Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xitab
Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s. Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran.
Mizab (Mərənd)
Mizab (fars. ميزاب‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (75 ailə).
Xitab (qida)
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Xisal (kitab)
Xisal (ərəb. خصائص أمير المؤمنين‎) (azərb. Xislətlər‎) — Şeyx Səduqun kitabı. “Xisal” ərəb dilindən tərcümədə xislət, sifət, xüsusiyyət mənalarını verir. Bu kitab hədislərin onlarda qeyd edilən rəqəmlər əsasında sıralanmasına görə toplanmışdır. Kitabda hədislərdə gəlmiş birdən milyona qədər olan müxtəlif xüsusiyyətlər ardıcıllıqla təqdim olunur. Öz orijinallığına görə digər hədis kitablarından çox fərqlənən “Xisal” qədimdən müsəlmanların diqqət mərkəzində olmuşdur. “Xisal” İslami bilikləri, qadağan olunmuş və icazəli əməlləri, tarixi mövzuları, fəlsəfi, irfani mətləbləri, davranış qaydalarını və siyasi mövzuları əhatə edən ensiklopedik bir kitabdır. Kitab 2013-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 208 səhifədə 60x90 ölçüsündə çap edilib. "Xisal (Xislətlər)" ( (az.)).
Cavanşir-Dizaq mahalı (kitab)
Binab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Dezab
Dezab— İranın Xuzistan ostanının Dezful şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,169 nəfər və 2,279 ailədən ibarət idi.
Dizac
Dizac (Üskü)
Dizaq
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Hicab
Hicab (ərəbcə tələffüz; [ħɪˈdʒaːb] və ya müasir istifadədə tesettür) — müxtəlif formalarda ola bilən müsəlman qadınların geyinmə və örtünmə davranışı; baş örtüyü ise saçları və adətən üzü istisna olmaqla baş və boyunu örtən geyim tərzidir. Hicab arakəsmə, pərdə, örtük, deməkdir; çadra, niqab, parəncə də bu qəbildəndir. Müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. İslamiyyətdə mühafizəkar cərəyanlar hicabı müsəlman etikasının zəruri ünsürlərindən biri adlandırırlar, lakin hazırda müsəlman ölkələrində ən çox yayılan hicabın sadələşdirilmiş variantıdır. Bu, baş örtüyü, həmçinin qolları və boynu örtən paltardır. Hicab müsəlman şəhərlərinin hər yerində yayılmışdı, lakin kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicab örtməmişlər. Hicab qadının öz seçimi və ya onu təhsil, ictimai həyata iştirak, işləmək kimi şəxsi hüquq və azadlıqlarından məhrum edən məcburi bir tətbiq ola bilər. Hicab anlayışının bir parçası olaraq, bəzi İslam cəmiyyətlərində qadınlar din tərəfindən təsdiqlənmiş geyimləri ilə belə, təkbaşına bazara gedə bilməzlər. Qadınlarla ancaq pərdə və ya qəfəs arxasında danışmaq olar.
Kitab
Kitab — informasiya daşıyıcılarından ibarət vərəqə toplusu. Bu vərəqələr bir tərəfdən tikilir və üzlüklə örtülür. Kitab kağızının hər vərəqinin üzləri səhifə adlanır. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir. 2013-cü ildə elektron kitablar kəmiyyət baxımından kitab bazarının 30%, qiymət baxımından 14% təşkil edib. İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır. Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub.
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Silab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Sirab
Sirab mineral suyu
Tikab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Xincab
Xincab — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Dərələyəz silsiləsinin ətəyindədir. Oykonim eyniadlı hidronimdən yaranmışdır. Hidronim fars dilindəki xinq və ya xınq (boz, tutqun, bulanıq) və ab (su) sözlərindən düzəlib, "bulanıq su, tutqun çay" mənasındadır. Kənd keçmişdə mövcud olmuş suyu bulanıq arx sahilində yerləşdiyi üçün belə adlandırılmışdır.
Xəzan
Xəzan — ilin bəzi mövsümlərində (payız, yayın quraqlıq dövrü) bitkilərin kütləvi surətdə yarpaqlarının tökülməsi. Torpaq səthində töküntünün toplanmasına, torpağın üst qatlarının üzvi və mineral maddələrlə zənginləşməsinə səbəb olur.
İzabo
İzabo — İsraili Avraviziya 2012-də "İzabo" rok qrupu "Time" mahnısı ilə təmsil etdi. Qrup 4 musiqiçidən-Ran Shem-Tov (vokal və gitara), Shiri Hadar (klavir), Jonathan Levy (bas gitara) və Nir Mantzurdan (baraban) ibarətdir.
Mizac
Mizac (ərəb. ‎المزاج mizac "xüsusiyyət") — bir insanın anadangəlmə xüsüsiyyəti. Psixologiyada temperament termini fərdin şəxsiyyətinin çox vaxt anadangəlmə və öyrənilməmiş introversiya və ya ekstroversiya kimi aspektlərinə aiddir. Klassik psixologiyada əxlaqın müxtəlif qarışığının meydana gətirdiyi şəxsiyyət növləri üçün istifadə edilən termin. Qədim və Orta əsrlərdə insanın bioloji, mənəvi və psixoloji funksiyalarına təsir etmək üçün qəbul edilmiş dörd maye maddə. Temperament; fərdin diqqətində, duyğularında və davranışında emosional reaktivliyin səviyyəsi, fərdi fərqlər kimi müəyyən edilir.Temperament davranışın məzmunu ilə deyil, üslubu ilə müəyyən edilir. Başqa sözlə, fərdlərin bir vəziyyətdə nə etdiklərini deyil, bu vəziyyətə necə reaksiya verməsidir. Mizac bioloji əsaslı fərdidir.Fərdi digərlərindən ayıran fərqlərə işarə etsə də, aid olduğu fərd üçün nisbətən qalıcı və dəyişməz bir xüsusiyyətə malikdir.Mizacın nə qədəri irsi xüsusiyyətlərə, nə qədəri isə təcrübələrə bağlıdır. Nəticə etibarı ilə Mizac hər bir fərddə müşahidə oluna bilən və çox fərqli xüsusiyyət və ya əlamətlər toplusundan ibarət olan, onun dünya ilə qurduğu qarşılıqlı əlaqəyə təsir edən fitri xususiyyətidir. Goldsmith və başqaları (1987) müəyyən etdilər ki, temperament nisbətən sabit olsa da, ətraf mühitin təsirindən təsirlənir və dəyişməsindən asılı olaraq dəyişə bilir.
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Mizrab
Mizrab, plektr (q.yun. πλῆκτρον plēktron, πλήσσω plēssō dən - vururam), və ya mediator — sümük, plastik və ya metal plastinkadan hazırlanan barmaqla tutularaq simli alətləri ifadə edən köməkçi vasitə.
Xiyar
Xiyar (lat. Cucumis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Xiyarın sarılqan xüsusiyyətli incə quruluşlu, buğumlu 5 tinli gövdəsi, 3-5 loplu tüklü yarpaqları və yarpağın qoltuğundan çıxan tək eşeyli sarı çiçəkləri var. Bəzən tikanlı, parlaq yaşıl rəngli qabıqla örtülü incə uzun və silindir formasında meyvələrin içində çoxlu toxum olur. Bu bitki hər cürə iqlimdə yetişə bilər Lakin Tundrada yetişə bilməz. Bol su sevən bu bitki quraqlıq yerlərdə yetişmir. Gübrə vasitəsi ilə məhsuldarlığı daha da artırılır. Əgər aqrar dərman istifadəsi təbiət və bitki üçün zərərlidirsə, bu halda tövsiyə olunmur.
Xiyav
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Iran Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləri Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Xizək
Xizək — insanın qar üstündə hərəkət etməsi üçün təkərsiz nəqliyyat vasitəsi. (150–220 santimetr) uzunluğunda, pəncə hissəi iti və yuxarı əyilimiş iki taxta və ya plastik materialdan düzəldilir. Xizəklər üzərində xüsusi bərkidilmiş çəkmələrlə ayağa geyindirilir. Xizəklərdə qar üzərində sürüşmə vasitəsilə hərəkət etmək olar. Mezolit dövründən istifadə olunan xizək Azərbaycanın ayrı-ayrı zonalarında müxtəlif adlarla (kəriskə, kirşə, havza, çəpə və s.) məlumdur. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda xizəyə öküz və kəl də qoşulmuşdur. Rusiya və Skandinaviyadakı qaya üstü təsvirlər göstərir ki, eramızdan hələ min illər əvvəlllər insanlar xizəklərdən istifadə edirlərmiş. Xizəklər şimal xalqları tərifndən onların soyuq təbiətə və uzun qışa uyğunlaşması prosesində ixtira edilibdir. Sərt təbiətdə yaşayan insanların davam gətirməsi üçün dərinliyi böyük olan qar örtüyü üzərində hərəkət etməsi lazım idi. Əvvəlcə qar üstündə yerimək üçün xüsusi konstruksiya icad edilir.
Xıncab
Xincab — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Dərələyəz silsiləsinin ətəyindədir. Oykonim eyniadlı hidronimdən yaranmışdır. Hidronim fars dilindəki xinq və ya xınq (boz, tutqun, bulanıq) və ab (su) sözlərindən düzəlib, "bulanıq su, tutqun çay" mənasındadır. Kənd keçmişdə mövcud olmuş suyu bulanıq arx sahilində yerləşdiyi üçün belə adlandırılmışdır.
Çitab
Çitab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Kəbgiyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,561 nəfər və 328 ailədən ibarət idi.Əhalisi Boyer-Əhməd elinin Çitab oymağındandır.
Bayramkənd (Dizak)
Bayramkənd - Yuxari Qarabagın Dizak nahiyəsində kənd adı. Qarabağ Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. “Azərbaycan onomastikası problemlərinə dair”. Bakı, 1986.