Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yenidən axıtma
Yenidən axıtma yazılı mətnin yenidən düzləndirilərək sətirlərin sonlarının səviyyələrinin nisbətən yaxınlaşdırılması. Məsələn, Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Mətni yenidən axıtmadan sonra aşağıdakı şəklə düşür: Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Yenidən axıtmadan sonra sətirlərin sayı dəyişdiyindən, səhifə sonu simvollarının da yeri dəyişilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Acıtma
Acıtma — şifahi xalq şerində, daha dəqiq desək, uşaq folklorunda deyişənlərin bir-birlərinə acıq vermək üçün söylədikləri mənzumə. Acıtma bəzən dolama da adlanır. Burada yumoristik çalarlar, məzhəkə elementləri üstünlük təşkil edir. Məsələn: Azərbaycan uşaq folklorunda Keçələ dair acıtmalar daha çox yayılıb. Bir nümunə: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Fatma
Fatma — XIX əsr qadın aşıqlarındandır. Bəzi mənbələrdə onun XIX əsrdə yaşadığına və şirvanlı olduğuna dair məlumatlar var. Nəqşibəndi təriqətinə mənsub olan Fatmanın cəmi bir qoşması günümüzə gəlib çatmışdır. Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1978, s. 105-106.
Nıtva
Nıtva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Oxatma
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Vıhma
Vıhma (est. Võhma) — Estoniyanın mərkəzində, Vilyandimaa bölgəsində şəhər. Türi—Vilyandi dəmiryol qovşağı, həmçinin dəmiryol stansiyası var.
XHTML
eXtensible HyperText Markup Language (XHTML) XML işarələmə dilləri ailəsinin bir hissəsidir. Veb səhifələrin formalaşdırıldığı dildə geniş istifadə olunan HTML versiyalarını güzgüləşdirir və ya genişləndirir. HTML5, əvvəl HTML5, standart çevik işarələnmə dili (SGML), çevik işarələmə dili çərçivəsi olaraq təyin olunduğu halda, XHTML, XML, SGML-in daha məhdudlaşdırıcı bir tətbiqidir. XHTML sənədləri yaxşı qurulmuşdur və buna görə də HTML-dən fərqli olaraq standart HTML analizlərindən istifadə edərək təhlil edilə bilər, bu da asan HTML tələb edən bir parser tələb edir. XHTML 1.0 26 yanvar 2000-ci ildə W3C tövsiyəsi oldu.Daha sonra yenə XHTML-ya, 1.1 31 May 2001-ci ildə W3C tövsiyəsi oldu.
Xatman
Xatman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kəndin adı XVIII əsrin əvvəllərində Gilanın Lahican bölgəsindən köçüb gəlmiş tat ailələrin adı ilə bağlıdır. Ulu əcdadaları Lahıc Əhməd adı ilə Gilanda məşhur olmuşdur. Kəndin öz adı Hətəm adlı lahıclı şəxsin adı ilə bağlıdır(Hətəman- Hətəm şəxs adına -an cəmlik şəkilçisi ilə əlavə edilməklə yaranmış toponim).
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Xurma
Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə (Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır. Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır.
Yatma
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
FITA
Beynəlxalq Oxatma Federasiyası (fr. Fédération Internationale de Tir a l'Arc) — 1931-ci ildə Lvov şəhərində yaradılan və hazırda 156 ölkənin üzv olduğu federasiyadır. FITA 4 sentyabr 1931-ci ildə Polşanın Lvov şəhərində (indiki Lvov, Ukrayna) yaradılıb. Onun yeddi təsisçi üzv dövləti Fransa, Çexoslovakiya, İsveç, Polşa, ABŞ, Macarıstan və İtaliya idi. Təşkilatın məqsədi oxatma üzrə müntəzəm çempionatlar yaratmaq və oxatmanı Olimpiya proqramına qaytarmaq idi. Nəhayət 1972 Yay Olimpiya Oyunlarında FITA buna nail oldu. 2011-ci ilin iyul ayında təşkilatın 80 illik yubileyinin qeyd edildiyi FITA Konqresində böyük əksəriyyət təşkilatın adının FITA-dan Beynəlxalq Oxatma Federasiyasına (ing. World Archery Federation) dəyişdirilməsinə səs verdi. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, 2022-ci ilin martında Federasiya elan etdi ki, Rusiya və ya Belarusdan olan heç bir idmançı, komanda rəsmisi və ya texniki işçinin hər hansı beynəlxalq oxatma tədbirində iştirakına icazə verilməyəcək, onların bayraqları və himnləri qadağan edilib və bu iki ölkədə oxatma yarışları keçirilməyəcək.
Xama
Xama (ciyə) – qaymağın süd turşusu bakteriyaları ilə emalından alınan süd və yeyinti məhsulu. Yağlılığı 10, 20, 25, 30, 36, 40% olan xamalar hazırlanır. Maya vurulmuş qaymaq soyuducu kamerada 5-8oC-yə qədər soyudulur, sonra isə 12-48 saat yetişdirilir. Separatorda (ayırıcıda) xama birbaşa süddən alınır, bu zaman südün yağlı hissəsi olan xama ayrılır. Xama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi ağ, yaxud açıq sarı çalarlı olmalıdır. Xamanın tərkibində vitaminlər (xüsusilə, A vitamini), zülallar, üzvi turşular, mineral duzlar, süd şəkəri və s. vardır. Xama bir çox xörəklərlə yeyilir, xəmirə qatılır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır.
Xına
Xına (lat. Lawsonia inermis) – lawsonia cinsinə aid bitki növü. Xına – ilk dəfə Şimali Afrikada becərilməyə başlanan xına daha sonra şərqdə Hindistana ordan isə Avropaya gətirilmişdir. Xınadan uzun müddət bəzək vastəsi kimi istifadə olunub və bu gündə istifadə olunur lakin araşdırmalar göstərir ki, xına bəzək vasitəsi olmaqla yanaşı həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir. Misir heroqliflərinə nəzər saldığımız zaman hələ qədim Misirdə xınadan müalicə vəsitəsi kimi istifadə olunduğunu görərik. Məhəmməd Möminin 1669-cu ildə yarzırdı ki, cüzamın ilk mərhələsində 14 q hənanın süzülmüş həlimini 315 q şəkərlə hər gün qəbul etmək lazımdır. Əgər bu müalicə bir ay davam edirsə, bu cüzamın şiddətlənməsinin qarşısını alar. Həna həlmindən sarılıqda, ələş xəstəliyində, böyrəkdə və sidik kisəsində daş olarkən, sidik çətin gəldikdə istifadə etmək lazımdır. O, hamilə qadınlarda uşaq salmaq qabiliyyətinə malikdir. Mütəmadi 9 q quru həna qəbul edilərsə, koliti müalicə edər.
Azərbaycanda oxatma
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı. Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır.
Batma xərci
Batma xərci (geri qaytarıla bilinməyən xərclər, hərfən — «batırılan xərclər», ing. sunk costs) — alternativ istifadəsi olmayan xərclərdir: keçmişdə qəbul edilmiş qərarlar nəticəsində meydana gələn və gələcəkdə sonrakı qərarlarla dəyişdirilə bilməyən xərclər. İngilis professor Kolin Druri, batmış xərcləri, əvvəlcədən əldə edilmiş qaynaqların dəyəri olaraq təyin edir, bu mənbələrin ümumi miqdarı onların sonrakı istifadəsi üçün mövcud alternativ variantlar arasındakı seçimdən asılı olmadıqda; keçmişdə qəbul edilmiş qərarlar nəticəsində yaranan və gələcəkdə sonrakı qərarla dəyişdirilə bilməyən xərclər . Batmış xərclər — qərar qəbul edən şəxs üçün əhəmiyyətsizdir, ancaq əhəmiyyətsiz xərclər deyil. Lazımsız xərclər əhəmiyyətsizdir, lakin gələcəkdə xərclərdən imtina etmək olar, buna görə batmış xərclər hesab olunmur. Əvvəlki dövrdə alınmış avadanlıq üçün amortizasiya xərcləri batmış xərclərdir. Avadanlıqların qalıq dəyəri tələb olunduğundan və ya ondan bir şey istehsal edilib-edilməməsindən asılı olmayaraq silinməli olduğundan, yenə də silinməlidir. Bu xərclər gələcək heç bir qərarla dəyişdirilə bilməz. Məsələn, inşa edilmiş bir kərpic kanalizasiyası yenidən kərpic halına gətirilə və satıla bilməz. Və ya, məsələn, gözlənilmədən tələb olunmayan tökülmüş bir beton təməl, sementə və quma qaytarıla bilməz.
Birbaşa çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Fatma Abdullazadə
Abdullazadə Fatma Hüseyn qızı (28 may 1948, Bakı) — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri, 1-ci dərəcə dövlət müşaviri, fizika-riyaziyyat elmləri doktoru. Fatma Abdullazadə 28 may 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini, Moskva Dövlət Universitetinin aspiranturasını və SSRİ KP MK-nın İctimai Elmlər Akademiyasını bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Funksiya və funksional analizin nəzəriyyəsi kafedrasında baş laborant, 1971–1974-cü illərdə isə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasının aspirantı olmuşdur. 1974–1985-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1985-ci ildə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsində təlimatçı, 1985–1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Partiya komitəsinin katibi, 1987–1989-cu illərdə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsi müdirinin müavini, 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında dosent, professor, 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Fatma Atalar
Fatma Atalar (d. 9 oktyabr 1988) — Türkiyəni təmsil edən həndbolçu. Fatma Atalar, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Fatma Atalar, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Fatma Cabbarova
Fatma Ağacabar qızı Cabbarova (7 noyabr 1920, Bakı – 29 noyabr 2010, Bakı) — Azərbaycan diktoru, Azərbaycan SSR xalq artisti (1990). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941–1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur. İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.
Fatma Girik
Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib. 1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı.
Fatma Hüseynova
Fatma Rza qızı Hüseynova (14 oktyabr 1939, Sabirabad rayonu) — azərbaycanlı pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1981), I dərəcəli "Əmək" ordeni laureatı (2017). Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində anadan olmuşdur. S. Ağamalıoğlu adına AKTİ-ni bitirmişdir. 1958–1973-cü illərdə Sabirabad rayonundakı V. İ. Lenin adına kolxozda işləmiş, 1973-cü ildən briqadir olmuşdur. 1976-cı ildən Sov.İKP üzvü olmuşdur. 1980-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuşdur. Fatma Hüseynova SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, 2 dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşmüşdür. 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb 2017-ci ildə zərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә].
Birma
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
Figma
Figma — macOS və Windows üçün iş masası proqramları tərəfindən aktivləşdirilən əlavə oflayn funksiyalara malik interfeys dizaynı üçün birgə veb proqramdır. Figmanın funksiyalar dəsti müxtəlif vektor qrafik redaktoru və prototipləmə alətlərindən istifadə etməklə real vaxt əməkdaşlığı imkanı ilə istifadəçi interfeysi və istifadəçi təcrübəsi dizaynına fokuslanıb. Android və iOS üçün Figma mobil proqramı mobil və planşet cihazlarında real vaxt rejimində Figma prototiplərinə baxmaq və onlarla əlaqə saxlamağa imkan verir. Adobe 15 sentyabr 2022-ci ildə Figmanı təxminən 20 milyard dollara nağd pul və səhm şəklində alacağını elan etdi. Dylan Field və Evan Uolles 2012-ci ildə Braun Universitetində kompüter elmləri üzrə təhsil alarkən Figma üzərində işləməyə başladılar. Uolles qrafika üzrə təhsil alıb və Kompüter Elmləri Departamentinin Müəllim köməkçisi olub, Field isə CS Departamentinin Bakalavr Qrupuna sədrlik edib. Figmanın arxasında duran orijinal məqsəd "hər kəsin brauzerdə pulsuz, sadə, yaradıcı alətlər yaradaraq yaradıcı ola bilməsini" təmin etmək idi. Field və Uolles veb-əsaslı qrafik redaktor proqram təminatı üzərində qərarlaşmazdan əvvəl dronlar üçün proqram təminatı və mem generatoru da daxil olmaqla müxtəlif ideyaları yoxladı. Şirkətin ilkin əhatə dairəsi 2012-ci ildə Brown Daily Herald-da dərc olunan məqalədə qeyri-müəyyən bir şəkildə "istifadəçilərə onlayn olaraq özlərini yaradıcı şəkildə ifadə etməyə imkan verəcək texnoloji başlanğıc" kimi təsvir edilmişdir. Həmin məqalədə bildirilirdi ki, şirkətin ilk ideyaları 3D məzmunun yaradılması ətrafında fırlanır, sonrakı ideyalar isə fotoşəkillərin redaktəsi və obyektlərin seqmentasiyasına yönəlib.
Filma
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. Litva Polyaklarının Seçimi, lider: V. Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A. Zuokas. Liberal — Demokrat Partiyası, lider: V. Mazuronis. Litva Sosial — Demokrat Koalisiyası, lider: A. M. Brazauskas.
MİMTA
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və ya qısaca MİMTA — Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. Fond qədim tarixə, yüksək mədəniyyətə malik Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmişdir. 31 yanvar 2005-ci ildən fəaliyyət göstərən fondun icraçı direktoru Pərviz Əmirovdur. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycanın milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm də ölkədən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir. 1906-cı il noyabrın 1-i Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşrə başlayan, amma mütərəqqi və milli fikirləri təbliğ etdiyindən 1907-ci ilin noyabrında çar hökuməti tərəfindən çapı dayandırılan “Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirilməyə başlanmışdır. MİMTA fondunun mətbu orqanı olan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Jurnal milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlılıq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. 1911-ci il yanvarın 22-də maarifpərvər ziyalı Xədicə Əlibəyovanın baş redaktorluğu və Mustafa bəy Əlibəyovun naşirliyi ilə çap olunan və milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi tarixə düşən “İşıq” qəzeti 68 nömrədən sonra – 1912-ci ildə fəaliyyətini dayandırsa da, 2012-ci ilin yanvar ayından etibarən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edilmişdir.
Nitra
Nitra (slovak. Nitra, alm. Neutra‎) — Slovakiyanın qərbində şəhər. Əhalisi 88 minə yaxındır. Nitra, Nitra çayı vadisində, Tribeç dağ massivinin yamacında yerləşir. Nitra bölgəsinin inzibati mərkəzidir. Henrich Benčík (* 1978), futbolçu Ivana Bojdová (* 1985), futbolçu Igor Demo (* 1975), futbolçu Renáta Filová (* 1981), futbolçu Vilmos Fraknói (1843-1924), tarixçi Stanislav Hudec (* 1982), hokkeyçi Monika Katonová (* 1989), futbolçu Ľubomír Kolník (* 1968), hokkeyçi Tomáš Kóňa (* 1984), futbolçu Wilhelm Viktor Krausz (1878–1959), rəssam Anton Lehmden (* 1929), rəssam və qrafik ustası Jan Ivan Lelley (* 1936), mikoloq Monika Matysová (* 1981), futbolçu František Mikloško (* 1947), Politik Dušan Milo (* 1973), hokkeyçi Jan Mojto (* 1948), Mediameneceri və Filmprodüseri Ľubomír Moravčík (* 1965), futbolçu Štefan Ružička (* 1985), hokkeyçi Stefan Schwartz (1851-1924), Venalı medalist Miroslav Stoch (* 1989), futbolçu Jozef Stümpel (* 1972), hokkeyçi Leopold Szondi (1893-1986), psixiatr İspaniya Qvadalaxara Polşa Keltse Serbiya Baçki-Petrovats Çexiya Çeske-Budeyoviçe Avstraliya Qosford Çexiya Kromerjij ABŞ Nepervill Xorvatiya Osiek Slovakiya Spişska Nova Ves Polşa Zelyona-Qura Niderland Zutermer Internetseite der Stadt Nitra NitraLive!
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Siqma
Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır. Σ hərfindən istifadə edilir: riyaziyyatda — Cəm. afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ). σ əlyazması istifadə edilir: ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök); ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası σ ( n ) {\displaystyle \sigma (n)} . fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik; kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
Pitza
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Firma
Şirkət və ya Firma — iki və daha çox fiziki şəxs yaxud hüquqi şəxsin mülkiyyətdən istifadə etməklə, məhsul istehsalı və satışından və ya xidmət göstərilməsində sistematik olaraq gəlir əldə edən hüquqi şəxs
Hitoa
Ixora (lat. Ixora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Bisma Xan