Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Troya unsiyası
Troya unsiyası (ing. troy ounce) — 31,1034768 qrama bərabər olan kütlə vahidi. == Əsas məlumat == İngilis dilindəki troy ounce, troy weight terminləri ehtimal ki, Fransadakı Trua şəhərinin (fr. Troyes) adından götürülüb. Orta əsrlərdə Trua mühüm beynəlxalq ticarət mərkəzi və məşhur şampan yarmarkalarına ev sahibliyi edən şəhərlərdən biri olub və orada məhz həmin miqdarda unsiyanın tətbiq olunduğu güman edilir. Müasir dünyada bir troya unsiyası bank işində, qiymətli metalların kütləsini ifadə etmək üçün zərgərlikdə, eləcə də bəzi digər sahələrdə, məsələn, kosmetikada xüsusilə qiymətli maddələrin kütləsini ifadə etmək üçün geniş istifadə olunur. Qızıl, gümüş, platin və palladiumun troya unsiyası ilə beynəlxalq ifadəsi, müvafiq olaraq XAU, XAG, XPT və XPD-dir. İnvestisiya sikkələrinin kütləsi çox vaxt bir troya unsiyasının hissələri ilə göstərilir. == Troya kütlə sistemi == İngilis qızıl funtu (və ya troya funtu, ing. troy pound) 12 troya unsiyasına və ya 373,2417216 qrama bərabərdir.
Troy Pina
Troy Beyker
Troy Edvard Beyker (ing. Troy Edward Baker; 1 aprel 1976, Dallas) — ABŞ səs aktyoru. Bir sıra video oyunlarda əsas personajları səsləndirmişdir. O, "BioShock Infinite"də Buker Devitti, "Infamous: Second Son"da Delsin Rounu, "The Last of Us"da Coeli, "Batman: Arkham Origins"də Cokeri və daha başqa personajları səsləndirmişdir.
Lublin uniyası
Lublin ittifaqı (pol. Unia lubelska; lit. Liublino unija; ukr. Лю́блінська у́нія; belar. Лю́блінская у́нія) — Böyük Litva knyazlığı və Polşa Krallığı arasında baş vermiş milli birləşmə və seçmə monarxiyaya əsaslanan Litva-Polşa ittifaqı. == İttifaqın qurulması və Yaqolliya sülaləsi == Jagiełło 1386-cı ildə xristianlığı qəbul edərək II Vadislav adını aldı və 11 yaşlı Polşa kraliçası Jadviga ilə evləndi. Beləliklə, Jagiellon sülaləsinin üzvləri həm Litvanın, həm də Polşanın hökmdarı oldular. Ancaq iki ölkənin hökmdarları eyni olsa da, dərhal birləşmədilər. Ancaq 1569-cu ildə Yagiellon sülaləsinin son kralı II Zygmunt Avqustun uşaqsız ölməsindən sonra iki dövlətin maqnatları (zadəganları) Lublin müqaviləsini imzalamaq üçün 1 iyul 1569-cu ildə Polşanın Lublin şəhərində bir araya gəldi və iki dövləti bir araya gətirdilər. Beləliklə, Polşa-Litva Birliyi yaradıldı.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. == Tarixi == Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. == Tarixi == Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Elis Trou
Elis Trou (ing. Elise Ashlyn Trouw, 27 aprel 1999, Nyuport-Biç[d], Kaliforniya) Amerikalı müğənni, bəstəkar və multi-instrumentalistdir. Trou 1999-cu ildə Kaliforniyada Cənubi Afrikalı ata və Nyu Yorklu bir ananın ailəsində anadan olub. Evanescence-in "My Immortal" əsərini ifa etmək üçün piano dərsləri almağa başladı.
Troya atı
Troya atı — müharibədə qalib gəlmək və Troya şəhərinə daxil olmaq üçün yunanlar tərəfindən istifadə edilmiş hiylə haqqında Troya müharibəsi əfsanəsi adlanırdı.10 illik nəticəsiz müharibədən sonra yunanlar böyük taxta at düzəldirlər və içərisində seçilmiş əsgərləri gizlədirlər. Yunanlar hiyləgərlik edərək özlərini elə göstərdilər ki, guya Troyalılara qələbə kuboku kimi at hədiyyə edirlər. Həmin gecə yunan qüvvələri atdan çıxıb ordunun daxil olması üçün qapıları açdılar. Yunanlar şəhərə daxil oldular və dağıntılar törətdilər. == Mənası == Yunanlar Troyanı ələ keçirmək üçün hiyləgər Odisseyin məsləhəti ilə taxtadan nəhəng at düzəldib, bir dəstə döyüşçünü bu atın içində gizləyir, özləri yaxınlıqdakı adaya gedirlər. Troyalılar atı dartıb şəhərə aparırlar. Gecə yunan döyüşçüləri atın içindən çıxıb yuxulu troyalılara hücum edirlər; yaxından adadan gizlincə qayıdan digər yunan döyüşçüləri də şəhərə soxulurlar. Yunanlar kişiləri qırıb, qadın və uşaqları əsir tutub, şəhəri qarət edərək yandırırlar. Onlar çoxlu qənimət ilə Yunanıstana qayıdırlar. Buradan Troya atı ifadəsi əmələ gəlmişdir; bu ifadənin mənası ele bir hədiyyə deməkdir ki, bu hədiyyə onu qəbul edən üçün təhlükəlidir.
Troya muzeyi
Troya muzeyi (türk. Troya müzesi) – Türkiyənin şimal-şərqin yerləşən qədim Troya şəhərinin arxeoloji bölgəsini əhatə edən muzey. Muzey 2018-ci ildə açılmışdır və müasir memarlıq üslubunda tikilmiş binada yerləşir. Muzey yeddi bölmədən ibarətdir və burada Troya, eləcə də, yaxınlıqda yerləşən qədim şəhərlərdən olan artifaktlar sərgilənir. Direktor Rıdvan Gölcükdür. Muzey 2020-ci ildə Avropada İlin Muzeyi mükafatının xüsusi kateqoriyasının qalibi olmuş, eləcə də, Avropa Muzey Akademiyasının xüsusi mükafatına layiq görülmüşdür. == Muzey binası == Muzey binası Troya şəhərinin ərazisinin 800 metr şərqində – Tevfikiye kəndində yerləşir. Muzey binası üçün elan edilmiş dizayn müsabiqəsinin qalibi 2011-ci ildə "Yalın Mimarlık" şirkəti olmuşdur. Şirkətin dizayn etdiyi bina müasir memarlıq üslubundadır. Tikinti işləri 2013-cü ildə başlamış, 2015-ci ildə dayanmış, lakin 2017-ci ildə davam etmişdir.
Troya müharibəsi
Troya müharibəsi - E.ə 1193-1183 -cü illərdə Kiçik Asiyanın qərb sahillərində baş vermişdir. Yunan mifologiyasına əsasən hələ Homer eposuna qədər mövcud olmuş hadisədir. Mifologiyaya görə Troya şahzadəsi Paris öz gözəlliyi ilə məşhur olan Sparta çariçası Yelenanı qaçırdır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük bir donamna ilə Troyaya hücuma keçirlər. On illik müharibədə çox itkilər verilir. Nəticə etibarilə Troya bir hiylənin qurbanına çevrilərək süqut edir. Troya şəhərində vətəndaş müharibəsi zamanı afinalılar tryolalıları məğlub etmiş və onları özlərinə tam tabe etmək üçün torpaqlarını duzlamışdır. Bununla da şəhərdə aclıq səfalət hökm sürmüşdür. Bir çox epik şairlər bu müharibəni əsərlərində əks etdirmişdirlər. E.ə.
Troya qazıntıları
Troya qazıntıları- Henrix Şliman Troya müharibəsinin qəhrəmanlarından olan Aqamemnonun qəbrini axtarmaq üçün Mikenaya yollanır. Mikenadan sonra Dardanel ətrafı ərazilərdə axtarışlara başlayır. Bu vaxt Troyanın axtarışları haqqında sərt tənqidlər və gərgin müzakirələr mövcud idi. Bəziləri şəhərin keçmiş Brunabaşi bölgəsində olduğunu iddia edirdi. Bir çoxları Troyanı Qıssarlıq təpəsinin yerində axtarmağı təklif etdilər. Şliman isə hər iki variantı dəyərləndirmək qərarına gəlir. Səfərinin nəticələrini ilk elmi-arxeoloji işi olan “İtaka, Peloponnes və Troya” kitabında əks etdirir. Kitab 1869-cu ildə nəşr olunub. O, öz vətənində, Meklenburq şəhərindəki Rostok Universitetinə tapıntıları tədqim edir. Yerli professorlar Şlimanın elmi işini təsdiqləyərək ona doktor adı verirlər.
Tsoy divarı
Tsoy divarı (rus. Стена Цоя, ing. Tsoi's Wall) — musiqiçi Viktor Tsoya və onun yaratdığı "Kino" qrupuna həsr olunmuş, Moskvada yazılar ilə bəzənmiş divar. Divar Arbat küçəsi ilə Krivoarbatski döngəsinin kəsişməsindəki 37 №-li evdə yerləşir və Moskvanın görməli yerlərindən biri hesab edilir. Tsoy fanları üçün divarın yanındakı xüsusi külqabına qırıq siqareti yandıraraq qoymaq adət halını almışdır.Tsoy fanları tərəfindən tez-tez ziyarət edilən divar dostlar üçün bir-birlərinə göndərdikləri qeydləri gizlətmək və ya görüş təşkil etmək məkanına çevrilmişdir. Moskvadan əlavə bir neçə şəhərdə, o cümlədən Sankt-Peterburq, Xabarovsk, Dnepr, Sevastopol şəhərlərində də Tsoyun xatirəsini əbədiləşdirmək üçün belə divarlardan istifadə olunmuşdur. == Tarixi == Divara yazılan ilk yazı 15 avqust 1990-cı ilə təsadüf edir və divarda qara rəng ilə "Viktor Tsoy bu gün öldü" (rus. Сегодня погиб Виктор Цой) yazılmışdır. Ardınca isə başqa bir nəfər bu yazıya cavab olaraq yazmışdır: "Tsoy yaşayır!" (rus. Цой жив!).
Viktor Tsoy
Viktor Robertoviç Tsoy (rus. Виктор Робертович Цой; 21 iyun 1962, Leninqrad – 15 avqust 1990) — sovet rok musiqiçisi, koreya (ata) və rus (ana) mənşəli şair, rəssam, "Kino" rok qrupunun yaradıcısı və rəhbəri. Bir neçə filmdə aktyor kimi də rol alıb. == Bioqrafiya == Viktor Tsoy bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Tsoy və koreya mənşəli mühəndis Robert Maksimoviç Tsoyun ailəsində dünyaya gəlmişdir. 1974-1977-ci illərdə incəsənət məktəbinə getmişdir. Bu illərdə Palata №6 adlı qrupda bas-gitarist kimi fəaliyyət gostərmişdir. İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində "ağac oyma" sənəti üzrə oxumuşdur. Gəncliyində Vladimir Vısotski, Mixail Boyarski və Brüs Linin fanatı olmuşdur. Sonralar onun imicində Bryus Linin təsiri hiss olunurdu. Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, netske adlanan yapon fiqurlarını düzəldirdi.
Brest Uniyası (1596)
Brest Uniyası (1596) — Reç Pospolitadakı, o cümlədən Ukrayna və Belarusdakı katolik və pravoslav kilsələrinin birləşdirilməsi. Brestdə keçirilən kilsə məclisində qəbul olunmuşdu. B.u.-na səbəb Polşa krallarının dövlət daxilində dini vəhdətin yaradılmasında marağı, həmçinin ali pravoslav ruhanilərinin öz imtiyazlarının möhkəmlətmək cəhd idi. B.u. kəndlilər, kazaklar və digər təbəqələr arasında etiraz doğurmuş, dövlət tərəfindən dəstəklənən uniatlarla pravoslavlar arasında münasibətləri xeyli gərginləşdirmişdi. B.u. rəsmən 1946 ildə Lvovda keçirilən kilsə məclisində ləğv edilmişdi. == Tarixi == O dövrün Katolik Kilsəsinin rəhbərləri üçün belə bir fikir xarakterik idi ki, "ruslar" (Şərqi slavyanlar) öz əqidələri ilə deyil, Konstantinopol Patriarxlığının nüfuzuna tabe olaraq "parçalanmaya" girmişlər və bunlara əməl etmişlər. Yalnız vərdişdən qaynaqlanan "yanılmalar" asanlıqla Roma Katolik Kilsəsi ilə birləşməyə səbəb ola bilər. Bu cür birliyin "Rus" kilsəsinə və "rus" cəmiyyətinə gətirə biləcəyi faydaların ətraflı sadalanması ilə təkliflər iyezuit Peter Skarqanın 1577-ci ildə nəşr olunan "Tanrı kilsəsinin birlik altında birliyi haqqında" essesində verilmişdir.
Arundati Roy
Arundhati Roy (24 noyabr 1961, Assam) - Hindistan yazıçısı. Müharibə eləhinə yazılmış əsərləri ilə tanınmaqdadır. Ən məşhur əsəri "Kiçik Şeylərin Tanrısı" (The God of Small Things) adlı romanıdır. == Həyatı == 24 noyabr 1961-ci ildə Hindistanın Assam əyalətinin Şilonq şəhərində xristian ananın və hind atanın qızı kimi anadan olmuşdur. Aymanam kəndində anasının idarə etdiyi məktəbdə oxudu. 16 yaşında evini tərk etdi. Dehli Memarlıq Məktəbində oxudu, amma heç vaxt memarlığı sevmədi. Sonra məktəbdə oxuyan biri ilə evləndi. Daha sonra Beynəlxalq Şəhər İşləri Dairəsində işləməyə başladı. İtaliyaya getdikdən sonra yazıçı olmağa qərar verdi.
Camini Roy
Camini Roy (11 aprel 1887–24 aprel 1972) — Hindistan rəssamı. == Bioqrafiya == Orta gəlirli bir ailədən idi, atası dövlət xidmətində idi. O əvvəlcə evdə təhsil aldı. 1903-cü ildə Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil oldu. O, "Klassik çılpaq" və yağlı boya sənətinin akademik ənənəsinə çəkilməyi öyrəndi. Burada gənc adam portret sənətində əhəmiyyətli müvəffəqiyyətlərə imza atdı. Eyni zamanda o, çörək qazanmaq üçün reklam şəkillərini tərtib etmək, yüzlərlə ucuz gravür rəsmlərini çəkmək, toxuculuq üçün toxuma atelyesində və teatr kostyumu ilə məşğul olurdu. 1908-ci ildə gözəl sənət diplomunu aldı. Vaxt keçdikcə klassik ənənədən ayrıldı. 1921-ci ildən xalq sənətinə daha çox diqqət ayırmağa başladı.
Dağlarda toy
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir.
Lesli Roy
Lesli Roy (17 sentyabr 1986, Balbriggan[d], Lenster) — irlandiyalı müğənni və bəstəkar. İrlandiyanı Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. == Mövzu == Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Roy Hocson
Roy Hocson (ing.
Roy Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Roy Kin
Roy Kin — irland futbolçu. O, klub karyerasında 17-i "Mançester Yunayted" də olan 19 böyük kuboku qazanaraq bütün zamanların ən uğurlu İrlandiyalı futbolçusudur. == Həyatı == Roy Kin 1971-cu il avqustun 10-da anadan olub.
Roy Makaay
Rudolfus "Roy" Antonius Makaay (nid. Roy Rudolphus Antonius Makaay; 9 mart 1975) — keçmiş Niderland futbolçusu.
Alp vudsiyası
Alp vudsiyası (lat. Woodsia alpina) — vudsiyakimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, 6–8 sm hündürlüyündə, kiçik bitkidir. Yarpaqları tutqun-yaşıl, pərdəşəkilli, pulcuqlu, saplağı sarımtıl-boz, yarpaq ayasından qısa, qaidəsində bir ötürücü topalı, seqmentləri 6–8 cüt ovalşəkilli, sorusları yetişəndə öz aralarında qovuşandır, sporun səthi xırda yuvacıqlıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporların yetişmə dövrü iyul-sentyabr aylarına təsadüf edir. Yüksək dağ və alp qurşaqlarında, nadir hallarda meşə zolaqlarında, qayalıqlar və daşlıq ərazilərdə rast gəlinir. Dekorativ bitkidir. == Yayılması == Böyük Qafqazın Quba sahəsi, Böyük Qafqazın şərq hissəsi (Oğuz rayonu, Fil-Fil kənd ətrafı), Böyük Qafqazın qərb hissəsi (Sidlov dağı), Kiçik Qafqazın Şimal hissəsi (Göygöl və Cəbrayıl qəsəbəsi ətrafı), Diabar(Lerik rayonu), Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu).
Aparat funksiyası
Aparat funksiyası – optik cihazların xassəsi; cihazın çıxışındakı kəmiyyətin qurğunun girişindəki həqiqi qiyməti ilə əlaqəsini müəyyən edən funksiya. Aparat funksiyası əsasən, teleskop, mikroskop və spektral cihazların xarakteristikası üçün istifadə edilir. Təsvir yaradan optik cihazın Aparat funksiyası cihazın yaratdığı nöqtəvi şüalanma mənbəyinin təsvirində işıqlanmanın paylanmasını göstərir. Aparat funksiyası obyektin təsvirində işıqlanmanın paylanması ilə elə həmin obyektin parlaqlığının paylanması arasında əlaqəni müəyyən etməyə imkan verir. Spektral cihazlarda Aparat funksiyası monoxromatik şüalanmanın müşahidəsi zamanı cihazın qeyd etdiyi spektrdən ibarətdir. İdeal optik cihaz nöqtəvi mənbəyi nöqtə şəklində təsvir edir və onun Aparat funksiyası bu nöqtədən başqa hər yerdə sıfra bərabər olur. Real cihazlarda isə difraksiya, aberrasiya və s. amillər nəticəsində nöqtəvi mənbəyin təsviri “yayılır” və ləkəşəkli alır. Real vəziyyətlərdə Aparat funksiyasının hesablanması çətin olduğu üçün onu eksperiment üsulu ilə təyin edirlər.
Dirixle funksiyası
Dirixle funksiyası – [ 0 ; 1 ] {\displaystyle [0;1]} parçasında təyin olunmuş, arqumetin rasional qiymətlərində 0 {\displaystyle 0} , arqumentin irrasional qiymətlərində 1 {\displaystyle 1} qiymətini alan funksiya. Dirixle funksiyası [ 0 ; 1 ] {\displaystyle [0;1]} parçasının bütün nöqtələrində kəsilən funksiyadır. Bu funksiyanı alman riyaziyyatçısı Dirixlenin adı ilə bağlıdır. Dirixle funksiyası aşağıdakı kimi də təyin etmək olar: lim m → ∞ ( lim n → ∞ cos 2 n ⁡ ( m ! π x ) ) . {\displaystyle \lim \limits _{m\rightarrow \infty }\left(\lim \limits _{n\rightarrow \infty }\cos ^{2n}(m!\pi x)\right).} == Mənbə == M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Myöbius funksiyası
Ədədlər nəzəriyyəsində əsas yerlədən birini də Myöbius funksiyası tutur. Myöbius funksiyasını μ ( x ) {\displaystyle \mu (x)} kimi işarə edirlər. TƏRİF. Aşağıdakı şərtlər təyin edilən μ ( x ) {\displaystyle \mu (x)} funksiyası Myöbius funksiyası adlanır: 1) μ ( x ) = 1 {\displaystyle \mu (x)=1} ; 2) n > 1 {\displaystyle n>1} və n = p 1 ⋅ p 2 ⋯ p k {\displaystyle n=p_{1}\cdot p_{2}\cdots p_{k}} kanonik ayrılışı üçün μ ( n ) = ( − 1 ) k {\displaystyle \mu (n)=(-1)^{k}} (göründüyü üzrə k {\displaystyle k} ədədi n {\displaystyle n} -in sadə bölənlərinin sayıdır); 3) n {\displaystyle n} natural ədədi p 2 {\displaystyle p^{2}} -na bölünürsə( n ⋮ ¯ p 2 {\displaystyle n{\overline {\vdots }}p^{2}} , p {\displaystyle p} -sadə ədəddir), μ ( n ) = 0 {\displaystyle \mu (n)=0} Misal 1: 1. μ ( 30 ) = μ ( 2 ⋅ 3 ⋅ 5 ) = ( − 1 ) 3 = − 1 ; {\displaystyle \mu (30)=\mu (2\cdot 3\cdot 5)=(-1)^{3}=-1;} μ ( 85 ) = μ ( 5 ⋅ 13 ) = ( − 1 ) 2 = 1 ; {\displaystyle \mu (85)=\mu (5\cdot 13)=(-1)^{2}=1;} μ ( 28 ) = μ ( 2 2 ⋅ 7 ) = 0 ; {\displaystyle \mu (28)=\mu (2^{2}\cdot 7)=0;} μ ( 48 ) = μ ( 2 4 ⋅ 3 ) = 0 ; {\displaystyle \mu (48)=\mu (2^{4}\cdot 3)=0;} μ ( 105 ) = μ ( 3 ⋅ 5 ⋅ 7 ) = ( − 1 ) 3 = − 1 ; {\displaystyle \mu (105)=\mu (3\cdot 5\cdot 7)=(-1)^{3}=-1;} 2. μ ( 1 ) = 1 ; {\displaystyle \mu (1)=1;} μ ( 5 ) = − 1 ; {\displaystyle \mu (5)=-1;} μ ( 9 ) = 0 ; {\displaystyle \mu (9)=0;} μ ( 2 ) = − 1 ; {\displaystyle \mu (2)=-1;} μ ( 6 ) = 1 ; {\displaystyle \mu (6)=1;} μ ( 10 ) = 1 ; {\displaystyle \mu (10)=1;} μ ( 3 ) = − 1 ; {\displaystyle \mu (3)=-1;} μ ( 7 ) = − 1 ; {\displaystyle \mu (7)=-1;} μ ( 11 ) = − 1 ; {\displaystyle \mu (11)=-1;} μ ( 4 ) = 0 ; {\displaystyle \mu (4)=0;} μ ( 8 ) = 0 ; {\displaystyle \mu (8)=0;} μ ( 12 ) = 0 ; {\displaystyle \mu (12)=0;} Myöbius funksiyasının sadə xassələrinə aid olan aşağıdakı teoremlərlə tanış olaq. Teorem 1. Myöbius funksiyası multiplikativ funksiyadır, yəni ( n 1 , n 2 ) = 1 {\displaystyle (n_{1},n_{2})=1} üçün μ ( n 1 ⋅ n 2 ) = μ ( n 1 ) ⋅ μ ( n 2 ) ; {\displaystyle \mu (n_{1}\cdot n_{2})=\mu (n_{1})\cdot \mu (n_{2});} Teorem 2. İxtiyari n {\displaystyle n} natural ədədi ( n > 1 ) {\displaystyle (n>1)} və onun n / d {\displaystyle n/d} natural bölənləri cəmi üçün ∑ n / d μ ( d ) = 0. {\displaystyle \sum \limits _{n/d}\mu (d)=0.} Misal 2: n = 252. {\displaystyle n=252.} n = 252 = 2 2 ⋅ 3 2 ⋅ 7.
Məxaric funksiyası
Məxaric funksiyası (ing. Expenditure function) mikroiqtisadiyyatda istifadə olunan və müəyyən bir fayda əldə etmək üçün (fayda funksiyası və qiymətlər verilmiş halda) minimal pul məbləğini göstərən funksiyadır. Riyazi şəkildə, əgər L məhsulları üzrə üstün tutmanı təsvir edən u {\displaystyle u} fayda funksiyası mövcüddursa, onda xərc funksiyası budur: e ( p , u ∗ ) : R + L × R → R {\displaystyle e(p,u^{*}):{\textbf {R}}_{+}^{L}\times {\textbf {R}}\rightarrow {\textbf {R}}} O, göstərir ki, u ∗ {\displaystyle u^{*}} faydasını hansı pul məbləği ilə almaq mümkündür, əgər qiymətlər p {\displaystyle p} kimi təyin olunub. Bu funksiya aşağıdakı kimi təyin olunur: e ( p , u ∗ ) = min x ∈≥ ( u ∗ ) p ⋅ x {\displaystyle e(p,u^{*})=\min _{x\in \geq (u^{*})}p\cdot x} burada x {\displaystyle x} ≥ ( u ∗ ) = { x ∈ R + L : u ( x ) ≥ u ∗ } {\displaystyle \geq (u^{*})=\{x\in {\textbf {R}}_{+}^{L}:u(x)\geq u^{*}\}} faydası ən azı u ∗ {\displaystyle u^{*}} olan bütün seçimlərdir.
Siqmoid funksiyası
Siqmoid funksiyası — Qrafiki "S" hərfinə bənzəyən riyazi funksiya. Riyazi dillə ifadə etsək, siqmoid funksiyanın təyin oblastı bütün həqiqi ədədlər çoxluğu olub ( x ∈ R {\displaystyle x\in \mathbb {R} } ), törəməsi həmişə sıfırdan böyükdür: f ′ ( x ) > 0 {\displaystyle f'(x)>0} ; yalnız bir əyilmə nöqtəsi var, yəni funksiyanın ikinci tərtib törəməsi yalnız bir dəfə sıfırlanır: ∀ x , ∃ ! f ″ ( x ) = 0 {\displaystyle \forall x,\exists !f''(x)=0} . Gompertz funksiyasını da bu formalı funksiyalara misal göstərmək olar. Gompertz funksiyasının da əyrisi siqmoiddir. Siqmoid funksiyalardan olan loqistik funksiyanın qiymətlər oblastı ( 0 ; 1 ) {\displaystyle (0;1)} aralığıdır. x → − ∞ {\displaystyle x\to -\infty } olduqda funksiyanın qiyməti sıfıra, x → ∞ {\displaystyle x\to \infty } olduqda isə birə yaxınlaşır: S ( t ) = 1 1 + e − t . {\displaystyle S(t)={\frac {1}{1+e^{-t}}}.} Loqistik funksiyadan başqa arktangens( a r c t g {\displaystyle \mathrm {arctg} \,} ), hiperbolik tangens( tanh {\displaystyle \tanh } ), xəta funksiyası( erf {\displaystyle \operatorname {erf} \,} ) da oxşar xassəli qrafikə malik olduğu üçün siqmoid funksiyalardan hesab olunur. Əsasən Süni Neyron Şəbəkələrində neyronların aktivləşdirilməsində istifadə olunur. Həmçinin normal paylanma, statistikada istifadə olunur.
Sovet Rusiyası
Rusiya Sovet Federativ Sosialist Respublikası və ya RSFSR (rus. Российская Советская Федеративная Социалистическая Республика) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 7 noyabr 1917-ci ildə təşkil olunmuşdur.
Xərc funksiyası
Xərc funksiyası (ing. cost function, məxaric funksiyası (ing. expenditure function) ilə qarışdırılmamalıdır) mikroiqtisadiyyatda istehsalın xərcini bildilir. Xərc funksiyası xammalın qiymətlərindən və məhsul miqdarından asılıdır.. Ümumi şəkildə c(p1, p2, y) kimi ifadə olunur (burada p1 and p2 xammalın ədəd qiymətləridir, y isə məhsulun miqdarı). Xərc funksiyası və onun təhlili Pol Samuelson (1947) və Ronald Şepard (1953) işlərində təsvir olunub. Xərc funksiyanın ümumi xüsusiyyətləri bunlardır: (1) Qeyri-mənfilik: C(p, y) > 0, əgər p > 0 və y > 0 (2) Dəyişməyən xərc yoxdur: C(p, 0) = 0 (3) y üzrə monotonluq: əgər y* > y, onda C(p, y*) > C(p, y) (4) p üzrə monotonluq: if p* > w, then C(p*, y) > C(p, y) (5) Qiymət üzrə bir dərəcəli homogenlik: C(Aw, y) = AC(w, y) (6) Qabarıqlıq: C(p, y) p üzrə çökükdür. (7) Davamlılıq: C(w, y) p üzrə davamlıdır. (8) Şepard lemması: əgər C(w, y) diferensialı tapıla bilər, onda yeganə vektor x var ki, dC(w, y)/dpi = xi.
Çar Rusiyası
Çar Rusiyası — 1547–1721-ci illərdə Rusiyanın rəsmi adı. Bəzi mənbələrdə Rusiya Çarlığı kimi də adlandırılır.
Faydalılıq funksiyası
Faydalılıq funksiyası — etibarlı alternativlər toplusunda istehlakçı seçimlərini təmsil etmək üçün istifadə edilə bilən funksiya. Funksiyanın ədədi dəyərləri istehlakçının üstünlük dərəcəsinə uyğun olaraq alternativlər sifariş etməyə kömək edir. Daha böyük dəyər daha yüksək üstünlükə uyğun gəlir. Müasir sıravi faydalılıq nəzəriyyəsində rəqəmlərin özləri əhəmiyyət kəsb etmir — yalnız ondan böyük, kiçik və bərabər olan əlaqələr vacibdir. Hər üstünlük əlaqəsi faydalı funksiya ilə təmsil oluna bilməz. Bununla belə, iqtisadi modellərdə istifadə olunan üstünlüklər üçün belə bir funksiya mövcuddur. Funksiyanın mövcudluğu iqtisadiyyatda optimallaşdırma məsələlərinin həllində riyazi analizdən istifadə etməyə imkan verir. Məsələn, istehlakçının problemini həll edərkən . Faydalı funksiyadan istifadə etmədən belə bir problemin həlli çətinləşir. == Formal tərifi == Üstünlük münasibətinin { ⪰ } {\displaystyle \{\succeq \}} təyin olunduğu X {\displaystyle X} icazə verilən alternativlər toplusu verilsin.
İstehsal funksiyası
İstehsal funksiyası — istehsal dəyərləri (istehsalın miqdarı) və resurs xərcləri, texnologiya səviyyəsi kimi istehsal amilləri arasında iqtisadi və riyazi kəmiyyət əlaqəsidir. Onu izokvantlar toplusu kimi ifadə etmək olar. Məcmu istehsal funksiyası bütövlükdə milli iqtisadiyyatın məhsulunu təsvir edə bilər. İstehsal amillərinin müəyyən vaxtda və ya müxtəlif dövrlərdə məhsulun həcminə təsirinin təhlilindən asılı olaraq istehsal funksiyaları statik P = f ( x 1 , x 2 , . . . , x n ) {\displaystyle P=f(x_{1},x_{2},...,x_{n})} və dinamik P = f ( x 1 ( t ) , . . . , x k ( t ) , .
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.