Üçüncü Zobucuq

Üçüncü ZobucuqFüzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Üçüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Üçüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Üçüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Üçüncü Zobucuq
39°34′02″ şm. e. 47°24′39″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 13 iyun 2008
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.662 nəf. (fevral 2020)
Rəqəmsal identifikatorlar
Telefon kodu 994 26
Poçt indeksi AZ1922
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Üçüncü Zobucuq xəritədə
Üçüncü Zobucuq
Üçüncü Zobucuq

Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

Üçüncü Zobucuq qəsəbəsində 2020-ci ilin fevralına olan məlumata görə 1662 nəfər yaşayır. Qəsəbədə 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili vardır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

2019-2020-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 745 kq barama istehsal olunub.

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.

Qəsəbədə kitabxana fəaliyyət göstərir.

Gecəgözlü Poçt Şöbəsi Üçüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1922.[4]

Qəsəbədə məktəb və uşaq bağçası fəaliyyət göstərir.

Üçüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[5]

Qəsəbədə "33 № li tam orta məktəb" fəaliyyət göstərir.[6]

Qəsəbədə tibb məntəqəsi mövcuddur.

  1. "İnzibati ərazi bölgüsü təsnifatı: FÜZULİ RAYONU" (az.). azstat.org. 2020. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  2. "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
  3. Füzuli rayon İH-nin başçısı növbəti qəbul-görüş keçirdi
  4. ""Azərpoct" MMC-nin Füzuli Poct Filialı" (az.). fuzuli-ih.gov.az. 2020. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
  5. Kürdəmir Regional Mədəniyyət İdarəsi. "Region haqqında: Təhsil: Füzuli" (az.). kurdamir.mctgov.az. 2020. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
  6. "Füzuli rayonu: Ümumtəhsil məktəbləri" (az.). fuzuli.edu.gov.az. 2020. 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]