Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cuniçi Vada
Cüniçi Vada (和田 純一) – 2020-ci ildən etibarən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri. Etimadnaməsini 2 sentyabr 2020-ci ildə Azərbaycan prezidenti İlham Əliyevə təqdim etmişdir. 2017–2020-ci illərdə səfir olmuş Teruyuki Katorini əvəz etmişdir. Tokio şəhərində anadan olmuşdur. 1986-cı ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuş, daha sonra Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə daxil olmuşdur. 2019-cu ildə "Sompo Japan Insurance" şirkətində konsultant kimi fəaliyyət göstərmişdir.
Vadati-Beniof zonası
Beniof zonası - Yerin litosfer qatından başlayaraq mantiya qatında davam edən zonadır. Yarıq müstəvilərinnin meyli okeanlardan qitələrə doğru olur. Beniof zonası çox dərin (600–700 km) fokslu zəlzələ ocaqları və aktiv vulkan fəaliyyəti ilə səciyyələnir. Bu zona üzrə subduksion proses baş verir, yəni okean qabığı plitələri qitə plitələri altına batır. == Həmçinin bax == Yerin quruluşu == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Aleksey Vadaturski
Aleksey Vadaturski (ukr. Вадатурський Олексій Опанасович; 8 sentyabr 1947, Bendzari[d], Odessa vilayəti – 31 iyul 2022, Mikolayev, Nikolayev vilayəti) — Kənd təsərrüfatı sahəsində ukraynalı sahibkar, Ukrayna Qəhrəmanı (2007). == Bioqrafiya == 1947-ci il sentyabrın 8-də Ukrayna SSR, Odessa vilayəti, Baltski rayonunun Bendzari kəndində kolxozçu ailəsində anadan olub. 1971-ci ildə Lomonosov adına Odessa Texnoloji İnstitutunu bitirib. Əmək fəaliyyətinə "Trikratski" çörək zavodunda baş energetik kimi başlayıb, sonra baş mühəndis vəzifəsində çalışıb. 1980-ci ildən 1991-ci ilə qədər istehsal şöbəsinin müdiri, Nikolaev rayon çörək məhsulları idarəsinin rəis müavini olur. 1991-ci ildən xarici texnologiya və yüksək məhsuldar xaricdən gətirilən texnika ilə məhsul yetişdirilməsi və heyvandarlığın inkişafı ilə məşğul olan "Nibulon" kənd təsərrüfatı müəssisəsinin daimi baş direktorudur. 2018-ci il noyabrın 1-də Rusiya 322 Ukrayna vətəndaşına, o cümlədən Aleksey Vadaturskiyə sanksiya tətbiq edib. 2020-ci ilin iyun ayında Forbes Ukraine jurnalı Vadaturskinin sərvətini 450 milyon dollar olaraq qiymətləndirir. 31 iyul 2022-ci ildə Aleksey Vadaturski və həyat yoldaşı Nikolayevin kütləvi atəşə tutulması zamanı evlərinə Rusiya raketinin düşməsi nəticəsində həlak olur.
Bada
Bada (kor. 바다 — dəniz) — sensor ekranlı mobil telefonlar üçün platformadır. Samsung Electronics şirkəti tərəfindən SHP (Samsung Hand-Held Platform) platformasının üzərində davamı kimi hazırlanıb. == Tarix == İlk versiyası 10 noyabr 2009-cu ildə anons edilmişdir. Platformanın 1.0 versiyası və ilk bada-telefonu(badafon) Samsung Wave S8500 14 fevral 2010-cu ildə Barselonada təqdim olunmuşdur. 2010-cu ilin may ayında isə Samsung Wave S8500-in satışı başlanmışdır. Həmçinin bada SDK/IDE proqramm təminatının yaradılması üçün ilk alətlər vasitəsi istifadəyə verilmişdir. 15 fevral 2011-ci ildə bada 2.0 alfa versiyası nümayiş olundu. == Təsvir == bada bağlı tipli platformadı, hansında ki istehsalçının SDK-sını istifadə etməklə, yalnız bu platformada işləyən programlar yaratmaq mümkündür. bada çoxsəviyyəli arxitekturaya malikdir.
Lada
LADA ("Lada") — "AvtoVAZ" ASC tərəfindən istehsal edilən avtomobil markaları.
Mada
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə.
Vadi
Vadi- (rus. вади, ing. wadi Şm. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. == Milli komanda karyerası == Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zada
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. == Tarixi == Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. == Əhalisi == Əhalisi 182 nəfərdir.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Anje Vayda
Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru. == Həyatı == Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi. O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır.
Anjey Vayda
Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru. == Həyatı == Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi. O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır.
Baba Vida
Baba Vida (bolq. Баба Вида) — Bolqarıstanın şimal-qərbində Vidin şəhərində yerləşən orta əsrlərdə tikilmiş qala. Baba Vida dəniz səviyyəsindən 39 metr yüksəklikdə yerləşir. Qalanın tikintisinə X əsrdə Qədim Roma qəsri Bononiyanın yerləşdiyi ərazidə başlanılıb və İkinci Bolqarıstan İmperatorluğunun (XII əsrin sonu - XIV əsr) dövründə başa çatıb. Əfsanəyə görə Baba Vidanın tikilməsi Vidində hökmdarlıq edən bolqar boyarının üç qızı Vida, Kula və Qamza ilə bağlıdır. Boyar ölməzdən əvvəl öz ərazisini üç qızı arasında bölüşdürür. Böyük qızı Vidaya Vidin və Karpat dağlarından şimaldakı torpaqlar, ortancıl Kulaya Zayeçar və Timok vadisi, kiçik qızı Qamzaya isə Moravanın qərbindəki ərazi çatır. Kula və Qamzanın əyyaş zadəganlarla ailə qurmalarını görən Vida bütün evlilik təkliflərini rədd edir və öz şəhərində qala tikdirərək ömrünün sonuna qədər orada yaşayır. Baba Vida qalası orta əsrlərdə Bolqarıstanın əsas müdafiə vasitələrindən biri olmuşdur. Qala Bizans imperatoru II Bazilin rəhbərlik etdiyi ordunun mühasirəsinə səkkiz ay davam gətirmiş, lakin dağıdılmış və Bolqarıstan hömdarı İvan Sraçimir tərəfindən yenidən inşa edilmişdir.
Dada Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Lada 1600
VAZ-2106 (rus. Жигули 2106, ing. Lada 1600) — sedan tipli banı olan, arxa aparıcı təkərlərə malik SSRİ/Rusiya istehsalı olan avtomobil. VAZ-2103 modelinin bazasında yaradılıb və 1975-cı ildən istehsal olunur. 2000-cı ildən avtomobil İjevskdə yerləşən "İjavto" zavodunda istehsal olunur. == Tarixi == İnkişaf VAZ-2106 Voljsk avtomobil zavodu mütəxəssislərin hazırlanması bir "layihəsi 21031" kimi 1974-cü ildə başladı.
Lada Niva
Niva (VAZ-2121 və LADA 4x4 adları ilə də məşhur) — Sovet və Rus avtomobil istehsalçı firması AvtoVAZ tərəfindən istehsal olunan kələ-kötür ərazi üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi. Xüsusilə keçmiş SSRİ ölkələrində hal-hazırda xüsusi modifikasiyalar altında məşhurlaşmışdır. Kanadada (1998-ci ildən sonra satışı ləğv edildi), Cənubi Amerikada, İslandiyada da məşhurlaşmış və torpaq şərtlərinin çətin olduğu yerdə istifadəsi əlverişli olmuş, geniş istifadə olunmuşdur. Avstraliya kimi bölgələrdə isə isti iqlim şəraiti üçün kondisionerinin uyğun olmaması səbəbindən populyarlığı məhdud olaraq qaldı. Avtomobil modeli İslandiyada Lada Sport və Avstriyada Lada Taiga adı ilə tanınmışdır.Dünyada off-road nəqliyyat vasitələrinin kütləvi istehsal olunduğu model olan Niva, monokok quruluşu və müstəqil ön asma və qıvrım asma bacarıqlarına görə bugünkü yolsuzluq avtomobillərinin pioneridir. == Tarixçə == Bütün Avropada 2121 kod adı ilə tanınan Niva, 1976-cı ildə dövrünün yenilikçi texniki imkanları ilə istehsal xəttindən çıxdı. Lada Niva dizaynerləri tərəfindən Land Rover şassisinə yerləşdirilmiş Renault 5 kimi təsvir edilmişdir. "Daimi 4 təkərli sürücü sistemi və monokok korpusu yalnız Range Rover-də və 1970-ci illərdə bir neçə markada mövcud idi. Sahədəki üstün imkanlarına paralel olaraq prospektdə istifadəsi rahatlığı səbəbindən ilk SUV nümunəsidir.İlk prototiplər 1971-1972, 1.3 lt arasında istehsal edildi. Fiat mühərriki olan kətan tavan modelləri idi.
Mada çarlığı
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə.
Neo-Dada
Neo-Dada — dünyagörüşü münasibətlərindən fərqli olan müasir incəsənətin müxtəlif üslublarını, meyllərini və əsərlərini, tarixi dadaizmin üsulları və ya üsullarını canlandıran bir müddətdir. Neo-Dadaizm hərəkatı pop-artın ingilis və amerika sənətində ortaya çıxmasına təkan verdi. Avropa qitəsində "Yeni Realistlər" qrupunun sənətçilərinin, Fluksus hərəkatının nümayəndələrinin əsərlərində açıq yazışmalar görürük. Neo-Dada istiqamətində, incəsənətin inkar edilməsi mövqeyi, bədii əsərin gündəlik həyat obyekti ilə əvəz edilməsi və ya absurd hərəkətlə əvəz edilməsi "həyatda məhv etmək arzusu" aydın şəkildə ifadə edilmişdir. Termin amerikalı tənqidçi Barbara Rouz tərəfindən təqdim edildi.
Rada Nəsibova
Rada Ziyad qızı Nəsibova (29 oktyabr 1982, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. == Həyatı == Rada Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olmuş, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışmışdır. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası olaraq fəaliyyət göstərir. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaratmışdır.Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 20-ə yaxın filmdə, 10-dan çox teatr tamaşasında rol almışdır. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Ramiro Vaka
Ramiro Vaka Ponse (1 iyul 1999-cu ildə anadan olub) — Boliviya Liqa Nasional B təmsilçilərindən olan Klub Quebraço klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Boliviya futbolçusudur. == Milli karyerası == Vaka Boliviya milli futbol komandasında debütünü 3 iyun 2017-ci ildə Nikaraqua millisinə qarşı oyunda etmişdir. O, 88-ci dəqiqədə Luis Xose Varqası əvəz etmişdir. Yoldaşlıq oyununda Boliviya rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
Stavre Jada
Stavre Jada (18 may 1998) — Makedoniyalı xizək yürüşçüsü. Stavre Jada Makedoniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Ölkələrin Paradında Makedoniyanın bayraqdarı olmuşdur. == Karyerası == Stavre Jada birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Jada 4:23.85 saniyəlik nəticəsi ilə 80 atlet arasında 79-cu yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Tektonik vadi
Yer qabığının tektonik batıqlarında yerləşən vadidir (dərədir). Məsələn: Orta Dunay vadisi, Alazan dərəsi və s.
Vaja Lordkipanidze
Vaja Lordkipanidze (gürc. ვაჟა ლორთქიფანიძე; 29 noyabr 1949, Tbilisi) — Gürcüstanın keçmiş dövlət naziri, Gürcüstanın Rusiyadakı səfiri və Gürcüstan Parlamentinin üzvü olan gürcü siyasətçi. == Həyatı == Lordkipanidze 29 noyabr 1949-cu ildə Gürcüstanın Tiflis şəhərində anadan olub. 1973-cü ildə Tbilisi Dövlət Universitetinin və Moskva Elmlər Akademiyasının riyaziyyat şöbəsini bakalavr, sonra doktorantura dərəcələrini bitirib.1983–1986-cı illərdə Eduard Şevardnadzenin Gürcüstan SSR-in birinci katibi olduğu dövrdə Gürcüstan komsomolu Mərkəzi Komitəsinin ikinci, sonra birinci katibi olmuşdur. 1986–1988-ci illərdə Gürcüstan Kommunist Partiyasının Mtasminda Regional Komitəsinin birinci katibi, sonra Gürcüstan Kommunist Partiyasının MK-da şöbə müdiri, 1989–1990-cı illərdə isə Gürcüstan SSR-in Nazirlər Kabineti sədrinin müavini vəzifələrində çalışmışdır. == Siyasi karyerası == Zviad Qamsaxurdiya Gürcüstanın müstəqilliyini əldə etdikdə Lordkipanidze hökuməti Tiflis Tədqiqat İnstitutunda iş tapmaq üçün tərk etdi, lakin Şevardnadzenin 1992-ci ilin yanvarında hakimiyyətə qayıdışı ilə dərhal Gürcüstan Prezidenti Administrasiyasının aparat rəhbəri təyin edildi və 17 yanvar 1995-ci ilə qədər bu vəzifəni tutdu. 1995–1998-ci illərdə Gürcüstanın Rusiyadakı səfiri olub. Abxaziya ilə Rusiya vasitəçiliyi danışıqlarında Gürcüstan tərəfini təmsil edirdi. Rusiya hökumətindəki yüksək vəzifəli məmurlarla yaxşı münasibətlər qurdu, amma parlament daxilində müxalifət partiyaları tərəfindən Rusiyapərəst sayılırdı. Lordkipanidze 31 iyul 1998-ci ildə Nikoloz Lekişvilinin iqtisadi siyasətdəki tənqid səbəbindən istefa etməsindən az sonra 31 iyul 1998-ci ildə Gürcüstanın dövlət naziri təyin edildi.