Üçüncü Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən Üçüncü Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Üçüncü Milli kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
Üçüncü Milli | |
---|---|
40°07′08″ şm. e. 46°05′43″ ş. u.HGYO | |
Ölkə | |
Yaşayış məntəqəsini XIX əsrin ortalarında Dərələyəz mahalının Milli kəndindən (türk nəsillərindən birinin adı) köçüb gəlmiş türk ailələri salmışlar. Oykonimin birinci komponenti kəndi rayondakı eyniadli iki kənddən (Birinci Milli, İkinci Milli) fərqləndirməyə xidmət edir.[2]
Kənd dağətəyi ərazidə yerləşir.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |