Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Violin
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Typhlodromips violini
Volin qırğını
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa qırğınları (Pol: Rzeź wołyńska, Ukr: Volins'ka tragedіya) - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir. Tarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi XVI-XVIII əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə əsaslanır. Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial ədalətsizlik, kəndli üsyanları və bu üsyanlara qarşı repressiya siyasəti iki xalqın düşmənçiliyinin kifayət qədər qədim olduğunu göstərirdi. Aydın idi ki, ukraynalılara müstəqil dövlət qurmağa ilk növbədə polyaklar mane olurlar. Polşanın milli siyasətində muxtariyyət, hüquq və azadlıqların tanınması, torpaq islahatı kimi məsələlərdə müsbət irəliləyişlərə işarə edilməmişdir. Polşa hakimiyyəti altında olan torpaqlarda milli azlıqların etnik qruplarının ictimai həyatda fəal mövqe tutmasına mane olan millətçi münasibət idi.
Volin (şəhər)
Volin Polşanın şimal - qərbində, Qərbi Pomeraniya tarixi bölgəsinin Baltik sahillərində Volin Adasının cənubunda yerləşən bir şəhərdir. Əhalisi 4842 nəfərdən (2018-ci ilə) ibarətdir. Ərazisi 14,41 km² əhatə edir. Şəhərin yaranma tarixi VIII - ci əsrdə Qərbi slavyanların Volin adasında məskunlaşması ilə yaranmışdır. 9-cu əsrdə Bavariya coğrafiyaçısı tərəfindən qeyd edilmişdir. Arxeoloji qazıntılara əsasən, IX əsrdə Volinin sahəsinin 50 hektar olduğunu iddia edirdilər. Şəhərdə kəhrəba böyük miqdarda emal olunurdu.
Volin şəhər
Volin Polşanın şimal - qərbində, Qərbi Pomeraniya tarixi bölgəsinin Baltik sahillərində Volin Adasının cənubunda yerləşən bir şəhərdir. Əhalisi 4842 nəfərdən (2018-ci ilə) ibarətdir. Ərazisi 14,41 km² əhatə edir. Şəhərin yaranma tarixi VIII - ci əsrdə Qərbi slavyanların Volin adasında məskunlaşması ilə yaranmışdır. 9-cu əsrdə Bavariya coğrafiyaçısı tərəfindən qeyd edilmişdir. Arxeoloji qazıntılara əsasən, IX əsrdə Volinin sahəsinin 50 hektar olduğunu iddia edirdilər. Şəhərdə kəhrəba böyük miqdarda emal olunurdu.
Volın vilayəti
Volın vilayəti (ukr. Волинська область) — Ukraynanın şərq qərbində yerləşən vilayət.
Volın filarmoniyası
Volın filarmoniyası (ukr. Волинська обласна філармонія ) — Lutsk dövlət konsert təşkilatı, Volya prospekti, 46-da yerləşir. 1939-cu ildə yaradılmış Volın Mahnı və Rəqs Ansamblı Filarmoniyada yaradılmışdır. 1941-ci ildə Alman-Sovet müharibəsinin başlaması ilə qrup SSRİ-nin dərinliklərinə təxliyə edildi, burada konsert fəaliyyəti əsasən hərbi xəstəxanalarda cəmləşdi. 1945-ci ildə ansambl Volına qayıtdı və 1969-cu ildə dağılana qədər mövcud oldu. Filarmoniyanın konsert həyatı yaradıcı kollektivlərin, ayrı-ayrı ifaçıların qastrol səfərləri və Filarmoniyanın ədəbi-musiqili lektoriyaları sayəsində mövcud olmuşdur, onların tematik proqramları rayonun şəhər və kəndlərinin əhalisinin müxtəlif təbəqələrinin bədii zövqünün maarifləndirilməsinə xidmət etmişdir. Filarmoniya 1960-cı illərdə tikilib. Əvvəlcə avtovağzal yerləşirdi. Volın filarmoniyası 9 yaradıcı qrupdan ibarətdir, o cümlədən: Dövlət Akademik Volın xalq xoru "Kantabile" kamera orkestri "Akord" vokal kvarteti "Svityaz" ansamblının solisti-vokalisti, Ukraynanın xalq artisti, Taras Şevçenko adına Milli Mükafat laureatı Vasili Zinkeviç 4 ədəbi-musiqi mühazirəsi, o cümlədən Ukraynanın Xalq Artisti Vasili Çepelyuk və Ukraynanın Əməkdar Artisti Mixail Lazuka. Hər il Filarmoniyada "Stravinski və Ukrayna" festivalı keçirilir.
Volın Lutsk FK
Volın Lutsk FK (ukr. ФК "Волинь" Луцьк) — Ukrayna Premyer Liqasında mübarizə aparan peşəkar Ukrayna futbol klubudur. Klub 1960-cı ildə Avanqard adı altında Lutsk şəhərində yaradılmışdır. Sovet Avanqard İdman Klubu dağılandan sonra klub yarışlara və turnirlərə Volın adı ilə qatılmağa başladı. Hüquqi yarandığı gündən klub Sovet Peşəkar Liqasının üçüncü diviziyasında mübarizə aparmağa başladı. 1968-ci ildə klub Lutsk Maşınqayırma Zavodunun (indi LuAZ) sponsorluğu ilə adını Torpedo olaraq dəyişdi. Lakin 1971-ci ildə klub müflisləşdi. Şəhər Lutska köçən Prikarpatye Hərbi dairəsinin SKA Lvov klubunu təmsil etməyə başladı. 1977-ci ildə klub yenidən Torpedo adı ilə fəaliyyətə başladı və Sovet Liqasının üçüncü diviziyasında mübarizə apardı. Burada iştirakını Sovet rejimi süqut edənəcən davam etdirdi.
Qaliç-Volın knyazlığı
Qaliç-Volın knyazlığı (q.rus Князьство Галичьскоє и Волыньскоє, q.slav. Кънѧжьство Галичьскоє и Волыньскоє, lat. Regnum Galiciæ et Lodomeriæ, pol. Księstwo Halickie i Wołyńskie) — Şərqi Avropada 1199-cu ildən 1349-cu ilə qədər mövcud olmuş orta əsr dövləti. Onun ərazisi əsasən indiki Ukraynanı əhatə edirdi, lakin bəzi hissələri müasir Belarus, Polşa, Moldova və Litvanın ərazilərinə də uyğun gəlir. Bu, Kiyev Rus dövlətinin süqutundan sonra ortaya çıxan ən mühüm dövlətlərdən biri olmuşdur. Əhalisi əsasən qədim rus dilində danışan pravoslavlardan ibarət idi. Roman Mstislaviç XIII əsrin əvvəllərində Qaliç və Volın knyazlıqlarını birləşdirmişdi. Monqolların Rusa hücumu (1239–1241) nəticəsində yaranan dağıntıdan sonra knyaz Daniil və Rusiyanın digər knyazları 1246-cı ildə Qızıl Ordanın hökmdarı Batı xana sədaqət andı içmişdilər. 1349-cu ildə tamamilə katolik Polşaya birləşdirilmişdir.
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Riolit
Riolit — yüksək silikat midarına sahib turş tərkibli maqmatik süxur. Qranitlərin effuziv analoqudur. Termini 1860-cı ildə alman geoloqu Baron von Rixtofen (Birinci Dünya Müharibəsi aviatorunun babası, Qırmızı Baron kimi tanınır) işlətmişdir. Yunan dilində "rhyo", "rhyax" sözündən götürülüb və lavanın axını mənası verir. Riolit əsasən kvars, plagioklaz və sanidin, az miqdarda hornblend və biotitdən ibarət olur. Matriksdə şüşə materiallarının olması riolitə məsaməlilik verir. Həmin şüşə materialları müxtəlif kristallar və opaldan ibarət olur. Afir və porfir quruluşlu olur. Püruzləri plagioklazdan (adətən oliqoklaz, bəzən albit), kalium-natriumlu çöl şpatından (sanidin, ortoklaz), rəngli minerallardan-biotit və piroksendən (adətən avgit), qonuru hornblenddən, vulkan şüşəsindən ibarətdir. Əsas kütləsi şüşəli və ya mikrofelzitli, az hallarda sferolitli, çox vaxt flüidal olur.
Vigolina
Qalinsoqa (lat. Galinsoga) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Adventina Raf. Galinsogaea Himpel Galinsogea Willd. Galinsoja Roth Gallinsoga St.Hil. Stematella Wedd. ex Sch.Bip. Stemmatella Wedd. ex Benth. & Hook.f.
Villix
Villix (alm. Willich‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Düsseldorf inzibati dairəsində şəhər. Sahəsi 67.77 km2, əhalisi 51970 nəfərdir (2009).
Xinolin
Xinolin(piridinbenzol)- heterotsikl sinfinə aid olan üzvi birləşmədir. Formulu C9H7N Sənayedə xinolin daş kömür qatranından alınır. Laboratoriyada xinolin aşağıdakı metodlarla alınır: Xinolinin 2,4 vəziyyətdə törəmələri turş mühitdə anilinin və β- diketonların kondensləşməsindən sintez edilir: Bu reaksiya “Konba metodu ilə xinolin sintezi” adlanır. Debner-Miller metodu- anilindən və α, β-doymamış aldehidlərdən alınır: Skrayp metodu- Qliserin və anilinin kükürd iştirakında kondensləşməsindən alınır: Havada və işıqda tündləşən rəngsiz və ya sarımtıl , yağlı hidroskopik mayedir. Piridin iyinə malikdir. Spirtdə, suda və diger həlledicilərdə həll olur. Xinolin zəif əsasi xassə göstərir, üzvi və qeyri üzvi turşularla duz əmələ gətirir: C9H7N х HgCl2 1,2 dihidroxinolin benzolun nitro birləşməsi ilə oksidləşir və yenidən xinolin əmələ gəlir: Xinolin törəmələrini aşağıda göstərilən reaksiyalarla almaq olar: Anilin+ krotonik aldehid → 2 –metilxinolin(xinaldin) 3-nitro-4-aminobenzol + qliserin → 6-metoksi-8-nitroxinolin Üzvi boyaların sintezində xinolindən istifadə edilir. Eləcə də xinolin kükürd, fosfor üçün yaxşı həlledici hesab edilir. Xinolin törəmələrindən tibbdə dərman vasitəsi kimi istifadə edilir. Analitik kimyada 8-oksixinolindən reaktiv kimi istifadə edilir.
İvelin
İvelin (fr. Yvelines) — Fransanın şimali mərkəzində yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 76 .İnzibati mərkəzi — Versal. Əhalisi — 1 435 448 nəfər (departamentlər arasında 9-cu yer, 2010-cu ilin məlumatları). Sahəsi — 2284 km². Departamentin ərazisində Sena çayı axır. Departamentə 4 rayon, 39 kanton və 262 kommun daxildir. İvelin — 1968-ci ildə Sena və Uaza ləğv edilmiş departamentlərin ərazisində yaradılmışdır.
Şaolin
Şaolin (Çincə: 少林寺, pinyin: Shàolínsì) - Sunşan dağında yerləşən, mərkəzi Çin Büdpərəst məbədidir. Şaolin məbədi 464-cü ildə Çinə səyahət edən ilk hind rahiblərindən biri olan Bodhidharmanın fəaliyyəti sayəsində, 495-ci ildə Sunşan dağı ətrafında tikilmişdir. 1928-ci ildə Şi Yuan (ing. Shi Yousan) adlı ordu başçısının əmri ilə Şaolin məbədi yandırılmışdır. Bu vaxtda artıq məbəddə döyüş sənətləri ilə məşğul olan ustalar olmur. Bir müddət sonra Tszi Tsinin oğluna bura yenidən qayıtmaq və rahiblərə döyüş sənətlərini öyrətmək təklif olunur. Müasir Şaolin ustaları məhz ondan döyüş sənətinin sirlərini öyrənmişlər. Şaolin Kunq-fu döyüş növü bu məbəddə yaranmışdır.
Aiolon
Anemonoides (lat. Anemonoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Aiolon Lunell Nemorosa Ruppius ex Nieuwl. === Heterotipik sinonimləri === Anemonanthea Gray Arsenjevia Starod. Oriba Adans. Tamuria Starod.
Viola
Bənövşə (lat. Viola) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 681 bioloji növü məlumdur. Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır. Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb.
Aioli
Aioli sarımsaqlı evdə hazırlanan mayonezdir. Soyuq və ya isti qaynadılmış balıq, soyuq ət yeməkləri, salatlar və tərəvəz yeməkləri ilə bərabər verilir. == Hazırlanması == Sarımsağı yumurta sarısı və duz ilə bərabər sarımsaq əzəndə əzin. Mayonez konsistensiyasına çatana qədər qarışdıraraq yavaş-yavaş zeytun yağı əlavə edin. == İstifadəsi == Provansda aioli qarni yeməyi qaynadılmış treska, ilbiz, şüyüd, mixəkli soğan, yerkökü, yaşıl lobya, ənginar, kartof, qaynadılmış yumurta və göyərti ilə duzlu suda bişirilmiş xırda səkkizayaqlıları aioli sosu ilə boşqaba düzərək hazırlanır. Qızardılmış balıq üçün aioli vinagrette sousu: əzilmiş qoz, badam, fındıq və çörək qırıntıları süzgəcdən keçirilir. Süd və əzilmiş sarımsaq qarışığı ilə isladılır və süfrəyə verilməzdən əvvəl zeytun yağı, limon və sirkə ilə qarışdırılır.
Etolin adası
Etolin adası (ing. Etolin Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adası (qərb) və Vrangel adası (şimal-şərq) arasında yerləşir. Uzunluğu təxminən 48 km, eni isə 35 km-dir. Adanın sahəsi 878,1 km²-dir. Bu göstərici onu ABŞ-də 24-cü ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına görə əhalinin sayı cəmi 15 nəfərdir. Adanın xəritəsi ilk dəfə 1791–1795-ci illərdə Vankuver ekspedisiyası zamanı, 1793-cü ildə Ceyms Constoun tərəfindən çəkilib. O, yalnız cənub-qərb və şərq sahillərinin xəritəsini çəkir, buranın ada olduğunu heç vaxt öyrənmək ona qismət olmur. Əvvəlcə ada York Hersoqu olaraq adlandırılmışdır, lakin Alyaska satıldıqdan sonra ABŞ səlahiyyətliləri tərəfindən Etolin adlandırılmışdır.
Georgi Vitsin
Georgi Mixayloviç Vitsin (rus. Георгий Михайлович Вицин; d. 18 aprel 1917-ci il, Terioki, Vıborq quberniyası, Böyük Finlandiya knyazlığı, Rusiya imperiyası — v. 22 oktyabr 2001-ci il, Moskva, Rusiya) — Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR xalq artisti (1977), SSRİ xalq artisti (1990). == Həyatı == Georgi Vitsin 18 aprel 1917-ci ildə (aktyorun doğum tarixi və yeri bu günə qədər dəqiq deyil) o zaman Rusiya imperiyasına aid olan Böyük Finlandiya knyazlığında anadan olmuşdur. 1934-1935-ci illərdə Vaxtanqov adına teatr məktəbində təhsil almışdır. 1937-ci ildən M.N. Yermolov adına Moskva teatrının aktyoru kimi işləmişdir. Onun rəsmən kinoya gəlişi Sergey Eyzenşteynin "İvan Qroznı" filmilə olur. "Ehtiyat oyunçu" filmindən sonra məşhurlaşan Vitsin onun ardınca "O sizi sevir" filmində rol alır. Elə bu illərdə çəkilən "Belinski" filmində isə Nikolay Qoqolun rolunu ifa edir.
Quercus vialis
Reuven Rivlin
Reuven Rivlin (9 sentyabr 1939[…], Qüds) — İsrailin 10-cu prezidenti. Reuven Rivlin 1939-cu ildə Qüdsdə anadan olub. İxtisasca hüquqşünasdı. Şimon Peres hakimiyyətinin rabitə naziri olub. Reuven Rivlin 2014-cü ildəki prezident seçkilərində sağ mərkəzçi partiya olan "Likud"u təmsil edib. O, 2007-ci ildə də prezidentliyə namizəd olsa da, Şimon Peresə məğlub olub.
Aiolon canadense
Anemonastrum canadense (lat. Anemonastrum canadense) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === === Heterotipik sinonimləri === Aiolon canadense f. flavum Lunell Anemone canadensis f.
Vigolina acmella
Xırdaçiçək qalinsoqa (lat. Galinsoga parviflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qalinsoqa cinsinə aid bitki növü. Adventina parviflora (Cav.) Raf. Baziasa microglossa Steud. Galinsoga hirsuta Baker Galinsoga laciniata Retz. Galinsoga laciniata Retx. Galinsoga parviflora var. adenophora Thell. Galinsoga parviflora f. parceglandulosa Thell.
Virgin Interactive
Virgin Interactive — Birləşmiş Krallıq videooyun şirkəti, yayımçısı və istehsalçısı. Şirkət 1981-ci ildə "Virgin Games Ltd," kimi təsis edilmiş və 1987-ci ildə "Virgin Group"un bir hissəsi olan "Mastertronic" markasının satın alınması ilə əhəmiyyətli dərəcədə genişlənmişdir. 1994-cü ildə şirkət "Virgin Interactive" adlandırılmışdır. "Virgin Interactive" şirkəti "IBM PC", "Amiga", "ZX Spectrum", "Amstrad CPC", "C64", "Sega Master System", "Sega Mega Drive", "Sega Game Gear", "Super Nintendo Entertainment System" və "Sony PlayStation" kimi videooyun platformaları üçün oyun yayımlamışdır. Şirkət öz oyunlarının istehsalından daha çox başqalarının işlərinin yayımı ilə məşğul olsa da, öz oyunlarından bəziləri populyar olmuşdur. 2002-ci ilin may ayında şirkətin İspaniya filialı olan "Virgin Interactive España" Tim Çeyni tərəfindən satın alınmış və "Titus Software"in bir hissəsi olmuşdur.
Virgin adaları
Vircin adaları (ing. Virgin Islands) — Karib dənizində olan, bir hissəsi ABŞ, digər hissəsi isə Böyük Britaniyaya aid olan adalar toplusu. ABŞ-yə aid adalar ABŞ Vircin adaları, Böyük Britaniyaya aid adalar isə Britaniya Vircin adaları adlanır.
Virgin Records
Virgin Records — Universal Music Group-a məxsus musiqi şirkəti. İlk olaraq 1972-ci ildə sahibkarlar Riçard Brenson, Saymon Dreyper, Nik Pauell və musiqiçi Tom Nyuman tərəfindən Britaniya müstəqil səsyazma şirkəti kimi təsis edilmişdir.
Yoahim Villen
Yoahim Villen (23 avqust 1972) — İsveçi təmsil edən triatlonçu. Yoahim Villen İsveçi 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 35-ci pillədə başa vurdu.
Vılık
Vılık — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 267 nəfərdir. Rvarud Orand Nücü Təngəbin 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılmışdır.