Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
German Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Herman Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Qustav Veyl
Qustav Veyl (alm. Gustav Weil‎; 25 aprel 1808, Zaltsburq — 29 avqust 1889, Frayburq) — yəhudi əsilli alman şərqşünası. Qustav Veyl 25 aprel 1808-ci ildə Almaniyanın Beden əyalətinə bağlı Zaltsburq şəhərində doğulmuşdu. Yəhudi əsilli bir ailənin övladıdər. Kiçik yaşlarında ailəsi tərəfindən din adamı olması üçün yönləndirildi; İbranicə, Fransızca və Latınca dərslər aldı. On iki yaşında ikən bu gün Fransa sərhəd-sınırları içərisində olan Metz şəhərinə gedərək xaxam olan babasından Talmud öyrəndi. 1828-ci ildə Heydelberq Universitetinə qeyd oldu. 1830-cu ildə təhsilinə davam etmək üçün Parisə getdi. Burada Silvestre de Sacy, E. Quatremère və A. Perron kimi müəllimlərdən Ərəbcə və Aysorca öyrəndi. Fransızların Əlcəzayiri işğal etməsinə görə təhsilinə ara verib, "Augsburger Allgemeine Zeitung" qəzetinin müxbiri sifətiylə Əlcəzayirə getdi.
Veyl adası
Veyl adası (ing. Whale Island, rus. остров Кита) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasında şimalda yerləşən ada. Kadyak arxipelaqına daxildir. Kadyak adasının şimal hissəsi ilə Afoqnak adasının cənub hissəsi arasında yerləşir. Kadyak adasından statistik cəhətdən təcrid olunmuş ərazi ilə Veyl boğazı, Afoqnakdan isə Afoqnak boğazı ilə ayrılır. Veyl adasının qərbində Malinovı adası, şərqində isə Sprus adası yerləşir. Veyl adası 39.235 kvadrat kilometr (15.149 kvadrat mil) ərazini əhatə edir və yaşayışı yoxdur. Mixail Muraşev adlı rus gəmi leytenantı 1839 və ya 1840-cı illərdə adaya “Qovoruşeçi” və ya “Kitovı” adını vermiş, bu adla Rusiya Hidroqrafiya İdarəsinin 1849-cu ildə buraxılmış 1425 nömrəli xəritəsində qeyd edilmişdir.
Veyl Kornell Tibb Kolleci (Qətər)
Veyl Kornel Tibb Kolleci (ing. Weill Cornell Medical College in Qatar – WCMC-Q) — Kornel Universitetinin Qətərdəki təhsil şəhərciyində. Kollec 2004-cü ilin sentyabrında açılmışdır. Qətər dövləti ilə Kornel Universitetinin birgə layihəsi olan bu kollec ABŞ hüdudlarından kənarda açılmış ABŞ-yə bağlı olan ilk tibb məktəbidir. Bu layihə Qətərdə akademik proqramların və tibbi xidmətlərin yüksəldilməsi üçün həyata keçirilir. Kollec Qətər dövləti tərəfindən maliyyələşir və Qətər Fondu məktəbin tikintisinə 750 milyon dollar vəsait ayırmışdır. Kollec memar Arat İsodzaki tərəfindən inşa edilən ikimərtəbəli böyük binada yerləşir. 2004-cü ildən Qətər Fondu Veyl Tibb Kollecinin yerləşdiyi ərazidə xəstəxana tikintisinə başlamışdır.
Meyl
Meyl (astronomiya)
Verl
Verl (alm. Werl‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Arnsberg inzibati dairəsində şəhər. Sahəsi 76.24 km2, əhalisi 31861 nəfərdir (2009).
Veys
Veys (Xuzistan) — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. Veys Morid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. ‎Azad Veys-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Veyz
𐕛 (səslənməsi /v/, transkripsiyası V, v) — Alban əlifbasının 44-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Վէզ (Vēz) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki V səsi ilə eyniləşdirirlər. Bu hərfə alban dilindəki orijinal sözlərdə adətən ilk hərf kimi rast gəlinsə də, ortada və sonda çox nadir hallarda görmək mümkündür.
Vel
Vel — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. 2009-cu ildə Azərbaycanda keçirilən əhali siyahıyaalmasına əsasən kəndin əhalisi 724 nəfərdir.
Fort Veyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Kristian Beyl
Kristian Çarlz Filip Beyl (ing.Christian Charles Philip Bale; 30 yanvar 1974[…]) — ingiltərəli aktyor. == Həyatı == Kristian Beyl 30 yanvar 1974-cü ildə Uelsin Heyverfordvest şəhərciyində, sənətçi ailəsində anadan olub. Anası balerina, hər iki babası isə aktyor olub. == Karyerası == 10 yaşında birinci dəfə səhnəyə çıxan Kris ilk olaraq məşhur ingilis komiki Rouen Sebastyan Etkinsonun diqqətini çəkib və onu "Ağıldan kəm" pyesinə götürüb. Tezliklə balaca Krisi yerli televiziyaya çağıraraq "Anastasiya: Annanın sirri" filminə çəkirlər. Onun böyük kinematoqrafdakı debütü 1987-ci ildə baş tutub. Kris Astrid Lindqrenin "Mio, mənim Miom" uşaq nağılının ekranlaşdırılmış versiyasına dəvət alıb. Bu filmdə o, baş qəhrəman Mionun dostu Yum-Yum obrazını canlandırıb. Amma 13 yaşlı Kris Beyli dünya miqyasına çıxaran kino elə həmin il çəkilmiş Stiven Spilberqin "Günəş imperiyası" filmi oldu. Bu filmdəki roluna görə Kristian Beyl ABŞ Kinotənqidçiləri Milli Şurasının təqdim etdiyi "Görkəmli gənc aktyor" mükafatına layiq görülüb.
Leyl Surəsi
92-ci surə
Meyl (1988)
Mənasız müharibə illərində Livanda yeni həyat tərzi yaranmışdır: nə kapitalist, nə sosialist sisteminə oxşamır. Bu, hərbi həyat tərzidir. Belə bir vaxtda ölümə, qarmaqarışıqlığa meyl nəticəsində livanlıların bütöv bir nəsli müharibə ab-havasında doğulmuş və böyümüşdür. Bu nəsil başqa həyatı təsəvvür etmir. Hər bir bayramda və ya ailə şənliyində xalq çalğı alətlərinin səslərinə avtomat atəşinin səsləri də adi bir şey kimi qarışır. Filmdə hərbi həyat tərzində yaşamağa məhkum olmuş livanlılardan bəhs edilir. 1) 1988-ci ildə Moskvada keçirilən "Proloq-88" tələbə kinofestivalı Film Baş Mükafata və tamaşaçı rəğbəti Prizinə layiq görülmüşdür. Quruluşçu rejissor: Samir Xabşı Ssenari müəllifi: Samir Xabşı Quruluşçu operator: Qriqori Bulkot Quruluşçu rəssam: Rafiq Nəsirov Fəxrəddin Manafov Liya Seyidova Sabir Sultanov Nuriyyə Əhmədova Larisa Xələfova Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002.
Meyl (astronomiya)
Meyl (δ) — astronomiyada ekvatorial koordinat sisteminin iki koordinatından biri.
Neyl Adams
Neil Adams (d. 27 sentyabr, 1958) — İngilis cüdoçu. Cüdo üzrə çoxsaylı Olimpiya və Dünya Çempionatı medallarını qazanmışdır.
Neyl Armstronq
Nil Armstronq (5 avqust 1930[…] – 25 avqust 2012[…], Sinsinnati, Ohayo) – ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti. Nil Armstronq 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunmuşdur. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur. Uçuş 10 saat 40 dəqiqə davam etmişdir. Armstronq 16–24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdur. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə enmişlər Armstronq Ay səthinə iyulun 21-də Qrinviç vaxtı ilə saat 2,56 dəq. 20 san. ayaq basmış, 2 saat 31 dəq. 40 san. orada olmuşdur.
Neyl Sloan
16 oktyabr 1939-cu ildə amerika əsilli ingilis riyaziyyatçı Neyl Ceyms Aleksandr Sloan (Neil James Alexander Sloane) anadan olmuşdur. Onlayn tamqiymətli ardıcıllıqlar ensiklopediyasının müəllifi kimi tanınan Sloan alpinizmlə məşğul olur. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Pyer Beyl
Pyer Beyl (fr. Pierre Bayle; 18 noyabr 1647[…] – 28 dekabr 1706[…], Rotterdam, Cənubi Hollandiya[…]) — fransız mütəfikkiri, yazıçısı. XVII əsrin sonlarında maarifçiliyin hazırlanması baxımından ən maraqlı şəxsiyyətlərdən biri Sedan akademiyasının professoru Pyer Beyldir /1647–1706/. Nant ediktinin ləğvindən sonra Hollandiyaya köçən Beyl burada Rotterdam ali məktəbində müəllim işləyir. O, dövrünün ən bilikli və müdrik simalarından idi. Özü protestant idi. Katolikliyə, sonralar isə bütün dinlərə tənqidi münasibət bəsləmişdir. "Böyük Lüdovikin dövründə Fransada katoliklik nədən ibarətdir?" adlı əsərində qəddar kilsə irticasına qarşı çıxaraq yazırdı: "Bu zorakılıqların müqabilində xristianlıq haqqında nə düşünmək olar? belə nəticə çıxarmaq lazım gəlmirmi ki, bu, ən qana həris bir dindir, vicdan azadlığını büsbütün sıxışdırmaq üçün hətta yalan və aldatmadan, dönüklükdən, cəlladlardan və inkvizisiyadan, draqonadlardan qorxmur." Volterin, Didronun ayrı-ayrı fikir və mülahizələrini xatırladan bu sözlər Beylin başqa əsərlərində də vardır. Məhz buna görə də onu təqib edirlər, vəzifəsi əlindən çıxır.
Qaret Beyl
Qaret Beyl (16 iyul 1989[…], Kardiff) — sağ cinah mövqeyində oynamış keçmiş Uels milli futbolçusu. 9 yanvar 2023-cü ildə peşəkar futbol karyerasını başa vurub. Kardiff şəhərində doğulub böyüməsinə baxmayaraq, Qaret Beyl'in peşəkar karyerası İngiltərə championatı komandalarından Sauthempton komandası ilə başlamışdır. Yalnız iki mövsüm Southampton'da oynadıqdan sonra 2007-ci ildə Premier Liqa komandalarından Tottenhem Hotspur'a transfer olmuşdur. Beyl sürətli, güclü və atletik futbolçu kimi tanınır.Bundan sonra isə o Real Madrid klubuna transfer olmuşdur.Transfer qiymətinə görə dünyanın ən bahalı futbolçusu ünvanını qazanmışdır.Beyl hal-hazırda bu klubda 11 nömrəli forma altında karyerasını davam etdirir.Bu klubda artıq o, 100-cü matçına çıxdı . Beyl peşəkar futbol karyerasına Uelsli olsa da, karyerasına İngiltərədə başlayıb. Beyl 2006-cı ildə İngiltərənin Sauthempton klubunda karyyerasında başlayıb . Burada cəmi bir mövsüm ərzində oynayan beyil 40 oyunda meydana çıxdı və rəqib qapılarına 40 oyunda 5 qol vura bilib. Beyl cəmi bir mövsüm sonra İngiltərənin digər klubu Tottenham Hotspur Beyli transfer edir . Bu klubda 6 il çıxış edir .
Reyl adacığı
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Rozali Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Veyd-Caylz
Wade-Giles (Sadələşdirilmiş Çincə: 威妥玛拼音 və ya 韦氏拼音; Ənənəvi Çincə: 威妥瑪拼音; pinyin: wēituǒmǎ pīnyīn) Pekində istifadə olunan Mandarin formasına əsaslanan Çin romanizasiya sistemidir. XIX əsrin ortalarında Thomas Wade tərəfindən yaradılmış bir sistem əsasında inkişaf etdirilmiş və Herbert Giles tərəfindən 1892-ci ildə çıxarılmış Çincə-ingiliscə lüğəti ilə tamamlanmışdır. Wade-Giles, 20-ci əsrin çox hissəsində İngilis dilində danışan ölkələrdə Çin dilinin əsas transliterasiya sistemi idi və Çin haqqında 1979-cu ildən əvvəl nəşr olunan bir çox istinad kitablarında istifadə edilmişdir. XIX əsrdə məşhur olan Nanjing əsaslı romanizasiya sistemlərini böyük ölçüdə əvəz etmişdir. Bu gün, əsasən pinyin sistemi bu sistemi əvəz etmişdir, lakin hələ də Çin Respublikasında (Tayvan) istifadə olunur.
Çarlz Veyn
Çarlz Veyn (ing. Charles Vane; təq. 1680, İngiltərə – 29 mart 1721, Port-Royal[d]) — XVIII əsrin birinci rübündə Şimali Amerika sularında ticarətlə məşğul olmuş ingilis pirat. Çarlz Veyn Karib dənizi və Atlantik okeanı sularında reydlər sayəsində geniş şöhrət qazanmışdır. O, bütün quldurlar arasında ən qəddar və ən ürəksiz pirat kimi bütün ərazidə məşhurlaşmışdır. Çarlz Veyn asılaraq edam cəzasına məhkum edilmişdir.
Deyl Yorgenson
Deyl Ueldo Yorgenson (ing. Dale Weldeau Jorgenson; МФА [deɪl ˈweldəu ˈʤɔrgəns(ə)n]; 7 may 1933 – 8 iyun 2022, Kembric, Massaçusets) — amerikalı iqtisadçı. Fəlsəfə doktoru (1959), Harvard universitetinin professoru. ABŞ Milli Elmlər Akademiyasının (1978) və Amerika Fəlsəfə Cəmiyyətinin (1998) üzvü. == Əsas əsərləri == Müharibədən sonrakı ABŞ İqtisadi İnkişafı, (Postwar U.S. Economic Growth, 1995); Ekonometrik ümumi tarazlığın modelləşdirilməsi, (Econometric General Equilibrium Modeling, 1998).
Veyn Dayer
Veyn Dayer (10 may 1940, Detroyt, Miçiqan – 29 avqust 2015, Maui adası, Havay) — amerikalı Özünə-yardım (self-help) müdafiəçisi, professor və yazıçıdır. Veyn Dayer, 1987-ci ildə ABŞ-nin ən yaxşı natiqi kimi tanınmışdır.
Vəl
Vəl — Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış universal döyüm aləti. Vəl ağır və möhkəm oduncaqlı ağacdan, əsasən, palıddan düzəldilirdi. Yerli iqlim şəraitindən, taxıl növünün bəlimindən və qoşqu qüvvəsindən asılı olaraq, vəlin tay və qoşa olmaqla, quruluşca iki növünə təsadüf olunurdu. Vəl taylarının uzunluğu təxminən 1,5–1,7 m-ə qədər, eni 60–70 sm, qalınlığı isə 7–8 sm olurdu. Döyüm prosesini sürətləndirmək və məhsuldar etmək üçün vəlin işlək alt hissəsində açılmış gəzlərə xırda daş parçaları pərçimlənirdi. Bəzən bu daşları xırda metal parçaları ilə də əvəz edirdilər. Bu isə döyüm prosesini xeyli tezləşdirməyə imkan verirdi. Vəlin qabaq hissəsi bir qədər yuxarıya doğru qatlanmış vəziyyətdə düzəldilirdi. Bunun sayəsində vəlin xırmanda hərəkəti nizama salınır və küləşin topalanıb bir yerə yığılmasının qarşısı alınırdı. Vəlin qabaq hissəsində "vəlbənd" adlanan düzbucaqlı formalı xüsusi çıxıntı düzəldilirdi.