanları kappa təsviri ilə hazırlanmışdır. Bəzi qurumlar bu döş nişanlarını taxan şəxslərə pulsuz giriş və endirimlər təşkil edirdi.
Bulbophyllum tokioi
Bulbophyllum tokioi (lat. Bulbophyllum tokioi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Kiçik Tokioda mübahisə (film, 1991)
Kiçik Tokioda mübahisə (ing. Showdown in Little Tokyo) – 1991-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. Filmin orijinal davam etmə müddəti 79 dəqiqə, qısaldımış variantı isə 76 dəqiqədir. == Məzmun == Filmdəki hadisələr 1980-cı illərdə Los-Anceles şəhərində təsadüf edir. Polis işçisi Kris Kenner Los Ancelesin Yapon rayonu Tokio şəhərciyində işləyir. Krisin valideynləri yapon əsilli olmuşlar. Onlar Yapon Yakudza bandası tərəfindən qətlə yetirilmişlər. Kris həmişə valideynləri öldürən qatilin daxili xüsusiyyətlərini yadında saxlamağa çalışır. Polis xidməti onun yanına Conni Muratu adlı yapon yoldaşı göndərir. Conni də yapon əsilli polisdir, kiçik yaşlarında ABŞ-yə köçüb, buranın mədəniyyəti ilə yaşayır.
Tokio 2020 Yay Olimpiya Oyunları iddiaçısı
Tokio 2020 Yay Olimpiya Oyunları iddiaçısı — Yaponiyanın Tokio şəhərinin 2020 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu mərhələ
Tokionun xüsusi rayonları
Tokionun xüsusi rayonları (特別 区, tokubetsu-ku) – Yaponiyanın paytaxtı Tokionun şərqində yerləşən və nüvəsini təşkil edən 23 rayon. Rayonlar 1943-cü ildə ləğv edilən köhnə Tokio şəhərinin olan sahəsini əhatə edir. Yapon dilində 23 rayon (23 区 nicüsan-ku) olaraq bilinir. "Xüsusi" sözü bu rayonların başqalarından fərqli olduğunu bildirir. 1943-cü ilə qədər Tokio şəhərinin rayonları Osaka və ya Kyoto rayonlarından fərqlənmirdilər. 15 mart 1943 tarixində Tokio şəhər və qubernatorluq hökumətləri birləşdirildi və rayonlar birbaşa qubernatorluğun rəhbərliyi altına keçdi. 15 mart 1947 tarixində Yerli Muxtariyyət Qanununun çıxmasından əvvəl rayonların sayı 35-dən 22-yə düşdü. 23-cü rayon Nerima 1 avqust 1947-ci ildə İtabaşidən ayrılaraq yarandı. Hər rayonun öz meriyası və şurası var. Rayonlar arasında sahə (10-dan 60 km² qədər) və əhali (40,000 -dən 830,000-ə qədər) baxımından böyük fərqlər var.
Tokyo
Tokio və ya Tokyo (yap. 東京 Tōkyō) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. == Tarix == Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Toşio
Toşio — ad.
Boyan Tokiç
Boyan Tokiç (13 yanvar 1981) — Sloveniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Boyan Tokiç Sloveniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Boyan Tokiç Sloveniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Boyan Tokiç Sloveniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Hideki Tojio
Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar. == Karyerası == 1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı. == Ölümü == 1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.