Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
So geht das jede Nacht
So geht das jede Nacht (azərb. Hər gecə bu cür‎)— Almaniyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Fredi Kvin alman dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Cache
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Qacet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Uacet
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Yafət
Yafət və ya Yafəs (ivr. ‏יָפֶֿתֿ,יֶפֶֿתֿ‏‎ ; yun. Ἰάφεθ; lat. Iafeth və ya Iapetus ; ərəb. يافث‎) — İbrahimi ənənəyə görə Nuhun oğlanlarından biridir. Ərəbdilli mənbələrdə adı, adətən Yafəs ibn Nuh şəklində qeyd edilir. Yafəs daha çox Nuhun ən kiçik övladı kimi yad edilsə də, bəzən onun ən böyük övlad olduğu da qeyd edilir. Yaradılış 5:32[5:32] və 9:18[9:18]-də Nuhun övladları ardıcıllıqla Sam, Ham və Yafəs şəklində qeyd edilir. Lakin onuncu fəsildə bu sıralama sondan əvvələ doğru təqdim edilir. Yaradılış 10:21–də[10:21] Yafəs və onun qardaşının təxmini yaşları qeyd edilmiş, müxtəlif tərcümələrin olması isə bu məsələdə qarışıqlıq yaratmışdır.
Yaqut
Yaqut (lat. rubens, rubinus — qırmızı) — dəyərli mineral daş. Oksidlər sinfinə aiddir. Qədim dövrlərdə ləl, yaxont adlanırdı. Kimyəvi tərkibi: Al2O3 Texnikada mexaniki saatlarda (əsasən qol və cib saatlarında) yastıq kimi istifadə olunub. İlk lazer qurğularında lezonans maddəsi kimi istifadə olunub.
Kachi
Kaçi — İranda desert. Kaçi (Ərdistan) — İranda kənd.
Yacc
Yacc (ing. Yet Another Compiler Compiler - “daha bir kompilyator kompilyatoru”) — sözlərinin qısaltması. UNIX-də başqa dillər və kompilyatorlar yaratmaq üçün alət. Bu kompilyatorlar kompilyatoru UNIX əməliyyat sisteminin proqram vasitələrinin standart dəstinə daxildir.
Kacut (Maku)
Kacut (fars. كجوت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 743 nəfər yaşayır (201 ailə).
Nevin Yanıt
Nevin Yanıt (16 fevral 1986, Mersin) — 100 metrlik maneələrlə qaçış üzrə yarışan Türkiyə yüngül atleti. Fenerbahçe Athletics klubunda çıxış edir. 60 və 100 metrlik maneələrlə qaçış üzrə Türkiyə rekordlarının sahibidir. 100 metrlik maneələrlə qaçış yarışlarında ikiqat Avropa çempionudur. 29 Avqust 2013-cü ildə Yanıt müsbət dopinq testi səbəbiylə iki il yarışlardan kənarlaşdırılmışdır. Lakin IAAF uzaqlaşdırma müddətinə etiraz etdi və Arbitraj Komitəsi diskvalifikasiya müddətini daha bir ilə qədər uzatdı. Yanıt 2007-ci ildə Banqkokda keçirilən Yay Universiadasında gümüş medal qazanmışdır. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında 100 metrlik maneələrlə qaçış üzrə yarımfinala çıxaraq, Türkiyənin Olimpiya Oyunlarında sprint növlərində bu mərhələyə çatan ilk təmsilçisi oldu. 2009-cu ildə Peskara şəhərində keçirilən Aralıq dənizi Oyunlarında iştirak edərək 100 metrlik maneələrlə qaçış yarışında qızıl medal qazandı. 2010-cu ildə Barselonadakı Avropa çempionatında o, 100 metrlik maneələrlə qaçış yarışında 12,63 saniyə nəticəsini göstərərək (milli rekord) qızıl medal qazandı.
Nuri Yamut
Mehmet Nuri Yamut (1890, Saloniki – 5 iyun 1961, İstanbul), Türk Silahlı Qüvvələrinin 6-cı Ordusu. Baş Qərargah rəisidir . 1908-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Manastır 6. Korpus 50. Alay 3. Eskadronda olarkən 1912-ci ildə tutuldu. Əsirlikdən qayıdaraq 1913-cü ildə Hərbi Akademiyaya daxil oldu. 1 il oxuduqdan sonra təhsilini tərk edib Ordu sıralarına girdi. Balkan müharibəsinə və Birinci Dünya Müharibəsinə qatıldı.
YAŞAT Fondu
YAŞAT Fondu və ya tam və orijinal adı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu. “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fondun vəsaitinin formalaşdırılmasına və xərclənməsinə nəzarəti həyata keçirir; Fondun vəsaitinin formalaşdırılması və xərclənməsi istiqamətlərinə dair müzakirələr aparır, habelə daxil olan vəsaitin məbləği nəzərə alınmaqla, onun xərc istiqamətlərini müəyyən edir; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar auditor yoxlamalarının keçirilməsinə dair tədbirlər görür; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı digər məsələləri həll edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Abdullayev Çingiz Akif oğlu Alızadə Sevinc Əsgərxan qızı Aslanov Novruzəli Davud oğlu Aşina Məsud İbrahimov Mənsum İsrafil oğlu İsgəndərov Anar Camal oğlu Qasımov Balakişi Ələkbər oğlu Novruzov Cahangir Mütəllib oğlu Ramaldanov Şair Ramaldan oğlu Səfərəliyeva Rəna Teymur qızı Zəkiyev İlham Əzizağa oğlu Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Müvafiq Fərmanla Dövlət Agentliyi üçün aşağıdakı vəzifələr müəyyən edilib: Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmanı təmin etsin; Fiziki və hüquqi şəxslərin Fonduna könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların (ianələrin) bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin; Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın; Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin; Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin; Fondun vəsaitindən istifadəyə dair Himayəçilik Şurasına təkliflər versin; Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, habelə digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim etsin. Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin həmin şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını, habelə bu sahədə informasiya mübadiləsini təmin etmək üçün müvafiq informasiya sistemlərinin inteqrasiyasını təşkil etsinlər. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI təsdiq edilib.
Yaclı (Nəmin)
Yaclı (fars. ياجلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 360 nəfər yaşayır (71 ailə).
Yafət Xeyirov
Yafət Xeyirov — Azərbaycanlı kino montajçısı Yafə Xeyirov 1965-ci il mayın 16-da Quba rayonunun Susay kəndındə ziyalı ailəsində anadan olub. 1980-ci ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olub. 1984-cü ildə oranı qırmızı diplomla bitirib. Həmin il Azərbarcan Televiziya və Radio Verilişləri Komitəsində videomühəndis vəzifəsinə işə qəbul olunub və Moskva şəhərinə hərbi qulluğa göndərilib. Hərbi qulluğu bitirdikdən sonra televiziyada əmək fəaliyyətinə başlayıb. 1987-ci ildə Moskvada Ostankinoda ixtisas artırma inistitutunda oxuyub. 240-a yaxın sənədli televiziya filmlərinin montaj rejissorudur. Hal-hazırda Aztv-nin Xəbərlər departamentində ölkə başçısının xarıcı və daxili siyasətinin tamaşaçı kütləsinə çatdırılması ilə məşğul olur. Əmək fəaliyyəti, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətininin sədri Arif Alışanov və prezident İlham Əliyev tərəfindən qiymətləndirilərək 2011-ci il noyabrında 10-da "Tərəqqi medalı" ilə təltif olunub. Ailəlidir, iki övladı var. 20 il. Müstəqillik (film, 2011) Abbas Səhhət (film, 2007)(qısametrajlı sənədli film)(Aztv)-montaj Afurca nağılı (film, 2007) Ağ adam (film, 2004) Ağdamlı günlərimiz (film, 2001) Ah, ədalət!
Yakut Vikipediyası
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Yakut dili
Saxa (Yakut) dili — saxaların xalq dili. Rusiya Federasiyasının Saxa Respublikasının rəsmi dövlət dilidir. Türk dillərinə daxildir.
Yaqut Abdullayeva
Yaqut Babakişi qızı Abdullayeva (1963, Cəbrayıl) — muğam və Azərbaycan xalq mahnılarının ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. Yaqut Abdullayeva 1953-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olmuşdur. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir. Yaqut Abdullayeva 1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Yaqut Abdullayevanın televiziyadakı ilk çıxışından sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı onu dəvət etmiş və 1982-ci ildə o Opera və Balet Teatrında fəaliyyətə başlamışdır. Burada o uğurlu fəaliyyət göstərmiş, "Leyli və Məcnun"da Leyli obrazını yaratmış, "Şah İsmayıl"da Ərəbzənginin, "Gəlin qayası"nda Sənəmin partiyalarını böyük məharətlə ifa etmişdir. Azərbaycan Televiziyasının "Qızıl fondu"nda bir neçə solo-konsertinin, radio fondunda isə yüzlərlə xalq mahnısının, təsnif və muğamın lent yazıları var. Yaqut Abdullayeva bir sıra xarici ölkələrdə — Almaniya, Polşa, Macarıstan, Bolqarıstan, Türkiyədə çıxışlar edib. Tofiq Hacıyev: "Yaqut xanımın "Qaragilə"sini dinlədikcə mən bir tərəfdən Təbrizi, böyük Şəhriyarı xatırıma gətirirəm, Təbrizin dolanbac küçələrini yadıma salıram, bir tərəfdən də sovet dövründə Araz boyu uzanıb bizi cənubumuzdan ayıran tikanlı məftillər, bu gün cəhənnəm uçurumuna düşmüş Xudafərin yadıma düşür.
Yaqut Dilbazi
Dilbazi Yaqut Paşa qızı (Yaqut Dilbazi; 1910, Qazax – 1994, Bakı) — azərbaycanlı yazıçı. Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirib. XX əsrin 30–40-cı illər Azərbaycan ziyalılarının həyatından bəhs edən "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi kimi tanınır. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda о çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən "Ağ yasəmənlər" povestində isə hadisələr müharibədən sonrakı illərə təsadüf edir. Müharibə dövründə əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə — nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə — hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar. Bundan sonra 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir. Onun "Məhəbbət qocalmır" povesti 1978-ci ildə, "Ağ yasəmənlər" isə 1984-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur.
Yaqut Həməvi
Yaqut əl-Həməvi (1178, Konstantinopol – 20 avqust 1229, Hələb) — yunan əsilli ərəb coğrafiyaşünası, səyyahı. Yaqut əl-Həməvi Qafqaz və Azərbaycan tarixi üzrə qiymətli mənbələrdən biri olan "Mucəm əl-buldan" əsərinin müəllifidir. Yaqut əl-Həməvi əslən türk оlsa da, Suriya tacirlərindən birinin qulu оlduğu dövrdə müsəlman dinini qəbul etmişdir. Tacirin vəfatından Bağdada köçərək kitab üzü köçürmək və kitab alveri etməklə məşğul оlmuşdur. ХIII əsrin I yarısında ərəblərin əldə etdikləri məlumatları tоplamaqla "Cоğrafi lüğət" kitabını yazmışdır.Yaqut Aralıq dənizinin şərqində yerləşən ölkələri, Iranı, Оrta Asiyanı gəzmiş və Mərv şəhərində yaşamışdır. Yunan və müsəlman ölkələrinin məlumatlarına əsaslanmaqla cоğrafi lüğətlər tərtib etməklə məşğul оlmuşdur. И. Ю. Крачковский. "Путeшeствиe Ибн-Фадлана на Волгу", Издатeльство АН СССР. 1939 г. Крачковский И. Ю. Избранныe сочинeния, т.4 Москва-Лeнинград 1957 Бартольд В. В. Сочинeния, т.т.1-6 Москва 1963-68. Yâkūt el-Hamevî (yazar Casim Avcı), sayfa 288–291.
Yaqut Paşayeva
Yaqut Nəriman qızı Paşayeva (19 sentyabr 1973, Mirbəşir TərTər)— Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2013), Qabaqcıl təhsil işçisi(2023). DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə dosent Yaqut Paşazadə 29 sentyabr 1973-cü ildə Tərtər şəhərində anadan olub. 1990-cı ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə ADMİU-nun "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur. 1993-cü ildən 2018-ci ilə kimi YUĞ Dövlət Teatrında ali dərəcəli aktrisa kimi çalışıb. Hazırda DOM müstəqil teatrında fəaliyyət göstərib.Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan,Türkiyə, Rusiya, İran, Finlandiya,Özbəkistan və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur. 2013-cü ildə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1999-cu ildə ailə həyatı qurmuşdur. 2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.
Yaqut Paşazadə
Yaqut Nəriman qızı Paşayeva (19 sentyabr 1973, Mirbəşir TərTər)— Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2013), Qabaqcıl təhsil işçisi(2023). DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə dosent Yaqut Paşazadə 29 sentyabr 1973-cü ildə Tərtər şəhərində anadan olub. 1990-cı ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə ADMİU-nun "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur. 1993-cü ildən 2018-ci ilə kimi YUĞ Dövlət Teatrında ali dərəcəli aktrisa kimi çalışıb. Hazırda DOM müstəqil teatrında fəaliyyət göstərib.Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan,Türkiyə, Rusiya, İran, Finlandiya,Özbəkistan və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur. 2013-cü ildə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1999-cu ildə ailə həyatı qurmuşdur. 2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.
Yaqut Sadıqova
Yarat (Baymak)
Yarat (başq. Ярат, rus. Яратово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yarat kənd şurasının tərkibindədir. 1980-ci ilə qədər 1-ci Etkol kənd şurasına daxil idi. Məsafələr: rayon mərkəzindən (Baymak): 27 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 71 km. Yarat kəndi Samkara çayının sağ sahilində yerləşir.
Əhməd Yaşat
Əhməd Yaşat — mühacir, həkim, Azərbaycan Demokrat Birliyinin üzvü, Azərbaycan Kültür Dərnəyinin sədri. Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri. Əhməd Şirinzadə 1917-ci ildə Şəkidə anadan olub. İbtidai və orta təhsilini Şəkidə bitirdikdən sonra Bakıda tibb üzrə təhsil alıb. Qış müharibəsi dövründə Əhməd Şirinzadə fin cəbhəsinə həkim kimi göndərilib. II Dünya Müharibəsində ön cəbhədə həkim kimi xidmət edən Əhməd Şirinzadə xidmət etdiyi hərbi birliyin tərkibində əsir düşüb. Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb. II Dünya Müharibəsi bitdikdən sonra Almaniyadakı azərbaycanlıları qorumaq və onların SSRİ-yə verilməsinin qarşısını almaq üçün Rəsulzadənin təlimatı ilə Azərbaycan Demokrat Birliyi yaradılıb. Birliyin ilk üzvlərindən biri də Əhməd Yaşat olub. Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib.
Yakut inəyi
Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır. Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır. Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirka və Kolıma çaylarının aşağı hövzələrinə çatır. Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır. Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir.
Naçit (Bükan)
Naçit (fars. ناچيت‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.552 nəfər yaşayır (269 ailə).