Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ucuncaq
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
İbrahim Uzunca
İbrahim Uzunca - Türkiyəli keçmiş futbolçu və futbol məşqçisi.Sonuncu iş yeri Azərbaycanın "Şahdağ" Quba FK-olmuşdur. PRO kateqoriyalı məşqçi "Şahdağ"la 2019-cu ilin avqustunda 3 illik müqavilə imzalamışdır. Dekabr ayında klubdakı maliyyə problemlərinə qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verildi. 2022-ci ilin yanvarında Azərbaycan Region Liqasında çıxış edən "Xan Lənkəran" klubu ilə yeni müqavilə bağlamışdır.
Üçüncü Ağalı
Üçüncü Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Üçüncü Ağalı kəndi Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Alirzah olmuşdur. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır. Oykonimin birinci komponenti kəndi ərazidəki eyniadlı iki kənddən (Birinci Ağalı, İkinci Ağalı) fərqləndirməyə xidmət edir. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Üçüncü Mahmudlu
Üçüncü Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə üçüncü komponentdən istifadə edilmişdir. Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. Kənd Quruçayın sahilindədir. Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
Üçüncü Milli
Üçüncü Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən Üçüncü Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Üçüncü Milli kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Dərələyəz mahalının Milli kəndindən (kürd nəsillərindən birinin adı) köçüb gəlmiş kürd ailələri salmışlar. Oykonimin birinci komponenti kəndi rayondakı eyniadli iki kənddən (Birinci Milli, İkinci Milli) fərqləndirməyə xidmət edir. Kənd dağətəyi ərazidə yerləşir.
Üçüncü Qarakilsə
Üçüncü Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 30 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Sıra bildirən «üçüncü» sözü ilə Qarakilsə oykonimi əsasında əmələ gəlmişdir. Üçüncü fərqləndirici əlamət bildirən sözdür. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzoraşen (Dərəkənd) qoyulmuşdur.
Üçüncü Reyx
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Üçüncü Tala
Üçüncü Tala (əvvəlki adı:Dombabinə) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Üçüncü Tala kənd inzibati-ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Dombabinə kənd inzibati-ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılmış və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Kənddə Dombabinə kənd məscidi dini icması fəaliyyət göstərir.
Üçüncü Zobucuq
Üçüncü Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Üçüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Üçüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Üçüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. Üçüncü Zobucuq qəsəbəsində 2020-ci ilin fevralına olan məlumata görə 1662 nəfər yaşayır. Qəsəbədə 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili vardır. Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2019-2020-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 745 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. Qəsəbədə kitabxana fəaliyyət göstərir.
Üçüncü aktyor
Tritaqonist və ya üçüncü baş qəhrəman (q.yun. τριταγωνιστής – üçüncü aktyor; τριτος — «üçüncü» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.:451 Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır. Beləliklə, prinsipial personaja daha böyük bir şəxsiyyət dərinliyi verilir.:451 Qədim Yunanıstan teatrının bədii qiraətləri qismən melodik olduğundan, tritaqonistin rolu adəti üzrə ifaçıya verilirdi.:172 Mark Tulli Siseron "Divinatio in Caecilium" adlı əsərində tritaqonist protaqonistindən təbii olaraq daha güclü olanda onun öz səsini tez-tez "fəth etməli" olduğunu yazır.
Üçüncü minillik
3-cü minillik — qriqorian təqvimi ilə bizim eranın 1 yanvar 2001-ci ildən 31 dekabr 3000-ci ilədək olan zaman.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
Üçüncü tərəf
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dilin ucunda
“Dilin ucunda” - hər hansı tanınmış sözü xatırlaya bilməməkdir , unudulmuş söz haqqında müəyyən miqdarda məlumat yaddaşda yaranır. Unudulmuş sözün elə indi tapılacağı hissi var və onu xatırlamaq çox asandır, amma buna baxmayaraq xatırlanmır. Bu vəziyyət ağrılı və hətta obsesif ola bilər. Bu fenomen oklyuziyanın bir formasıdır və tanış sözü xatırlaya bilməməsi səbəbindən güclü frustrasiya hissi ilə müşayiət olunur. İngilisdilli elmi ədəbiyyatda bu hal "TOT-phenomenon" və ya "TOT-state" terminləri ilə xatırlanır ( ing. tip-of-the-tongue "dilin ucunda fırlanır" ). Bu fenomen ilk dəfə 1890-cı ildə Vilyam Ceyms tərəfindən "Psixologiyanın prinsipləri " adlı fundamental əsərdə təsvir edilmişdir. Fransız psixoterapevti Emil Kue bu problemi özünü hipnoz fenomeni və həddindən artıq iradi səyin bəzən məqsədə çatmaq yolunda əngəl törədə biləcəyi fikri ilə əlaqədar olduğunu qeyd etmişdir. Bu fenomenin ilk eksperimental tədqiqi Harvard tədqiqatçıları Rocer Broun və David MakNeyl tərəfindən aparılmışdır. Tədqiqatın nəticələri 1966-cı ildə "Verbal Learning and Verbal Behavior" jurnalında dərc edilmişdir.
Üçüncü Şrek
Üçüncü Şrek (ing. Shrek the Third) — 2007-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Kral Harold xəstələndiyi üçün taxt üçün varis lazımdır. Bu vəzifə Şrekin üzərinə düşür, amma bunun əvəzində Şrek çox sevdiyi bataqlıqdan ayrılmaq məcburiyyətində qalacaqdır. Bu mövzuyla əlaqədar olaraq Eşşək ilə Çəkməli Pişiyi vəzifələndirir, taxt üçün ən doğru varis olan adamı seçmək lazımdır. Həmin adam Fionanın əmisi oğlu Şahzadə Arturdur. Digər tərəfdən çox uzaqlarda əvvəllər Fionanı əjdahanın əlindən xilas etmək istəyən, lakin Fionanın yerində başqa adamın olduğunu görəm Şahzadə Yaraşıqlı Çarminq, taxtı ələ keçirmək üçün pəri əfsanələrindən yığdığı pis adamlar ordusu ilə şəhəri ələ keçirir. Ancaq Çarminqin şəhəri müdafiə etməyə qərarlı olan Fiona ilə anası Kraliça Lillianın pəri nağıllarındakı yaxşı insanları yanlarına topladığından xəbəri yoxdur. Şrek, Eşşək və Çəkməli Pişiyin, "gələcəyin kralı" olaraq gördükləri Arturu daha mükəmməl olması üçün dəyişdirmə səyi davam edərkən, digər tərəfdən Fiona və şahzadələr ordusu isə Şahzadə Çarminqi dayandırmaq məcburiyyətindədir. Bunu bacarmasalar, ortada Artur hökm sürəcəyi adında bir krallıq qalmayacaqdır.
Üçüncü forma
Üçüncü forma və ya alternativ forma — Ev və səfər formalarına alternativ olaraq idman komandasının geyindiyi forma. Üçüncü forma 1930-cu illərdən İngiltərə futbolunda istifadə olunur. 1989–90 mövsümünə qədər FA Kubokunda belə bir qayda var idi: "İki rəqib klubun rəngləri oxşar olduqda, alternativ razılaşmalar rəqib klublar tərəfindən qarşılıqlı razılaşdırılmadığı halda, hər iki klub öz formalarını dəyişməlidir".
Üçüncü silk
Üçüncü silk (lat. tertius status, fr. tiers état) — köhnə rejim Fransasında (orta əsrlərin sonundan 1789-cu ilə qədər) imtiyazlılar, yəni ruhanilər (birinci silk) və zadəganlar (ikinci silk) istisna olmaqla, əhalinin bütün qrupları. İlk iki silkdən fərqli olaraq, üçüncü silk vergi ödəyirdi. Üçüncü silkin zirvəsi (burjuaziya) Baş Ştatlarda nümayəndəliyə malik idi, həmçinin Paris və əyalət parlamentlərində üstünlük təşkil edirdi. Классическое сочинение по истории третьего сословия — Огюстена Тьерри, «Essai sur la formation et les progrès du Tiers Etat» (1850, переведено на русский яз., M., 1899). Конский П. А. Третье сословие // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Feminizmin üçüncü dalğası
Feminizmin üçüncü dalğası — dəqiq tarixi çərçivəsi mübahisələrə səbəb olan, lakin ümumiyyətlə 1990-cı illərin əvvəllərindən 2010-cu illərin əvvəllərinə aid olan bir neçə feminist fəaliyyət və tədqiqat formasının müəyyən olunduğu bir termin. "Üçüncü dalğa feminizmi" termini Rebekka Volker tərəfindən 1992-ci ildə yazılmış bir essedir. Təxminən 2013-cü ildən növbəti mərhələ — feminizmin dördüncü dalğası baş verdi. == Ümumi xüsusiyyətləri == Üçüncü dalğa feministləri, stereotiplərdə, medianın təsvirində və qadınların təyinatında daha çox dəyişikliyə ehtiyac olduğunu düşünürlər. Üçüncü dalğa ideologiyası cinsiyyət və seksuallığın post-strukturist şərhinə yönəlmişdir. Üçüncü dalğanın feminist nəzəriyyələri arasında queer nəzəriyyəsi, antiratsizm, wumanizm, postkolonial nəzəriyyə, ekzistensializm, transsenditalizm, postmodernizm, transmilli, kiberfeminizm, ekofeminizm, individualist feminizm, brahmanizm, transseksual məsələlər və s. == Tarixi == Feminizmin üçüncü dalğası 1990-cı illərdə ikinci feminizm dalğasının çatışmazlıqlarına və mövcud feminist təşəbbüslərə qarşı reaksiya olaraq başladı. Üçüncü dalğa, ikinci dalğanın feminizminin şiddət qurbanları üçün sığınacaqların yaradılması, qadınlara qarşı şiddət probleminin ictimai səviyyədə tanınması, kontrasepsiya və abortdan istifadə, gender araşdırmaları, və s. Üçüncü dalğa feminizminin artması Bell Huks və Odri Lord kimi zənci feministlərin fəaliyyəti ilə çox əlaqəlidir. Irq məsələlərini feminizm sahəsinə inteqrasiya etmək üçün çalışdılar .
Termodinamikanın üçüncü qanunu
Termodinamikanın üçüncü qanunu və ya Termodinamikanın üçüncü başlanğıcı - temperaturun tam sıfra yaxınlaşan zaman entropiyanın vəziyyətini təyin edən fiziki prinsipdir. İlk dəfə Termodinamikanın üçüncü qanunu alman kimyaçı alimi Valter Herman Nernst (1864-1941) tərəfindən yaradılmışdır. Termodinamikanın üçüncü qanununun Maks Plank tərəfindən verilən şərhində deyilir: "mütləq sıfır temperaturda sistemin ola biləcəyi bütün tarazlıq hallarında entropiya dəyişməz qalır" lim T → 0 K [ S ( T , x 2 ) − S ( T , x 1 ) ] = 0 {\displaystyle \lim \limits _{T\to \,0\,K}\left[S(T,x_{2})-S(T,x_{1})\right]=0} və ya lim T → 0 K ( ∂ S ∂ x ) T = 0 , {\displaystyle \lim \limits _{T\to \,0\,K}\left({\frac {\partial S}{\partial x}}\right)_{T}=0,} burada x {\displaystyle x} — müxtəlif termodinamik parametrdir. Termodinamikanın üçüncü qanunu Nernst tərəfindən empirik üsulla müəyyənləşdirilmişdir. Bu səbəbdən bir çox ədəbiyyatlarda bu qanun "Nernstin istilik teoremi" adlandırılır.
Üçüncü Cenevrə Konvensiyası
Üçüncü Cenevrə Konvensiyası — Hərbi əsirlərlə rəftara dair 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından üçüncüsü. Sənəd 21 oktyabr 1950-ci ildə qüvvəyə minmişdir. Eyni adda və məzmunda konvensiya ilk dəfə 1929-cu ildə qəbul edilsə də, 1949-cu il konfransında yenidən nəzərdən keçirilmiş və əhəmiyyətli dəyişikliklər edilmişdir. Konvensiyada hərbi əsirlər üçün humanitar müdafiə mexanizmləri nəzərdə tutulur. Hazırda üçüncü saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var. Konvensiyanın 3-cü maddəsi ümumilikdə Cenevrə Konvensiyalarının qeyri-beynəlxalq silahlı münaqişələrdə tətbiq olunan yeganə maddəsidir. Bu maddə konvensiyanı imzalayan dövlətin ərazisindəki, vətəndaşlığından və vətəndaşlığın olmamasından asılı olmayaraq, bütün şəxslər tərəfindən beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı riayət edilməli olan minimum müdafiə tədbirlərini təsvir edir. Buna əsasən, qeyri-kombatantlara, silahlarını yerə qoymuş silahlı qüvvələrin üzvlərinə və yaralandığına, tutulduğuna və ya hər hansı digər səbəbə görə döyüşdən kənarda qalan hors de combat döyüşçülərə bütün hallarda, şəxsi ləyaqətinə qarşı təhqirlər, xüsusən də təhqiramiz və ləyaqəti alçaldan rəftar qadağan edilməklə, insani münasibət göstərilməlidir. Hökmlərin çıxarılması isə sivil xalqlar tərəfindən zəruri sayılan bütün məhkəmə təminatlarını təmin edən, müntəzəm fəaliyyət göstərən məhkəmə tərəfindən həyata keçirilməlidir. 3-cü maddənin təmin etdiyi müdafiə mexanizmləri hətta şəxs hərbi əsir kimi təsnif edilməsə belə tətbiq oluna bilir.
Üçüncü şəxs atıcı
Üçüncü şəxs atıcı (ing. Third-person shooter, TPS) — oyunçu tərəfindən idarə olunan personajın ekranda göründüyü və geympleyin əsas hissəsi atışlardan ibarət olduğu videooyun janrı, üçölçülü atıcı oyun növü. Bu halda, virtual kamera, bir qayda olaraq, personajın arxasında yerləşir. Üçüncü şəxs atıcı atıcılıq üzərində strukturlaşmış və oyunçunun burada idarə etdiyi personajı üçüncü şəxs baxış bucağında gördüyü videooyundur. Üçüncü şəxs atıcılar immersiya baxımından birinci şəxs atıcılara analoqdur.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Üçüncü yol (mərkəzçilik)
Üçüncü yol (mərkəzçilik) — sağ və həddindən artıq sağ, sol və həddindən artıq sol arasında qarşıdurmalardan qaçmağa çalışan müxtəlif siyasi mövqeləri təsvir etmək üçün istifadə edilən ümumi termin. Əsasən, üçüncü yol siyasətçilərinin fikirləri ifrat sağçıların iqtisadiyyatını ifrat solçuların sosial proqramları ilə birləşdirməyə çalışır. Üçüncü yol axtarışı bəzi sosial demokratlar və sosial liberallar üçün xarakterikdir. Digər tərəfdən, onlar həm laissez-faire prinsipinin tərəfdarları tərəfindən qeyri-sabit kimi, həm də kommunistlərdən satqın kimi solçu dəyərlərin tənqidinə məruz qalırlar. Tarix boyunca və müxtəlif dövlətlərdə “üçüncü yol” termini müxtəlif mənalarda istifadə edilmişdir. XX əsrin əvvəllərində mütərəqqi insanlar özlərini üçüncü yolun tərəfdarları adlandırdılar; 1950-ci illərdə ordoliberallar, məsələn, Vilhelm Röpke. Böyük Britaniyanın baş naziri Harold Makmillan “Orta yol” kitabını yazmışdır. İngiltərədə məşhur üçüncü yol nəzəriyyəçisi sosioloq Entoni Giddens idi. Baş nazirlər Toni Bler və Qordon Braun ondan təsirlənmişdi. İqtisadiyyata dövlət nəzarəti ilə bağlı ənənəvi sosialist baxışlarından fərqli olaraq, onlar “etik sosializmi” ideal hesab edirdilər.
Üçüncü kosmik sürət
Üçüncü kosmik sürət — Yer səthində yerləşən cismin Yer kürəsi və Günəşin cəbetmə qüvvəsini dəf etməsi üçün lazım olan sürət. Saniyədə təqribən 17 min kilometrdir.
Üçüncü Ağrı üsyanı
Üçüncü Ağrı üsyanı — 1930-cu ildə Ağrı dağında kürd tayfalarının qaldırdığı üsyan. 11 iyun 1930-cu ildə Türkiyə Silahlı Qüvvələri üsyanı yatırmaq üçün əməliyyata kurmanc kürdlərinin əksəriyyəti rəhbərlik edirdi. Kurmanc kürdləri dərsimlilərdən çox idi. Üsyan nəticədə yatırılmışdır. == Zəmin == 1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır. Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır. Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında Birləşmiş Krallığın dəstəyi ilə İhsan Nuri tərəfindən Ağrı Respublikası qurulmuşdur.