Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quşbara
Tambala
Tambala — Malavi Respublikasının (Malavi kvaçisinin yüzdə biri) mübadiləsində istifadə olunan pul vahididir. 15 fevral 1971-ci ildə pul islahatı nəticəsində valyutaya daxil edilmişdir. Tambala nıyanca «xoruz» (ing. rooster) mənasına gəlir. Xoruzun təsvirini isə 1 nominallı tambalanın üzərində görmək olar. Tambala 1 2, 5, 10, 20, 50 nominallı sikkələr və 50 tambalalıq əsginaslar ilə buraxılırdı, amma onlar aşağı dəyərə malik olduqları üçün pul dövriyyəsindən praktiki olaraq yox oldular.
Tubalar
Tubalar (öz dillərində tuba, tuba kiji / tuva kiji (yəni "tuba/tuva kişisi (insanı)"), və yış kiji (yəni "meşə, orman insanı") — Rusiyanın Altay Respublikasında yaşayan türk xalqı. Sovet dönəmində Tubalar xalqını altaylıların tərkibində göstərirdilər. 1926-cı ildə onları ayrıca xalq kimi qeyd etmişdilər. Rusiya Federesiyasının 24 mart 2000-ci il qərarına görə onları müstəqil xalq kimi qeydə aldılar. Tubalar dili türk dilləri ailəsinə aiddir.
Xucbala
Xucbala — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Ərazi vahidliyinə Xucbala, Çartəpə, Ağağı-Xuc və Digah kəndləri daxildir. Xucbala oyk, mür. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Keçmiş adı Yuxarı Xuc olmuşdur. Oykonim Xuc (qıpçaqların kuç tayfa adını əks etdirən etnotoponim) və bala (kiçik) komponentlərindən düzəlib, "kiçik Xuc kəndi" mənasındadır. Buradakı bala komponenti yaşayış məntəqəsini Orta Xuc və Aşağı Xuc kəndlərindən fərqləndirməyə xidmət edir. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Xucbala kənd cəmiyyəti tərkibinə daxil olan Xucbala kəndində 56 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 495 nəfər (248 nəfəri kişilər, 247 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1480 nəfər əhali yaşayır.
Tugball
Tugball - yeni və unikal idman növüdür. == Yaradılamsı == "Tugball"-ın yaranması bədən tərbiyəsi müəllimi olan Matt Henzienin dərsində baş verib. Matt Henzie əksər tələbəsinin yuxarı bədən gücünün olmamasının fəqrinə varıb, yuxarı bədən gücünü artıran idman növünə ehtiyyac olduğunu düşündü. Tələbələrinin kəndir dartma oyununu müşahidə edən Matt Henzie buna qaçışın əlavə olunması ideyası ağlına gəldi. == Oynama qaydası == Oyun başlayanda hər iki komandanın üzvləri "Tugball"-ı tutur. "Tugball"-ı rəqib komandadan alamağı bacaran komanda üzvləri rəqibin qapısına doğru hərəkət edir. "Tugball-ı" rəqibin qapısına sala bilən komanda 3 xal qazanmış olur. "Tugball" raundlarla oyanılır və hər raund Tug-off, Play və Extra-Point-dən ibarətdir.
Nuhbala Quliyev
Nuhbala Quliyev (23 oktyabr 1927, Bakı şəhəri, Zirə qəsəbəsi - 14 iyun 1998, Bakı şəhəri, Zirə qəsəbəsi) — yazıçı-jurnalist, SSRİ jurnalistlər ittifaqının üzvü, "Qızıl qələm" mükafatı laureatı, bir sıra filmlərin ssenari müəllifi, baş redaktor, Azərbaycan Teleradio Verilişləri QSC-nin Gənclər redaksiyasında raqdiojurnalist. 1967-ci ildə Azərbaycan Televiziyasında efirə çıxan "Günün ekranı" xəbərlər proqramının ideya müəllifi və baş redaktoru olub.
Ladislav Kubala
Ladislav Kubala (slovak. Ladislav Kubala; 10 iyun 1927, Budapeşt – 17 may 2002, Barselona, İspaniya) ― Macarıstan, Çexoslovakiya və İspaniya futbolçusu və futbol məşqçisi. “Ferentsvaroş”, “Bratislava”, “Vaşaş”, “Barselona” (məhz burada böyük uğurlar və şöhrət qazanmışdır) və “Espanyol” kimi klublardakı çıxışları ilə məşhurdur. Futbol tarixinin ən yaxşı oyunçularından biri sayılır (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına görə 20-ci əsrdə dünyanın ən yaxşı futbolçuları siyahısında 32-ci yeri aldı və Avropada yüzilliyin ən yaxşı oyunçuları siyahısında 24-26 yerləri paylaşdı) . Kubala dəqiq ötürmə vermək, əla driblinq və cərimə zərbələrini məharətlə yerinə yetirmək kimi oyun keyfiyyətlərinə sahib idi. 1999-cu ildə “Barselona” klubunun 100 illiyi qeyd olunarkən azarkeşlər arasında keçirilmiş sorğuya əsasən, Kubala “mavi-tünd qırmızı”lıların şərəfini qorumuş ən yaxşı oyunçu seçildi. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başladı. İki dəfə "Barselona"nın məşqçisi təyin edildi, İspaniya milli komandasını çalışdırdı, 1992 oyunlarında İspaniya Olimpiya komandasının məşqçilər heyətinin bir hissəsi oldu.
Digah-Xucbala bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tısbağa
Tısbağalar (lat. Testudines) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Su tısbağalarının ayaq pəncələrində barmaqlarının arasında pərdə vardır. Bu, suda üzməyi asanlaşdırır, sürəti artırır. Bu pərdə quru tısbağalarında olmur. Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz tısbağaları quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzunluğu 2 m, kütləsi 900 kq. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.
Conatan (tısbağa)
Conatan ləqəbli tısbağa (1832 - 2014) — dünyanın ən yaşlı tısbağası. İlk dəfə 1882-ci ildə onu ev heyvanı kimi götürmüşdülər. Tısbağaların yetişkin olmağı üçün 50 il vaxt lazımdır. O planetin ən yaşlı canlısı kimi rekord yaratmışdır. Deyilənlərə görə Hindistanda 250 il yaşayan tısbağalar olmuşdur.
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. == Təsviri == Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.
Gülbala Salamov
Gülbala Salamov Ağaməmməd oğlu (d.1928- ci il Bakının Saray qəsəbəsi. ö.1985-ci il) kənd təssrüfatı üzrə fəlsəfə doktoru. == Həyatı == G.A.Salamov Bakının Saray qəsəbəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirmişdir. Həmin il AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqları laboratoriyasına işə qəbul edilmişdir. == Elmi fəaliyyəti == 1957-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1964-cü ildə "Böyük Qafqazın qara torpaqları" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən AMEA Coğrafiya institutuna işə keçirilmiş və baş elmi işçi vəzifəsində işləmiş, sonra isə "Meşə torpaqlarının genezisi və xəritələşdirilməsi" laboratoriyasına rəhbərlik etmişdir. O, Azərbaycanın bir sıra regionlarında meşə torpaqlarının yayılması, onların genetik-təsərrüfat xüsusiyyətləri, torpaqlardan səmərəli istifadənin yolları və başqa məsələlərə aid elmi tədqiqat işləri aparmış, irimiqyaslı torpaq xəritələri tərtib etmişdir. G.Salamovun 2 monoqrafiyası "Böyük Qafqazın alçaq və dağətəyi zonalarının qara torpaqları" (1971), "Böyük Qafqazın cənub yamacının meşə torpaqları" (1978) və 80-dən çox məqaləsi nəşr olunmuşdur.
Gülbala Əliyev
Gülbala Ağabala oğlu Əliyev (5 dekabr 1879, Bilgəh, Bakı qəzası – 27 mart 1971, Bakı) — SSRİ-nin fəxri neftçisi, SSRİ neftçıxarma sənayesinin veteranı, Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR neft ustası (1940). == Həyatı == Gülbala Əliyev 5 dekabr 1879-cu ildə Bakı şəhərinin, Bilgəh qəsəbəsində anadan olmuşdur. Bikəxanım Əliyeva ile ailə həyatı qurmuş ve 8 övladı olmuşdur G.Əliyev əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamışdır. O, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçılarından biri olmuşdur. Neft mədənlərində usta və mühəndis işləmişdir. Azərbaycanda neft sənayesinin təşəkkülündə, onun texniki cəhətdən yenidən qurulmasında, mütəxəssislər hazırlanmasında G.Əliyevin böyük xidmətləri vardır. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Mükafatları == İki dəfə Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və digər medallarla təltif olunmuş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. == Xatirəsi == Bakıda büstü qoyulmuş, adına küçə verilmişdir. Haqqında "Bizim Gülbala" filmi çəkilmişdir.
Kristina Tsukala
Kristina Tsukala (8 iyul 1991, Yunanıstan) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Tsukala, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Nəhəng tısbağa
Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea) — quru tısbağalarına daxil olan növ. Aldabra adasına endemik canlıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150–250 il srası olması ehtimal edilir. Olduqca iri olan tısbağanın böyük ayaqları olsa da kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır, Ancaq adəti üzrə 105 sm-dir. Quru tısbağalarına daxil olan iki iri növdən biridir.
Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata mata) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir. Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var. Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır.
Timoti (tısbağa)
Timoti (ing. Timothy; 1839 — 3 aprel 2004) — Böyük Britaniya Krallıq donanması gəmilərinin maskotu. Dişi bir Aralıqdənizi tısbağası. Krım müharibəsinin son şahidi. Timoti 1854-cü ildə Kurtene nəslindən olan kapitan Con Everard tərəfindən portuqaliyalı bir pirat gəmisində tapılır. Krım müharibəsində Sevastopolun bombalanmasına qatılan HMS Queen gəmisinin, daha sonra HMS Princess Charlotte və Nankin yelkənli gəmilərinin maskotu olur. 1892-ci ildə quruya gətirildikdən sonra Timoti Devon qraflığında, Poudereme qəsrində yaşayır. Yalnız 1926-cı ilədə sahibləri Timotinin erkək deyil, dişi olduğunu müəyyən edirlər. Tısbağa 3 aprel 2004-cü il tarixində 165 yaşında ölür və qalada basdırılır. Timotinin ölümü, İngiltərənin ən yaşlı sakininin öldüyünü elan edən əsas ingilis mediasında böyük bir xəbərə səbəb olur.
Tsubasa Honda
Tsubasa Honda (本田 翼, Honda Tsubasa, 27 iyun 1992, Tokio[d]) – Yaponiya aktrisası və modeli. Honda əyləncə sənayesinə 2006-cı ilin ortalarında daxil olmuşdur. O, eyni gündə yeddi müxtəlif şəxs tərəfindən kəşf olunmuşdu. 2006-cı ildə "Seventeen" jurnalının ekslüsiv modeli kimi debüt etmişdir. 2007-ci ildə jurnal dəyişdirərək "Love Berry" jurnalı üçün modellik etməyə başlamışdır. 2010-cu ilin yanvarında "Non-no" jurnalının modeli olmuşdur. 2012-ci ilin aprelindən 2013-cü ilin mayına kimi TBS tolk-şousu olan "A-Studio" verilişində Şofukutei Tsurubenin köməkçisi olmuşdur. 2012-ci ilin noyabrında "Dəb hekayəsi: Model" filmində baş rolda çəkilərək film dünyasına daxil olmuşdur. 2013-cü ilin iyulunda NTV kanalında yayımlanan "Musiqi əjdahası" adlı musiqi verilişində peyda olmuşdur. 2015-ci ilin iyulunda Fuji TV kanalında yayımlanan "Koynaka" serialının personajlarından birini canlandırmışdır.
Tısbağa gölü
Tısbağa gölü (gürc. კუს ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin cənub-qərbində, Mtatsminda dağının şimal yamacında yerləşən göl. Dəniz səviyyəsindən 686.7 metr yüksəklikdə yerləşir. Sahəsi 0,034 km²-dir. Uzunluğu 180 metr, eni isə 50 metrdir. Ekzotektonik sürüşmə (əsasən qayalı sürüşmə) yaradır. Varazisxevinin suyu gölə atılır. Gölün əsas qida mənbəyi yağış və yeraltı sulardır. Balıq azdır. Gölün ətrafında Vake parkı və Mtatsminda parkı yerləşir.
Tısbağa tərbiyəçisi
Tısbağa tərbiyəçisi (türk. Kaplumbağa Terbiyecisi) — Osman Hamdi Beyin 1 may 1906-cı ildə Parisdə Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün çəkdiyi rəsm əsəri. Bu əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılmışdır. Əsəri Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün satın almışlar. Parisin Böyük Sarayında ilk dəfə sərgiyə çıxarılan bu əsər öncə "Tısbağalar və adam" kimi adlandırılmışdır. Rəsm üzərində yazılmış 1906-cı il yazısı deməyə imkan veriri ki, əsər ilin əvvəllərində çəkilmişdir. Bir il sonra Osman Hamdi Bəy nisbətən kiçik və bəzi fərqlər olmaqla ikinci bir əsəridə çəkmişdir. İkinci əsərdə rəssamın qohumu olan "Salih Münir Paşaya itihaf olunur" yazısı var. Əsərin çəkilməsi ilə bağlı iki əsas fikir mövcuddur: 1. Bu əsərin çəkilməsindən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən Tour de Monde jurnalının bir nüxsəsini maraqla oxuduğunu söyləyir.
Tısbağa şorbası
Tısbağa şorbası — əsasən Yaşıl tısbağa, Kaymanabənzər tısbağası, Qrifəbənzər tısbağa və Uzaqşərq tısbağası ətindən hazırlanır. Hüquqi baxımdan tısbağa supunun hazırlanması qadağandır. Səbəb isə tısbağa şorbasında istifadə edilən tısbağaların böyük əksəriyyətinin qırmızı kitaba düşməsi və nəslinin kəsilmə ethimalının böyük olmasıdır. Qatı qəhvəyi rəngdə olan şorbadır. Tısbağanın əti hissələrə bölünərək 3–4 saat yarımduzlu suda qaynadılır. Şorbaya qatılıq vermək məqsədi ilə ona kartof qatılır.. Bir çox Asiya ölkələrində, xüsusi ilə Sinqapurda çin mətbəxinin delikatesi hesab edilir. Ona çoxlu sayda ədva qatılır. Bu isə onun dadını artırır. İngilis dilli ölkələrdə saxta tısbağa şorbası hazırlanır.
Yaşıl tısbağa
Yaşıl tısbağa və ya yaşıl dəniz tısbağası (lat. Chelónia mýdas) — Dəniz tısbaları fəsiləsinə aid canlı. Yaşıl tısbağalar (Chelonia Brongniart, 1800) cinsinin yeganə nümayəndəsidir. Əvvəllər isə Avstraliya yaşıl tısbağası bu cinsə daxil olsa da, hazırda Natator cinsinə daxildir. Yaşıl tısbağalar əsasən Dünya okeanın sularında, Atlantik okean və Sakit okeanının tropik və subtropik qurşağın sahil sularında yayılmışlar. Yaşıl tısbağa 80–150 sm arası olan çanağa sahibdir. Çəkisi isə 70–200 kq arasında dəyişir. Ancaq nadir hallarda uzunluğu 200 sm və çəkisi 400–500 kq olan fərdlər müşahidə edilir. Adının yaşıl tısbağa olmasına baxmayaraq, rəngi zeytuni yaşıl rəngdən tutmuş, qəhvəyi rəngdə olan fərdlərə rast gəlinir. Onların üzərində sarı və ağ ləkələr müşahidə edilir İlk illər yaşıl tısbağa açıq dənizdə yaşayır.
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Tısbaga ağır hücum tankı
Tısbağa ağır hücum tankı (A39) — İkinci Dünya müharibəsi əsnasında inkişaf etdirilmiş bir ingilis mənşəli ağır hücum silahı konstrukturunda idi, lakin heç vaxt kütləvi istehsal edilməmişdir. Bu tank Ziqfrid xətti kimi güclü möhkəmləndirilmiş əraziləri təmizləmək üçün hazırlanmışdır və nəticə olaraq tankın sürətli və çevik olması yerinə zireh qorunmasına üstünlük verilmişdir. Ağır olsa da, 78 ton ağırlığında və asanlıqla daşınmasa belə, etibarlı və yaxşı silah platforması hesab olunurdu. Müharibənin sonuna qədər tısbağanın yalnız bir neçə prototipi istehsal edilmişdir. Transmissiya sistemi 6 pilləli olub, irəli və geri prinsipinə əsaslanıb. Asqı sistemi burulma çubuğudur. Əməliyyat mənzili 87 mil (140 km) idi. 1943-cü ilin əvvəllərində, Müttəfiq qüvvələr, gələcəkdəki Avropa istilasına qarşı almanların şiddətli müqavimət göstərəcəyini zənn edirdilər, lakin Üçüncü Reyx ordusu Ziqfrid xətti kimi olduqca güclü şəkildə möhkəmləndirilmiş mövqelərdən müharibə aparırdı. Nəticədə hücum tankları şəklində yeni bir vasitə sinfi meydana çıxdı ki, bu da hərəkətliliyə nisbətən daha yüksək zireh müdafiəsini özündə ehtiva edirdi. Əvvəlcə iş Cromwell tankına əsaslanan Excelsior tankında (A33) cəmləşdi.