– Bir ilan, bir dəvə, bir də tısbağa; Yoldaş olmuşdular bunlar sabiqa.
Birdən maralın sağ tərəfindən, bulanıq sular arasından bir tısbağa başını çıxarıb onu salamladı.
◊ Tısbağa kimi – çox yavaş, çox ağır.
Parovoz tısbağa kimi ağır-ağır gedirdi.
Tısbağa kimi başını qınına çəkmək – 1) ictimai işlərdən kənara çəkilib öz xüsusi işləri ilə məşğul olmaq;
2) öz evində oturub heç bir yerə getməmək, evdən bayıra çıxmamaq.
Camaatı talamağa adət etmiş xainlər tısbağa kimi başını qınına çəkib dışarı çıxmağa cürət etmirdi(lər).
Tısbağa qınından çıxıb, (öz) qınını bəyənmir – böyüyüb, boya-başa çatdığı ailəni, mühiti, kollektivi, yeri bəyənməyən adam haqqında.
[İmran kişi:] Bəlkə tısbağa qınından çıxıb, qınını bəyənmir, hə?
Tısbağa sürəti (yerişi, gedişi) – çox yavaş, çox kiçik sürət, çox ağır yeriş. Tısbağa sürəti ilə getmək.
– [Rüstəm kişi:] Tısbağa yerişi ilə gedən bir kolxozu iki-üç ilə o hündürlüyə qalxızmaq qeyri-mümkündür.