Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xudat
Xudat – Azərbaycan Respublikasının şimalında Xaçmaz inzibati rayonunun tərkibində şəhər. 1950-ci ildə rayon tabeli şəhər statusu almışdır. Xudat 1943-cü ildə yaradılmış Xudat inzibati rayonunun mərkəzi olmuşdur. Bu rayon 1959-cu ildə ləğv edillmiş və Xudat daha əvvəllər aid olduğu Xaçmaz rayonunun inzibati idarəsinə verilmişdir. 1963-cü ildə ləğv edilən Xaçmaz rayonunun ərazisi Quba və Qusar rayonlarına verilmiş, Xudat bu dəfə Qusar rayonunun inzibati idarəsinə daxil olmuşdur. 1965-ci ildə bu strukturun da ləğvindən sonra Xudat təkrar bərpa edilmiş Xaçmaz rayonunun inzibati tərkibinə qatılmışdır. == Tarixi == Qədim qala-şəhərlərdən biri olan Xudat ("Xudat" sözünün mənası Allahın neməti deməkdir) Xaçmaz rayonunda yerləşir. Oykonim türk dilindəki -xod/xud (tərəvəz) və -at (yer) komponentlərindən düzəlib, bostan yeri mənasındadır. XVIII əsrin əvvəllərində Quba xanlığının ilk mərkəzi olub. 1735-ci ildə Fətəli xanın iqamətgahı Xudatdan Qubaya köçürüldü və Xudat öz əvvəlki əhəmiyyətini itirdi.
Köhnə Xudat
Köhnə Xudat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Saman xudat
Saman xudat (VIII əsr, Bəlx vilayəti)—Samanilər sülaləsi əmirlərinin ulu babası. == Həyatı == Saman xudat bin Hamidan Bəlxdə yaşamışdı. Sülalənin banisi Saman-xudat (Saman-ata) ilk dəfə siyasi arenada VIII əsrin birinci rübündə peyda olur. Mənbələrə görə, bu dövrdə Saman –xudat Bəlxdən Xorasanın ərəb valisi Əsəd İbn Abdullah Əl Kəsrinin (və ya Əl Kuşairinin ) yanına, Mərvə gəlib onun vasitəsilə islamı qəbul etmiş və onun şərəfinə öz oğluna Əsəd adı vermişdir. Sonra o, öz oğlu ilə birlikdə Xorasanda Əbu Müslümün Əhli-Beyt hərəkatında iştirak etmişdir. Sonradan onun oğlu Əsəd, görünür ikinci dəfə İslamı, Mərvdə olduğu zaman Xəlifə Əl Məmnunun öz əlindən qəbul etmişdir. Saman-xudatın nəvələri, yəni Əsədin oğulları Nuh, Əhməd, Yəhya və İlyas Xəlifə tərəfinə keçərək Rəfi İbn Əl Leysin Orta Asiyadakı Əhli-Beyt hərəkatının ikinci üsyanının yatırılmasında iştirak etmişdilər. Xidmətlərinə görə, Mərvdən Bağdada getməzdən əvvəl Xəlifə Əl-Məmnun onları Maverənnəhrdəki şəhərlərə hakim təyin etmişdi. Samanilər sülaləsinin soyadı əcdad Saman-xudatın adı ilə bağlıdır. Mənbələrə görə o, Bəlx vilayətində yerləşmiş Saman məskəninin yaradıcısı və sahibi idi.
Xudat bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xudat rayonu
Xudat rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1943-1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Xudat olmuşdur. == Tarixi == Xudat rayonu 8 oktyabr 1943-cü ildə yaradılmışdır. Xudat rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.Xudat rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, Şirvan kənd sovetliyi istisna olmaqla ərazisi (Xudat şəhər, Müqtədir qəsəbə soveti, Dədəli, Qusarçay, Ləcət, Nabran, Susayqışlaq və Yalama kənd sovetləri) Xaçmaz rayonuna birləşdirilmişdir. Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir. == Mətbuat == Rayon ərazisində "Xudat kolxozçusu" qəzeti nəşr edilmişdir.
Köhnə Xudat (Qusar)
Köhnə Xudat — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Köhnə Xudat oyk., mür. Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. 1900-cü ildə Biləcəri-Dərbənd d.y. xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xudat adı verilmişdi. Xudat kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün Köhnə Xudat adlandırılmışdır. Sonradan yarandığı üçün kənd əhli arasında Törəmə də adlanır.
Köhnə Xudat (Xaçmaz)
Köhnə Xudat — Azərbaycan Respublikası Xaçmaz rayonu eyniadlı inzibati ərazi vahidində kənd. Kənd özlüyündə məktəb, kitabxana, poçt idarəsi və bələdiyyədən ibarətdir. Kənddə 1200 yaxın insan yaşamaqdadır.Kənd bir ədəd su fontonı vardır Samur-Dəvəçi ovalığındadır.
Köhnə Xudat bələdiyyəsi
Köhnə Xudat bələdiyyəsi (Xaçmaz) — Xaçmaz rayonunda bələdiyyə. Köhnə Xudat bələdiyyəsi (Qusar) — Qusar rayonunda bələdiyyə.
Köhnə Xudat qazmalar
Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Köhnə Xudat qazmalar oyk., mür. Qusar r-nunun Bala Qusar i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim Köhnə Xudat (kənd adı) və qazmalar (müvəqqəti yaşayış evi) komponentlərindən ibarət olub, "Köhnə Xudat kəndinə məxsus qazmalar" mənasındadır. Kollektivləşmədən sonra qazmalar daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 589 nəfər əhali yaşayır.
Köhnə Xudat bələdiyyəsi (Xaçmaz)
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mufta
Mufta — bir-birinə nisbətən oxboyu fırlanan vallar, çarxlar və ya başqa fırlanan hissələr arasında daimi və ya müvəqqəti ötürmə yaratmaq və bununla bir tərəfdən digər tərəfə qüvvə ötürmək üçün birləşmə qurğusudur. Muftaların sinifləşdirilməsi üçün birləşmənin işə salınması növü əsas götürülür. Birinci halda ayrılmayan muftalardan istifadə edilir. Fırlanan hissələri tez-tez birləşdirmək və ya ayırmaq üçün ayrılıb-qoşulabilən muftaların tətbiqi əlverişlidir. Ayrılabilməyənlər sərt və elastiki olaraq iki qrupa bölünürlər. Sərt muftalar bir-birinə nisbətən dəqiq fırlanan vallarda tətbiq olunur. Bunlar kinematik və sürtünmə ilişməsinə ayrılırlar. Elastiki muftalarla birləşmiş valların fırlanma dəqiqliyi aşağı olur. İlişmə yaranan xətalardan asılı olaraq eninə, uzununa, bucaq və dönmə istiqamətlərində elastiki olanlara bölünür. Həm də müxtəlif elastikli muftaları kombinasiya etmək olar.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16 )qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə «açıq» və «tünd» mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Tufan
Tufan(və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Xumam
Xumam — İranın Gilan ostanında yerləşən şəhər. Xumam əhalisinin çoxluğunu giləklər təşkil edir.
Xunan
Xunan (çin. sadə. 湖南, pinyin: Húnán ; tələffüzü, rəsmi olaraq: çin. sadə. 湖南省, pinyin: Húnán Shěng) — Çin Xalq Respublikasında əyalət. Ərazisi 211854.69 km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 65.700.762 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 66.389.300 nəfər, inzibati mərkəzi Çanqşa şəhəridir.
Xunta
Xunta (isp. junta, tərcümədə "toplantı", "komitə") - İspaniyada və ispandilli ölkələrdə dövlət idarəetmə orqanlarını bildirən söz. Lakin, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə olunur. Məsələn, Pinoçet xuntası, yunan hərbi xuntası ("Qara polkovniklər"), Myanma xuntası və s.
Xurafat
Xurafat ərəbcə huruf (hərflər) sözündən törəmədir və çox güman ki, hürufilik üsulları ilə məna çıxarmalarını bildirib. Ancaq sonradan mahiyyəti dəyişmişdir. Xurafatı miflə də əlaqələndirmək olar. Belə ki, insanlıq uşaqlıq dövründə dünyaya mif vasitəsi ilə baxıb. Qədim Yunan filosofu Aristotel özünün Metafizika kitabında bir problemin fərqinə varıb heyrətə düşmək insana özünün biliksizliyini fərq etdirir deyərək aşağıdakı ifadələri bildirir; "Bu səbəbdəndir ki, philo-mythos bir tərəfiylə də philo-sophosdur, çünki məhz miflər (xurafatlar) heyrət verici şeylərdən təşkil olunur." Xurafat ilə əlaqədar filosof Dücanə Cündioğlunun aşağıdakı fikirləri mühüm əhəmiyyət kəsb edir. "Bu gün xurafə-pərəstliyin dəyəri bilinmir, çünki xurafə-pərəstliyin bir imkan olaraq dərk olunması bir tərəfə dursun həqiqət-pərəstliyin tam əksi zənn edildiyindən həyatın bütün sahələrində xurafatlar qəhr olduqca həqiqətin özü də qəhr olub durur.
Xuray
Xuray (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Xuray (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Duat
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir. == Dəfn mərasimi == Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir.
Ammonium sulfat
Ammonium sulfat — (ammonium sulfat, lat. ammonium sulphate), (NH4)2SO4 qeyri-üzvi ikili birləşmə, kükürd turşusunun ammonium duzudur. Rəngsiz şəffaf kristallardır (və ya ağ tozdur), qoxusuzdur. Ammonium sulfat, sulfat turşusunun ammonyak məhluluna təsiri və digər duzlarla mübadilə reaksiyaları ilə əldə edilir. Gübrə kimi, sulfat turşusu istehsalında, qida sənayesində, biyokimyada zülalların təmizlənməsində, suyun xlorlanmasında qatqı olaraq istifadə olunur. Ammonium sulfatın toksikliyi çox azdır. == Fiziki xüsusiyyətləri == Saf ammonium sulfat - rəngsiz şəffaf kristallardır, əzilmiş formada - ağ tozdur. Hiqroskopliyi azdır. Rombi sistem, kosmik qrup Pnma, hüceyrə parametrləri a = 0.7782 nm, b = 0.5993 nm, c = 1.0636 nm, Z = 4 kristallarını əmələ gətirir.Sıxlığı (20 °C-də) - 1.766 q / sm3-dir. Suda həll olması (q / 100 ml)-dir: 70,1 (0 °C) 72,7 (10 °C) 75,4 (20 °C) 76,9 (25 °C) 78,1 (30 °C) 81,2 (40 °C) 84,3 (50 °C) 87,4 (60 °C) 94,1 (80 °C) 102 (100 °C).Digər həlledicilərdə həll olma (q / 100 q): qarışqa turşusu 95%: 25.4 (16.5 °C); aseton: həll olunmayan; etanol: həll olunmayan; dietil efiri: həll olunmur.Bəzi metalların (alüminium, dəmir və s.) duzları ilə ammonium sulfat ikiqat duzlar əmələ gətirir, məsələn alüm, Mor duzu.
Ağ xalat
Ağ xalat — tibb sahəsində həkimlər tərəfindən istifadə olunan geyim növü. == Tarixi == Ağ xalatın demək olar ki, 150 ildən çox yaşı var. Bu xalatlar pasiyentləri infeksiyalardan və yoluxucu bakteriyalardan qorumaq məqsədilə düşünülmüşdür. Ağ xalatların yaranması ilə bağlı iki əsas versiya mövcuddur. Bir versiyaya görə, ağ xalatın ilk yaradıcısı ingilis həkimi Cozef Lister (1827–1912) olmuşdur. Digər bir versiyaya görə isə, ilk dəfə həkimlərə ağ xalat geyməyi məşhur rus cərrahı Nikolay Piroqov (1810–1881) təklif etmişdir. Həmkarları öz xatirələrində Piroqov haqqında yazırdılar ki, -"o, o qədər təmizkar və təmizliyi sevən bir həkim idi ki, əməliyyatlardan əvvəl hətta sarğı materiallarını da mikroskopla yoxlayarmış". == Tənqidlər və qadağalar == === Tənqidlər === 20 il bundan öncə onlar müxtəlif sahələrdə çalışan həkimlərin 100 ədəd xalatlarını mikroskop altında analizdən keçirmişlər. Xalatların əksəriyyətində "qızılı stafilokok" (üzüm salxımına oxşar qruplar şəklində yerləşmiş bakteriya) aşkarlanmışdır. Merilend Universitetindən olan alimlər isə bundan bir neçə il sonra məhz elə ağ xalatlar vasitəsilə xəstəliklərin bir pasiyentdən digərinə keçdiyini iddia etdilər.İlk öncə iradlar ağ xalatların qollarına idi.
Tuat
Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir. Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar. Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.
Çufa
Yeməli topalaq (lat. Cyperus esculentus) — topalaq cinsinə aid bitki növü.