Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zirehdəki xəyalət
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Qara xəyalət tetra
Hyphessobrycon megalopterus (lat. Hyphessobrycon megalopterus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü.
Kiyevin xəyaləti
Kiyevin kabusu (ukr. Привид Києва) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb. Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir. MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur. Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər. Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.
Xəyalat
Xəyalat — yaradıcılığının birinci dövründə dram əsərləri yazan Ə. Haqverdiyev, ikinci dövründə (1905–1920) Azərbaycan ədəbiyyatına ustad bir hekayəçi kimi daxil olur, Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradır. Həmin dövrdə ədibin yazdığı səhnə əsərlərindən biri də "Xəyalat" pyesidir. Əsər 1911-ci ildə "Orucov qardaşları" mətbəəsi tərəfindən Bakıda çap edilmişdir. Bir pərdədən ibarət olan bu pyesi yazıçı Ə. Haqverdiyev 1911-ci ildə qələmə almışdır. Pyes, yazıçının özünə ustad bildiyi Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr etmişdir və ilk dəfə Axundzadənin doğum günündə səhnədə oynanılmışdır. Ədib "Xəyalat" pyesində Mirzə Fətəli Axundovun "böyük faciə" ilə dolu həyatını ölməz komediyalarının qəhrəmanları: Hatəmxan ağa, Hacı Qara, Dərviş Məstəli şah, Molla İbrahim Xəlil və s. ilə əlaqəli şəkildə təsvir edir. Pyesdə incə və orijinal bir yolla M. F. Axundov və onun ölməz komediya qəhrəmanları qarşılaşdırılır, böyük mütəfəkkir-ədibin öz dövründə necə qiymətləndirildiyi və necə ağır şəraitdə yazıb-yaratdığı göstərilir. Hadisələr Mirzə Fətəlinin Tiflisdəki evində baş verir. Xalqını oyatmağa çalışan Mirzə Fətəli bu yolda həmişə çətinliklərlə üzləşir.
Xəyanət
Xəyanət — Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır. Bu romanda müəmmalı qətllərin sirrinin açılmasından bəhs edilir. Əsər tanınmış həkim Əlisəttar Muradzadənin qızı Venaranın intihar səhnəsi ilə başlayır. İntihar etməsinin yeganə günahkarı kimi isə nazir Niyazi Məlikxanlını göstərir. Niyazi Məlikxanlı isə bunun tamamilə böhtan olduğunu bildirir. Cinayətin üstünün açılmasına məşhur istefada olmuş polkovnik Qanbay Qasımlını cəlb edir. Əsərdə Niyazi Məlikxanlının özünə qəsd etməsi də işi bir az çətinə salır. Lakin buna baxmayaraq sonda Qanbay Qasımlı həqiqi cinayətkarı Ruslan Dadaşovu tapır.
Əyalət
Vilayət (ərəb. ولاية‎ — vilayət) , valilik — valinin təyin olunduğu əyalət. Və ya əyalət (ər. يالة) — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. Sözün mənşəyi latın dilindən «provincia» gəlir. Qədim Romada, bu, Apennin yarımadasının xaricində yerləşən və Roma qubernatorları tərəfindən idarə olunan Romaya tabe olan ərazilərin adı idi, yəni xarici ərazilər "Provincia" sözü, ehtimal ki, latınca pro- ("adından") və vincere ("nəzarəti ələ keçirmək") sözlərindən qaynaqlanır. Beləliklə, vilayət, Roma hakimləri adından Roma hakimliyi tərəfindən idarə olunan bir ərazi idi. Roma İmperiyası da vilayətlərə bölünmüşdür. Latın «provincia» yaxın sözlər Argentina, Kanada, Belçika, İspaniya, İndoneziya və bəzi digər əyalətlərdə və ölkələrdə ərazi bölgüsünü göstərir. Bir çox əyalətdə və ölkədə əyalət nisbətən böyükdür, əyalət qanunverici orqanlarındakı təmsilçilərini ərazi bölgüsü ilə seçir (bir çox ingilisdilli əyalətlərdə və ölkələrdə bir rayon kimi).
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Xəyalat (pyes)
Xəyalat — yaradıcılığının birinci dövründə dram əsərləri yazan Ə. Haqverdiyev, ikinci dövründə (1905–1920) Azərbaycan ədəbiyyatına ustad bir hekayəçi kimi daxil olur, Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradır. Həmin dövrdə ədibin yazdığı səhnə əsərlərindən biri də "Xəyalat" pyesidir. Əsər 1911-ci ildə "Orucov qardaşları" mətbəəsi tərəfindən Bakıda çap edilmişdir. Bir pərdədən ibarət olan bu pyesi yazıçı Ə. Haqverdiyev 1911-ci ildə qələmə almışdır. Pyes, yazıçının özünə ustad bildiyi Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr etmişdir və ilk dəfə Axundzadənin doğum günündə səhnədə oynanılmışdır. Ədib "Xəyalat" pyesində Mirzə Fətəli Axundovun "böyük faciə" ilə dolu həyatını ölməz komediyalarının qəhrəmanları: Hatəmxan ağa, Hacı Qara, Dərviş Məstəli şah, Molla İbrahim Xəlil və s. ilə əlaqəli şəkildə təsvir edir. Pyesdə incə və orijinal bir yolla M. F. Axundov və onun ölməz komediya qəhrəmanları qarşılaşdırılır, böyük mütəfəkkir-ədibin öz dövründə necə qiymətləndirildiyi və necə ağır şəraitdə yazıb-yaratdığı göstərilir. Hadisələr Mirzə Fətəlinin Tiflisdəki evində baş verir. Xalqını oyatmağa çalışan Mirzə Fətəli bu yolda həmişə çətinliklərlə üzləşir.
Xəyanət boğazı
Xəyanət boğazı (yap. 野付水道) — Sakit okeanında yerləşən Kunaşir adasını Hokkoyda adasından ayırır. Şimaldan Kunaşir boğazı, cənubdan Cənubi Kuril boğazını birləşdirir. Uzunluğu 24 km, eni 20 km təşkil edir. Dərinliyi 20 m-dir. Sahilləri nisbətən alçaqdır. Orta dərinlik 7 m olması, üstəlik duman naviqasiya üçün təhlükəlidir. Bu səbəbdən gəmilər üçün məsləhət görülmür. Sahillərində Paltusov, Visla (Kumaşir) və Pyadzin-Saki (Hokkoyda) burunları vardır. Boğaza Rikardo, Qolovina, Sennaya çayları tökülür.
Vətənə xəyanət
Vətənə xəyanət — vətəndaşın öz ölkəsinin suverenliyinə qarşı qəsdən törətdiyi əməldən ibarət cinayət. Vətənə xəyanət edən şəxs xain kimi tanınır. Dövlətə xəyanətə xüsusilə aşağıdakılar aid edilir: müharibə zamanı düşmən tərəfinə keçmək (kollaborasionizm); dövlət sirrinin və hərbi sirrin verilməsi və açıqlanması; casusluq; hökumətin və başqalarının iradəsinə zidd olaraq düşmənlə ayrı aparılan danışıqlar.
Mitte (əyalət)
Mitte (alm. Mitte‎ — «mərkəz») — 2001-ci ildən bəri mövcud sərhədlərdə olan Berlinin mərkəzi inzibati bölgüsü. Əyalət üç keçmiş müstəqil rayon Mitte, Tierqarten və Toyun birləşməsi ilə Berlinin inzibati bölgüsünün genişmiqyaslı islahatı zamanı formalaşmışdır. İslahat həmçinin əyalətlərdəki rayonları da əhatə etdi və keçmiş Mitte rayonu eyni adlı yeni əyalət statusu aldı. Bundestaq, Bundesrat və federativ hökumət təşkilatlarının əksəriyyəti Mitte əyalətində yerləşir. 01 Əyalət Mitte 0101 Mitte (əvvəl — müstəqil rayon) 0102 Moabit (əvvəl — rayon Tirqarten) 0103 Qanzafirtel (əvvəl — округ Tirqarten) 0104 Tirqarten (əvvəl — rayon Tirqarten) 0105 Veddinq (əvvəl — rayon Veddinq) 0106 Qezundbrunnen (əvvəl — rayon Veddinq) Admiralspalast Aleksanderplats Berlin teleqülləsi Berlin kafedralı Bradenburq qapısı Bradenburq muzeyi Podevils sarayı Saray meydanı Saray körpüsü Jandarmenmarkt Qırmızı ratuşa Çətənə muzeyi Ada muzeyi Nikolaifirtel Postdam meydanı Reyxstaq Unter-den-Liden Razılaşma Şapeli Tsionskirxe Vikianbarda Mitte əyaləti ilə əlaqəli mediafayllar var.
Pattani (əyalət)
Pattani(tay ปัตตานี) — Tailandın cənubunda əyalət. Yala, Narathivat,Sonqkhla əyalətləri ilə qonşudur.Malay yarımadasında yerləşir. Şimalda Siam körfəzinə birləşir. Pattani—Tailandın 4 əyalətindən biridir. Əhalisi əsasən müsəlman malaylardan ibarətdir.
Qroninqen (əyalət)
Xroninqen — Niderlandın əyalətlərindən biri. Ölkənin ən quzeyində yerləşən əyalətin paytaxtı Xroninqen şəhəridir.
Raquza (əyalət)
Raquza (it. Provincia di Ragusa, sic. Pruvincia di Rausa) — İtaliyanın inzibati bölgüsündə, Siciliya muxtar regionuna aid əyalətdir. Sirakuza əyalətinin inzibati mərkəzi Raquza şəhəridir. Əyalətin sahəsi 1.614,02 km²olub, şimalda Kataniya əyaləti, şərqdə Sirakuza, qərbdə Kaltanissetta əyaləti və cənubda isə Aralıq dənizi suları ilə əhatələnmişdir. Əyalət 1927-ci ildə təsis edilmişdir.
Sirakuza (əyalət)
Sirakuza (it. Provincia di Siracusa, sic. Pruvincia di Sarausa) — İtaliyanın inzibati bılgüsündə, Siciliya muxtar regionuna aid əyalətdir. Sirakuza əyalətinin inzibati mərkəzi Sirakuza şəhəridir. Sirakuza əyaləti Siciliya adasının cənub-şərqində İon dənizinin sahilləri boyunca yerləşmişdir. Əyalətin kontinental hissəsini İbley dağları tutur. Ən yüksək nöqtəsi Monte-Lauro zirvəsi olub, dəniz səviyyəsindən 986 m hündürlükdə qərar tutmuşdur. Əyalətin sahəsi 2109 km²olub, Siciliya adasının 8,2 %-ni təşkil edir. Əyalət şimalda Kataniya əyaləti, qərbdə Raquza əyaləti və şərqdə isə İon dənizi suları ilə əhatələnmişdir. Əyalətin şimal hissəsi Siciliyada ən iri şay sayılan Simento çayı vadisinə aiddir.
Viktoriya (əyalət)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Xroninqen (əyalət)
Xroninqen — Niderlandın əyalətlərindən biri. Ölkənin ən quzeyində yerləşən əyalətin paytaxtı Xroninqen şəhəridir.
Xəyalə Abdulla
Xəyalə Mardan qızı Abdulla (13 iyul 1993) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2015). 2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb. 2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl, 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb. 2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb. 2013 və 2014-cü illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub. Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir. 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır. Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb. FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin mart ayına olan məlumata görə Xəyalə Abdulla 2241 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 320-ci yerdə qərarlaşıb. Xəyalə Abdulla azərbaycanlı qrosmeyster Nicat Abasov ilə ailə həyatı qurub.
Xəyalə Manaflı
Xəyalə Manaflı (19 mart 1985, Bakı) — müğənni, televiziya aparıcısı. Xəyalə Manaflı 1985-ci il martın 19-da Bakıda anadan olub. 1990-cı ildən böyük səhnədə çıxışlar edib. Azərbaycan estrada səhnəsində ilk uşaq estrada müğənnisidir. 1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konserti olub. 1991-1998-ci illərdə xüsusilə onun üçün yazılmış 40-a yaxın mahnılar hələ uşaq ikən ona şöhrət gətirib. Uşaq mahnılarına çəkilmiş ilk kliplər də onundur. İlk uşaq televiziya aparıcısıdır. 1991-1999-cu illərdə Azərbaycan Televiziyasında Bax belə, Xəzər studiyasında "7…17" telemüsabiqəsinin, "BMTİ" müstəqili televiziya kanalında "Xəyalə və dostları", Azərbaycan televiziyasının 2-ci proqramında "Çərək, çərək, gəl görüşək" adlı musiqili, əyləncəli, uşaq və yeniyetmə proqramlarının aparıcısı olub. 1992-ci ildə "7…17" telemüsabiqəsinin qalibi olub.
Xəyalə Murad
Xəyalə Murad (Xəyalə Məmmədli; 25 noyabr 1986, Sumqayıt) — yazıçı, redaktor, tarixçi, publisist, "Sürətli oxu" təlimçisi (kouç) 1986-cı il 25 noyabr tarixində Sumqayıt şəhərində mühəndis ailəsində dünyaya gəlib. İlk qələm təcrübəsi on yaşından başlayır. İlk şerini on, ilk hekayəsini on dörd yaşında yazmış Xəyalə Murad hələ orta məktəbdə təhsil alarkən bir çox yazıçıların pyeslərinin səhnələşdirilməsində yaxından iştirak edib. 2004-cü ildə Sumqayıt şəhəri N.Tusi adına 12 saylı orta məktəbi fərqlənmə ilə başa vurub. 2006-cı ildə İnformasiya Texnologiya institutunun Ağstafa şəhərində yerləşən filialında kompüter müəllimliyi üzrə dərs alıb. 2006-2008-ci illər Sumqayıt şəhərində yerləşən müxtəlif kompüter mərkəzlərində müəllimə kimi fəaliyyət göstərib. 2012-ci ilin aprel ayından 2016-cı ilin dekabr ayınadək ilk milli qadın portalı olan Qadin.Net saytında və 2016-2017-ci illərdə ilk beynəlxalq informasiya bürosu olan Voicepress.az saytında redaktor vəzifəsində çalışıb. Hazırda isə 2017-ci ilin iyun ayından etibarən Qadin.Net saytının baş redaktorudur. 2021-ci ildə Rusiyanın Tolyatti Dövlət Universitetinin (Тольяттинский государственный университет) Tarix fakültəsinə qəbul olub. 2014-cü ildən öz təcrübəsinin əsasında hazırladığı layihə ilə "Sürətli oxu" (скорочтение, Speed reading) təlimçisi (Коуч coach) kimi müxtəlif universitetlərdə, gənclər evlərində təlimlər verir, insanların mütaliə sevgisini artırmağa çalışır.
Ştiriya (əyalət)
Ştiriya — Avstriyanın federal əyaləti. Ştiriyanın inzibati mərkəzi Qrasdır. Ştiriya Avstriyanın Sloveniya ilə həmsərhəd olan federal əyalətidir və o, orta əsr qalalarının çoxluğuna və "Göllər şəhəri"Zaltskammerguta görə məşhurdur. Antik qalalar və monastrlar əyalətin ərazisi boyu səpələnmişdir. Burada got kilsəsi ilə ən böyük barokko qəsri Rigersburg, cəngavər zalı və orta əsr silahlarının kolleksiyası , Renesans dövrü qalası Herbershtajn (XIII–XVII əsrlər) Siah-yaraq müzeyi və ailə portretləri zalı;ziyarət kilsəsi Mariatsell(1157) , gümüş mehrablı kiçik kilsə (1727) və XIII əsrin möcüzəvi heykəli Nojburg-an-der-Mjurtsdakı keçmiş Sistersian abbatlığı , Foreydəki Avqust monastrı (11630) Reyndə ən qədim Avstriya Sisterian monastrı (1129), və ya Gessdəki Benedikt monastrı (1000) və digər tarixi və memarlıq abidələri vardır.
Lleida (əyalət)
Lleida əyaləti və ya Lérida əyaləti (katalanca: Lleida) İspaniyanın Kataloniya muxtar vilayətində yerləşən bir əyalətdir. Əyalətin mərkəzi isə əyalətə adını vermiş olan Lérida şəhəridir.
Xəyalə Quliyeva
Xəyalə Quliyeva (26 aprel 1980, Bakı) — azərbaycanlı aktrisa, teleaparıcı. Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak etmişdir. Onun bu istedadını müəllimləri də çox sevindirmişdir. Məktəb illəri Azərbaycanın tarixində çətin dönəmlərə düşməsinə baxmayaraq, aktrisa təhsilindən geri qalmamış, bütün çətinliklərə baxmayaraq məktəbi yaxşı qiymətlərlə bitirmişdir. Eyni zamanda qarmon ifaçılığı üzrə musiqi məktəbini də yaxşı qiymətlərlə bitirmiş, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. Tələbəlik illərində də öz istedadı ilə fərqlənən Xəyalə tez-tez müxtəlif tədbirlərə aparıcı və aktrisa kimi dəvət olunur. 2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında "Çəkirəm Haa" proyekti ilə efirə çıxmışdır. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çox saylı izləyici kütləsi yığmışdır.
Bali (əyalət)
Bali — İndoneziya əyaləti və Kiçik Sunda adalarının qərb tərəfi. Yavanın şərqində və Lombokun qərbində yerləşən əyalətə Bali adası və bir neçə daha kiçik qonşu adalar, xüsusən Nusa Penida, Nusa Lembonqan və Nusa Ceninqan daxildir. Əyalətin paytaxtı Denpasar, Kiçik Sunda adalarının ən sıx olduğu və Şərqi İndoneziyadakı Makasardan sonra ikinci ən böyük şəhərdir. Bali İndoneziyada əhalinin 83,5% -i Bali Hinduizminə sadiq qalan yeganə hindu əyalətidir. == İstinadlar == == Xarici linklər == Bali // Britannika Ensiklopediyası. 3 (XI). 1911.
Xəyalə İsgəndərova
Xəyalə İlqar qızı İsgəndərova (türk. Hayale Isgenderova; doğ. 20 oktyabr 1988, Bakı ) — Azərbaycan əsilli Türkiyə şahmatçısı, qadınlar arasında beynəlxalq usta (2009). 2006-cı ildə qadınlar arasında Azərbaycan çempionatında qızıl, 2007 və 2008-ci illərdə isə bürünc medal qazanıb. 2015-ci ildə qadınlar arasında Türkiyə çempionatında gümüş, 2014 və 2016-cı illərdə isə bürünc medal qazanıb. 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinın Şarja şəhərində keçirilmiş beynəlxalq "Sharjah Cup" turnirinin qalibi olub. Müxtəlif illərdə qadınlardan ibarət Azərbaycan və Türkiyə yığma komandalarının heyətində Şahmat Olimpiadalarının (2006–2016) və Avropa çempionatlarının (2007–2009, 2015–2017) iştirakçısı olub. Türkiyə vətəndaşı ilə ailə həyatı qurub və 2013-cü ildən bu ölkəni təmsil etməyə başlayıb. Gino Di Felice. Chess International Titleholders, 1950-2016.
Ləyaqət
Ləyaqət — İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin, bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Mənəvi kateqoriya kimi şəxsin öz-özünə hörmətidir. İnsan həyatının ən böyük dəyəri hər kəsdə ləyaqətin olması nəzərdə tutulur. Fərdi mənəvi və etik keyfiyyətlər də buna daxildir. Şərəf anlayışı ilə ləyaqət anlayışı əsasən üst-üstə düşür. Şərəf digər fərdi mənəvi və etik keyfiyyətlərin qiymətləndirilməsidir.
Səyahət
Səyahət — adam və ya obyektlərin (təyyarə, gəmi, qatar, və s.) uzaq yerlər arasında reallaşdırdığı hərəkətdir. Əyləncə, turizm və tətilin yanında dini, mədəni və öyrədici məqsədli səfərlər də edilə bilər. Səfər — yerli, regional, milli və ya beynəlxalq miqyasda da baş verə bilər.
Veyvlet
Kəsilməz veyvlet çevirməsi (ing. wavelet – kiçik dalğa deməkdir) – zaman və tezlik üzrə çözünürlüklə bağlı problemləri aradan qaldırmaq üçün qısamüddətli Furye çevrilməsinə alternativ kimi təklif edilmişdir. Praktikada rast gəlinən siqnallarda çox vaxt yüzsək tezlikli komponentlərin müddəti böyük olmur, aşağı tezlikli komponentlərin müddəti isə kifayət qədər böyük olur. Qısamüddətli Furye çevirməsində zaman və tezlik oxu üzrə çözünürlük bütün çevirmə üçün sabit kəmiyyətdir. Veyvletlərin köməyi ilə yüksək tezliklər oblastında zaman üzrə yüksək və tezlik üzrə aşağı çözünürlük, aşağı tezliklər oblastında isə tezlik üzrə yüksək və zaman üzrə aşağı çözünürlük əldə etmək olar. İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı, 111 səh.