Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yiqal Kopinski
Yiqal Kopinski (16 oktyabr 1985) — Surinamlı cüdoçu. Yiqal Kopinski Surinamı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yiqal Kopinski birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 66 kq çəkidə, 1/16 final mərhələsində Əlcəzairin nümayəndəsi Houd Zourdani ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:100 hesabı ilə uduzdu.
Yınal
Yınal — Oğuz dövlətində əsilzadə təbəqəsinə verilən titullardan biri. Bəzi mətnlərdə bu ünvan 'inal' şəklindədir.
Yığcam avtomobil
Yığcam avtomobil, Yığcam maşın, Kompakt avtomobil, Kompakt maşın, Aşağı orta sinif, Alt orta sinif, Avropada C seqmenti, Kiçik ailə avtomobili və ya Orta avtomobil kimi də tanınan bu avtomobillər təxminən 4100-4600 mm uzunluğunda, kifayət qədər avadanlıq və performans təklif edən avtomobillərdirlər. Geniş model diapazonuna malik olan yığcam avtomobil sinfində hər bir kuzov tipli avtomobil tapmaq mümkündür. Buna görə də, avtomobil dünyasında ən çox satılan sinif kompakt sinifdir.
Yığcam naz
Yığcam naz (lat. Genista compacta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == İtaliya və Cənub-Şərqi Avropada yayılmışdır. Bu növ Böyük Qafqaz dağlarından orta qurşağa kimi daşlı yamaclarda bitir. == Botaniki təsviri == Hündürlüyü 30-50 sm-ə qədər olan, sürünən gövdəli, həmişəyaşıl yarpaqları olan koldur. Bu bitkinin yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,5 sm-ə qədərdir. Yarpaqların aşağı hissəsi yumşaq tükcüklərlə örtülmüşdür. Sarı rəngli oturaq çiçəkləri iyun-iyul aylarında budaqların uc və ya qoltuq hissələrində salxımlar əmələ gətirir. Çiçəkləmə müddəti 40-65 gündür. Çiçəkləri zərif, nazik kasayarpaqları ilə örtülmüşdür.
Yuval Filo
Yuval Filo (d. 3 mart 1998) — İsraili təmsil edən bədii gimnast. Yuval Filo 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Filo həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Avropa Çempionatında isə bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yuval Filo 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alona Koşevatskiy, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Yuval Puqaç
Yuval Puqaç (15 noyabr 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
İbrahim Yınal
İbrahim Yınal (?-23 iyul , 1059)— Səlcuqlular sülaləsindən Türk bəyi. == Həyatı == Atası Yusif Yınal, Səlcuq bəyin dörd oğlundan biriydi. Səlcuq bəyin böyük oğlu Mikayıl bəy ölüncə, Orta Asiyada yaygın olan levirat adəti uyarınca dul arvadı, qardaşı Yusif bəylə evləndirildi və bu evlilikdən İbrahim Yınal dünyaya gəldi. Dolayısıyla İbrahim Yınal, Toğrul bəy və Çağrı bəyin anabir qardaşı, ata tərəfdən əmisioğludur. Dandanakan savaşından sonra İbrahim Yınal ölkənin qərb ucuna göndərildi. Əmisi oğlu Həsən bəyin gürcülər tərəfindən pusquya düşürülüb öldürülməsi görə, diğər əmisi oğlu Qutalmış bəylə bərabər Bizans torpaqlarına girdi. Gürcü tavadı (knyazı) Liparitin başçılıq etdiyi Bizans-Gürcü ordusunu Pasinlərdə məğlubiyyətə uğratdı (1048). Çox sayda əsir və qənimət ələ keçirdi. (Ərəb tarixçi İbn əl-Əsir, əsir sayını artıraraq 100.000 olaraq göstərir.) Qərb sınırındaki axınları idarə edən İbrahim Yınal, atəş xəttində olub əsgəri yükü daşıdığını düşünərək iqtidar mərkəzini dinləməməyə başladı. 1058-ci ildə yönünü qərbə çevirib Toğrul bəyin üzərine yürüdü.
Finval
Finval (lat. Balaenoptera physalus) — Zolaqlı balinalar fəsiləsinə aid növ. Göy balinanın yaxın qohumu hesab edilir və ondan sonra ölçülərinə görə ikinci canlıdır. Yaxın qohum olmaları bəzən onlardan hibridlərin törəməsinə səbəb olur. == Təsnifat == Finval ilk dəfə Federik Martenson tərəfindən 1675-ci ildə sonradan isə Pol Dadlı tərəfində 1725-ci ildə qeydə alınmışdır. Növün təsnifatını və elmi qeydiyyatını Linnaeus verir (Balaena physalus, 1758). Qraf Laseped XIX əsrin əvvəllərində yendən təsnifatını vermiş və Balaenoptera physalus adlandırmışdır. Finvallar Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə, Dişsiz balinalar sinfinə aid növdür. İstər Şimali Atlantika, istərsə Sakit okeanın şimal hissəsində finvallarla Göy balinaların ibridlərinə rast gəlinir. 2006-cı il məlumatına görə finvalların iki yarımnövü vardır.
Liqvan
Liqvan və ya Liğvan (fars. ليقوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşinin Meydançay dehestanında yerləşən kənd.Bu kənd pendirinə görə məşhurdur. Bu kənd "Livan" və "Levan" kimi də adlanır. 2006-cı il əhalinin siyahıya alınmasına görə əsasən, kəndin əhalisi 5,359 nəfərdən ibarət idi.
Siqnal
Siqnal — fiziki obyektlərin öyrənilməsi və idarəedilməsi məqsədilə onların xarakteristikaları və xassələri haqqında kəmiyyət və keyfiyyət informasiyasının alınmasını təmin edən elmi texniki fəaliyyət sahəsi "informasiya- ölçmə texnikası" adlanır. Ölçmə- təcrübə yolu ilə fiziki kəmiyyətlərin qiymətlərinin xüsusi texniki vasitələrin köməyilə tapılması olub, tədqiqat və nəzəriyyə arasında bilavasitə əlaqəni, elmi tədqiqatların doğruluğunu və müasir istehsal məhsullarının yüksək keyfiyyətini təmin edir. Siqnalın zaman ərzində dəyişmə xarakterinə görə ölçmələr kvazideterminə olunmuş siqnalların parametrlərini ölçmələrə və təsadüfi siqnalların parametrlərini ölçmələrə bölünür. Təsadüfi siqnalı ölçdükdə, siqnalın çoxsaylı ani qiymətlərini emaletmə yolu ilə alınmış statistik xarakteristikaları müəyyən edilir. Ölçmənin nəticəsi – fiziki obyektlərin xassə və xarakteristikaları haqqında kəmiyyət və keyfiyyət informasiyasının alınmasıdır ki, sonradan onlar öyrənilmə və idarəetmə məqsədləri üçün istifadə olunur. İnformasiya – ilkin qeyri-müəyyənliyi azaldan məlumatlar toplusudur. Statistik informasiya nəzəriyyəsində informasiyanın alınması qeyri-müəyyənliyin aradan qaldırılması kimi xarakterizə olunur. İnformasiya özü- özlüyündə maddi deyil. İnformasiya daşıyıcıları isə – cərəyan, radio dalğaları, kitablar və s.– maddidirlər. Onlar kütləyə, enerjiyə, çəkiyə və ölçülərə malik-dirlər.
Yıgeva
Yıgeva (est. Jõgeva, alm. Laisholm‎) — Estoniyanın şərqində, Yıgavamaa bölgəsində şəhər. Əhalisi 6 mindən artıqdır. İlk dəfə olaraq, 1599-cu ildə Polşa mənbələrində Yagiva adı ilə qeyd olunmuşdur. Alman dilində şəhərin adı Laisholmdur. 1876-cı ilə Yıgevadan Tallindən Tartuya gedən dəmir yol xətti keçirdi. 1950—1991-ci illər arası Yıgeva rayonunun mərkəzi idi. == Əhali == 2000-ci ilə Yıgevanın 88,3% estonlar, 7,3% ruslar, 1,4% ukraynalılar, 0,9% finlər təşkil edirdi.
Yuval Noy Harari
Yuval Noah Harari (ivr. ‏יובל נח הררי‏‎; 24 fevral 1976) – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir. "Sapiens: Bəşəriyyətin qısa tarixi" (2014) və "Homo Deus: Sabahın qısa tarixi" (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur. Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş "təfəkkür inqilabı"dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər. Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq. == Arxaplan == Yuval Noah Harari 26 fevral 1976-cı ildə İsrailin Kiryat-Ata şəhərində anadan olub.
Yıva boyu
Yıva boyu — Oğuz xaqan dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Mahmud Qaşqarlıya görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündən dördüncüsü. Bəlgələri şudur: deyə tanıtdığı bir Oğuz boyudur. Yıva boyunun onqonu tuygun, yani "yaşlı erkək çaxırdoğan"dır. Professor Bazin Özbəkcədəki qarşılığını tapıb: qara erkək Qarçıqaydır. Qaraqoyunlu Dövlətini idarə edən Baharlı sülaləsi Yıva boyundan idi. == İstinadlar == == Xarici keçidlər == Kafesoğlu, İbrahim. Türk Milli Kültürü. Türk Kültürünü Araştırma Enstitüsü, 1977.
İqbal
İqbal — kişi adı.
Analoq siqnal
Analoq siqnal — Analoq siqnal, siqnalın zamanla dəyişən özəlliyinin başqa bir zaman dəyişkən miqdarıdır yəni zamanın dəyişməsinə uyğun olaraq hər hansı bir daimi siqnaldır. Misal üçün bir analoq səs siqnalında, siqnalın ani gərginliyi səs dalğalarının təzyiqi ilə davamlı olaraq dəyişir. Bu daimi miqdarın, sadəcə limitli sayda dəyərdən birini ala bilən bir ayrı dəyərlər sırasının təmsili olduğu rəqəmsal siqnaldan fərqlidir. Analoq siqnal termini ümumiyyətlə elektrik siqnalları ifadə edir; bununla birlikdə mexaniki, pnevmatik, hidravlik, insan səsi və digər sistemlər də analoq siqnallarla göndərilə bilər və ya düşünülə bilər. == Haqqında == Analoq siqnal siqnalın məlumatını ötürmək üçün mühitin bəzi özəlliklərini istifadə edə bilər. Misal üçün bir aneroid barometri, təzyiq məlumatını göndərmək üçün siqnal olaraq dönən mövqeyə istifadə edilir. Bir elektrik siqnalında, siqnalın gərginliyi, cərəyanı və ya tezliyi məlumatı təmsil edəcək şəkildə dəyişdirilə bilər. == Xarakteristikaları == Hər hansı məlumat analoq siqnalları ilə ötürülə bilər; ümumiyyətlə belə bir siqnal, səs, işıq, istilik, mövqe və ya təzyiq kimi fiziki hadisələrdəki dəyişiklər ölçülən bir cavabdır. Fiziki dəyişən bir çevirici tərəfindən bir analoq siqnala çevrilir. Misal üçün, bir mikrafonun diafraqmasına toxunan səs elektromaqnit miqrafondakı bir bobin tərəfindən istehsal edilən axında və kondensator mikrafon tərəfindən istehsal edilən edilən gərginlikdə qarşılıq gələn dalğalanması səbəbləridir.
Siqnal qarışdırıcı
Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Rəqəmsal siqnal
Rəqəmsal siqnal — məlumatları diskret dəyərlər ardıcıllığı kimi təmsil edən siqnal. O istənilən vaxt yalnız sonlu sayda dəyərlərdən birini qəbul edə bilər. Bu davamlı dəyərləri təmsil edən analoq siqnal ilə ziddiyyət təşkil edir və hər hansı bir zamanda o davamlı dəyərlər diapazonunda həqiqi ədədi təmsil edir. Sadə rəqəmsal siqnallar məlumatları analoq səviyyələrin diskret zolaqlarında təmsil edir. Dəyərlər zolağı daxilindəki bütün səviyyələr eyni məlumat vəziyyətini təmsil edir. Əksər rəqəmsal sxemlərdə siqnal iki mümkün etibarlı dəyərə malik ola bilər. Buna binar siqnal və ya məntiq siqnalı deyilir. Onlar iki gərginlik zolağı ilə təmsil olunur: istinad dəyərinə yaxın (adətən torpaq və ya sıfır volt kimi adlandırılır) və təchizatın gərginliyinə yaxın. Bunlar Bul domeninin "0" və "1" (və ya "doğru" və "yalan") dəyərlərinə uyğundur, buna görə də istənilən vaxt ikili siqnal ikili rəqəmi (bit) təmsil edir. Bu diskretləşmə səbəbindən analoq siqnal səviyyələrində edilən nisbətən kiçik dəyişikliklər diskret zərfindən çıxmır və nəticədə siqnal vəziyyətinin qəbulu sxemi tərəfindən nəzərə alınmır.
Signal (proqram)
Signal pulsuz və açıq mənbəli, platformalar arası şifrələnmiş mesajlaşma proqramıdır. O, Signal Foundation və Signal Messenger MMC tərəfindən hazırlanmışdır. O, faylları, səsli mesajları, şəkilləri və videoları əhatə edə bilən İnternet üzərindən həmyaşıd və ya qrup mesajları göndərmək üçün istifadə olunur. O, həmçinin təkbətək səsli və video zənglər edə bilər, və Android versiyası SMS proqramı kimi də fəaliyyət göstərə bilər. Siqnal identifikator kimi standart mobil telefon nömrələrindən istifadə edir və Siqnalın digər istifadəçiləri ilə bütün rabitələri təmin etmək üçün başdan sona şifrələmədən istifadə edir. Tətbiq istifadəçi personalarının məlumat kanalının şəxsiyyətini və bütövlüyünü müstəqil şəkildə yoxlaya biləcəyi mexanizmləri ehtiva edir. Siqnal proqram təminatı və serverlər tamamilə pulsuz və açıq mənbədir. Müştərilər GPL s3 lisenziyası altında, server kodu isə AGPL s3 lisenziyası altında buraxılır. Rəsmi Android tətbiqi bildirişlər üçün Google Play xidmətlərindən istifadə etsə də, tətbiqin lazımi funksiyalara açıq mənbəli alternativləri var ki, o, Google Play xidmətləri quraşdırılmadan rahat işləyə bilsin. Qeyri-kommersiya Siqnal Fondu 2018-ci ilin fevralında Brian Acton tərəfindən ianə edilən 50 milyon ABŞ dolları məbləğində toxum maliyyəsi ilə başladı.
İqal
İqal — Macarıstanın Şomod medyesində yerləşən rayon. İqal Zamardinin 43 km cənubunda yerləşir. İqal spa macəra elementləri olan 12 hovuza malikdir.
Kiğal (Vərziqan)
Kiğal (fars. كيغال‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 537 nəfər yaşayır (125 ailə).
Məhəmməd İqbal
Məhəmməd İqbal (Urduca: محمد اقبال, Hindcə: मुहम्मद इक़बाल; 9 noyabr 1877 – 21 aprel 1938) — Pakistan şairi, filosofu, siyasətçisi. == Həyatı == Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində sufi ailəsində anadan olmuşdur. İlk təhsilini dini elmlər və Qurani Kərim üzrə almışdır. Mədrəsə təhsilini bitirdikdən sonra , ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman хalqlarının ədəbiyyatına maraq göstərən Iqbal Lahurda ali təhsilini başa vurduqdan sonra Şərq dilləri fakültəsində müəllim işləmişdir. Məhəmməd İqbalın ilk şerlərinin dərci də bu illərə təsadüf edir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən Iqbal Londonda yaşadığı 3 il ərzində ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil etmişdi. Burada olduğu müddətdə hüquq təhsilini də başa vuraraq prokururluq diplomunu aldıqdan sonra Almaniyanın Münhen şəhərinə gedən Məhəmməd Iqbal fəlsəfə üzrə doktorantura pilləsini də tamamlamışdı. 1908-ci ildə Hindistana gedən və orada böyük heyranlıq və coşğu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak etmiş və xalqını bu məsələdə maariflənməsi və istiqamətlənməsi yolunda böyük işlər görmüşdür. Onun bu məsələdə şüarı " Siyasət – çalışmaq , izzət və şərəfə dəvətdir." idi. Məhəmməd İqbalın " Müsəlman hind mücahidləri " təxəllüsü ilə yazdığı şerləri Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan vermiş, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə dolayı olaraq stimul olmuşdur.
Nival iqlim
Nival iqlim lat. nivalis — qarlı, soyuq — Penkin (1910) iqlimlərin geomorfoloji təsnifatına görə, soyuq iqlim olub, ilin isti fəsillərində əriyib buxarlana bilən hissəsindən daha artıq yağan yağıntıların (qar şəklində) miqdarının artıq olması ilə səciyyələnir. İlin soyuq vaxtlarında yağan qarın əriyib, buxarlanmayan hissəsi ildən-ilə toplanıb, firn və buza çevrilir. Qütb en dairələrinin arktik qurşağı və dağların qar sərhədindən yuxarı zonaları üçün səciyyəvidir. == Geomorfoloji termin == Nival qurşaq - ing. nival belt rus. нивальный пояс dağların ən yüksək təbii qurşağı, iqlim qar sərhədindən yuxarıda yerləşir. Qar yığını, buzlaqlar və intensiv fiziki aşınma səciyyəvidir. Üzvi aləmi çox kasıb, bitki örtüyü zəifdir. Aşağı sərhədi qütb dairəsində dəniz səviyyəsinə qədər enir.
Nival qurşaq
== Nival qurşaq == Nival qurşaq (lat. nivalis-qarlı, soyuq)-qütbətrafı ərazilərin və qar xəttindən yuxarıda yerləşən yüksək dağlıq rayonlarına bərk atmosfer çöküntülərinin üstünlüyü ilə səciyyələnən sahələrinə deyilir. Nival qurşaqda fiziki aşınma, xüsusilə şaxta aşınması, soliflükasiya və qravitasiya prossesləri üstünlük təşkil edir.
Piter Siqal
Piter Siqal (ing. Peter Segal; 20 aprel 1962, Nyu-York, Nyu-York ştatı) — ABŞ rejissoru, prodüseri, ssenaristi və aktyoru, əsasən komediya janrında filmlər çəkir.
Stiven Siqal
Stiven Siqal (ing. Steven Frederic Seagal, yap. Sigemiti Take, 10 aprel 1952) – ABŞ aktyoru, rejissoru, prodüseri, bəstəkarı, şerifi, ssenaristi və döyüş ustasıdır. == Həyatı == Stiven Frederik Siqal 10 aprel 1952-ci ildə Miçiqan ştatının Lensinq şəhərində əslən yəhudi olan riyaziyyat müəllimi Semuel Stiven Siqal (1928–1991) və əslən irland olan xəstəxana işçisi Patrisiya Siqalın (1930–2003) ailəsində doğulmuşdur. Siqalın atasının yəhudi və anasının irland əsilli olması ziddiyətlidir. Siqalın sözlərinə görə, uşaqlıq illərində ona babasının monqol olması haqda deyirdilər. Babası (Nathan Siegelman, 1892–1973) və nənəsi (Dora Goldstein, 1894–1989) Amerikaya Sankt-Peterburqdan köçmüş yəhudilərdən idi və onların soyadları "Siegelman" ifadəsindən "Seagal" ifadəsinə kimi dəyişilmişdir. Ailədə Siqal 4 uşaqdan ikincisi idi. Onun yaşca böyük bacısı və ondan yaşca kiçik olan iki bacısı vardır. 1957-ci ildə ailəsi Kaliforniya ştatının Los-Anceles şəhərinə yaxın "Orinc ətrafı" ərazisinə daxil olan Fullerton şəhərinə köçmüşdür.
İqbal (Sayınqala)
İqbal (fars. ‎اقبال‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 713 nəfər yaşayır (157 ailə).
İqbal (qəzet)
İqbal — gündəlik qəzet. == Tarixi == 1912-1915-ci illərdə Bakıda, Azərbaycan dilində nəşr edilmişdir. 1023 nömrəsi çıxmışdır. Onlardan 459-u Sənətulla Eynullayev-İbrahimovun (6.3.1912-20.9.1913), 299-u Seyid Hüseyn Sadıqzadənin (22.9.1913-8.10.1914), 265-i isə Məhəmmədəli Əbdüləziz və Məhəmməd Əmin Rəsulzadələrin (9.10.1914-27.4.1915) naşirliyi və baş müəllifliyi ilə buraxılmışdır. "İqbal"ın əsas müəllifləri Sənətulla Eynullayev-İbrahimov, Seyid Hüseyn, Məhəmməd Əmin Rəsulzadə, Hacı İbrahim Qasımov, Nəriman Nərimanov, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əli Nəzmi, Xəlil İbrahim, Əkbər Əkbərov və b. idi. == Fəaliyyəti == Qəzetin məqsəd və məramı onun birinci sayında dərc edilmiş baş məqalədə şərh olunmuşdur: ""İqbal" qəzetəsi millətimizin maddi və mənəvi səadətinə, iqbalına xidmət arzusu ilə nəşrə başlamışdır". Müstəmləkəçi imperialist dövlətlərin Yaxın və Orta Şərqdə törətdikləri təxribatların, Rusiya İmperiyasının müstəmləkəçilik və ruslaşdırma siyasətinin tənqidi, milli dirçəliş ideyalarının təbliği, milli ədəbiyyatın inkişafı, ana dilinin müstəqilliyi və yad təsirlərdən təmizlənməsi, qadın azadlığı, maarifin xalqa yaxınlaşması və milliləşməsi ― "İqbal"ın toxunduğu əsas mövzular idi. Qəzet müxtəlif problemləri ivahid məqsəd ətrafında birləşdirir, milli müstəqillik ideyalarının təbliğinə xidmət göstərirdi.
Qanadlarıma sığal çək (film, 2008)
== Məzmunu == Film yeniyetmə qızın atası yaşında kişiyə sevgisindən bəhs edir. == Film haqqında == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində çəkilmiş və bu müsabiqənin 2008-ci ildəki qalibi olmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Orxan Fikrətoğlu Quruluşçu rejissor : Samir Kərimoğlu Quruluşçu operator : Mətləb Yaquboğlu Rəssam : Tofiq Ağayev Prodüser : Cavid İmamverdiyev İşıq : Mətləb Yaquboğlu, Taleh Məhərrəmov Orijinal musiqi : H.O.S.T., Elvin Əmrahlı, Elxan Zeynallı, Fərhad Şabanov, Pərviz Ramizoğlu, Fərid Orduxan, Camal Əli, Əli Qara, Orxan Zeynallı Qrim : Milarə Kazımova Rejissor assistenti : Anar Mahmudov Operator köməkçiləri : Aqil Həsənov, Seynur Əhədov Montaj edən : Samir Kərimoğlu Qrafika və animasiya : Fərid Yusifoğlu, Əsgər Rəhimov Səs rejissoru : Pərviz Ramizoğlu Texniki dəstək : Butafilm, İlqar Nəcəf, Səbuhi Əhədov === Rollarda === Əli İsa Cabbarov İnna Xripunova İlahə Səfərova Nadir Musayev Səmimi Fərhad Taleh Məhərrəmov Ramin Şıxəliyev Mir Zahid Qafarov Mir Sadiq Ağayev === Filmi səsləndirənlər === Səbinə Abdullayeva Asif Rüstəmov == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == İstinadlar == == Mənbə == "Bu meydan, bu ekran-2008". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 27.
İmamqulu xan Yıva-Qacar
İmamqulu xan Yıva Qacar (1512, Gəncə – 1587, Gəncə) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. == Həyatı == İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin etdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb. == Olimpiada == === 38-ci Şahmat Olimpiadası. Drezden, Almaniya (2008) === === 39-cu Şahmat Olimpiadası. Xantı-Mansi, Rusiya (2010) === === 43-cü Şahmat Olimpiadası. ===