Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meliton Kaziyev
Meliton Kaziyev (oset. Хъазиты Резойы фырт Мелитон; 10 noyabr 1948, Noqkau[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Sovet və Cənubi Osetiya şairi, yazıçı, tərcüməçi, dramaturq, ədəbiyyatşünas və ictimai xadim. Ədəbiyyat sahəsində Kosta Xetaqurov adına Cənubi Osetiya Mükafatı laureatı. Cənubi Osetiyada dövlət televiziya şirkətinin ilk direktoru. Cənubi Osetiyanın əməkdar mədəniyyət işçisi və Cənubi Osetiya Parlamentinin üzvü. Cənubi Osetiya Muxtar Vilayətinin Noqkau kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Verxnıy Otrev kəndində almağa başlayır, 1964-cü ildə Verxnıy Çere kəndində səkkizillik və 1966-cı ildə Ksuisi kəndində orta məktəbi bitirir. 1966-cı ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun filologiya fakültəsinin osetin bölməsinə daxil olur. Tələbəlik illərində şeirlərini Cənubi Osetiyanın dövri mətbuatında dərc etdirməyə başlayır. 1966-cı ildə, 18 yaşında olarkən "Fidiuaq" ədəbi jurnalında "Palıd ilə söhbət" adlı ilk hekayəsini nəşr etdirir.
Saziye Erdoğan
Şaziyə Ərdoğan Okur (23 fevral 1992, Ankara) — qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli ağır atlet. O, gənclər kateqoriyasında 44 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla qaldırmada 92 kq və ümumi 169 kq nəticə ilə hazırkı dünya rekorduna sahibdir. O, Ankarada, atası inşaat işçisi olan kasıb bir ailədə anadan olub. O, hələ 11 yaşında ikən Ankaranın Keçiören ibtidai məktəbində ağır atletika ilə məşğul olmağa başlayıb. 2009-cu il iyulun 28-də İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında o, birdən qaldırmada 79,0 kq, təkanla qaldırmada 97,0, ümumilikdə isə 172,0, sonra isə 176,0 kq-ı qaldıraraq yeniyetmələr arasında dörd Avropa rekordu qırıb. Onu Tələt Ünlü, Mustafa Doğan, Erkan Kayır və Nurcihan Gönül hazırlayıb. 2013-cü ildə Okur anabolik steroid Stanozolol istifadə etdiyinə görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 2 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb. 2021-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağır atletika üzrə dünya çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2022-ci ildə Albaniyanın Tiran şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, Əlcəzairin Oran şəhərində keçirilən 2022 Aralıq dənizi Oyunlarında qadınlar arasında 49 kq çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma yarışlarında bürünc medal qazanıb.
Vaqiye İttifaqiye
Vaqiye İttifaqiye — 1850-51-ci illərdə (1807-1852) Nəsrəddin şah Qacarın (1848-1896) dövründə İranın baş naziri (1847-1851) işləmiş dövlət xadimi Mirzə Tağı xan Əmir Kəbirin dövründə buraxılan qəzet. Buradakı mövzulardan Əmir Kəbirin hansı dünyagörüşünə malik olmasını görmək olar...Onun hakimiyətdə olmasının bir ili ərzində qəzetdə aşağıdakı məqalələr çap olunmuşdur: "Avropa dövlətlərinin məşvərət assambleyaları(parlamentlər) barədə"," Görkəmli italyan xadimi Madzini və italyan inqilabçılarının və azadpərvər xadimlərin dünyagörüşləri və onların Avstriya ilə mübarizəsi", "Suveyş kanalının qazılması planı və onun tarixi","Dəmir yollarının inşası", " Hindistanın içtimai vəziyəti", "Astronomiya sahəsində tətqiqtlar və Saturn planetinin üzükləri barədə","Zəlzələlərin geoloji səbəbləri","Amerikanın əski mədəniyəti","Yeni Qitənin(Amerikanın) qazıntıları","Amerikada qızıl hasilatı və bunun İngiltərədə qızılın qiymətinə təsiri","Mançester fabrikaları", "Nil vadisinin münbitliyi"," Amerikan pambığının İranda əkinləri"," Hava kürəsinin ixtirası","İngiltərə əhalisinin siyahıyaalınması","İçməli suyun təmizlənməsi və bunun sanitar əhəmiyyəti","Borneo adasının kaniballarının vəziyəti" Новая история Ирана. Хрестоматия. Издательство "Наука" Главная редакция восточной литературы Москва 1988 стр. 112-113, tərcümə.
Fransua Viyet
Fransua Viyet (1540-1603) - Fransız riyaziyyatçısı. Hesab edilir ki, bütün elementar cəbri işləyib hazırlamışdır. == Həyatı == 1540-cı ildə Fransanın Fantene-le-Kont şəhərciyində anadan olmuşdur. Atası prokuror olmuşdur. Adətlərə görə atasının sənətinə yiyələnmişdir. Universiteti Puatuda bitirmişdir. 1560-cı ildə doğma şəhərində karyerasına başlamışdır. 1571-ci ildə dövlət işinə başlamışdır. Əvvəlcə parlamentin, daha sonra isə Fransa kralı III Henrinin məsləhətçisi olmuşdur.Onu əsasən Viyet teoreminin yaradıcısı kimi tanıyırlar. == Mənbə == "Uşaqlar üçün ensiklopediya.
Viyet teoremi
Viyet teoremi və ya Viyet formulası — Çevrilmiş kvadrat tənlikdə tənliyin köklərinin hasili sərbəst həddə; köklərin cəmi isə əks işarə ilə götürülmüş əmsala (b-yə) bərabərdir. Teoremə onun əsasını qoymuş "Fransua Viyetin" adı verilib. Bu formulalar əsasən cəbrdə istifadə edilir. Əgər x 1 {\displaystyle x_{1}} və x 2 {\displaystyle x_{2}} — kvadrat tənliyin a x 2 + b x + c = 0 {\displaystyle \ ax^{2}+bx+c=0} həlləridirsə, o zaman { x 1 + x 2 = − b a x 1 x 2 = c a {\displaystyle {\begin{cases}~x_{1}+x_{2}=~-{\dfrac {b}{a}}\\~x_{1}x_{2}=~{\dfrac {c}{a}}\end{cases}}} Xüsusi halda, əgər a = 1 {\displaystyle a=1} (verilən forma x 2 + p x + q = 0 {\displaystyle x^{2}+px+q=0} ), o zaman { x 1 + x 2 = − p x 1 x 2 = q {\displaystyle {\begin{cases}~x_{1}+x_{2}=-p\\~x_{1}x_{2}=q\end{cases}}} Əgər x 1 , x 2 , x 3 {\displaystyle x_{1},x_{2},x_{3}} — kub tənliyinin p ( x ) = a x 3 + b x 2 + c x + d = 0 {\displaystyle p(x)=ax^{3}+bx^{2}+cx+d=0} həlləridirsə, o zaman { x 1 + x 2 + x 3 = − b a x 1 x 2 + x 1 x 3 + x 2 x 3 = c a x 1 x 2 x 3 = − d a {\displaystyle {\begin{cases}x_{1}+x_{2}+x_{3}=-{\dfrac {b}{a}}\\x_{1}x_{2}+x_{1}x_{3}+x_{2}x_{3}={\dfrac {c}{a}}\\x_{1}x_{2}x_{3}=-{\dfrac {d}{a}}\end{cases}}} Viyet teoremi verilən bərabərliyi ( P ( x ) = a n x n + a n − 1 x n − 1 + ⋯ + a 1 x + a 0 {\displaystyle P(x)=a_{n}x^{n}+a_{n-1}x^{n-1}+\cdots +a_{1}x+a_{0}} ) açmaqla isbat oluna bilər: a N X n + a n − 1 x n − 1 + ⋯ + a 1 x + a 0 = a n ( x − x 1 ) ( x − x 2 ) ⋯ ( x − x n ) {\displaystyle a_{N}X^{n}+a_{n-1}x^{n-1}+\cdots +a_{1}x+a_{0}=a_{n}(x-x_{1})(x-x_{2})\cdots (x-x_{n})} Bu isə doğrudur, çünki x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\dots ,x_{n}} bu çoxhədlinin bütün həlləridir.
Sakiyet-Sidi-Yusifin bombalanması
Sakiyet-Sidi-Yusifin bombalanması – Fransa ordusu tərəfindən Əlcəzair müharibəsi çərçivəsində Tunisin Sakiyet-Sidi-Yusif kəndində 8 fevral 1958-ci ildə həyata keçirilmiş və 70-dən artıq insanın, o cümlədən 12 orta məktəb şagirdinin ölümünə, 148 nəfərin isə yaralanmasına səbəb olan hərbi əməliyyat. O vaxtdan bəri hər il fevralın 8-də Əlcəzair və Tunis bu hadisəni birgə qeyd edirlər. Əlcəzair müharibəsi davam edərkən, fransız ordusu müntəzəm olaraq Tunis sərhədindən hücumlara məruz qalırdı. Həmin dövrdə Tunis Əlcəzairə maddi-texniki dəstək verir və silah tranzitini təmin edir, həmçinin, Milli Qurtuluş Ordusunun (MQO) hərbçilərini qəbul edirdi. 1958-ci ildə Fransa ordusunun Əlcəzairdəki komandanlığı bu təzyiqə qarşı müqavimət göstərmək qərarına gəldi. Yanvarın 2-də sərhəddə atışma baş verdi, bu zaman MQO dörd fransız əsgərini əsir götürərək Kef bölgəsinə geri çəkilə bildi. Fransa Nazirlər Şurasının sədri Feliks Qayyar general Alber Buşaleyə Fransa-Tunis danışıqlarına yenidən başlamaq və neytrallıq öhdəliklərini xatırlatmaq məqsədilə prezident Həbib Burgibaya mesaj çatdırmağı tapşırdı. Burgiba 1954-cü ildə fellaqalarla döyüşmüş bu hərbçini qəbul etməkdən imtina etdi. Bundan sonra Qayyar qərargah rəisini göndərsə də, bu dəfə də nəticə əldə olunmadı. Burgiba mətbuata açıqlamasında bəyan etdi ki, Fransanın hərəkətləri davam edərsə, sərhədlərdə BMT alayının yerləşdirilməsini xahiş edəcək.
Mahiyət
Mahiyyət — obyektin başlıca, əsas və müəyyənedici tərəfi.
Abuzər Qazıyev
Abuzər Yusif oğlu Qazıyev (21 sentyabr 1967, Arçut, Böyük Qarakilsə rayonu) — Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010), professor. == Həyatı == Abuzər Yusif oğlu Qazıyev 9 oktyabr 1967-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kədində dünyaya gəlib. 1989-cu ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunu, 1990-cı ildə Bakı şəhəri Kliniki Təcili Tibbi yardım Xəstəxanasında internaturanı, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında aspiranturanı bitirmişdir. 1990–92-ci illərdə Sumqayıt 1 saylı şəhər poliklinikasında həkim-cərrah işləmişdir. 1995-ci ildə "Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 2005-ci ildə isə "Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildən ATU-nun onkologiya kafedrasında assistent, 2005-ci ildən dosent, 2009-cu ildə isə professor vəzifəsinə seçilmişdir. 2011-ci ildən ATU-nun I müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsində çalışır. 2000–2005-ci illərdə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləmişdir. Hazırda həm də ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının elmi işlər üzrə direktor müavini və Bakı Baş Səhiyyə İdarəsində Baş onkoloqudur. Professor A.Y.Qazıyevin cərrahi fəaliyyət sahəsinə — süd vəzisinin, dərinin, yumşaq toxumaların bəd və xoşxassəli şişlərində müxtəlif cərrahi əməliyyatlar aiddir.
Adil Qazıyev
Adil Qazıyev (tam adı: Adil Yusif oğlu Qazıyev; 24 mart (6 aprel) 1906, Naxçıvan – 31 dekabr 1972, Bakı) — Azərbaycan-sovet alimi, rəssamı, sənətşünası, redaktoru, tərcüməçi, Azərbaycan dekorativ tətbiqi və təsviri sənəti ilə əlaqədar olan kitab, eyni zamanda məqalələrin müəllifi, texniki elmlər namizədi (1938), elmlər doktoru (1958). 1932–1941-ci illərdə A. Qazıyev Moskva Dövlət Tekstil Universitetinin sənətşünaslıq fakültəsində, 1941–1945-ci illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1938-ci ildə Adil Qazıyev texniki elmlər namizədi elmi dərəcəsini, 1958-ci ildən isə sənətşünaslıq üzrə elmlər doktoru fəxri adını almışdır. A. Qazıyev 1928–1930-cu illərdə Azərbaycan Gənc Rəssamlar İttifaqının, 1930-cu ildən isə AzİTSİC – Azərbaycan İnqilabi Təsviri Sənət İşçiləri İttifaqının üzvü olmuşdur. Adil Qazıyev 31 dekabr 1972-ci ildə 66 yaşında vəfat etmişdir. == Həyatı == Adil Qazıyev 24 mart 1906-cı ildə Naxçıvanda Yusif Qazıyevin ailəsində dünyaya gəlmişdir. O, Naxçıvan teatrında rəssam Bəhruz Kəngərli ilə birgə oxumuşdur. Adil Qazıyev 1925-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini tamamlayıb, 1927–1931-ci illərdə Moskva Dövlət Tekstil Universitetində Sergey Gerasimov və Aleksandr Kuprinin sinfində ali təhsil almışdır. 1936-cı ildə Adil Qazıyev bu universitetin aspiranturasını bitirmiş, təhsilini tamamladıqdan sonra isə Azərbaycana qayıtmışdır. Alim Bakıda yaşayırdı.
Arif Qazıyev
Arif Qazıyev (rəssam) — Azərbaycanın xalq rəssamı (02.01.1937-03.09.2021) Arif Qazıyev (rejissor) — Azərbaycan televiziya rejissoru, Ssenari müəllifi.
Asim Qazıyev
Qazıyev Asim İsa oğlu — Ədəbi Yazarlar Birliyinin rəhbəri. == Həyatı == Asim Qazıyev 1926-cı il 10 may tarixində Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində oxuyub. 1945-50-ci illərdə Kiravabad Pedaqoji institutunun (Gəncə Pedaqoji universiteti) dil-ədəbiyyat fakültəsində təhsil alıb. Gəncəbasar Vilayət Ədəbi Yazarlar Birliyinə rəhbərlik edib. Müəllimlik arzusu onu doğma Samux rayonuna qaytarıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb. Asim Qazyev fəaliyyətini Bərdənin Leninabad (Samux) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb, sevilib.
Ceyhun Nazıyev
Nazıyev Ceyhun Yaşar oğlu – Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor, texnika elmləri doktoru. == Həyatı == Ceyhun Yaşar oğlu Nazıyev 1965-ci il martın 23-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur. 1987-ci ildə ADU-nun (indiki BDU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elmlər Akademiyasının "Dərin neft və qaz yataqlarının problemləri" institutuna göndərilmişdir. O, burada mühəndis, sonra kiçik elmi isşi vəzifəsində calışmışdır. 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinin fizika kafedrasında aspiranturaya daxil olmuşdur. O, namizədlik dissertasiyasını 1990-cı ildə BDU-nun ixtisaslasdırılmış elmi şurasında müvəffəqiyyətlə mudafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildə Ceyhun Nazıyev Azərbaycan Təhsil Nazirliyinin göndərişilə ADNA-nın fizika kafedrasına assistent təyin edilmişdir. 1994-cü ildə həmin kafedrada dosent secilmişdir. 1997-ci ildə doktorluq dissertasiyası mudafiə edib, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Fövqəladə vəziyyət
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. == Haqqında == Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Harun Tazıyev
Harun Tazıyev (11 may 1914[…], Varşava, Rusiya imperiyası – 2 fevral 1998, ‎IV arondisman, Paris, Fransa) — tatar əsilli fransız vulkan alimi və geoloq. Vulkan partlayışları və lava axıntıları haqqında çox sayda məşhur sənədli filmin və vulkanlar haqqında çox sayda kitabın yazıçısıdır. == Həyatı == O dövrdə Rusiya imperiyası sərhədləri daxilində yer alan Varşavada anadan olmuşdur. Atası tatar əsilli həkim, anası isə rus əsilli kimyaçı və politologiya üzrə doktor dərəcəsinə sahib şəxsdir. Haroun Tazıyevin anası Zenitta Klupta (1886-1984), Dvinskdə bir yəhudi həkim atası İllias Klupt və ortodoks xristian anadan, Dvinsk qalasının qubernatoru Sawa Philipoviçin qızı Sophie Arianoff von Arian, uşaqları Arianoff adını aldı. Zénitta Illiassovna Tazieva təbiət elmləri və kimya üzrə doktor idi və Sərbəst Brüssel Universitetini siyasi elmlər üzrə bitirmişdir. Brüsseldə gənc rus tələbələr Zénitta və Sabirlə görüşdü. 1906-cı ildə orada evləndilər. Onların ilk övladı Salvator vardı, yalnız iki ay yaşayırdılar. Məhz 1913-cü ildə Rusiyaya qayıtdılar.
Heydər Qazıyev
Heydər Qazıyev Əhməd oğlu (28 may 1909, Şahtaxtı, Naxçıvan qəzası – 3 mart 1988, Bakı) — baytar həkimi. Baytarlıq elmləri namizədi (1949). Azərb. Respublikası əməkdar baytar həkimi (1955). == Həyatı == Zaqafqaziya Zoobaytarlıq İn-tunu (İrəvan) bitirmişdir (1932). Nax. MSSR Xalq Torpaq Komissarlığında, Azərb. SSR Xalq Torpaq Komissarlığının baş baytarlıq idarəsində məsul vəzifələrdə çalışmışdır (1932–60). 1961–66 illərdə Nax. MSSR Nazirlər Soveti sədrinin birinci müavini-kənd təsərrüfatı naziri olmuşdur.
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Məmməd Qazıyev
Məmməd Yaqub oğlu Qazıyev (1921, Gəncə – təq. 2001) — həkim, tibb elmləri doktoru, RSFSR əməkdar həkimi, Azərbaycan SSR sosial təminat naziri (1974–1988). Məmməd Yaqub oğlu Qazıyev 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi burada bitirdikdən sonra Sovet Ordusunda xidmət etmiş, müharibə iştirakçısı olmuşdur. 1941-ci ildən təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş, burada komsomol komitəsinin katibi seçilmişdir. 1946-cı ildən isə Moskva Dövlət Tibb İnstitutunun aspirantura pilləsində davam etdirmişdir. Tibb elmləri doktoru elmi dərəcəsini almışdır. Moskvada olduğu dövrlərdə Məmməd Qazıyev SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Soveti Daimi Nümayəndəliyinin işçisi olmuşdur. 1949-cu ildən Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında (ÜİHİMŞ) bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildən Azərbaycan SSR sosial təminat naziri olmuşdur.
Rəhim Qazıyev
Rəhim Həsən oğlu Qazıyev (17 fevral 1943, Nuxa) — Azərbaycan Respublikasının Müdafiə naziri (1992–1993), Azərbaycan SSR Ali Sovetinin deputatı (1990–1993), 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından biri. Rəhim Qazıyev 17 fevral 1943-cü ildə Azərbaycan SSR-in Şəki şəhərində həkim ailəsində anadan olmuşdur. 1950-ci ildə Şəki şəhər 3 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 1960-cı ildə həmin məktəbi bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni riyaziyyat müəllimi ixtisası üzrə bitirib. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun Ali riyaziyyat kafedrasında əmək fəaliyyətinə başlayıb.[mənbə göstərin] 1975-ildə Politexnik İnstitunun bölünməsi ilə əlaqədar yeni yaranan Azərbaycan İnşaat İnstitutunun "Ali riyaziyyat" kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir. Pedaqoji fəaliyyətinnən ayrılmadan dissertant kimi MDU-nun Mexanika-riyaziyyat fakültəsinin "Qaz və dalğa dinamikası" kafedrasında akademik Xəlil Raxmatulinin rəhbərliyi altında "Deformasiyaya uğramayan bərk cisimlərin mexanikası" ixtisası üzrə elmi tədqiqatlar aparır. 1979-cu ildə akademik Raxmatulinin rəhbərliyi ilə apardığı elmi tədqiqatlar üzrə dissertasiya müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi alır.[mənbə göstərin] Ailəlidir. Sevinc, Aytən və Şəbnəm adlı qızları var. 1988-ci ildə Xalq Hərəkatına qoşulmuş, 1989-cu il iyulun 16-da AXC-nin yaranması ilə əlaqədar keçirilən konfransda AXC-nin ilk idarə heyətinin üzvü seçilmişdir.
Saleh Qazıyev
Saleh Mustafa oğlu Qazıyev (16 sentyabr 1893 – 17 iyul 1971) — Azərbaycan arxeoloqu, tarix elmləri namizədi. Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət–ül–Maarif" adlı məktəbdə oxumuşdur. 1928–1932-ci illərdə Bakı şəhərində pedaqoji institutda, 1935–1938-ci illərdə SSRI Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasinda oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür. S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr etmiş, 1916–1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925–1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928–1932-ci illərdə Bakı məktəblərində, 1932–1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik etmiş, direktor müavini və direktor olmuş, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1934–1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947–1952-ci illərdə direktoru, 1952–1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olmuşdur. S.Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasının (1946–1953-cü illər) başçılıq etmişdir. Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını və səciyyəsini vermişdir. O 40-dan çox elmi əsərin və məqalənin müəllifidir. Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biri olmuşdur.
Tofiq Qazıyev
Tofiq Qazıyev (Qazıyev Tofiq İsa oğlu 20 may 1920 – 04 yanvar 1999) — azərbaycanlı alim, bitki fizioloqu, biologiya elmləri doktoru, professor. Ulu Tanrı hər kəsə bir ömür yolu, bir tale qisməti pay verir. Bu ömrü layiqincə yaşamaq, tale qismətindən yetərincə bəhrələnmək və cəmiyyətdə özünə layiq mövqe, nüfüz qazanmaq isə təbii ki, hər bir insanın özündən asılıdır. Adı respublikamızın elmi-pedaqoji ictimayyətinə yaxşı tanış olan, öz zəngin daxili-mənəvi dünyası, möhkəm iradəsi və geniş dünyagörüşü isə onu tanıyanların qəlbinə özünə əbədi hörmət və məhəbbət qazandırmış biologiya elmləri doktoru, professor Tofiq İsa oğlu Qazıyev məhz şərəfli ömür yolu başqalarına, xüsusən də gənc nəslə layiqli nümunə olan görkəmli alim və pedaqoq idi. Tale yolu heç də həmişə rəvan və rahat olmur. Xüsusən də ötən əsrin 20–30-cu illərin siyasi hadisələri və repressiyaları, hətta ən mətin insanları belə əzməyə, siyasi burulğanların dibinə çökdürməyə qadir idi. Həmin dövrdə öz yüksək ləyaqətini saxlamaq və xalqına şərəflə xidmət göstərmək böyük hünər idi. Uşaqlıq və gənclik illəri məhz həmin keşməkeşli və fırtınalı dövrə təsadüf edən görkəmli alim Tofiq Qazıyevin keçdiyi şərəfli tale yolu bu baxımdan da böyük ləyaqət nümunəsi sayıla bilər. 1920-ci il may ayının 20-də Samux rayonunda tanınmış ziyalı ailəsində anadan olan Tofiq Qazıyevin həmin illərdə başı az bəlalar çəkmiyib. Şübhəli Qazıyev soyadı, atasının savadlı olması, üstəlik bəy nəslindən olan Mina xanım Zülqədərova ilə ailə həyatı qurması bu ailəni çətin sınaqlar qarşısında qoyub, lakin o sınmayıb, əmək fəaliyyətinə müəllim kimi başlayıb, öz məqsədinə doğru qətiyyətlə irəliləyib.
Vəziyyət tənliyi
Vəziyyət tənliyi - termodinamikanın makroskopik sistemlərini (temperatur, təzyiq, həcm, kimyəvi potensial və s.) bir-biri ilə əlaqələndirən tənlikdir. f ( P , V , T ) = 0. {\displaystyle f(P,\;V,\;T)=0.} U = U ( T , V ) , {\displaystyle U=U(T,V),} U = U ( T , P ) , {\displaystyle U=U(T,P),} U = U ( V , P ) . {\displaystyle U=U(V,P).} U = U ( S , V ) {\displaystyle U=U(S,\;V)} (daxili enerji üçün kanonik vəziyyət tənliyidir), H = H ( S , P ) {\displaystyle H=H(S,\;P)} (entalpiya üçün kanonik vəziyyət tənliyidir), F = F ( T , V ) {\displaystyle F=F(T,\;V)} (Helmhots enerjisi üçün kanonik vəziyyət tənliyidir), G = G ( T , P ) {\displaystyle G=G(T,\;P)} (Qibbs potensialı üçün kanonik vəziyyət tənliyidir). Perrot, Pierre (1998). A to Z of Thermodynamics. Oxford University Press. ISBN 0-19-856552-6. Van der Waals, J. D. (1873). On the Continuity of the Gaseous and Liquid States (doctoral dissertation).
Yaşar Nazıyev
Nazıyev Yaşar Mövlud oğlu – professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi. Yaşar Nazıyev 1933-cü il may ayının 2-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlı orta məktəbində, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır. 1949-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində oxumuş, ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət mühəndis və Saraçlıda müəllim işləmişdir. Sonra Azərbaycan EA Energetika İnstitutunun aspiranturasına daxil olmuş, elmi işini Moskva Dövlət Azot Sənayesi və Üzvi birləşmələr İnstitutunda yerinə yetirmişdir. 1962-ci ildə Moskva Energetika İnstitutunda məşhur rus alimi professor İ.F.Qolubevin rəhbərliyi altında "Müxtəlif temperaturlarda və yüksək təzyiqlərdə doymuş karbohidrogenlərin istilikkeçirməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Y.Nazıyev 1961-ci ildə professor İ.F.Qolubevlə birlikdə dünyada ilk dəfə olaraq böhran sahəsində maddələrin istilikkeçirməsinin ekstremal dəyişməsini müşahidə edərək bunu əsaslandırmışdır. Həmin ildə bu fenomeni amerika alimi Quldner və hollandiyalı alim Micels də bir-birindən xəbərsiz olaraq görmüşlər. O da maraqlıdır ki, hər üç ölkənin alimləri öz işlərini də bir-birindən xəbərsiz eyni vaxtda dərc etdirmişlər. 1971-ci ildə Moskvada "Yüksək təzyiqlərdə karbohidrogenlərin istilikkeçirməsinin tədqiqi və onun ölçülməsinin bəzi xüsusiyyətləri" mövzusunda doktorluq işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
Yusif Qazıyev
Yusif Qazıyev (aktyor)
Şamil Qazıyev
Şamil bəy Həsən oğlu Qazıyev (30 mart 1908, İrəvan – 13 iyul 1980, Bakı) — rəssam, əməkdar incəsənət xadimi. Şamil Həsən oğlu Qazıyev 1908-ci ildə İrəvanda anadan olmuşdur. O, 12 yaşına kimi İrəvan şəhərində yaşamışdır. Həmin dövrdə xalqımız çətin günlər yaşayırdı. Daşnaklar 1917–1920-ci illərdə İrəvanda və ona yaxın bir çox Azərbaycan şəhərlərində müsəlmanlara qarşı törətdikləri soyqırımlarr zamanı yüzlərlə ailə Azərbaycanın digər bölgələrinə Naxçıvan, Gəncə və Qarabağa köçmüşdü. Belə ailələrdən biri də Şamilin ailəsi idi. Atası Həsən bəy 1920-ci ildə evini, yaşadığı elini arxada buraxıb Naxçıvana pənah gətirir. Hələ uşaqikən Şamil Qazıyevin rəsm çəkməyə böyük marağı olub. Əvvəllər Naxçıvan Pedaqoji Texnikumunda oxusa da, təsviri incəsənətə olan marağı pedaqoji təhsilini davam etdirməyə mane olub. Uşaqlıqdan qəlbinə hakim kəsilmiş rəng və fırça ilə işləmək arzusu onu Bakıya Rəssamlıq Məktəbinə gətirib.
Hərbi vəziyyət
Hərbi vəziyyət — dövlətə və ya onun bir hissəsində, bir qayda olaraq, müharibə dövründə dövlətə qarşı təcavüz və ya bilavasitə təcavüz təhlükəsi yarandıqda ali dövlət hakimiyyəti orqanının qərarı ilə müəyyən edilən xüsusi hüquqi rejim. == Nümunələr == İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan hərbi vəziyyət elan etmişdir. Türkiyədə müxtəlif hərbi vəziyyət dövrləri fərqli xüsusiyyətlər göstərsə də, onların da bir çox ortaq nöqtələri var. Bunlardan ən əsası hərbi vəziyyət komandanlıqlarının hərbi vəziyyətin elan edilməsinin səbəbləri ilə tamamilə əlaqəsi olmayan ərazilərdə qoyduqları qadağalardır. Məsələn, yığıncaq qadağası bütün hərbi vəziyyət idarələri tərəfindən qəbul edilmişdir. Həmçinin, bu yığıncaqlar sadəcə siyasi olanlarla məhdudlaşmırdı. Bura idman tədbirləri, toylar, kooperativ yığıncaqları və hətta ibtidai sinif tamaşaları da daxil edilirdi. Yol hərəkəti sahəsində qaydaların gətirilməsi də bu ortaq məqamlar arasındadır. Siqnal vermək, sürət həddini aşmaq, yanlış yerdə saxlamaq, tutumundan artıq sərnişin götürmək, piyada səkisini tutmaq və hətta növbə ilə avtobusa minməmək hərbi vəziyyət cinayətləri sırasına aid edilirdi. 24 fevral 2022-ci ildə prezident Vladimir Zelenski Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hərbi vəziyyət elan etmişdir.
Raziyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyə Sultan
Raziyə Sultan (Osmanlı türkcəsi: راضیہ سلطان‎) (d. 1525 - ö. 1556 - Osmanlı padşahı I. Süleymanın qızıdır.) Osmanlı arxivlərində "Tasasız Raziye", yəni "Qayğısız Raziyə" olaraq tanınır. Buna səbəb isə həyatı boyunca dərviş həyatı yaşaması və sarayla əlaqəsini kəsməsidir. Həyatının bütöv bir hissəsini atasının süd qardaşı olan Yəhya Əfəndinin dərgahında keçirmişdir. 1556-cı ildə vərəm xəstəliyindən 31 yaşında vəfat etmişdir. Qəbri atası I. Süleymanın süd qardaşı Yəhya Əfəndinin Türbəsində yerləşir.
Raziyə xatun
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Raziyə Şabani
Raziyə Qulami Şabani (21 aprel 1925, Təbriz — 28 yanvar 2013,Köln Almaniya) — Azərbaycanlı siyasətçi və aktivist. Azərbaycan Demokrat Firqəsi və İran Tudə Partiyasının üzvlərindən olan Raziyə Şabani İran tarixində ilk qadın siyasi məhbus sayılır. Raziyə Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində anadan olub. Gələcək həyat yoldaşı Tudə Partiyasının fəalı Rza İbrahimzadə ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlayır. Sonradan o özü də Tudə Partiyasının üzvü olur. Öz yazdıqlarına görə, o Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayırdı və Azərbaycan xalqının qiyamına şahid olunca, onlara qatılmışdı. Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olur. O günlərdə, 20 yaşında gənc bir qız olan Raziyə xanım əyninə hərbi forma geyərək belində Kolt tapançası gəzdirirdi. Azərbaycan Milli Hökumətinin süqutundan iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilir. Həbs olunduğu zaman hamilə olur.