Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Winteraceae
Winteraceae (lat. Winteraceae) — bitkilər aləminin canellales dəstəsinə aid bitki fəsiləsi. Drimys J.R.Forst. & G.Forst. Pseudowintera Dandy Takhtajania Baranova & J.-F.Leroy Tasmannia R.Br. ex DC. Zygogynum Baill.
Wintersun
Wintersun — 2003-cü ildə qurulan Finlandiya metal musiqi qrupu. Qrupun musiqi üslubu Norther, Ensiferum, Children of Bodom, Edenbridge kimi qruplarnan eynidir. Qrup Ensiferum-un gitarist, vokalçısı olan Jari Mäenpää tərəfindən yaradılmışdır. Jari 1995-ci ildən özü üçün bəstələdiyi musiqiləri birləşdirərək, yeni tərz də musiqilər yazmağa başladı. İlk albomu qrupun adını daşıyan "Wintersun" adın da nəşr edildi. Həmən albomun bütün musiqi alətlərini və vokalını özü ifa etdi. Amma barabanı ifa etməyə Kai Hahto-yu öz qrupuna dəvət etdi. Həmən albom Nuclear Blast albom şirkəti ilə CD olaraq nəşr edildi. Bu ərəfə də Jari-nin başı öz qrupuna qarışdığı üçün Ensiferum-dan ayrıldı. Öz yaratdığı qrupu inkişaf etdirməyə çalışdı.
Wintershall
Wintershall — Almaniyanın ən böyük neft-qaz şirkəti. Qərargahı Hessen əyalətinin Kassel şəhərindədir. 1894-cü ildə əsası qoyulub. Wintershall 85 ildən artıqdır ki, neft və qaz axtarışı və hasilatı ilə məşğul olan BASF-nin törəmə şirkətidir. İdarə Heyətinin sədri — Mario Mehren (Mario Mehren). 1894-cü ildə qurulandan bəri şirkətin əsas səhmdarı Arnold Rexberq olmuşdur. Onun vasitəsilə şirkət 1920–1930-cu illərdə şirkət nasistləri dəstəkləyən maliyyə dairələri ilə sıx bağlı idi və Hitlerin 1933-cü ildə hakimiyyətə gəlməsinin əsas maliyyə mənbələrindən biri idi. 1930-cu ildə mədənlərdən birində təsadüfən neft aşkar edildikdən sonra şirkət neft hasilatına başladı və artıq 1931-ci ildə ildə 51 min ton neft əldə etdi.1951-ci ildə neft hasilatını artıran Wintershall Almaniyanın Benthaym qraflığında qaz yatağı kəşf etdi və Almaniyada təbii qazın işlənməsi və hasil edilməsinə başladı. 1969-cu ildə Wintershall BASF kimya səhmdar şirkətinin törəmə şirkəti oldu.
Winterlia
Şümşə (lat. Ilex) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinə aid bitki cinsi.
Debra Winger
Debra Winger 16 may 1955[…] An Officer and a Gentleman filmi ilə daha çox məşhurluq qazanmış ABŞ aktrisasıdır
Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005). == Həyatı == Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi. Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu. İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.
Mattias Ginter
Mattias Ginter ( 19 yanvar 1994, Frayburq-im-Braysqau ) — Almaniyalı futbolçu.
Timoti Vinter
Timoti Vinter (16 yanvar 1996) — Yamaykalı üzgüçü. Timoti Vinter Yamaykanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Timoti Vinter birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 57.20 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Uinter Lamar
Uinter Lamar (d. 14 yanvar 1979) — Kanadanı təmsil edən su poloçusu. Uinter Lamar, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
İnter (dəqiqləşdirmə)
İnter Bakı — Azərbaycanın futbol klubu
İnter Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
İnter Milan
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb. 1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb. 1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib.
Primus inter pares
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.
İnter Mayami FK
İnter Mayami FK (ing. Inter Miami CF) — Florida ştatının Mayami şəhərində yerləşən Amerika peşəkar futbol klubu. O, 2020-ci ildən ABŞ və Kanadanın ən yüksək futbol liqası olan MLS-də oynayır. Klub Devid Bekhemin rəhbərlik etdiyi Mayami Bekhem Yunayted investor qrupuna məxsusdur. 2023-cü ilin yayından dünya şöhrətli futbolçu Lionel Messinin bu futbol klubuna daxil olmasından sonra klubun reytinqti kəskin şəkildə artıb. 2.
İnter Xaçmaz FK
İnter FK - və ya rəsmi şəkildə İnter Xaçmaz Futbol Klubu. 2018-ci ildə Xaçmazda qurulan qadın futbol klubudur. Klub 2023/2024-cü il futbol mövsümündə "Qızlar Yüksək Dəstəsi"ndə mübarizəyə davam edir. İnter Futbol Klubu 2018-ci ildə yaradıldı. İlk adı "Üçgün" olub. Qızların futbola olan marağı Xaçmazda klubun "Yüsək Qızlar Liqasıda" fəaliyyətinə təkan verdi. Mart 2023 - 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirəcək oyunlar üçün Xaçmaz təmsilçisinin 4 futbolçusu da dəvət olunmuşdur.
İnter Bakı FK
Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib. 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb. "Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir.
İnter Bakı PİK
Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib. 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb. "Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir.
İnter Bratislava FK
İnter (Bratislava) — Slovakiyanın futbol klubu 1940-cı ildə yaradılıb. 8 dəfə Avropa kuboklarında iştirak edib.
İnter Milan FK
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb. 1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb. 1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib.
İnter Turku FK
İnter (tam adı: Football Club International Turku) — Finlandiyada futbol klubu. 1990-cı ildə yaradılmışdır. Birlik Kuboku 2009-un qrup mərhələsində İnter Bakı komandasına 1:3 hesabı ilə məğlub olmuşdur.
İnter Zapreşiç FK
İnter (Zapresic) — Xorvatiyanın futbol klubu 1929-cu ildə yaradılıb. 1 dəfə Avropa kuboklarında iştirak edib. Xorvatiya Kuboku Qalib (1): 1992.
Qarabağ 0–0 İnter Milan
Qarabağ–İnter Milan 0:0 — UEFA Avropa Liqası 2014/2015 qrup mərhələsinin 6-cı turunda 11 dekabr 2014-cü ildə Bakıda keçirilmiş qarşılaşma. Oyundan əvvəl "Qarabağ" 5 xalla qrupda ikinci, "İnter Milan" 11 xalla birinci yerdə idi. == Arxa plan == "Qarabağ" 2013-14 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olaraq UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. I təsnifat mərhələsində Maltanın "Valletta" klubunu mübarizədən kənarlaşdırıb. II mərhələdə Avstriyanın "Red Bull Zalsburq" klubuna məğlub olaraq mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirib. Bu mərhələdə Niderlandın "Tvente" klubunu mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "İnter Milan" İtaliya A seriyasının 2013-14 mövsümünü 5-ci yerdə başa vuraraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə İslandiyanın "Styarnan" klubunu məğlub edərək qrup mərhələsinə yüksəlib. 3 oktyabr 2014-cü ildə "Qarabağ" və "İnter" arasında Milanda keçirilmiş ilk oyunda "İnter" Danilo D'Ambrozio və Mauro İkardinin qolları ilə 2-0 hesabı ilə qələbə qazanmışdı. == Oyundan əvvəl == Bu oyuna qədər "İnter" 11 xal toplayaraq növbəti mərhələyə vəsiqəni təmin etmişdi.
2017-18 İnter Bakı PİK mövsümü
2017-18 İnter Bakı PİK mövsümü — Azərbaycanın top klublarından olan İnter Bakı klubunun Azərbaycan Premyer Liqasında 17-ci, Zaur Svanadzenin rəhbərliyi altında isə 3-cü mövsümüdür. == Heyəti == 21 İyun 2017 tarixində yenilənib == Transferlər == === Yay === == Yoldaşlıq oyunları == == Turnirlər == === Azərbaycan Premyer Liqası === ==== Nəticələrin icmalı ==== Son yeniləmə: 29 Aprel 2017.
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti. Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. == Global Bilet == Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır.
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Jinjer
Lintel
Lintel — binalardakı qapı və pəncərələr kimi şaquli boşluqlara üfüqi şəkildə yerləşdirilmiş və divarın davam etməsinə imkan verən bir memarlıq blokudur. Lintellər qonşu divarlara oturacaq formasında yerləşdirilmiş daş, beton və ya ağacdan da hazırlana bilər. Dekorativ memarlıq elementi kimi də istifadə olunan lintellərə daha çox portallarda, qapılarda, pəncərələrdə və kaminlərdə rast gəlinir.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Printer
Printer – kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 1834-cü ildə Çarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsilə qoşulur. LPT portu vasitəsilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsilə də printerləri qoşmaq mümkündür.
Sintel
Sintel - 2010-cu ildə istehsal olunmuş qısametrajlı Niderland animasiyasıdır. Cizgi filmin ditribüteri Niderlandın Blender Foundation adlı təşkilatıdır. Bir gün filmin qəhrəmanı olan Skalesin qarşısına yaralı əjdaha balası çıxır,o bu əjdaha balasının götürüb bəsləyir və yarasını sağaldır.Beləliklə bu bədheybət balasına öyrəşən Skales onun adını "Sintel" qoyur. Bir gün çarşıda oynayan Sintel və Skarles quşların səmada ötdüyünü görüb dama çıxırlar,bu zaman daha böyük bədheybət Sinteli caynağına alıb aparır.Əlacsız qalan Skarles onun dalınca getməyə məcbur olur,uzun müddət yol qət edən qarlı aşırımlar keçən Skarlas bir şamanın komasına gəlir və ona başına gələn hadisə barədə məlumat verir.Şaman onun Sinteli tapacağına yol göstərəcəyinə söz verir və ona böyük qılınc verərək yolu tərif edir.Nəhayət təhrif edilən əjdaha mağarasına gələn Skarles əjdahanın qidalandığını görür və ondan bir az aralıda yuvada balaca əjdahanın yatdığını görür və onun Sintel olacağını təxmin edib ona yaxınlaşır,lakin balaca bədheybət çığıraraq qaçır və bunu görən böyük əjdaha Skarlesə hücum edir.Əlindəki qılıncla əjdahanı ölümcül yaralayan qəhrəman qız kənara çəkilir yerə yıxılan əjdaha ona Sintelin gözləri ilə baxır bu baxışlar Skarlesə tanış gəlir və əjdahanın qanadına baxanda onun qanadında yara olduğunu görür və bu yara Sinteli tapandada onun qanadında var idi,bu yaranı Skarles özü sağaltmışdı.Artıq hər şey gec idi Skarlesin öldürdüyü körpəlikdən öz balası kimi sevdiyi,hər qayğısını çəkdiyi Sintel idi. Rəsmi sayt Arxivləşdirilib 2011-02-25 at the Wayback Machine Sintel — Internet Movie Database saytında.
Sintez
Sintez (yunanca synthesis "birləşdirmə, əlaqələndirmə, qurma" sözündəndir) — termin olaraq ilk dəfə 1845-ci ildə alman üzvi kimyaçısı Adolf Vilhelm German Kolbe (1818-1884) tərəfindən istifadə olunmuşdur. O, karbon dörd xloridi, sirkə turşusunu, salisil və qarışqa turşularını və çoxlu sayda digər birləşmələri sintez etmişdir. [1] Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.
Twitter
Twitter (azərb. Tvitter‎) və ya dəyişdirilmiş adı ilə X (azərb. İks‎) — onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən sayt. Onun vasitəsilə istifadəçilər 140 işarəlik "tvit" adlandırılan mətn sms-ləri göndərə bilirlər. Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır. Qısa müddətdə sürətlə məşhurlaşan Twitterin, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olmuşdur. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olmuş və "İnternetin SMS-i" kimi tanınmışdır. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də, göndərilmiş tvitləri oxuya bilirlər. Twitter Inc. San-Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San-Antonio şəhərlərində də vardır.
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. Flora caroliniana. 1788. Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Ginger
Ginger — ABŞ hip-hop oğlan qrupu Brockhampton-un beşinci studiya albomu. 23 avqust 2019-cu ildə Question Everything və RCA tərəfindən buraxılıb.
Hunter × Hunter: Phantom Rouge
Hunter × Hunter: Phantom Rouge (yaponca: 劇場版 HUNTER×HUNTER 緋色の幻影(ファントム・ルージュ), Hepbörn: Gekijō-ban Hantā Hantā: Fantomu Rūju) — Yoşihiro Toqaşinin Hunter × Hunter manqa seriyası əsasında çəkilmiş, 2013-cü ildə yayımlanan yapon animasiya filmi.
WinRAR
WinRAR – RAR və ZİP formatinda 32 və 64 bitlik Əməliyyat sistemi üçün arxivatorudur. İş sürətinin və sıxılma dərəcəsinə görə ən yaxşı arxivatorlardan biri sayılır. Proqramı yükləmək pulsuzdur amma 40 gündən sonra lisenziyanı almağı təklif edir. Proqramın adı Roshal ARchiver sözündən götürülüb. Əmrlər sətri RAR və UNRAR ilk 1993-cü ilin payızında buraxılıb. Winrar 1.54b erkən inkişaf mərhələsi 1995-ci ildə 16 bitlik Windows 3.x proqramı üçün buraxılıb. 2.0 versiyası 6 sentyabr 1996-cı ildə buraxılıb. RAR və ZİP arxivlərin yaradılması formatları. CAB, ARJ, LZH, TAR, GZ, ACE, UUE, BZIP2, JAR, ISO, 7z, Z formatlı faylları açma imkanı. CBC rejimində 256 bit (128 bit 4 yenilənməsində) AES (Advanced Encryption Standard) alqoritmindən istifadə etməklə açarın uzunluğu ilə arxivlərin şifrləməni imkanı.
Windir
Windir — Norveçli, artıq fəaliyyətini dayandırmış bir black metal qrupudur. Skandinaviya dastanlarının və şimal mifologiyasının təsirində qalıb, albomlarındaki mahnı sözlərini və folklorik melodiyalarını buna əsasən yaratmışlardır. 1995-ci ildə Det Gamle Riket adı ilə ilk demolarını çıxartmış, sonra isə ilk albomları olan Sóknardalr işıq üzü görmüşdür. Uğur gətirən bu alboun ardından qrup, Windir Triadını ortaya çıxarmışlardır. bu albomlar xronoloji sıraya görə : Arntor (1999), 1184 (2001), Likferd (2003)dür. Qrup, solistləri Valfar'ın 17 yanvar 2004'də donaraq ölməsinin ardından öz fəaliyyətini dayandırmışdır.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Friks və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Killıa Zoldik, Kırapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq ki, obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsində superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin ximera qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. == Baş rollarda == === Qon Friks === Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English) Qon Friks (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.
Dinlər
= İbrahimi dinlər =
Finlər
Finlər (fin suomilayset, isv. finnar) — Fin-uqor xalqlarından biri, Finlandiyanın əsas əhalisidir. Onlar fin dilində danışırlar və əsasən Finlandiyada, İsveçdə, Rusiyada və Estoniyada yaşayırlar. == Tarix == Finlərin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Ən geniş yayılmış nəzəriyyəyə görə, finlər Ural dağlarının ətəklərindən köç edərək Baltik dənizi sahillərinə gəlmişlər. Finlər, tarix boyunca İsveç və Rusiya kimi böyük dövlətlərin tərkibində yaşamışlar. 1917-ci ildə Finlandiya müstəqillik qazandı. == Mədəniyyət == Fin mədəniyyəti, Fin-uqor və Skandinaviya mədəniyyətlərinin təsiri altında formalaşmışdır. Finlərin ənənəvi məşğuliyyətləri arasında balıqçılıq, ovçuluq və əkinçilik yer alır. Finlər, həmçinin saunaları ilə də məşhurdur.
JITTER
JITTER ~ дрожание ~ titreme ~ titrəmə-televiziya və kompüter disleylərində: siqnalın dayanıqsızlığı (dəyişkənıiyi)səbəbindən görüntünün azacıq titrəməsi və ya flüktüasiyası. Titrəyiş çox zaman displeyin açılma sətri ilə eyni qalınlığa malik olan üfüqi sətirlərdə yaranır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Çinlər
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.