Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Where I Am
Where I Am (azərb. Mən haradayam‎) — Danimarkanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Anya Nissen "Where I Am" mahnısı ilə Danimarkanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı ifaçının özü, Angel Tupai və Maykl D'Arcy tərəfindən bəstələnmişdir.
Up Where We Belong
Up Where We Belong – An Officer and a Gentleman filminin musiqisi. Mahnının musiqisi Jack Nitzsche və Buffy Sainte-Marie tərəfindən yazılmışdır.
Where Is My Mind?
Ağlım Haradadır? (ing. Where Is My Mind?) — Amerikalı alternativ rok qrupu Pixies-in mahnısıdır. 1988-ci ildə çıxan debüt albomu Surfer Rosa-nın yeddinci parçası kimi buraxılmışdır. Mahnı 2021-ci ildə Rolling Stone jurnalının "Bütün Zamanların 500 Ən Yaxşı Mahnısı" siyahısında yer almış və 493-cü sırada qərarlaşmışdır. == Haqqında == Mahnı, Black Francis tərəfindən Massachusetts Amherst Universitetində oxuyarkən yazılıb və Karib dənizində dalğıc olduğu zaman yaşadığı təcrübələrdən ilham alıb. O dalğıclıq edərkən öz gördüklərini belə ifadə edib, "Mənim arxamca qaçan çox kiçik balıqlar var idi. Niyə belə olduğunu bilmirəm? balıqların davranışı haqqında çox şey bilmirəm". Gitarist Joey Santiago mahnının gitara xəttini tərtib edib.
When We All Fall Asleep, Where Do We Go?
When We All Fall Asleep, Where Do We Go? — (böyük hərflərlə stilizə olunur) amerikalı müğənni-mahnı yazarı Billi Aylişin ilk studiya albomu. ABŞ-də 29 mart 2019-cu ildə Darkroom və Interscope Records tərəfindən, Birləşmiş Krallıqda isə Polydor Records tərəfindən buraxılıb. Ayliş albomu qardaşı Finneas O'Konnell ilə birlikdə yazıb, qardaşı albomun prodüserliyini Los-Ancelesin Haylend-Park məhəlləsində yerləşən kiçik yataq otağı studiyasında etmişdir.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn’t Exist
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.
Wish You Were Here
Wish You Were Here — ingilis rok qrupu Pink Floydun 1975-ci ilin sentyabrında buraxılmış 9-cu studiya albomu. Bu albom üçün mahnılar qrupun Avropaya konsert turları zamanı hazırlanmış, səs yazıları isə Londondakı Ebbi Roud studiyasında yazılmışdır. Bütün sözlər Rocer Uotersə məxsusdur tərəfindən yazılmışdır..
Here We Go
Here We Go (Azərbaycanca: İrəli) — Latviyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Got to Be There
Got to Be There – Maykl Cekson ilk solo albomudur. Dünyada albom 5,2 milyon kopyadan çox satılıb.
Will You Be There
Will You Be There — Maykl Ceksonun 1993-cü ildə ifa etdiyi sinql. 1991-ci ildə çıxarılmış Dangerous albomundan götürülmüşdür. Həmçinin Free Willy filminin saundtreki olaraq istifadə edilmişdir. Müəllifləri Maykl Cekson və Brüs Svediendir. Sinql Epic Records şirkəti tərəfindən yayımlanıb. Ümumilikdə sinql Dangerous albomundan olan ən uğurlu mahnılardan biridir. Belə ki, o, altı həftə Böyük Britaniya hit paradında qalmışdır. Will You Be There 1994-cü ildə keçirilən MTV Movie Award müsabiqəsində "Best Song in a Movie" nominasiyasında qalib olmuş, Sony şirkətinin 1999-cu ildə buraxdığı All Time Greatest Movie Songs albomuna daxil edilmişdir.
Ants from Up There
Ants from Up There — Böyük Britaniya rok qrupu Black Country, New Road-un ikinci studiya albomu. 4 fevral 2022-ci ildə Ninja Tune tərəfindən buraxılıb.
If I Were Sorry
If I Were Sorry (azərb. Əgər üzgün olsaydım‎) — İsveçin 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Frans "If I Were Sorry" mahnısı ilə İsveçi Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Oskar Foqelström, Maykl Saksell, Fredrik Andersson və həm də Frans Yeppsson Vall tərəfindən bəstələnmişdir.
There Must Be Another Way
There Must Be Another Way (azərb. Başqa bir yolu olmalı‎) — 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil edən Noa və Mira Awadın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Noa, Mira Awada və Gil Dora aiddir. Mahnı sülh və insanlıq mesajlar bildirir. 12 may 2009-cu ildə keçirilmiş birinci yarımfinalda 75 xal toplayaraq 7-ci oldu və finala keçdi. Finalda isə 53 xal toplayaraq 16-cı oldu.
There'd Better Be a Mirrorball
"There'd Better Be a Mirrorball" — İngilis rok qrupu Arctic Monkeys mahnısı. 29 avqust 2022-ci ildə yeddinci studiya albomu The Car-ın ilk sinqlı kimi, musiqi videosu ilə birlikdə buraxıldı. Mahnı klipinin rejissorluğunu solist Aleks Törner edib. Videoda mahnının yazılma prosesi zaman qrup göstərilir.
Did You Know That There's a Tunnel Under Ocean Blvd
Did You Know That There's a Tunnel Under Ocean Blvd — amerikalı müğənni Lana Del Reyin doqquzuncu studiya albomu. 24 mart 2023-cü ildə Polydor və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Del Reyin özü, Mike Hermosa, Jack Antonoff, Drew Erickson, Zak Daues və Benji etmişdir. Bəzi trekləri Jon Batiste, Bleachers, Father John Misty, Tommy Genesis, SYML və Riopy ifa edib.
Hebe
Hebe (lat. Hebe) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Hebe andersonii (Lindl. & J. Paxton) Cockayne Hebe benthamii (Hook.f.) Cockayne & Allan Hebe corriganii Carse Hebe epacridea (Hook.f.) Andersen Hebe franciscana (Eastw.) Souster Hebe haastii (Hook.f.) Cockayne & Allan Hebe macrocalyx (J.B.Armstr.) G.Simpson Hebe macrocalyx var.
Hera
Hera (q.yun. Ἥρα) – Yunan mifologiyasında ilahə. Evlilik və doğum ilahəsidir. Atributları inək, zanbaq, tovuz quşudur. Hera Kronun qızı, baş tanrı Zevsin bacısı və həm də arvadıdır. Samos adasında, İmbrasa çayının sahilindəki söyüd ağacının altında dünyaya gəlmişdir. Onun başındakı diademlə (tacla) təsvir edilməsi onun baş ilahə olmasına işarədir. == Zevs və Hera == Zevs Hera hələ gənc qız ikən ona vurulmuş və onun kölnünü almaq məqsədilə Hera tənha dağa çıxarkən, tufan qopararaq kukuk quşu cildinə girərək, titrəyərək qorunmaq məqsədilə onun dizlərinə dolaşır. İlahə Hera ona rəhm edərək paltarının ətəyi ilə qoruyarkən, Zevs Heraya qovuşmaq üçün əsil cildinə dönür. Əvvəlcə anası Reyin qınağından qorxaraq Hera Zevsdən çəkinir, lakin Zevs ona evlənmək təklifi etdikdən sonra razılaşır.
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−1 1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. == Tarixi == Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Barry White
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. == Həyatı == Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir. Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Lloyd Sherr
Lloyd Sherr (ing. Lloyd Sherr; 28 fevral 1956, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Mbere çayı
Mbere çayı (ing. Mbéré rives) — Çad və Kamerunun torpaqlarında yerləşən çay. Böyük hissəsi Kamerunun şimal ərazisində olan çay, başlanğıcını buradan götürərək Çad ərazisində Loqon çayına qovuşur. Mbere qolu Loqon çayının Pende qolundan sonra ən uzun ikinci qoludur. Uzunluğu 28,69 km-dir.
Pyere Nkurunziza
Pierre Nkurunziza (18 Dekabr 1964 - 8 iyun 2020), Burundi'nin doqquzuncu prezidenti vəzifəsini icra edən Burundi siyasətçisi, 2005-ci ilin Avqustundan 2020-ci ilin İyun ayına qədər təxminən 15 il idi. Hutu etnik qrupunun üzvü Nkurunziza əvvəllər bədən tərbiyəsi öyrətdi 2000-ci ildə lider olduğu Demokratiya Müdafiəsi Qüvvələri - Demokratiyanın Müdafiəsi Qüvvələri (CNDD-FDD) olaraq Burundi Vətəndaş Döyüşü zamanı siyasətə qarışdı. CNDD-FDD bir siyasi partiyaya çevrildi. Vətəndaş müharibəsinin sonu və Nkurunziza prezident seçildi. 2015-ci ildə baş verən ictimai iğtişaşlara səbəb olan bu vəzifəni üç müddət mübahisəli şəkildə davam etdirdi. O, 2020-ci ildə yenidən seçilmək niyyətində olduğunu elan etdi və bunun əvəzinə namizədliyini təsdiqləyən Évariste Ndayishimiye-yə güc verdi. 8 iyun 2020-ci ildə, səlahiyyət müddətinin rəsmi bitməsindən qısa müddət əvvəl gözlənilmədən öldü. Burundiya tarixində ən uzun sürən prezident idi.
Sargocentron tiere
Sargocentron tiere (lat. Sargocentron tiere) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin sargocentron cinsinə aid heyvan növü.
Sesiliya Ahern
Sesiliya Axern(ing. Cecelia Ahern; 30 sentyabr 1981[…], Dublin)-İrlandiyalı yazıçı. Sesiliya Axern Deyvid Keoqan ilə ailə həyatı qurmuşdur. Onlar 9 iyun 2010-cu ildə evləndilər. Onların iki övladı: qızı Robin 2009-cu ilin dekabrında, oğlu isə 2013-cü ilin iyulunda dünyaya gəlmişdir. Yazıçı olmadan əvvəl Sesiliya Axern Jurnalistika fakültəsini bitirmişdir. 21 yaşında o,"P. S. Mən səni sevirəm"ilk romanı ABŞ, İrlandiya, Hindistan və İngiltərənin kitab satışı reytinqində birinci olmuşdur. 2004-cü ilin noyabrında "Göyqurşağı bitən yerdə" ikinci kitabı İrlandiyada və Birləşmiş krallıqda reytinqin üstünə cıxdı. İrlandiyanın ən yaxşısı siyahısında 12 həftə birinici olmuşdur. Onun üçüncü kitabı "Əgər məni indi görə bilsən" 2004-cü ilin noyabrında nəşr olunmuşdur.
Squeaky Wheel
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Typhlodromips theae
White Fox
White Fox Ltd. (株式会社 WHITE FOX, Kabushiki Gaisha Howaito Fokkusu) — 2007-ci ilin aprelində Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası. White Fox OLM studiyasının spun off studiyasıdır. Tears to Tiara (2009) Katanagatari (2010) Steins;Gate (2011) Jormungand (2012) Jormungand: Perfect Order (2012) The Devil Is a Part-Timer! (2013) SoniAni: Super Sonico The Animation (2014) Is the Order a Rabbit? (2014) Akame ga Kill! (2014) Utawarerumono: Itsuwari no Kamen (2015) Is the Order a Rabbit??
Qreqori Herpe
Qreqori Herpe (25 fevral 1969, Paris) — fransız fotoqraf, yazıçı və dramaturq , eləcə də rejissor. Qreqori Herpe 25 fevral 1969-cu ildə Parisdə anadan olub. O, təxminən 14 yaşında foto işinə maraq göstərməyə başladı və dostlarının şəklini Per-Lachaise qəbiristanlığında çəkdi. 1989-cu ildə ilk dəfə səhnəyə aktyor kimi çıxmışdı. 1991-ci ildə o,Nikolay Qoqolun yazdığı əsərin ssenarisi ilə çəkilmiş "fr. "Les Joueurs" filmində oynadı. Həmin vaxtlarda Herpe bir sıra rollarda həm teatr , həm də kino sənətində öz izlərini qoymuşdur, lakin ona daha yaxın olan foto sənəti ilə məşğul olmaq üçün 1990-cı illərin əvvəllərindən başlıyaraq o, səyahətlərə başlamaq qərarına gəlir. Hind okeanı sahillərində yerləşən ölkələri, Afrikanın bir hissəsini gəzərək o, nəsli kəsilməkdə olan heyvanların fotoşəkillərini çəkməyə başlayır. 1996-cı ildə ilk romanı Le Vieux Bouc nəşr olunduqdan sonra Parisə qayıdır. Paris və Londonda müxtəlif jurnallarda jurnalist oldu, sonra Sam Z (Sam Zniber), Fun Radio və NRJ -də baş redaktor oldu.
Cheri, Cheri Lady (Modern Talking)
"Cheri, Cheri Lady" (azərb. Əziz, əziz xanım‎) – Modern Talking qrupunun ikinci albomu Let's Talk About Love albomunun ilk sinqlıdır.Bu mahnı Almaniya hit-paradında 24 həftə 1-ci yeri tutmuşdur.
Cəhrə
Cəhrə — yun, pambıq və ipək liflərdən ip əyirmək üçün alətdir. Güman edilir ki, fars dilindən alınma sözdür və mənşəyi cəhrənin çıxartdığı cırıltı səsi ilə bağlıdır. Azərbaycan xalçaçılığında bu alət əvəzedilməzdir. Yun, pambıq və ipək liflərdən eşilməklə (burulmaqla) ip əyrilir. Cəhrə bir neçə hissədən ibarətdir. Top (pərli və ya bütöv ola bilər), ön və arxa qollar, iy, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kiriş (top və iyi birləşdirən ip). Kiriş əsasən qoyun dərisindən hazırlanır.
Hərəm
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Həzrə
Həzrə (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Həzrə (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Nehrə
Nehrə — qatıqdan çalxalamaq yolu ilə yağ (çıxarmaq) hasil etmək üçün işlədilən qab. Nehrənin Dəri, ağac və gil növləri olmuşdur. Ağac nehrələr, əsasən, Gəncə–Qazax zonasında, gil nehrələr isə subtropik zonada yayılmışdır. Qazax şəhəri yaxınlığında (Babadərviş), Naxçıvanda (Kültəpə) və b. yerlərdə tapılmış gil nehrələr e.ə. 4–3-cü minilliklərə aid edilir. Azərbaycan məişətində XX əsrin ortalarına qədər çox geniş istifadə olunan nehrəni iki üsulla hazırlayırlar. Taxtadan hazırlamaq üçün palıd ağacından 1,5 və ya 2 metr uzunluğunda tir kəsir. Tirin içərisini nehrəgir vasitəsilə oymaqla düzəldirlər. Digər üsul Aran rayonlarında, əsasən meşə zəif olan yerlərdə gildən küpəyə oxşar şəkildə hazırlayırlar.
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər. Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Hərb
Hərb — mənası döyüş, savaş anlamına gəlir. Qədim dövrlərə gedib çatan bir tarixə malikdir. Hərbidə işləyən və ya xidmət edən şəxsə isə hərbçi deyilir. Hərbçilərin mülki şəxslərdən fərqi odurki, onlar nizamnamə çərçivəsində hərəkət edir, müəyyən hərbi və mülki biliyə sahib, ekstremal vəziyyətlərdən çıxış yolunu asanlıqla tapan, fiziki cəhətdən güclü və mənəvi cəhətdən iradəli olurlar. İlk olaraq Qədim Misirdə tətbiq olunan məcburi hərbi xidmət hələ də dünyanın bir çox ölkəsində mövcuddur. Bəzi ölkələr isə peşəkar ordu ilə kifayətlənirlər. Məcburi hərbi xidmət tətbiq edilən ölkələrdə də xidmət müddəti müxtəlifdir. Bəzi ölkələrdə ordunun müxtəlif növlərində hətta 10 illik hərbi xidmət mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrinin və inkişaf etməkdə olan ölkələrində hərbi xidmət 18 və ya 12 aydır. Azərbaycanda hərbi xidmət 18 ay müddətində olur.
Hərf
Hərf — Səsin, fonemin qrafik ifadəsi olan yazı işarəsi.
Həvə
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Hermə (Soyuqbulaq)
Hermə (fars. هرمه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (8 ailə).
Hərbə-zorba
Hərbə-zorba — aşıq deyişmələrindəki mühüm mərhələlərdən biri. Bu mərhələdə aşıqlar sazlarını sinələrinə basaraq eyni hava, eyni kök, eyni şeir şəkli və eyni rədif üstündə biri-birinə meydan oxuyaraq mübaliğəli söz və ifadələrlə özlərinin sözsənət gücünü öyüb tərifləyir, qarşı tərəfi isə heçə sayır. Özünü öyüb tərifləyən aşıq onunla deyişmə meydanına çıxmağa cəsarət edən digər aşığı müxtəlif poetik təzyiq vasitələri ilə psixoloji sarsıntıya məruz qoymağa və bu üsulla da qorxudub qaçırtmağa çalışır.
Hərnə (Kəleybər)
Hərnə (fars. هارنا‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (29 ailə).
Hərəm (serial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Hərəm (teleserial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Həzrə (Qusar)
Həzrə və ya Yargun (ləzg. Яргун) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi :Əsası XV əsrdə qoyulmuş Həzrəti Seyx Cünet adına == == Coğrafiyası == Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Qusar maili düzənliyindədir. == Toponimikası == Kənd Qusar maili düzənliyindədir. Keçmiş adı Quryan olmuşdur. Yaşayış məntəqəsinin adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır. Qızılbaş tayfalarına arxalanan Şeyx Cüneyd (1447-60) "din uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, bu kəndin yerində Şirvanşah I Xəlilullahın (1417-62) qoşunları onu məğlub etdi, Şeyx öldürüldü.
Həzrə (Qəbələ)
Həzrə kəndi — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Həzrə kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Həzrə kənd inzibati ərazi vahidi yaradılmışdır == Toponimikası == Kəndin keçmiş adı Vəndam Həzrəsi olmuşdur. Kənddə yerli əhalinin Övliya türbələri adlandırdığı, XIV əsrə aid müqəddəs hesab edilən şeyx Bədrəddin və şeyx Mənsur türbələri var. Kəndin adı həmin türbələrlə bağlıdır. Ərəb dilində həzr "ocaq, pir" deməkdir. == Tarixi == Həzrə "ev, ocaq, yaşayış yeri" deməkdir. Vaxtilə karvan yolunun üstündə olan bu qədim yurd yeri elmi, tarixi əhəmiyyəti ilə seçilir. Alimlərin fikrincə, Həzrədəki övliyalar sübut edir ki, vaxtilə bu xaniganlıqlar ölkədə mühüm maraq kəsb edən mərkəzlərdən sayılıb və karvan yolunun üstündə bərqərarlaşmış qüdrətli Şeyxlərin ölkənin müqəddəratında da önəmli rolu olmuşdur. === Tarixi abidələri === Orta əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri, şimalda Həzrə dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə qülləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında "Qalayeri" kimi tanınan bu qüllə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət məntəqəsi rolunu oynayır.