ŞƏFİ

Ərəbcə “şəfa verən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞƏFA
ŞƏHADƏT
OBASTAN VİKİ
Hacı Şəfi məscidi
Hacı Şəfi məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində yerləşən məscid. Məscid kəndin mərkəzində, “Karvansara” məhəlləsində yerləşən meydanın şimal tərəfində, üzü qibləyə inşa olunmuşdur. Yerli əhalinin dediyinə görə məscid kəndin mötəbər şəxsiyyətlərindən olan Hacı Şəfi tərəfindən inşa etdirildiyi üçün “Hacı Şəfi məscidi” adlanır. == Memarlıq quruluşu == Məscidin girişi cənub tərəfdəndir. Qadınlara və kişilərə aid olmaqla 2 qapısı vardır. Daxildən uzunu 17,4 metr, eni 10,7 metr (186 m²), hündürlüyü 4 metrdir. Binanın tavanı 4x2=8 dirəyin üstündə oturub. Şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə düzəldilib. == Kitabəsi == Məscid binasının bayır tərəfdən cənub divarının qərb tərəfində, təxminən 2 metr yüksəklikdə divara yaşıl rəngli başdaşı üzərində həkk edilmiş kitabə qoyulmuşdur. Kitabə güclü şəkildə aşındığı üçün mətnin tam oxunması mümkün olmamışdır.
Mirzə Şəfi Cahanşahi
Mirzə Şəfi Cahanşahi (tam adı: Mirzə Şəfi Mirzə Mehdi oğlu Cahanşahi, fars. حاجی میرزا سید مهدی مجتهد جهانشاهی‎; 1881 və ya 1882, Təbriz – 1953, İran) — İran hüquqşünası. Mirzə Şəfi Mirzə Mehdi oğlu 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra xüsusi müəllimlərin yanında təhsilini artırmışdı. Sonra fiqh, üsul, ərəb ədəbiyyatını və başqa dünyəvi elm və fənnləri öyrənmişdi.1924-cü ildə Cənubi Azərbaycanın hüquq və maliyyə idarələrində çalışmışdı. 1937-ci ildə Əliəkbər Davər ədliyyə sistemini yenidən təşkil edərkən Mirzə Şəfi Ali Məhkəmənin 8 aparıcı üzvündən biri idi. Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Şəfi Vazeh
Mirzə Şəfi Vazeh (azərb. میرزا شفیع واضح‎; 1794, Gəncə – 16 noyabr 1852 və ya 1852, Tiflis) — Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoq. Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirirdi. Vazeh "ifadəli, aydın" deməkdir. Tiflisdə Azərbaycan və fars dillərindən dərs demişdir. Rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazmışdı. Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Onun şeirləri intim-lirik və satirik xarakteri daşıyırdı. Bundan başqa Vazeh poeziya tipli "Müdriklik dərnəyi"nin başında dayanırdı.
Mirzə Şəfi küçəsi
Mirzə Şəfi küçəsi (Bakı)
Məhəmməd-Şəfi Süleymanov
Məhəmməd-Şəfi Kamiloviç Süleymanov (16 dekabr 1999, Mahaçqala) — rusiyalı futbolçu, Krasnodar klubunun icarə əsasında İsrailin Hapoel Beer Sheva klubunda çıxış edən hücumçusu. 16 dekabr 1995-ci ildə Maxaçqala şəhərində anadan olub. Valideynləri Ağul rayonunun Çıraq kəndinin sakinləridir. O, Dargin mənşəlidir. 6 yaşında Mahaçqalada 2 nömrəli RSDYUSHOR-da məşqçiləri Semen Valyavsky, Mirzə Mirzəyev və Rüstəm İzbulatovla futbol oynamağa başladı. 2008-ci ildə Anapa şəhərində baş tutan "Spartak əfsanələri" turnirində Süleymanov 1996-cı il təvəllüdlü komanda üçün turnirin "ən texniki oyunçusu" seçildi. Mahaçqalada 2013-cü ilə qədər futbol oynadı. 2012-ci ildə Anji Mahaçqala FKnın Akademiyasında bir baxışdan keçirildi, amma qəbul edilmədi. 2013-cü ildə Krasnodar Akademiyasına keçdi. Rusiya Peşəkar Futbol Liqasında debütü "Krasnodar-2" üçün 12 mart 2017-ci ildə FC Anqust Nazran-a qarşı oyunda oldu.
Şəfi bəy Rüstəmbəyli
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini. Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir.
Şəfi bəy Rüstəmbəyov
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini. Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir.
Şəfi bəy Xocahanlı
Şəfi bəy Xocahanlı (1785-1847) — Qarabağ bəylərindən, Bərgüşad mahalının naibi. Şəfi bəy Fəttah bəy oğlu 1785-ci ildə Bərgüşad mahalının Xocahan kəndində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Öncə kəndlərinin kədxudası, sоnra Bərgüşad mahalının naibi оlmuşdu. Minbaşı rütbəsi daşıyırdı. Şəfi bəy mülkədar idi. Dоğma kəndlərində və başqa şenliklərdə tоrpağa yiyələnmişdi. Şəfi bəyin Əli bəy adlı оğlu vardı.
Şəfi xan Qacar
Şəfi xan Qacar (19 aprel 1853, Şuşa – 2 yanvar 1909, Sankt-Peterburq) — Qacarlar sülaləsinə mənsub şahzadə, general-mayor rütbəsinə sahib Rusiya imperiyası zabiti, Azərbaycan Xalq Cümhuriyyətinin generalı olmuş Feyzulla Mirzə Qacarın atası. Şəfi xan 1853-cü ilin 19 martında Şuşa şəhərində Bəhmən Mirzə Qacarın ikinci oğlu Cəlaləddin Mirzə Qacarla Novbahar xanımın ailəsində dünyaya gəlmişdir. İlk təhsilini ailədə almış və sonra Süvari Zabit Məktəbində təhsilini davam etdirmişdir. 1874-cü ilin 12 aprelində hərbi sahədə işləməyə başlayan Şəfi xan elə həmin ilin iyul ayının 7-də vəzifədə yüksəlmiş və İrəvan Qranadyor Polkunun ikinci komandanı olmuşdur. 1877-ci il 12 aprel-17 noyabr aralığında Rus-Türk müharibəsində iştirak etmişdir. Müharibə zamanı müxtəlif döyüşlərdə və toqquşmalarda vuruşmuşdur. Bunlara misal olaraq Ərdahanın bombalanmasını, Gelaverdi təpəliklərinin alınmasını, Ərdahanın ələ keçirilməsini, türklərin Qarsda və Melin-Keydə məğlub edilməsini, Qarsın şimalındak türklərlə toqquşmaları, Qərs-Ərəbin, Qaradağın və Muxlisin bombardman edilməsini, Qızılgüldəki toqquşmanı və Alacada döyüşünü göstərmək olar. O, həmçinin Böyük və Kiçik Yahnı döyüşlərində, Hacıvəli və Subatan kəndlərindəki döyüşlərdə, İnahtəpəsindəki süvari döyüşlərində də iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaətə görə 1877-ci ilin 1 avqustunda poruçik rütbəsinə yüksəldilmişdir. 1878-ci ilin iyul ayının 22-dən 1879-ci ilin 25 maya qədər Göytəpə döyüşündə iştirak etmişdir.
Mirzə Şəfi Vazeh muzeyi
Mirzə Şəfi Vazeh muzeyi — Gəncədə yerləşən Mirzə Şəfi Vazeh Muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Muzeyin açılışı 2017-ci il noyabrın 10-da baş tutub. Şəhərin "Gülüstan" ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanılıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatıb. İkimərtəbəli binada sərgi və konfrans zalları, inzibati otaqlar var. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan "Divani-Hikmət" ədəbi məclisinə aid xüsusi guşə yaradılıb. Muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər nümayiş olunur. Muzeydə Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları sərgilənir. Muzey 2 hektar ərazidə yerləşir. Muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.
Mirzə Şəfi küçəsi (Bakı)
Mirzə Şəfi küçəsi - Bakı şəhərində İçərişəhərdə küçə. Küçə görkəmli Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin (1796-1852) şərəfinə adlandırılmışdır. 4 nömrəli bina - Bakı şəhər mədəniyyət idarəsi Yaşayış binaları: 5 nömrəli bina (1880), 6 nömrəli (1876), 8 nömrəli (1898), 9 nömrəli (1870), 12 nömrəli (1890), 18A nömrəli (1900), 18B nömrəli (1900), 20 nömrəli (1900) yerli əhəmiyyətli arxitektura abidələri siyahısına daxil edilmişdir. Mirzə Şəfi küçəsi ilə Asəf Zeynallı küçəsinin tinində rəssam Niyaz Nəcəfovun köhnə Bakı sənətkarlarına - qırçılara (binaların üstünü xüsusi neft məhsulu-qırla örtənlər) həsr olunmuş İnstallyasiya abidəsi (İnstallyasiya (ing. installation - quraşdırma, yerləşdirmə, montaj) — müasir incəsənət forması. Müxtəlif elementlərdən quraşdırılaraq vahid fəza bədiilliyi təsəvvürü verir) yerləşir. Rəssam bu əsərlə diqqəti vaxtilə vacib sənətlərdən birinin itib getməsinə cəlb etmək iistəmişdir., Abidədə binanın üstündə dayanan qırçının köməkçisi tərəfindən ona kəndirlə yuxarı qaldırılmalı olan qaynar qır dolu vedrənin nə vaxt veriləcəyini gözlədiyi ifadə edilmişdir.
Mirzə Şəfi küçəsi (Tbilisi)
Mirzə Şəfi küçəsi (gürc. მირზა შაფის ქუჩა) — Tbilisi şəhərində küçə, Abanotubani rayonunda yerləşir. Böyük Azərbaycan maarifçisi Mirzə Şəfi Vazehin adını daşıyır. 2009-cu ildə küçə sakinləri başqa yerə köçürüldülər, rayonun yenidən qurulması üçün köhnə binalar söküldü və Nəriman Nərimanovun Ev Muzeyi dağıdıldı, lakin Gürcüstan və Azərbaycan hökumətləri muzeyin yenidən qurulması haqqında razılığa gəldilər və məkan bərpa edildi. Nəriman Nərimanovun Ev Muzeyi 8 və 16 saylı evlər mədəni irs siyahısına daxil edilmişdir.
Zərdüşt Şəfi
Zərdüşt Şəfi (19 noyabr 1986, Bum, Qutqaşen rayonu – 3 avqust 2012, Bakı) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Zərdüşt Şəfi 1986-cı ilin 19 noyabr tarixində Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. 2006-cı ildə Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və 2010-cu ildə həmin fakültənin məzunu olmuşdur. 2005-ci ildən etibarən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlamışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin 2008–2010-cu illərdə məsul katibi və fəal üzvlərindən biri olub. 2009-cu ildə Bizim Yol qəzetinin keçirdiyi sorğuya əsasən, "İlin gənc yazıçısı" mükafatı ilə təltif olunmuş, gənclərə dəstək məqsədi ilə verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin gənci fəxri adına layiq görülmüş, 2012-ci ilin 3 avqust tarixində Bakı şəhərində qan xərçəngi xəstəliyindən vəfat etmişdir. 2011-ci ildə nəşr olunan "Başqa adamlar" kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Zərdüşt Şəfizadə hekayə və essələrindən əlavə həm də bir çox şeirlərin, bir tamamlanmamış və iki yarım qalmış romanın müəllifidir. Zərdüşt Şəfinin özü barədə olan fikirləri: Zərdüşt Şəfi barədə çəkilmiş Cənab İstedad sənədli filmi.
Eldar Şəfiyev
Eldar Ağadadaş oğlu Şəfiyev (28 sentyabr 1953, Bakı – 15 iyun 2023, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Şəfiyev Eldar Ağadadaş oğlu 1953-cü il sentyabr ayının 28-də Bakının Əmircan kəndində anadan olmuşdur. 84 və 226 №-li məktəblərdə səkkizillik təhsilini başa vurduqdan sonra 1969-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmuşdur. 1972-1974-cü illərdə odu sıralarında xidmət etdikdən sonra 1975-ci ildə bu məktəbi bitirmişdir. Hələ məktəb illərindən Səttar Bəhlulzadə ilə, tələbəlik illərindən isə Mircavadla dostluq münasibətləri olmuşdur. 1978-ci ilə qədər Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yaşamış və yaradıcılıqla məşğul olmuşdur. 1980-1990-cı illərdə Rəssamlar İttifaqının Bədii Fondunda rəssam işləmişdir. Rəssamlar İttifaqının üzvü olmuşdur. Eldar Şəfiyev 1990-cı ildə ABŞ-yə köçmüş, 15 il Nyu-Yorkda yaşayıb yaratmışdır. Həmçinin Türkiyədə və Dubayda böyük həcmli işlərin müəllifi olmuşdur.
Fərid Şəfiyev
Fərid Rauf oğlu Şəfiyev (21 iyul 1969, Bakı) — Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 2002–2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009–2015-ci illərdə Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb. == Karyerası == 1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləmişdir. 1998–2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışmışdır. 22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 2009–2014-cü illərdə Azərbaycanın Kanadada, 2014–2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub.
Gülçöhrə Şəfiyeva
Gülçöhrə Məmməd qızı Şəfiyeva (23 aprel 1949 – 23 dekabr 2023) — Azərbaycan rejissoru, Prezident təqaüdçüsü (2018–2023). == Həyatı == Gülçöhrə Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aktyor Səyavuş Şəfiyevin bacısı idi. Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi. 23 dekabr 2023-cü ildə 74 yaşında vəfat edib. == Fəaliyyəti == Uzun illər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. G. Şəfiyeva 1994-cü ildən bu günə kimi Heydər Əliyev adına Sarayın baş rejissoru olub. Gülçöhrə Şəfiyeva Rusiyada (Moskva, Sankt-Peterburq), Gürcüstanda, Türkiyədə, Fransada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə hazırlanan tədbirlərin, Rusiyada, Misirdə, Birləşmiş Ərəb Əmirliyində keçirilən Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda Rusiya Federasiyası İlinin açılış mərasiminin quruluşçu rejissoru olmuşdur. G. Şəfiyevanın uğurlu işləri sırasında Ü. Hacıbəyov və M. Maqomayevin 110, Bülbülün 100, S. Aşurbəylinin 90, M. Maqomayev 60 illik yubiley tədbirlərini və "Gülüstan" Sarayında, habelə Bakı Əyləncə Mərkəzində keçirilən konsert proqramlarını xüsusi qeyd etmək lazımdır.
Kamran Şəfiyev
Kamran Rauf oğlu Şəfiyev (22 dekabr 1966, Bakı) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2010—h.h). == Həyatı == Kamran Rauf oğlu Şəfiyev 22 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1985-ci ildə Başkir Muxtar Sovet Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar, 1986-cı ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə iclasının katibi işləmişdir. 1994–1998-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. 1998–2008-ci illərdə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdirinin müavini, 2008–2010-cu illərdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib. 22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 10 iyil 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Mehdixan Şəfizadə
Şəfizadə Mehdixan (1873 Tufarqan, İran -1943 Təbriz, İran) — Cənubi Azərbaycan teatr xadimi, rejissor, İran sosial-demokrat ictimaiyyun-amiyyun("Mücahid")partiyasının Təbriz təşkilatının yaradıcılarından biri olmuşdu. 1909-cu ildə Azərbaycan artistləri dəstəsi teatr truppasını təşkil etmişdi. Polis tərəfindən təqib olunduğuna görə Tiflisə köçmüş, burada Cəlil Məmmədquluzadə, Azərbaycan və gürcü səhnə xadimləri ilə, sosial- demokratlarla əlaqə saxlamış, aktyorluqla məşğul olmuşdur. Şəfizadə 1919-cu ildə Təbrizə qayıtdıqdan sonra "Xeyriyyə teatrı" təşkilatçılarından biri olmuş, "Azərbaycan maarifinin islah və tərəqqisi uğrunda" teatr cəmiyyətində rejissorluq etmişdir (1922) "Ağa Məhəmməd şah Qacar" (Ə B Haqverdiyev)," Leyli və Məcnun"," Arşın mal alan", "Məşədi İbad"(Ü Hacıbəyov) və s əsərləri tamaşaya qoymuşdur. Səfizadənin təşəbbüsü ilə "Şir-e xorşid"( "Şir və Günəş") teatrı yaradılmışdı. Şəfizadə Cənubi Azərbaycan teatrının təşkili və inkişafında əhəmiyyətli rol oynamışdır.
Nərgiz Şəfiyeva
Nərgiz Mahmud qızı Şəfiyeva (1940) — bəstəkar, Əməkdar incəsənət xadimi. Nərgiz Şəfiyeva 1940-cı ildə Bakıda dünyaya göz açmışdır. Atası, əslən şuşalı olan Mahmud Şəfiyev İkinci dünya müharibəsində şəhid olmuşdur. Amansız müharibə Nərgizi atalı həyatın sevincindən məhrum etmişdir. Anası Təibə xanım həyatın əzab-əziyyətlərinə qatlaşaraq Nərgizi Vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirmişdir. Hətta qızına musiqi təhsili verməyə də müyəssər olmuş, istedadının pərvazlanması üçün şərait yaratmışdır. Nərgiz Şəfiyeva 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbini bitirmiş, elə həmin ildə konservatoriyanın musiqi nəzəriyyəsi fakültəsinə daxil olmuşdur. Bir ildən sonra burada oxumaqla yanaşı, bəstəkarlıq şöbəsinə də qəbul edilmiş və 1958–1964-cü illərdə böyük bəstəkar, xalq artisti Qara Qarayevin sinfində təhsil almışdır. Eyni vaxtda iki fakültədə oxuyan N. Şəfiyeva musiqişünaslığın, bəstəkarlığın sirlərini dərindən mənimsəmişdir. Hələ tələbə ikən-1959-cu ildə Nərgiz xanım Azərbaycan bətəkarlarının plenumunun və 1962-ci ildə keçirilən 3-cü qurultayının iştirakçısı olmuşdur.
Rauf Şəfiyev
Şəfiyev Rauf Bəbir oğlu (02.08.1937–30.07.1999) — mühəndis, idman xadimi, Azərbaycanda sambo və cudonun banilərindən biri. Rauf Şəfiyev 1937-ci ildə Bakıda anadan olmuşdur. 1955–1960-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış və ömrü boyu mühəndis kimi müxtəlif idarə, təşkilat, istehsalat və elmi-tədris mərkəzlərində işləmişdir. Mühəndislikdən başqa R. Şəfiyev bir sıra elmi institutlarda dərs demiş və mühazirələr oxumuşdur. Bir sıra elmi məqalələrin müəliffidir. Azərbaycanın "Bilik" cəmiyyətinin fəal üzvü olmuşdur. 1997-ci ildə "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Əsas peşə ilə yanaşı Rauf Şəfiyev idmanla məşqul olmuş və sambo və cudo kimi güləşmə növlərinin Azərbaycanda yaradılması və inkişafına öz səylərini yönəltmişdi. 50–60-cı illərdə sambo üzrə keçirilən müxtəlif turnirlərdə respublika və SSRİ birinciliklərində daim fəxri kürsünün yüksək pilləsində dayanmış, medal və diplomlara layiq görülmüşdür. Onun idmanda əldə etdiyi ən böyük uğurlar isə məşqçilik və hakimlik fəaliyyəti ilə bağlı olmuşdur.
Rəşad Şəfiyev
Sabir Şəfiyev
Sabir Kərbəlayı Əli oğlu Şəfiyev (28 aprel 1930, Şuşa, DQMV) — SSRİ və Azərbaycan SSR xalq maarifi əlaçısı, professor. Sabir Əli oğlu Şəfiyev 1930-cu il aprelin 28-də Şuşada anadan olmuşdur. (1932-ci ildə atası, 1936-cı ildə anası dünyalarını dəyişmişlər. Ailə vəziyyəti ilə əlaqədar S. Şəfiyev bir sıra ümumtəhsil məktəblərində (Bakıda, Şamaxıda və s.) oxuyur və 1946–1947-ci tədris ilində Şamaxı şəhər 1 nömrəli orta məktəbini bitirir. Həmin ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil olur. 1951–1952-ci dərs ilində Şamaxı rayonunun Göylər kəndində əmək fəaliyyətinə başlamışdır. S. Şəfiyev 1952-ci ildən 1953-cü ilə qədər Azərbaycan LKGİ Bakı Vilayət Komitəsinin məktəbli gənclər şöbəsində təlimatçı, 1955–1960-cı illərdə isə Naxçıvan Vilayət Komsomol Komitəsində əvvəlcə ikinci, sonra isə birinci katib vəzifələrində işləyir. 1960–1965-ci illərdə Azərbaycan KP MK-nın məktəb və elm şöbəsində təlimatçı, 1965-ci ilin yanvarından noyabrına qədər Ağsu, 1965–1970-ci illərdə isə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi işləyir. Əmək fəaliyyəti dövründə o, V çağırış Naxçıvan MSSR Ali Sovetinin, VII çağırış Azərbaycan SSR Ali Sovetinin, Ağsu, Şamaxı rayon, Naxçıvan şəhər sovetlərinin deputatı olmuşdur. O, Azərbaycan Kommunist Partiyasının XXII, XXIII, XXIV, Azərbaycan LKGİ XXI, XXII və ÜİLKGİ-nin XIII qurultaylarının nümayəndəsi seçilmişdir.
Sənan Şəfizadə
Sənan Şəfizadə (tam adı: Sənan Nadir oğlu Şəfizadə; 14 fevral 1984, Bakı) — Azərbaycan jurnalisti, televiziya aparıcısı və sənətşünaslıq üzrə fəlsəfə doktoru. Sənan Nadir oğlu Şəfizadə 1984-cü il fevralın 14-də Bakıda anadan olub. Orta təhsilini 1990–2000-ci illərdə Bakı şəhəri, Yasamal rayonundakı Paşa Nəzərov adına 60 saylı orta məktəbdə alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2006-cı ildə sənətşünaslıq ixtisası üzrə magistr dərəcəsini bitirib. 2014-cü ildə namizədlik işini uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2000-ci ildən müxtəlif vaxtlarda "Tələbə Press", "168 saat", "Futbol Proqnoz" eləcə də Rusiyanın "Sport Ekspress" qəzetlərində işləyib, "Region Plus", "Nargis" jurnalı və azerisport.com portalıyla əməkdaşlıq edib. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2013-cü ildə İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən "İlin idman jurnalisti" mükafatını qazanıb. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb.
Şəfiabad (Gərni)
Şəfiabad — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
Şəfiqə Əliyeva
Şəfiqə Əliyeva (1 dekabr 1930, Naxçıvan MSSR – 24 noyabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Heydər Əliyevin bacısı. Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib. Respublikanın Əməkdar müəllimi olan Şəfiqə Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, "Canlı aləm haqqında əhvalatlar", "Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları" adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş "Mənim anam", qardaşı, mərhum akademik Aqil Əliyev haqqında "Xatirəyə dönən illərin işığında" kitablarını da qələmə alıb. Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, "Ziyalı" qəzetinin və "Elm və mədəniyyət" jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatına layiq görülüb. Şəfiqə Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Mirzə Əbdül Mirzə Əli Alagöz Məhəmməd Məşədi Əli Kərbəlayı Cəfər Əlirza Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev və Cəlal Əliyev, Rəfiqə Əliyevanın bacısıdır. İlham Əliyev, Sevil Əliyevanın bibisidir.
Şəfiqə Musaxanova
Şəfiqə Mahmud qızı Əliyeva (qızlıq soyadı: Musaxanova; 23 iyun 1935, Bakı) — Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatı. Texnika elmləri namizədi (28.12.1973). == Həyatı == Musaxanova Şəfiqə Mahmud qızı 23 iyun 1935-ci ildə Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi bitirib. 1952–1957-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisasında oxumuş, "Dağ mühəndisi, geoloq" ixtisası almışdır. 1957–1962-ci illərdə "Buzovnaneft"də neftçıxarma operatoru, neftçıxarma üzrə mühəndis, baş geoloq vəzifələrində işləmişdir. 1959–1963-cü illərdə Əzizbəyov rayonu Buzovna seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatı olub. 1973-cü ildə "Temperaturun neft və suyun nisbi faza keçiriciliyinə və neftveriminə təsiri" adlı dissertasiya müdafiə etmiş, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 10.01.1962–17.10.2017-ci illərdə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu və Geologiya və Geofizika İnstitutunda elmi işçi və baş elmi işçi (25.02.1988–17.10.2017) vəzifələrində çalışmışdır. 70 məqalə, 5 ixtira, 2 monoqrafiyanin muəllifidir.

Значение слова в других словарях