Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fədayə Laçın
Fədayə Baris qızı Məmmədova (3 iyun 1977, Laçın) — Azərbaycanlı müğənni, aktrisa. == Həyatı == Fədayə Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın C. Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti Arif Babayevdən də dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub. == Karyerası == Bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır.
Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1981). Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Gədayi (Maku)
Gədayi (fars. گدائي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (12 ailə).
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır: -Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi. -Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi. -Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı. -Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Zöhrə Vəfayi
Zöhrə Vəfayi — (1953, Təbriz, İran - 2004, Təbriz, İran) Əslən Azərbaycanın Güneyindən olan yazar, şair, jurnalist, ictimai xadim. == Həyatı == Təbriz xalq məşəti, xalq sənətinin tədqiqatçılarından olan Zöhrə Vəfayi 1955-ci ildə Təbriz şəhərinin Əmirbağı məhəlləsində doğulmuşdur. Zöhrə Vəfayinin atası Gəncədə anadan olmuş, 7 yaşında olarkən sosialist inqilabı ərəfəsində ailəsi ilə birlikdə Təbrizə köçmək məcburiyyətində qalmışdılar. Özünün verdiyi məlumata görə, onun babası vaxtilə Gəncədə parça, kəlağayi fabriki işlətmiş, məlum hadisələrdən sonra fabriki bağlayıb Təbrizə qayıdaraq burada çalışmışdır. Parça, fərş işinə yenidən Təbrizdə başlayan ailə güzəranlarını bununla yaxşılaşdırmağa çalışmışdır. Zöhrə Vəfayi 6 yaşında olarkən Əmirbağda ilk mədrəsə təhsilini almış, daha sonra iki ayrı-ayrı mədrəsələrdə 3 il ardıcıl olaraq təhsilini davam etdirmişdir. Hələ kiçik yaşlarından ədəbiyyat, xüsusilə folklora böyük maraq göstərmiş, sərbəst yazılar, məqalələr yazmaqla ilk ədəbi axtarışlara qoşulmuşdur. Özünün qeyd etdiyinə görə, bəzən varlı uşaqlarına inşalar hazırlamış, hətta gənc qızlara aşiqanə məktublar yazmaqda da köməklik göstərmişdir. Zöhrə Vəfayi hələ mədrəsədə təhsil aldığı illərdə divar qəzetlərinə yazdığı məqalələri ilə yaşıdlarından seçilmişdir. O, 1975-ci ildə Tehran Universitetinə daxil olmuş, yeni mühit, yeni dostlar onun həyatında mühüm rol oynamışdır.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Vədad Albayraq
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vədad Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.
Vədad Uşaqlıgil
Xəlil Vədad Uşaqlıgil (türk. Halil Vedad Uşaklıgil; 1904, Konstantinopol – 1937, Tirana) — Türkiyə diplomatı. 1904-cü ildə İstanbulda yazıçı Xalid Ziya Uşaqlıgil və Fatma Məmnunə Uşaqlıgilin övladı olaraq anadan olmuşdur. Ondan əvvəl doğulan bacı-qardaşları Vədidə, Sadun, Güzin vəfat etmişdir. Ondan Bihin adlı bacısı və Bülənd adlı qardaşı qalmışdır. Qardaşı Bülənd Uşaqlıgil də onun kimi diplomat olmuşdur. Birinci Dünya müharibəsindən sonra ailəsi ilə birlikdə Avropanın bir çox şəhərlərini gəzən Vədad xüsusilə Bern və Parisdə yaşayırdı. Mustafa Kamalın əmri ilə işlədiyi Osmanlı Bankından Xarici İşlər Nazirliyinə köçürülmüşdür. Lətifə xanım onun əmisi qızı idi və o, fortepiano istedadı sayəsində Mustafa Kamalla tanış olmaq imkanı qazanmışdı. O, Londonda yerləşdirilmişdi.
Vədat Tək
Mehmed Vədat Tək (türk. Vedat Tek; 1873[…], Konstantinopol – 1942[…], İstanbul) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Memar Kəmaləddin bəylə Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri. O, Türkiyənin ilk rəsmi ali təhsilli türk memarı kimi tanınır. Ankarada Sirkəci Böyük Poçt binasından ikinci Türkiyə Böyük Millət Məclisi binası və Ankara sarayına qədər; Osmanlı imperiyasının son dövrü və Cümhuriyyətin ilk illərinə aid Kastamonu Hökumət Evindən Heydərpaşa Bərə Limanına qədər bir çox əhəmiyyətli tikililərin müəllifidir. Sanay-i Nəfisə Məktəbinin ilk türk müəllimlərindən biri olub. O, şair və bəstəkar Leyla Saz xanımın oğlu, keçmiş nazir İsmayıl Haqqı Ararın əmisidir. Vədat Tək “Sırrı Paşazadə Mehmed Vədat” adı ilə 1873-cü ildə İstanbulda dünyaya gəlib. Anası şair və bəstəkar Leyla Saz xanım, atası Trabzon, Diyarbəkir, Adana və Bağdad valisi olmuş məşhur vəzir Kritli Sırrı Paşadır. Qardaşı Yusif Razi (Bel) Parisdə inşaat mühəndisliyi təhsili almış və İstanbul şəhəri, “Poçt və Teleqraf naziri” və “İctimai İşlər naziri” vəzifələrində çalışmışdır. Bacısı Nəzihə (Bələr) pianist, bəstəkar, üçüncü qardaşı isə elektrik mühəndisi idi.
Hekayə
Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç — hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsilə fikirlərdən ibarət olur. == Süjet == Əhvalatın bədii əsərdə inkişafına süjet deyilir və aşağıdakı məntiqi ardıcıl hissələrdən ibarətdir: Əhvalatın başlanğıcı Hadisə Fakt Münasibətlərin doğulması Ziddiyyətlərin toqquşması Münaqişənin inkişafı Kulminasiya "Düyünlərin" açılması == Tarixi == Qədim Yunanıstandakı "Ərəb gecələri" adlı nağıl və qısa romanslar hekayənin xəbərçisidir. Lakin romantizm və realizm cərəyanlarının təsiri altında povestdə psixoloji və metafizik problemlər yalnız 19-cu əsrdə nağılvari povestlə əks olunmağa başladı. Rusiyada Qoqolun, Dostoyevskinin, Turgenevin, Çexovun hekayələri ədəbi əsərlər arasında hekayə janrının yaranmasına böyük töhfə verib. İlk məlum hekayə nümunəsi italyan yazıçısı Covanni Bokkaççionun "Dekameron" əsəridir. Əsər əsasən 1348-ci ildə İtaliyada ortaya çıxan "vəba" epidemiyasından bəhs edir. 10 gün ərzində danışılan 100 hekayədən ibarətdir. Xoşbəxtlik, kişi-qadın münasibətləri, ürək ağrıları, uyğun cavablar, din xadimlərinin maraq dalınca qaçması hekayələrin əsas mövzusudur.
Hendaye
Hendaye (bask: Hendaia) Fransanın kommunası və eyni zamanda da ən cənub-qərb şəhəridir. O, Atlantik Pireney departamentinin Lapurdi (Labourd) əyalətinin Fransa İparraldasında (Şimali Bask ölkəsi) yerləşir. Qəsəbə Atlantik okeanı sahilində yerləşən məşhur dənizkənarı turizm kurortudur. Hal-hazırda bu ərazi, Atlantik Pireney departamentinin beşinci ən böyük kommunası və eyni zamanda da dördüncü şəhər ərazisidir. 1940-cı ildə Ramon Serrano Suner, Fransisko Franko, Adolf Hitler və İoahim fon Ribbentrop İkinci Dünya müharibəsində İspaniyanın da (Almaniya işğalı altında olan Fransanın müharibəyə qoşulmasından sonra) iştirakını müzakirə etmək üçün Hendaye qatar stansiyasında görüşmüşdürlər, lakin Fransisko Franko ölkəsinin müharibədə iştirakına qarşı çıxmış və beləliklə də danışıqlarda heç bir nəticə əldə edilməmişdir.
Keson sənaye bölgəsi
Keson sənaye bölgəsi və ya Keson sənaye zonası— Şimali Koreyanın (KXDR) xüsusi inzibati sənaye bölgəsi. Bölgə 2002-ci ildə Keson şəhərinin bir hissəsindən yaradılıb. Baxmayaraq ki, Cənubi Koreyanın prezidenti Moon Jae-in bölgəni yenidən açmağı və genişləndirməyi arzuladığını bildirmişdir, sənaye bölgəsi 10 fevral 2016-cı ildə Cənubi Koreya hökuməti tərəfindən müvəqqəti olaraq bağlanmış və bütün işçi heyət Park Qeun-hye administrasiyası tərəfindən geri çağrılmışdır. Bunun əhəmiyyətli xüsusiyyəti Keson sənaye parkının Cənubi Koreya ilə birgə iqtisadi inkişaf olaraq fəaliyyət göstərməsidir. Park Koreya Silahsızlaşdırma Zonasının 10 kilometr (altı mil) şimalda, Seuldan Cənubi Koreyaya birbaşa avtomobil yolu və dəmir yolu ilə bir saatlıq məsafədə yerləşir. Park Şimali Koreyanı xarici valyutanın əhəmiyyətli bir mənbəyi ilə təmin edərkən, Cənubi Koreyalı şirkətlərə təhsilli, təcrübəli və sərbəst olan ucuz əməklə məşğul olmağa imkan verir. 2013-cü ilin aprel ayından etibarən 123 Cənubi Koreya şirkəti təxminən 53.000 KXDR işçisini və 800 Cənubi Koreya işçisini işə götürdü. Hər il 90 milyon dollar məbləğində olan ümumi əmək haqqı birbaşa Şimali Koreya hökumətinə ödənilmişdir. Şimali və Cənubi Koreya arasındakı gərginlik dövründə, sənaye parkına cənubdakı giriş məhdudlaşdırılmışdır. 2013-cü il Koreya böhranı zamanı aprelin 3-də Şimali Koreya bütün Cənubi Koreyalı vətəndaşların bölgəyə girişini əngəllədi.
Maliyyə-sənaye qrupu
Maliyyə qrupu, Maliyyə-sənaye qrupu - qanunla nəzərdə tutulmuş qayda və şərtlərə uyğun olaraq, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə əsasında öz aktivlərini tamamilə və ya qismən birləşdirmiş hüquqi şəxslərin (əsas və törəmə müəssisələrin) məcmusudur. Tərkibində xarici hüquqi şəxslərin iştirak etdiyi maliyyə-sənaye qrupu transmilli maliyyə-sənaye qrupu hesab olunur. Hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupları dövlətlərarası (beynəlxalq) maliyyə-sənaye qrupu statusuna malik olur. Maliyyə-sənaye qrupuna muəssisələr, idarələr, təskilatlar, maliyyə-kredit idarələri, investisiya institutları daxil olur. Maliyyə-sənaye qrupları texnoloji və ya iqtisadi məqsədlərlə, əmtəə və xidmətlər satısının genisləndirilməsinə və rəqabət qabiliyyətinin yuksəldilməsinə yonəldilmis investisiya və digər layihə və proqramların həyata kecirilməsi ucun; istehsalın səmərəlilik və rəqabət qabiliyyətinin yuksəldilməsi, yeni is yerlərinin təskili ucun; səmərələsdirici kooperasiya əlaqələrinin yaradılması, ixrac potensialının artırılması, elmi-texniki tərəqqinin surətləndirilməsi, mudafiə muəssisələrinin konversiyası ucun yaradılır.
Rudnıy Sənaye İnstitutu
Rudnıy Sənaye İnstitutu (qaz. Рудный индустриалдық институты) — Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin şimal bölgəsindəki mədən sənayesi, enerji və tikinti sənayesi üçün mühəndis kadrları üçün bir təlim mərkəzidir. İnstitutun strukturunda 3 fakültə və 6 kafedra var. Orta hesabla tələbə sayı 1243 nəfərdir (1 iyun 2018-ci il tarixinə). Əvvəlcə fakültə Qazaxıstan Politexnik İnstitutunda yaradılmışdır. 1964-cü il institutun filialı oldu. 1978 Rudny Sənaye İnstitutu olaraq quruldu. İnstitut elektromexanika, iqtisadiyyat və informasiya sistemləri, mədənçilik və inşaat fakültələrində 14 fərqli sahə üzrə mühəndis hazırlayır. 21 kafedra vardır.
Sujou Sənaye Parkı
Çin-Sinqapur Sujou Sənaye Parkı (sadələşdirilmiş Çin dili: 中国 — 新加坡 苏州 工业 园区; ənənəvi Çin dili: 中國 — 新加坡 蘇州 工業 園區; pinyin: Zhōngguó — Xīnjiāpō Sūzhōu Gōngyè Yuán Qū) və ya qısaca SSP (Sujou Sənaye Parkı), bir az Sinqapur təsiri olan Sujou şəhərində yerləşən bir qraflıq səviyyəsində inzibati ərazidir. 1992-ci ildə Sinqapur təcrübəsi ilə müasir bir sənaye qəsəbəsinin inkişafı fikri irəli sürüldü. Çinin mərhum öndə gələn lideri Den Syaopin Çinin cənubundakı ərazilərə turu zamanı dedi: "Sinqapur yaxşı ictimai qaydaya malikdir və yaxşı idarə olunur. Onların təcrübələrini öyrənməli və onlardan daha yaxşı idarə etməyi öyrənməliyik." Dəyirmi müzakirələrdən və ərazi araşdırmalarından sonra hər iki hökumət Sujounun şərqində müasir bir sənaye parkının inkişaf etdirilməsində güclərini birləşdirməyə qərar verdi. 26 fevral 1994-cü il tarixində Çin Baş nazirinin müavini Li Lanqing və Sinqapurun baş naziri Lee Kuan Yu Çin-Sinqapur Sujou Sənaye Parkının (ÇS-SSP) birgə inkişafına dair saziş imzaladılar. SSP-in ümumi sahəsi 288 km2-dir, bunun da Çin-Sinqapur əməkdaşlıq sahəsi 1,2 milyonluq planlı yaşayış əhalisi ilə 80 km2-i əhatə edir. Çin Baş nazirinin müavini Vu Yi və Sinqapur Baş nazirinin müavini Vong Kan Sengin rəhbərlik etdiyi Çin-Sinqapur Birgə İdarəetmə Şurası, SSP-in inkişafına istiqamət vermək üçün hər il iclas keçirir. Jinji gölü Sujou Sənaye Parkının mərkəzi hissəsində yerləşən kiçik şirin su gölüdür. 7.18 kvadrat kilometr ərazini tutur və ortalama dərinliyi 2,5 −3 metrdir. Göldə iki süni ada var.
Sənaye dizayn hüququ
Sənaye dizayn hüququ (ing. Industrial design right) — məhsulun görünüşü ilə bağlı hüquqlardır və bir məhsulun xarici görünüşünü qorumaq üçün verilir. Sənaye dizayn hüququ məhsulun estetik xüsusiyyətlərini, dizaynını, formalarını, rənglərini, teksturalarını və ya ornamentlərini qoruyur. Sənaye dizaynı bir məhsulun görünüşünü digər məhsullardan fərqləndirən əsas amillərdən biridir və istehlakçılar tərəfindən məhsulun seçilməsində mühüm rol oynayır. == Əsas xüsusiyyətləri == Müddət Sənaye dizayn hüququ adətən müəyyən müddət üçün verilir. Azərbaycanda bu müddət adətən 5 il olur və daha sonra müəyyən şərtlər altında uzadıla bilər. Ümumi olaraq bu müddət 25 ilə qədər uzadıla bilər. Mühafizə olunan elementlər Sənaye dizayn hüququ məhsulun yalnız vizual elementlərini qoruyur, funksional və ya texniki aspektlərini deyil. Yəni, əgər bir məhsulun formasının və ya görünüşünün müəyyən bir texniki funksiyası varsa, bu hüquq bu funksiyanı deyil, yalnız görünüşü qoruyur. Qeydiyyat prosesi Sənaye dizaynlarının qorunması üçün adətən milli və ya beynəlxalq səviyyədə qeydiyyat tələb olunur.
Medye
Macarıstan — 19 medye və şəhərə bölünmüşdür (mac. megyék, tək halda: megye — qraflıq). Müasir inzibati bölmə 1950-ci ildə tətbiq olundu. Medye isə 175 yaraşa bölünür (mac. járások, tek: járás). Paytaxt Budapeşt 23 rayona (mac. kerületek, tək: kerület) bölünür.
Vedrə
Vedrə — maye və qırıntı materiallarının saxlanması və kiçik məsafələrə nəql olunması üçün istifadə olunan qab. İlk dəfə vedrələrdən Bibliyada istifadə olunmuşdur. Vedrələrin həcmi 3 -30 litrə qədər olur, amma əvvəllər vedrələrin həcmi təxminən 12 litr olurdu.
Hədiyə Dəvlətşina
Hədiyə Dəvlətşina (tam adı: Hədiyə Dəvlətşina, başq. Дәүләтшина Һәҙиә Лотфулла ҡыҙы; 5 mart 1905, Samara quberniyası[d] – 5 dekabr 1954, Birsk, Başqırd MSSR) — başqırd şairəsi, yazıçısı və dramaturqu. == Həyatı == Hədiyə Dəvlətşina 5 mart 1905-ci ildə Samara quberniyasının Puqaçov rayonunun Həsənovo kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1920-ci ildə Samara quberniyasının Dengizbaevo kəndində müəllim işləmişdir. Elə həmin ildən Samarada Tatar-Başqırd Pedaqoji Kollecində təhsil almağa başlamışdır. 1932-ci ildə redaktorların hazırlığı üzrə Moskva İnstitutunda təhsilini davam etdirmişdir. 1935-1937-ci illərdə Başqırdıstan Dövlət Universitetində oxumuşdur. 1933-cü ildə həyat yoldaşı, yazıçı və sonralar Başqırd Muxtar Sovet Sosialist Respublikasının təhsil komissarı olmuş Qubay Dəvlətşinlə birlikdə BMSSR-in Baymak rayonunda qəzetin redaksiya heyətində çalışmağa başlamışdır. 1937-1942-ci illərdə repressiyaya məruz qalıb həbs olunmuş şəxsin həyat yoldaşı olduğundan sürgün edilmiş və elə dünyasını dəyişənədək Börüdə sürgündə yaşamışdır. == Xatirəsi == Yazıçının xatirəsinə Ufa şəhərində bir bulvara, Baymak rayonunun Urqaza küçəsində bir küçəyə Hədiyə Dəvlətşinanın adı verilmiş və Sibay şəhərində bir abidə ucaldılmışdır.
Palto (hekayə)
"Palto" (rus. Шинель) 1842-ci ildə nəşr olunan Ukrayna əsilli rus müəllif Nikolay Qoqolun qısa bir hekayəsidir. Hekayə və müəllifinin rus ədəbiyyatı üzərində böyük təsiri olmuşdur. Ejen Melxior de Voqyue (tez-tez Fyodor Dostoyevski ilə səhv salınıb) Rus realist yazıçıları haqqında bir sitatda ifadə edildiyi kimi: "Hamımız Goqol'un" Palto"sundan çıxdıq." 1941-ci ildə yazıçı Vladimir Nabokov bunu "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırdı. Hekayə müxtəlif səhnə və film süjetinə uyğunlaşdırılmışdır. Hekayə Rusiyada Sankt-Peterburqdakı yoxsul hökumət katibi Akaki Akakiyeviç Başmaçkının (rus. Акакий Акакиевич Башмачкин) həyat və ölümündən bəhs edir. Akaki işinə bağlı olsa da, şöbəsində zəhməti ilə az tanınır. Bunun əvəzinə, kiçik katiblər onu ələ salırlar və bacardıqları vaxt onu yayındırmağa çalışırlar. Onun iplik paltoları tez-tez zarafatların əsası olur.
Raşomon (hekayə)
Raşomon (羅生門) – yapon yazıçısı Ryunosuke Akutaqavanin 1915-ci ildə yazdığı hekayə. Son 2-3 il ərzində baş vermiş müxtəlif fəlakətlər: zəlzələ, qasırğa, yanğın, aclıq və epidemiya səbəbindən Kioto şəhərinin inkişafında dayanma müşahidə olunmuşdur. Şəhər həyatının nizamlanmasına heç bir nəzarət olmadığından şəhər getdikcə boşalmağa başlamış, küçələrdə soyğunçu və quldurların sayı artmışdır. Belə ki oğrular Budda heykəllərini, müqəddəs əşyaları sındıraraq onları oduncaq kimi satırdılar. Baxımsız qalan Rasyomon darvazası ilə də heç kim maraqlanmır və darvaza bura atılmış cəsədlərin məskəninə çevrilmişdir. Bir gün sahibi tərəfindən qovularaq evsiz qalan bir qulluqçu bərk yağış yağdığından Raşomonun altında gözləmək qərarına gəlir. Onu daima bir fikir düşündürür: yaşaması üçün nə etməlidir? O ya acından ölməli, ya da oğurluqla məşğul olmağa başlamalıdır. Bu zaman artıq qaranlıq düşmüş, güclü külək əsirdi. O, qızınmaq üçün yerin olmasını axtararkən qırmızı boya ilə rənglənmiş qülləyə uzanan iri bir pilləkan görür.
Sağsağan (hekayə)
Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir. Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır. Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur. Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır.
Səmayə Musayeva
Musayeva Səmayə Məmməd qızı (1 noyabr 1944, Qax rayonu) — Azərbaycan aktrisası. Musayeva Səmayə Məmməd qızı 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili-komediya aktyorluğu» fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlamışdır. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilmişdir. Teatrda işlədiyi müddət ərzində Fikrət Əmirov «Gözün aydın»da Gülər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Rəqs müəllimi, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Ballı, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Gülxanım, Süleyman Ələsgərovun, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, Səid Rüstəmov, Süleyman Rüstəm «Durna»da Lalə, Nisə, Zülfüqar Hacıbəyov «50 yaşında cavan»da Mələk, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”Səlimə, Səid Rütəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Səlbi, Şəfiqə Axundova, Novruz Gəncəli “Ev bizim sir bizim” Mələk, Emin Sabitoğlu, Sabit Rəhman “Hicran” Fatı (ikinci qruluş 1993), Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu” Güllü, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Ceyran, Ramiz Mustafayev «Volqalı canan»da Təşəkkür, Zakir Bağırov, Şamxal Məcidov “Qaynana”da Mülayim, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq evlənərik” Zeynəb, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Ruqiyə, V. Dolidze, A. Saqarelli “Xanuma” Nənə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 2000-ci ildə «Əməkdar artist» fəxri adını almışdır. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səmayə Piriyeva
Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı (1999–2000). Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Səmayə Piriyevanın bir övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.