Toğrul Məmməd oğlu Bərxudarov (30 iyun 1987; Gəncə, Azərbaycan — 30 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.
Toğrul Bərxudarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2005—2020 |
Rütbəsi | Mayor |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 2020 |
Toğrul Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub.[1] Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun mayoru olan Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Toğrul Bərxudarov sentyabrın 30-da şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Bərxudarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Toğrul Bərxudarov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[3]