Üçüncü Ağalı

Üçüncü AğalıAzərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.[1]

Üçüncü Ağalı
39°10′42″ şm. e. 46°46′06″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Üçüncü Ağalı xəritədə
Üçüncü Ağalı
Üçüncü Ağalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Üçüncü Ağalı kəndi Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Alirzah olmuşdur. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır. Oykonimin birinci komponenti kəndi ərazidəki eyniadlı iki kənddən (Birinci Ağalı, İkinci Ağalı) fərqləndirməyə xidmət edir.[2]

28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Üçüncü Ağalı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. "Bu kəndlər də işğaldan azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 28 oktyabr 2020. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]