Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barlık
Abidələrin 4-ü də Barlık çayı sahilində D.A.Klements tərəfindən tapılıb və ilk dəfə V.V.Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Varlıq
Varlıq — fəlsəfi kateqoriya olub,şüurdan asılı olmayaraq obyektiv reallığın- kosmos,təbiət və insanın mövcudluğudur. Varlıq anlayışı geniş və dar mənada işlədilir. Geniş mənada dünyada mövcud olan hər şey varlığa daxil edilir. Sözün məhdud mənasında (dar) varlıq dedikdə insanların şüürundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür.Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri olan Parmenid işlətmişdir. O varlıq haqqında əsərində göstərirdi ki, “Varlıq” hərəkət etmir,dəyişməzdir və mükəmməldir. Demokritin atomist təlimi hesab edirdi ki,varlıq bölünməz kiçicik hissəciklərdən - atomlardan və boşluqdan ibarətdir.
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Hel (varlıq)
Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri. Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur. Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.
Mütləq varlıq
Mütləq — idealist fəlsəfədə anlayışdır. Mütləq "özü onun üçün kafi olan"digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfədə işlənir. Din üçün mütləq varlıq Allahdır, Fixtedə-"Mən" adlanır; Hegel fəlsəfəsində Mütləq rolunda dünya zəkası(mütləq ruh); Şopenhauerdə iradə, Berqsonda intuisiya çıxış edir.
Uyuk Tarlık
Abidə fin ekspediyası tərəfindən Uluğ-Kem çayının qolu Uyuk-Tarlık çayının sahilində Mixaylovo kəndinin 3 km-də tapılmışdır. Boz salants daşı üzərində iki sətir yazıdan ibarətdir. Daşın yuxarı hissəsində damğa da var. Abidənin ətrafli təsvirini D.A.Klementov verib. Daşın üzərindəki yazılar bir sıra türkoloqlar tərəfindən tərcümə və nəşr edilib.
Varlıq (dəqiqləşdirmə)
Varlıq
Varlıq (jurnal)
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir. == Haqqında == 1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.
Varlıq (qəzet)
"Varlıq" — həftəlik qəzet. == Tarixi == Varlıq qəzeti 1992-ci ildə Əli Hacı tərəfindən təsis edilmişdir. İlk dövrlərdə qəzetin baş redaktoru Əli Hacı Ağaevli olmuş sonradan Qardaşxan Əzizxanlı baş redaktor olmuşdur.. Varlıq qəzetinin redaktoru Məzahir Həsənov olmuşdur. == İlk sayı == Qəzetin ilk sayı 21 yanvar 1992 ildə çap olunmuşdur. Qəzet 4 səhifədən ibarət idi.
Varlıq dərgisi
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir. == Haqqında == 1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.
Varlıq jurnalı
Varlıq — 15 iyul 1933-cü ildə Yaşar Nabi Nayır tərəfindən nəşr olunan aylıq sənət və ədəbiyyat jurnalı (ilk sayında sahibi Səbri Esat Siyavuşgil çıxdı). İlk yaşlarında Qərb ədəbiyyatının və şeirlərinin tərcümələri ilə tanınan, Türkcəni öz anlayışı ilə tanıdan Varlıq, fasiləsiz nəşr olunmaqla bu günə qədər yaşamışdır. "Heç bir şeydən yaratma" səyindən ilham alan ad sahibi Yaşar Nabi Nayır tərəfindən nəşr olundu və bir çox məşhur yazıçı və türk ədəbiyyatının şairlərinin ilk əsərləri nəşr olundu. == Jurnalın yazıçıları == Melih Cevdet Anday, Cahit Sitki Taranci Orxan Vəli Bedri Rəhmi Eyuboğlu Necati Cumali Tarik Dursun Ece Ayhan Attila İlhan Yaşar Kamal Aziz Nesin Semih Poroy Tomris Uyar Jurnalın ilk nömrələrinə Yeddi məşəlin şeirləri daxil idi. Qəribələr ilk dəfə Varlıq jurnalının səhifələrində göründü; Varlıqda qəribə bir manifest nəşr olundu. Jurnalda Kənd İnstitutunun yazıçıları, xüsusən də Mahmud Makalın hekayələri yer aldı. Varlıq jurnalında yazmaqla Respublika dövrü yazıçılarının çoxu tanınıb. Əvvəlcə Ankarada nəşr olunan jurnal 1946-cı ildən bu yana İstanbulda nəşr olunur. Yaşar Nabi'nin ölümündən sonra qızı Filiz Nayır Deniztekin jurnal rəhbərliyini əlinə aldı.Jurnal, Eurozine, Avropa Mədəni Jurnalı Şəbəkəsinin üzvüdür. == Tarixi == === İlk illəri === 15 iyul 1933-cü ildə Ankarada hər 15 gündə bir nəşr üçün təsis edilmişdir.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Varlı (Salyan)
Birinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd. İkinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd.
Varlı Həyat
Varlı Həyat (1990-cı ilədək Orconikidze) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeni Göyçə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yaşayış məntəqəsini 1927-ci ildə indiki Aşağı Çaykənd kəndindən köçmüş ailələr binə yerində salmışlar. Əvvəllər Buxarin, bir müddət Novaya Zarya, 1929-cu ildən isə Orconikidze adlanırdı. 1990-cı ildə rəmzi olaraq indiki ad verilmişdir.
Varlı adamlar
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır. 2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya vətəndaşı — 19; Hindistan vətəndaşı — 14; Çin vətəndaşı — 13; İspaniya vətəndaşı — 10; 56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ - ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür.
İkinci Varlı
İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur. Aran iqtisadi rayonuna xas olan pambıqçılıqla da kənddə məşğul olurlar. 24-02-2016 Salyan rayonunda 1000 nəfərdən çox əhalinin yaşadığı İkinci Varlı kəndinə mavi yanacağın verilməsinə başlanılıb. 200 abonenti olan kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 min 220 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb. == Din == Kənddə II Varlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Muharrem Varlı
Məhərrəm Varlı (22 aprel 1969, Ceyhan, Adana ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Məhərrəm Varlı 22 aprel 1969-cu ildə Adana ilinin Ceyhan ilçəsində anadan olub. Səlcuq Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Sərbəst işlə məşğul olub. Uzun illərdir MHP üzvüdür. 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının və TBMM Müraciət Komissiyasının üzvü vəzifələrində təmsil olunub. 28-ci çağırışda TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının sədr müavini olub. Evli və 2 uşaq atasıdır.
Məhərrəm Varlı

Hidra (əfsanəvi varlıq)
Hidra, Yunan mifologiyasında izah edilən çox başlı bir məxluq. Argolis antik şəhərində, Lerna bataqlıqlarında yaşayan çox başlı bir canavarın adıdır. Hydranın nəfəsi bir insanı öldürəcək qədər zəhərliydi. Bu canavarın öldürülməsi Heraklın on iki vəzifə arasında 2-ci sırada yer alan vəzifədir. Atası Typhon və anası əjdahaların ilahəsi Ehidna (bəzi mənbələrdə anası Stiks (okeanida)) olan Hidra Lerna gölündəki yuvası, ölümdən sonrakı dünya ilə insanların dünyası arasındakı qapının ağzında yer almaqda olub, Hidra isə bu qapının nəzarətçi vəzifəsini yerinə yetirirdi. Hidra öldürülməsinin çox çətin olmasının səbəbi kəsilən hər bir başın əvəzinə iki dənəsinin çıxması idi. Herakl bu əjdaha ilə qarşılaşmadan əvvəl bataqlıq içərisində zəhərli qaz və dumanlarla örtülü Hidra yuvasının girəcəyində, ağzını və üzünü bir örtük ilə örtərək özünü qorumuştur.Canavar ilə qarşılaşıb vuruşmağa başlayan Herakl bir müddət sonra, kəsdiyi başların yerinə davamlı yenilərinin çıxdığını görəndə əslində boşuna döyüşüb yorulduğunu hiss etmiş və tam ümidsizliyə qapılmağa başladığı. Anda köməyinə İolaus (Heraklın qardaşı oğlu) yetişir. Güman edildiyinə görə, o anda Afina (mifologiya)da köməyi ilə canavarın kəsilən başlarının bir daha yaranmaması üçün boyunlarının məşəl ilə yandırılmasını fikirləşər və dərhal orada yandırdığı məşəli Herakla verər.
Türkiyə Varlıq Fondu
Türkiyə Varlıq Fondu (TVF), Türkiyə mərkəzli bir şirkətdir. == Tarixi == Türkiyə Varlıq Fondu 26 Avqust 2016-cı il tarixində Türkiyə Cümhuriyyəti Baş nazirinə bağlı bəzi şirkətləri idarə etmək üçün qanunla quruldu. 2017-ci ilin fevral ayında İstanbul Birjası, Ziraat Bank da daxil olmaqla böyük büdcəli müxtəlif dövlət şirkətləri bu fonda verildi. 10 İyul 2018-ci il qərarnaməsi ilə Türkiyə Cümhuriyyəti Prezidenti tabeliyindəki şirkət və quruluşların siyahısına əlavə edildi.
Varlıq (jurnal, Türkiyə)
Varlıq — 15 iyul 1933-cü ildə Yaşar Nabi Nayır tərəfindən nəşr olunan aylıq sənət və ədəbiyyat jurnalı (ilk sayında sahibi Səbri Esat Siyavuşgil çıxdı). İlk yaşlarında Qərb ədəbiyyatının və şeirlərinin tərcümələri ilə tanınan, Türkcəni öz anlayışı ilə tanıdan Varlıq, fasiləsiz nəşr olunmaqla bu günə qədər yaşamışdır. "Heç bir şeydən yaratma" səyindən ilham alan ad sahibi Yaşar Nabi Nayır tərəfindən nəşr olundu və bir çox məşhur yazıçı və türk ədəbiyyatının şairlərinin ilk əsərləri nəşr olundu. == Jurnalın yazıçıları == Melih Cevdet Anday, Cahit Sitki Taranci Orxan Vəli Bedri Rəhmi Eyuboğlu Necati Cumali Tarik Dursun Ece Ayhan Attila İlhan Yaşar Kamal Aziz Nesin Semih Poroy Tomris Uyar Jurnalın ilk nömrələrinə Yeddi məşəlin şeirləri daxil idi. Qəribələr ilk dəfə Varlıq jurnalının səhifələrində göründü; Varlıqda qəribə bir manifest nəşr olundu. Jurnalda Kənd İnstitutunun yazıçıları, xüsusən də Mahmud Makalın hekayələri yer aldı. Varlıq jurnalında yazmaqla Respublika dövrü yazıçılarının çoxu tanınıb. Əvvəlcə Ankarada nəşr olunan jurnal 1946-cı ildən bu yana İstanbulda nəşr olunur. Yaşar Nabi'nin ölümündən sonra qızı Filiz Nayır Deniztekin jurnal rəhbərliyini əlinə aldı.Jurnal, Eurozine, Avropa Mədəni Jurnalı Şəbəkəsinin üzvüdür. == Tarixi == === İlk illəri === 15 iyul 1933-cü ildə Ankarada hər 15 gündə bir nəşr üçün təsis edilmişdir.
Varlıq (jurnal, İran)
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir. == Haqqında == 1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.
Varlıq və Yoxluq
Varlıq və Yoxluq.Fenomenoloji ontologiya təcrübəsi (fr. L'Être et le néant : Essai d'ontologie phénoménologique) — filosof Jan-Pol Sartr tərəfindən 1943-cü ildə yazılmış kitab. Kitabın əsas məqsədi insanın varlığının onun mahiyyəti ilə bağlı olduğunu əsaslandırmaqdır. Sartrın "Genesis and Nothing" əsərini yazmaqda əsas vəzifəsi azad iradənin mövcud olduğunu göstərmək idi. == Məzmunu == Girişdə Sartr həm əvvəlki fenomenoloqların (ilk növbədə Edmund Husserl və Martin Haydeqqer), həm də digər cərəyanların, idealizm, rasionalizm və empirizmin tənqidi ilə öz şüur, varlıq və fenomen nəzəriyyəsini tərtib etdi. Sartr hesab edir ki, müasir fəlsəfənin əsas uğurlarından biri fenomenologiyadır, çünki mövcud olanı "gizli" bir təbiətə (məsələn, Kantian noumenonuna) bənzəyən dualizm növlərini təkzib etdi, fenomenologiya "səhnə arxasında dünyanın" illüziyasını yox etdi. " Fenomenin mahiyyətinin öyrənilməsinə əsaslanaraq, iki növ varlığın mahiyyətini, özündə olmaq və özü üçün olmaqdan bəhs edir. Öz-özünə olmaq, təxminən insan adlandırıla bilsə də, özü üçün olmaq şüurun varlığıdır. == Həmçinin bax == XX əsrin 100 kitabı (Le Monde) == İstinadlar == == Xarici keçidlər == Being and nothingness: an essay in phenomenological ontology, By Jean-Paul Sartre, Citadel Press, 2001 Class Lecture Notes on Sartre’s Being and Nothingness by Professor Spade at Indiana University. Dr.
Varlıq və zaman
Varlıq və zaman (alm. Sein und Zeit‎) — alman filosof Martin Haydeggerin varlıq anlayışından bəhs etdiyi ən mühüm əsəri. “Varlıq və zaman” 1927-ci ildə nəşr olunduğu andan etibarən dünya miqyasında intellektual hadisəyə çevrilmiş və qitə fəlsəfəsində XX əsrin əlamətdar əsərlərindən biri kimi tanınmışdır. Kitab XX əsr fəlsəfəsinə, xüsusən də ekzistensializm, hermenevtika və dekonstruksiyaya əhəmiyyətli təsir göstərmişdir. “Varlıq və zaman”ın yazılmasına təsir edən səbəblər arasında Haydeggerin sələfi olan iki alman filosofunun əsərləri var idi. Birinci əsər Frans Brentano tərəfindən Aristotelə görə varlığın mənası, ikincisi isə Edmund Husserlin "Məntiqi araşdırmalar" əsəridir. Brentano əsəri Husserlin fəlsəfəsinə əhəmiyyətli təsir göstərmişdir, o da öz növbəsində Haydeggerin müəllimi olmuş və onun işi sonuncunun maqnum əsərinə ilham vermişdi. “Aristotelə görə varlığın mənası” Haydeggeri varlıq məsələsini öyrənməyə ruhlandırdı və yaradıcısı Edmund Husserl hesab edilən fenomenoloji metod, Haydeggerin varlıq məsələsini həll etməyə çalışdığı üsuldur. == Məzmunu == Haydegger öz traktatının ilk fəsillərində Platonun varlığın mənası məsələsini yeniləmək lazım olduğu fikrini izləyir. O deyir ki, “varlıq” ən ümumi anlayışdır, lakin eyni zamanda insanlar üçün heç də başa düşülən deyil.
Babilin Ən Varlı Adamı
Babilin ən varlı adamı, Corc S. Cleyon-un 1926-cı il kitabıdır ki, bu, Qədim Babildə 4000 il əvvəl təyin olunan məsəllər toplusu vasitəsilə maliyyə tövsiyələrini bölüşdürən bir kitabdır. Kitab məsəllərin ilkin nəşrindən təxminən bir əsr sonra çapda qalır və şəxsi maliyyə məsləhətlərinin klassiki kimi qəbul edilir. == Fon == Nümunələri "Babilin ən zəngin adamı" olmuş kasıb mirzə Arkad adlı uydurma Babil personajı danışır. Arkadın məsləhətlərinə "Yeddi Müalicə" (yaxud pul və sərvət yaratmaq yolları) və "Qızılın Beş Qanunu" (yaxud sərvəti necə qorumaq və investisiya etmək) daxildir. Arkadın məsləhətlərinin əsas hissəsi "əvvəlcə özünüzə ödəyin", "öz imkanlarınız daxilində yaşamaq", "bildiyinizə sərmayə qoymaq", "uzunmüddətli qənaət" və "ev sahibi olmaq"dır. Məzmun 1920-24-cü illərdə ABŞ bankları və sığorta şirkətləri tərəfindən paylanmış bir sıra broşürlərdəndir; broşuralar bir-birinə bağlandı və 1926-cı ildə kitab şəklində nəşr olundu. Kitaba tez-tez şəxsi maliyyə məsləhətlərinin klassiki kimi istinad edilir, və şəxsi maliyyə məsləhətləri və sərvətlərin idarə edilməsi ilə bağlı müasir tövsiyə olunan oxu siyahılarında görünür. Satılan 2 milyon nüsxə ilə ilk nəşrindən təxminən 90 il sonra çap edin. Klason özü 1930-cu ildə "Babilin Ən Zəngin Adamı və Digər Hekayələr" adlı illüstrasiyalı cildli nəşri nəşr etdirdi və bu nəşr indi 1250 ABŞ dollarına satılır. Kitabın qeyri-adi quruluşu məsəllər haqqında əlavə müzakirələr və anlayışlar təmin edən bir çox müasir törəmə əsərlərə ilham verdi.
Karlik boy
Karlik boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
Karlıq
Eşitmə itkisi — eşitmə itkisi və ya karlıq , səsləri qəbul etmə qabiliyyətindəki tam ya da qismi bir azalmanı ifadə edir. Bir çox bioloji və ekoloji səbəblərə bağlı olaraq inkişaf edən eşitmə itkisi , səs qəbul etmə bacarığına sahib bütün canlılarda ortaya çıxa bilər. Səslərin tezliyini ifadə etmək üçün Hertz vahidi istifadə edilir. Qüsursuz bir insan qulağı 20-20.000 Hz arasındakı səsləri eşidir. Məsələn insan səsinin tezliyi 500–5000 Hz arasındadır. Səslərin şiddəti isə desibel ilə göstərilir. 80 dB üzərində ki səslərə uzun müddət məruz qalmaq eşitmə itkisinə səbəb ola bilər. 130 dB və üzərindəki səslər qulaqlarda fiziki ziyana səbəb ola bilər. [1] 80 dB'ye nümunə olaraq iş maşınlarının çıxardığı səs-küy , 130 dB-ə nümunə olaraq reaktiv təyyarəsi mühərriki nümunə verilə bilər. == Səbəbləri == İnsanlarda eşitmə itkisinin başlıca səbəbləri bunlardır : Keçiricilik Qabiliyyəti problemləri Tıxanmış xarici qulaq kanalı (qulaq kiri vs.
Kaşlık
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Narlıq
Narlıq — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Vardak
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. == Əhalisi == Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Yarlıq
Yarlıq (türk-monqolca — sərəncam, əmr) —Yerli feodallar torpaqdan istifadə etmək üçün aldıqları sənəd. xanların verdiyi yazılı fərman. Yarlıqlar, əsasən, toxunulmazlıq və imtiyazlar haqqında fərmanlar idi. Payıza hökmdarın adından mandat kimi verilən üstü imzalı lövhəcik. Yol buraxılışı kimi istifadə olunan payızanın sahibi onun vasitəsilə özünə lazım olan hər şeyi ala bilərdi. Tapşırığın vacibliyindən asılı olaraq, payıza qızıldan, gümüşdən, çuqundan, bürüncdən və taxtadan ola bilərdi. Yarlıqların aşağıdakı növləri vardır. Etiket, malların üstünə yapışdırılan və onların adını, çəkisini, növünü, qiymətini və s. göstərən kağız; Malın üstünə yapışdırılan və onun adını, miqdarını, hansı müəssisə və ya firmada buraxıldığını bildirən etiket. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Zarlıx
Şatlık
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Şaşlık
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. == Hazırlanma qaydası == Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Güldərən Varli
Güldərən Varli (1982, Van ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Güldərən Varli 1982-ci ildə Van ilində anadan olub. Van Yüzüncü İl Universitetinin Erciş Peşə Liseyində Mühasibatlıq Bölməsindən məzun olub. Van ilinin Ərciş ilçə bələdiyyə sədrinin müavini vəzifəsində çalışıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Birlik
Birlikfilm
Vənlik
Vənlik — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gözbulağın cənub-şərqində olan Vənlik kəndi XIX əsrin ikinci yarısında salınmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlmişdir. 1907-ci ildə vəfat etmiş Ağacan bəy öz vəsiyyətinə görə bu kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn olunmuşdur. Ailənin digər üzvlərinin məzarları isə Pirhəsən və Ağdaş qəbristanlığındadır. == Toponimikası == Vənlik oyk., düz. Cəlilabad r-nunun Ağdaş i.ə.v.-də kənd. Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi vən (göyrüş) sözündən və -lik şək.-sindən ibarət olub, “vən ağacı bitən yer, göyrüşlük” mənasındadır.