Yaşar Nəcəfov (9 iyun 1999[1]) — Azərbaycanı təmsil edən cüdoçu.
Yaşar Nəcəfov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Yaşar Asif oğlu Nəcəfov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 9 iyun 1999[1] (25 yaş) |
İdman növü | Cüdo |
Məşqçisi | Xalid Abbasov |
Yaşar Nəcəfov 2016-2018-ci illərdə yeniyetmələrin beynəlxalq turnirlərində 3 gümüş və 2 bürünc medala sahib oldu. 2018-ci ildə U21 Azərbaycan Çempionatının qalibi olan Yaşar Nəcəfov 2020-ci ildə Xorvatiyanın Pоreç şəhərində U23 Avropa Çempionatını beşinci pillədə başa vurdu.
2022-ci ildə Təl-Əvivdə (İsrail) IJF Grand Slam turnirinin gümüş medalına sahib olan Yaşar Nəcəfov Zaqrebdə (Xorvatiya) IJF Qran-Pri turnirinin qalibi oldu. Həmin il Azərbaycan çempionu da oldu. 2023-cü ildə isə Yaşar Nəcəfov IJF Grand Slam turnirinin Azərbaycan mərhələsinin qalibi oldu, Monqolustan mərhələsini bürünc medalla başa vurdu, həmçinin Düşənbə şəhərində IJF Qran-Prisinin bürünc medalına sahib oldu. Həmin ilin iyulunda Çinin Çendu şəhərində Universiada Oyunlarını bürünc medalla başa vurdu, noyabrda isə Fransanın Monpelye şəhərində Avropa Çempionatını beşinci pillədə tamamladı.
Yaşar Nəcəfov 2024-cü ilin yanvarında Portuqaliyada IJF Qran-Pri turnirinin gümüş medalına, fevralında isə Azərbaycanda IJF Grand Slam turnirinin bürünc medalına sahib oldu. Nəticədə Yaşar Nəcəfov IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.[2]