Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xur
Xur — İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,370 nəfər və 1,360 ailədən ibarət idi.
Xur (İsfahan)
Xur — İranın İsfahan ostanının şəhərlərindən və Xur və Biyabanək şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,126 nəfər və 1,754 ailədən ibarət idi.
Xur və Biyabanək şəhristanı
Xur və Biyabanək şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,488 nəfər və 4,924 ailədən ibarət idi.
Tur xan
Tur xan (Turan xan)(Türk) - türk və altay mifologiyasında əfsanəvi xaqan. Türklərin atasıdır. İran tarixinin əfsanələrində, onların baş düşmənidir. Göytürk çağında iranlılar, "Turan" adını Göytürklərlə əlaqələndirir. Türk qövmləri İran əfsanələri ilə tanış olduqlarında, şəxsən özlərini Turanın qövmü olaraq görməyə başlamışlar və özlərini qürurla Turanın kralı Əfrasyabın vətəndaşı saymışlardır. Etrusklarda Turan adlı bir sevgi və həyat Tanrıçası vardır və etrusk dilində qayda qoymaq mənası ehtiva edər. Maraqlı bir şəkildə monqolcada Dur/Dura və tuvaca Tura sözcüyü sevgi, istək və arzu mənaları daşıyarkən, mançurcada Doron sözcüyü qanun (qanun) deməkdir. Fars-tacik şairi Firdovsinin Şahamə əsərində Tur Firidunun oğludur. Şahnaməyə görə Firidun qocalıqdan sonra ölkəsini üç oğlu arasında üç yerə bölür və Turanı Tura, Rumu Səlmə, İranı isə İrəcə verir. Səlm İrəci İranı atası ona verib deyə qısqanır, buna görə də Turu da aldadıb öz yoluna kəçərək İrəclə müharibəyə başlayır.
Nur İnayət Xan
Nur Nissa İnayət Xan və ya Nora Beyker kimi tanınan Nur İnayət Xan (1 yanvar 1914 - 13 sentyabr 1944), II Dünya müharibəsində İngiltərə Xüsusi Əməliyyat Bürosunda xidmət edən ingilis casusu idi.Madlen kod adı altında İngiltərə Xüsusi Əməliyyat Bürosunun(ing. Special Operations Executive (SOE)) agenti olaraq, İkinci Dünya müharibəsi dövründə Fransa Müqavimət hərəkatına kömək məqsədilə İngiltərədən işğal olunmuş Fransaya göndərilən ilk qadın operator oldu. İnayət Xan ona edilən xəyanət nəticəsində tutuldu və Daxau həbs düşərgəsində edam edildi. Ölümündən sonra Birləşmiş Krallığın ali ordenlərindən biri olan SOE-dəki xidmətinə görə George Cross a layiq görüldü. == Erkən həyatı == Dörd övladdan böyüyü olan Nur İnayat Xan 1 yanvar 1914-cü ildə Moskvada anadan olub. Atası İnayət Xan Hind sultanlarının nəslindən olan müsəlman idi; valideynlərinin hər ikisi zadəgan nəslindən idilər və nəsillərində musiqiçilər var idi. Onun ulu babası Maysur əmirliyi hakimi Tipu Sultan idi. Avropada musiqiçi və sufizm müəllimi olaraq yaşadı. Anası Pirani Amina Bequm (Ora Rey Beyker), Nyu-Meksiko ştatının Albukerke şəhərindən olan və Amerikada gəzərkən İnayət Xan ilə tanış olan amerikalı idi. Ora Beyker, Amerikalı yoqi və alim Piyer Bernardın bacısı idi,İnayətlə görüşdüyü anda onun qəyyumu idi.
EUR
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Jur
Jur (polşa dilində zur, zurek; bolqarca кісяліца) - sulu yeməkdir. Polyakların və bolqarların milli yeməkləridir. Slavyan xalqlarının mətbəxinə bu yemək Vladimir Monomaxanın dövründə daxil olmuşdur. Əsas tərkibini yulaf unu təşkil edir. == Hazırlanma qaydası == thumb|Цежа в процессе брожения Bu yeməyi hazırlamaq üçün əsas ceja (suda həll olunmuş un) adlı məhlulu hazırlamaq lazımdır. Bunu hazırlamaq yarım və bir neçə sutka vaxt tələb olunur. Cejanı hazırlamaq üçün əsas yulaf unundan istifadə olunmalıdır. Bu unun üzərinə su əlavə edilir (150-250 qr una 1 litr) və isti yerdə saxlanılır. Ceja hazır olduqdan sonra supun digər elementlərinin hazırlanmasına başlanılır. Yeməyin əsas prinsipi su ilə unu qatışdırıb alınan məhluldur.
Lur
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Tur
Tur (şəhər)
Uxur
Uxur - türk və altay xalq inancında yol cini. Uhur və ya Uğur da deyilir. Yollarda gəzən bir varlıqtır. Görenlere taleh və bəxt gətirir. Uğur sözü buradan törəmişdir. == Etimologiya == (Ug/Uğ) kökündən törəmişdir. Uğramaq sözü ilə əlaqəlidir. Uğunmaq isə xəstələnib özündən keçmək, huşunu itirmək deməkdir. Oğru (Uğru) isə yol kəsən quldur mənasındadır.
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. == Nümunə == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xub
Xub — Pakistanın Lasbela rayonunda şəhər.Şəhər Pakistanın 49-cu böyük şəhəridir. == İqtisadiyyat == Xub iqtisadi cəhətdən Bəlucistanın ən böyük sənaye şəhərlərindən biridir. Xub, Kəraçi ilə yaxınlığı səbəbindən bir ticarət mərkəzi olaraq ortaya çıxır. Bazar və bazarlar da müxtəlif çeşidli mallarla doludur. Neft emalı zavodları, Müxtəlif şirkətlər, Güc Layihələri üzrə işlər, Bosicor Neft Emalı Zavodları Kəraçi yaxınlığındakı Hubda yerləşir.
Xuk
Xuk (fars. خوك‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Xum
Hum – Xorvatiyada yaşayış məntəqəsi. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi də var. Hum kifayət qədər qədimdir və onun haqqında ilk qeydlər 1102-ci ilə gedib çıxır.
Xurs
Xurs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.Eyniadlı bələdiyyənin mərkəzidir. Tərkibində aşağı Xurs və yuxarı Xurs kəndləri var. Rayonun mərkəzindən şimal-şərqdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarındadır . == Tarixi == Xurs Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Gilan çayı sahilindədir. Tədqiqatçılar bu oykonimi Gorus etnoniminin variantı hesab edirlər. Dərədə yerləşdiyi üçün dərə Xurs kimi də tanınır . Toponimiyada Xırs- Ayı yəni (ayı basan dərə ) mənasını verir . == Əhalisi == Əhalisi 167 nəfərdir. Əhalisi maldarlıq, bağçılıq və arıçılıqla məşğuldur.
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur.Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır". Skrebkov isə yazır: "Təksəsli oxuma çoxsəsli oxumanın bir növ monodik təkrarıdır.
Adi qur-qur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Xırda qur-qur
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883–cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Akmal Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Alan Mur
Alan Mur (18 noyabr 1953[…], Northempton, Birləşmiş Krallıq) – ingilis komiks yazıçısı. Frank Miller ilə komiks dünyasında əsaslı yeniliklər gətirmişdir. Onun əsərlərinin çoxu Hallivud tərəfindən filmə çəkilmişdir: "Cəhənnəmdən", "V - Vandetta deməkdir", "Watchman", "Liqa" və s. == Karyerası == 1979-cu ildə İngiltərənin "Sounds" qəzetində karikaturaçı kimi işləməyə başlayan Mur rəsm çəkməyin ondan uzaq olduğunu başa düşüncə yazıçılığa yönəldi. Lakin daha sonra karikaturaları ona şöhrət gətirdi. İngiltərənin "2000AD" jurnalında müxtəlif obrazlar yaradan Mur xüsusilə "Marvelman" seriyası tanındı və buna görə 1982 və 1983-cü illərdə Böyük Britaniyada Ən Yaxşı Karikaturaçı mükafatının sahibi oldu. Alan Mur daha sonra ABŞ-nin "Swamp Thing" jurnalında işləməyə başladı. 1986-cı ildə yaratdığı Watchman superqəhrəmanı ilə komiks dünyasını sarsdı. O bununla superqəhrəman anlyışını siyasi cəhətdən tənqid edirdi.
Aşağı Xuc
Aşağı Xuc – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Aşağı Xuc oyk, mür. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Yaşayış məntəqəsi XIX əsrdə Orta Xuc kəndinə məxsus qışlaq yerində bina edilmişdir. Toponimi, əsasən mənşəcə qıpçaqlardan olan kuç tayfasının adı ilə əlaqələndirirlər. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər iki kənddən fərqləndirmyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 563 nəfər əhali yaşayır.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Ar-sür-Forman
Ar-sür-Forman (fr. Ars-sur-Formans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Coğrafiyası == O, 35 km şimalda Lion və dəniz səviyyəsindən 226–281 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1367 nəfər təşkil edirdi. == Tarixi == Ar kəndinin adı ilk dəfə 969-cu ilə aid sənədlərdə qeyd olunur. XI əsrdə zadəgan ailəsinə məxsus olan Ar, sonra bu torpaqları Lion yaxınlığındakı bir monastıra köçürdü. Təxminən 1409-cu ildə, dini müharibələr zamanı kənd tamamilə yandırıldı.
Bar-sür-Ob (rayon)
Bar-sür-Ob (fr. Bar-sur-Aube) — Fransanın Şampan-Arden regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob. Suprefektur — Bar-sür-Ob. Rayon əhalisi 2006-cı ildə 29.799 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 25 nəf./km². Rayon sahəsi — 1193 km².