Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yevgeni Ablin
Yevgeni Mixayloviç (Moyseyeviç) Ablin (rus. Евге́ний Миха́йлович (Моисе́евич) А́блин; 13 may 1928, Moskva – 7 aprel 2011, Moskva) — SSRİ və Rusiya monumental heykəltaraşı, rəssamı, qrafika rəssamı. O, Rusiyanın əməkdar artisti adına layiq görülmüşdür. SSRİ-də ictimai binaların memarlığında iri mozaika pannolarının müəllifi, bionik və abstrakt formaların ustası kimi tanınırdı. Əsas işləri: Zelenoqradda ticarət mərkəzinin fasadında və interyerində mozaik relyef (1970); Moskva Olimpiya hovuzunda mozaika və relyeflər (1980). == İstinadlar == == Əlavə ədəbiyyat == Синтез искусств и архитектура общественных зданий. М.: Советский художник, 1974. Лебедева В. Е. Евгений Аблин // Советское монументальное искусство 75/77: сб. ст. -М., 1979.
Yevgeni Baratınski
Yevgeni Abramoviç Baratınski (rus. Евгений Абрамович Баратынский, d. 2 mart 1800 — ö. 11 iyul 1844) — rus şairi. == Həyatı == Yevgeni Abramoviç Baratınski 2 mart 1800-cü ildə , Tambov quberniyasının , Mara qəsəbəsinin Vyajla kəndində doğulmuşdu. Soylu bir ailədən gəlirdi. İlk təhsilini evdə anasından və Borgeze adındaki İtalyan müəllimindən aldı. Borgeze, şagirdini Fransız ədəbiyyatı ilə tanış edir və onda gözəllik qavramının yetişməsini təşkil edir, klassik İtalyan sənətinə qarşı bir istək oyandırır. 1808-ci ildə , ailəsi Moskvaya köçür.1810-cu ildə isə atası Abram Andreyeviç ölür. Buna görə ana övladlarını alaraq Maraya dönür.
Yevgeni Belyayev
Belyayev Yevgeni Aleksandroviç (9 (21) fevral 1895 və ya 1895, Rjev, Tver quberniyası[d] – 5 sentyabr 1964 və ya 1964, Moskva, RSFSR, SSRİ) — Tarix elmləri doktoru, Birləşmiş Ərəb Əmirliyi Elmlər Akademiyasının fəxri üzvüdür. == Həyatı == Yevgeni Belyayev 1922-ci ildə Moskva Şərqşünaslıq İnstitutunu bitirmişdir. 1924-cü ildən bu institutda, sonralar isə SSRİ Xarici Dillər İnstitutunda və SSRİ Xarici İşlər Nazirliyinin Ali diplomatik məktəbində dərs demişdir. 1945-1955-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda yaxın və Orta Şərq ölkələrinin tarixi kafedrasının müdiri olmuşdur. 1951-ci ildən SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisidir. == Əsərləri == Müsəlman təriqətləri (tarixi oçerklər). B., 1958; Arabı, islam i arabskiy xalifat v rannee srednevekovğe. M., 1965; Arabs, Islam and the Arab caliphate in the early middle ages. L.,1969. N.Y., 1969.
Yevgeni Bertels
Bertels Yevgeni Eduardoviç (13 (25) dekabr 1890, Sankt-Peterburq – 7 oktyabr 1957[…], Moskva) — şərqşünas. SSRİ EA müxbir üzvü (1939), Özbəkistan (1944) və Tacikistan əməkdar elm xadimi (1946). İran EA (1944) və Ərəb EA (Dəməşqdə) müxbir üzvü (1955). SSRİ Dövlət mükafatı laureatı (Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarına görə, 1948). == Həyatı == 1920-ci ildə Petroqrad Universitetinin Şərq dilləri fakültəsini bitirmiş, ömrünün sonunadək SSRİ EA Şərqşünaslıq İn-tunda (1930 ilədək SSRİ EA Asiya Muzeyi) işləmişdir. Y.Bertels fars, tacik və bir sıra türkdilli xalqların ədəbiyyat tarixi sahəsində görkəmli mütəxəssis olmuşdur. Sufizm və sufi ədəbiyyatına, Firdovsi, Sədi, Cami, Nəvai və b. klassiklərin yaradıcılığına, Yaxın və Orta Şərq xalqlarının mədəniyyət tarixinə həsr olunmuş əsərlərin müəllifidir. "İslam Ensiklopediyası"nın fəal müəlliflərindən olmuşdur. Y.Bertels Firdovsinin "Şahnamə", Nizaminin "İsgəndərnamə" (Ə.Əlizadə ilə birlikdə) əsərlərinin elmi-tənqidi mətnini hazırlamış, mətnşünaslığa dair nəzəri məqalələr yazmışdır.
Yevgeni Braudo
Braudo Yevgeni Maksimoviç (d.1882-v.1939) — musiqi nəzəriyyəçisi, Peterburq İncəsənət Tarixi İnstitutunun professoru. == Həyatı == == Fəaliyyəti == 1936-cı ildə Azərbaycan musiqi mədəniyyəti ilə yaxından tanış olmaq niyyətilə Bakıya gəlmiş, Ü. Hacıbəyovla da tanış olmuş, Azərbaycanın bir sıra bölgələrini gəzmişdir. Peterburqa dönəndən sonra "Sovetskoye iskusstvo" qəzetində "Türk mahnısı" məqaləsini yazmışdır. Məqalədə Azərbaycan xalq musiqisi və mahnılarının xüsusiyyətlərindən, onların virtuoz ifaçılarından vəcdlə danışılır. Onun "Can Azərbaycan" adlı əlyazma əsəri da maraq doğurur. Yevgeni Braudo "xalq musiqisinin böyük bilicisi" adlandırdığı Ü. Hacıbəyovla müntəzəm məktublaşırdı.
Yevgeni Dmitriyev
Dmitriyev Yevgeni Vasilyeviç — texnika elmləri doktoru Dmitriyev Yevgeni Vasilyeviç 23 noyabr 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Həyatı == Y.V. Dmitriyev 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitunda təhsilini bitirdikdən sonra İ.Q. Yesman adına Azərbaycan Energetika İnstitunda böyük mühəndis, 1966–1999-cu illər ərəfəsində Azərbaycan Elmlər Akademiyası Fizika institunda müxtəlif vəzifələrdə- böyük mühəndis, kiçik elmi işçi və labaratiriya müdiri vəzifələrində elmi-praktiki fəaliyyət göstərmişdir. Y.V.Dimitriyev akademik Ç.M. Cuvarlının rəhbərliyi ilə 1970-ci ildə elmlər namizədi və 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Y.V.Dmitriyevin bütün elmi-praktiki fəaliyyəti akademik Ç.M. Cuvarlının iştirakı və rəhbərliyi şəraitində keçmişdir. == Elmi nailiyyətləri == Y.V.Dmitriyev elmi-tədqiqatları ilə elektroenergetikanın və elektrotexnikanın, elektrik şəbəkələri və sistemləri, yüksək gərginliklər texnikası, elektrik şəbəkələrində elektromaqnit prosesləri və digər bölmələrinin inkişafına öz töhfəsini vermişdir. Elektrik şəbəkələrində reallaşan mürəkkəb elektromaqnit hadisələrinin nəzəri məsələlərini, alqoritmlərin, hesablama üsullarının işlənməsində fəal iştirak etmişdir. Onun tədqiqatlarının nəticələrinə əsaslanaraq elektrik şəbəkələrində mümkün olan mürəkkəb elektromaqnit keçid proseslərini, iftar yüksək gərginlikləri hesablamaq mümkün olmuşdur və elektrik şəbəkələrinin qısa qapanma cərəyanlarından mühafizəsi tədbirləri işlənilmişdir. Onun tərəfindən qısa qapanma cərəyanlarını məhdudlaşdırmaq üçün betel rezistorları işlənilmiş və tətbiq edilmişdir. Y.V.Dmitriyev akademik Ç.M. Cuvarlı ilə birlikdə, müasir elektroenergtikanın mühüm məsələsi olan, 110–500 kV elektrik şəbəkəsində qısa qapanma halında ifrat gərginlikləri və cərəyanı məhdudlaşdırmaq üçün neytralın torpaqlanmasının nəzəri əsaslarını işlənmişdir. Y.V. Dmitriyevin elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Yevgeni Doqa
Yevgeni Doqa — Bəstəkar. Kino bəstəkarı.
Yevgeni Gegeçkori
Yevgeni Gegeçkori — (tam adı: Gegeçkori Yevgeni Petroviç, gürc. ევგენი პეტრეს ძე გეგეჭკორი; 24 aprel 1882, Martvili, Sameqrelo-Yuxarı Svaneti diyarı – 5 iyun 1954, Paris) — Gürcüstanın istiqlal hərəkatı xadimi, sosial-demokrat. == Həyatı == 1881-ci il yanvar ayının 20-də Kutais quberniyasının Senaksi qəzasının Martvili şəhərində anadan olmuşdur. Kutais gimnaziyasında təhsil alıb, 1902-ci ildə oranı bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə qəbul olub. == Fəaliyyəti == 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvlüyünə qəbul edilib. 1905-ci ildə Qərbi Gürcüstanda baş verən inqilabi hadisələrdə iştirak edib. 1907-ci ildə Moskva Universitetini bitirdikdən sonra Kutais dairə məhkəməsində vəkil köməkçisi vəzifəsinə təyinat alıb. Həmin ilin oktyabrında Kutais quberniyasından III Dövlət dumasına deputat seçilib. Həmin vaxtı menşeviklərin tərəfində çıxış edərək sosial-demokrat fraksiyasının liderlərindən biri olub. Fevral inqilabından (1917) sonra Gegeçkori Gürcü sosial-demokrat partiyasının rəhbərlərindən biri oldu.
Yevgeni Karlov
Yevgeni Karlov (tam adı: Karlov Yevgeni Nikolayeviç; d. 31.5.1960, Tula vilayətinin Dubovka qəsəbəsi - ö. 11.4.1992, Füzuli) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y.Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır pilot işləmişdir. === Ailəsi === Ailəli idi. İki övladı vardı. == Döyüşlərdə iştirakı == Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır.
Yevgeni Kasperski
Yevgeni Kasperski (rus. Евге́ний Валенти́нович Каспе́рский; d. 4 oktyabr 1965, Novorossiysk, Krasnodar diyarı,RSFSR, SSRİ) — Rusiya proqramçısı, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, İT-təhlükəsizliyi sahəsində araşdırmalar ilə məşğul olan beynəlxalq şirkətin — "Kasperski Laboratoriyası" SC yaradıcılarından biri, əsas səhmdarı və baş direktorudur. Mətbuatda onu "Kompüter cinayətkarlığının tufanı" kimi xarakterizə edirlər. == Həyatı, təhsili və karyerası == Yevgeni Kasperski 4 oktyabr 1965-ci Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində dünyaya gəlib. 1982-ci ildə Moskva Dövlət Universiteti nəzdində A.N.Kolmoqorov adına 18 saylı fizika-riyaziyyat internat məktəbini bitirib. 1987-ci ildə SSRİ DTK (KGB) Ali Məktəbinin 4-cü (texniki) fakültəsini bitirmişdir. İndi bu fakültə Rusiya FTX (FSB) Akademiyasının Kriptoqrafiya, Rabitə və İnformatika İnstitutu kimi tanınır[2]. Orada, riyaziyyat, kriptoqrafiya və kompüter texnologiyaları üzrə təhsil almış və "mühəndis-riyaziyyatçı" ixtisasına yiyələnmişdir. 1987-1991 illərdə Kasperski SSRİ Müdafiə Nazirliyinin çox profilli elmi-tədqiqat institutunda işləyib.
Yevgeni Kindinov
Yevgeni Kindinov — aktyor. == Həyatı == == Filmoqrafiya == Ürək... Ürək...
Yevgeni Kleşçenko
Yevgeni Kleşçenko (16 yanvar 1992) — Rusiyalı peşəkar kişi BMX velosipedçisi. Yevgeni Kleşçenko Latviyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Yevgeni Kleşçenko 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda yarışı sona qədər başa vura bimədi və 90-cı yeri tutdu.
Yevgeni Komarov
Yevgeni Komarov (8 noyabr 1988) — Rusiyalı peşəkar kişi BMX velosipedçisi. Yevgeni Komarov Rusiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Yevgeni Komarov 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.894 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu.
Yevgeni Korovin
Yevgeni Korovin (tam adı: rus. Евге́ний Алекса́ндрович Коро́вин; 12 (24) oktyabr 1892, Moskva – 23 noyabr 1964, Moskva) — beynəlxalq hüquq üzrə ixtisaslaşmış Sovet hüquqşünası. Moskva Dövlət Universitetində, BMT-də və Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində bir sıra vəzifələrdə çalışıb. == Həyatı == Korovin 1915-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinin ilk illərində Moskvanın, Diplomatik Akademiya da daxil olmaqla, bir çox ali təhsil müəssisələrində mühazirə deyib. 1923-cü ildə Moskva Dövlət Universitetində hüquq üzrə professor adını alıb. Həmin dövrdə Korovin o zamankı SSRİ Hüquq İnstitutunda (indiki Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu) assistent kimi fəaliyyət göstərirdi. Korovin 1935-ci ildə Amerika Politologiya Akademiyasının üzvü olur. 1938-ci ildə hüquq üzrə doktorluq tezisini müdafiə edir. Sovet Ordusunun hərbi hüquq akademiyasında işləyir və 1945-1946-cı illərdə çox qısa müddətə BMT-nin Hazırlıq Komissiyasında çalışır.
Yevgeni Koşeriu
Yevgeni Koşeriu(rum. Eugeniu Coșeriu; 1921 — 2002) - Moldova mənşəli alman linqvist, roman dilçiliyi üzrə mütəxəsssis, professor, 50-dən çox kitabın müəllifi, Rumıniya Akademiyasının fəxri üzvü. == Bioqrafiyası == Yevgeni Koşeriu 27 iyul 1921-ci ildə Rumıniya Krallığının Mixeylen kəndində anadan olmuşdur. Sonralar həmin ərazi — Moldova SSR, hal-hazırda isə Moldova Respublikası adlandırıldı. Belsı şəhərində yerləşən Liceul Teoretic„İon Creangă" liseyində təhsil almışdır. Sinif yoldaşları Bessarabiya yazıçısı- Vadim Piraoqan və rumın yazıçı- Sergiu Grossu olmuşdur. Suza Universitetini bitirdikdən sonra Koşeriu 1940-cı ildə İtaliyaya yola düşdü. Romada yerləşən İtaliya Mədəniyyət Universitetində təhsilini davam etdirdi. 1944-cü ildə Yevgeni cənub slavyan xalqlarının poeziyasına məxsus olan Chanson de geste (epik məzmunlu fransız orta əsr ədəbiyyatının janrı) haqqında olan dissertasiyasına görə dərəcə aldı. 1944-45-ci ildə Koşeriu Paduya Universitetində çalışırdı.
Yevgeni Krupnov
Yevgeni İqnatyeviç Krupnov (rus. Крупнов, Евгений Игнатьевич) – arxeoloq, qafqazşünas alim, dünya şöhrətli alim, bacarıqlı elm təşkilatçısı, Qafqazın arxeologiyasının, tarixinin və etnoqrafiyasının inkişafına böyük əmək sərf edən, "Lenin mükafatı laureatı". SSRİ Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutunun direktoru. == Həyatı == Yevgeni Krupnov – əslən Qroznıdan olan alim 16 mart, 1904-ci ildə Şimali Osetiya Muxtar SSR-nin Mozdok şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini Vladiqafqaz şəhərində başlamış sonradan Moskva şəhərində bitirmişdir. Ali təhsilini Moskva Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. Elmi fəaliyyətini V.A. Qorodsovun rəhbərliyi altında Qafqazın tarix və arxeologiyası üzrə aparmışdır. Universiteti bitirdikdən sonra 20 ilə yaxın Moskva Dövlət Tarix müzeyində işləmiş, sonradan elmi fəaliyyətinin böyük hissəsini SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda davam etdirmişdir. 1937-ci ildən ömrünün axırıncı günlərinə qədər həmin institutun əməkdaşı olmuşdur. 1941–1945-ci illərdə Sovet ordusunda xidmət etmişdir.
Yevgeni Lansere
Yevgeni Yevgeniyeviç Lansere (rus. Евге́ний Евге́ньевич Лансере́, 23 avqust (4 sentyabr) 1875, Pavlovsk[d], Sankt-Peterburq quberniyası[d] – 13 sentyabr 1946, Moskva) — rus rəssamı. == Həyatı == Əsl bədii klan – rus rəssamlığı, memarlığı, dekorativ-tətbiqi sənəti və kitab qrafikasının fəxridir. Lansere nəsli öz başlanğıcını Napoleon ordusu ilə Rusiyaya düşmüş və Borodino döyüşündə yaralanmış fransız Pol Lanseredən götürür. O, Rusiyada qalır, qrafinya fon Taube ilə evlənir və uşaqları olur. Yeri gəlmişkən, onun Rusiyada qalması ailənin özü üçün də çox əlverişli olur. Çünki Lansere XIV Lüdovikin qohumu idi, bu isə amansız fransız inqilabları zamanı nəslin kökünün kəsilməsinə gətirib çıxartdı. Rusiyada isə hər şey başqa cür oldu. Pol Lanserenin nəvəsi Yevgeni Aleksandroviç heykəltaraş-memar-rəssamlar sülaləsinin banisi oldu. O, Albert Kavosun nəvəsi (Bolşoy və Marinski teatrlarının memarı) və ondan heç də az məşhur olmayan memar Nikolay Benuanın qızı Yekaterina Nikolayevna Benua ilə evlənir.
Yevgeni Leonov
Yevgeni Leonov (rus. Евге́ний Па́влович Лео́нов; d. 2 sentyabr 1926, Moskva, RSFSR, SSRİ – ö. 29 yanvar 1994, Moskva, Rusiya) — məşhur aktyoru, Rusiyanın Xalq artisti (1978). == Həyatı və fəaliyyəti == Yevgeni Leonov 2 sentyabr 1926-cı ildə Moskva şəhərində anadan olmuşdur.Atası Pavel aviazavodda mühəndis, anası Anna evdar qadın olub. Ana oğulları Yevgeni və ondan iki yaş böyük Nikolayın təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi, onlara hələ kiçik yaşlarından kitablar oxuyar, məşhur təyyarəçilər haqqında danışardı. Qardaşlar böyüyəndə təyyarəçi olmaq arzusunda idilər. Nikolay məktəbi qurtaranda aviasiya sahəsini seçir. Yevgeni isə artıq 5-ci sinifdə məktəbin dram dərnəyinə yazılmışdı və onda teatra maraq vardı. Ancaq o, 7-ci sinfi bitirəndə Böyük Vətən müharibəsi başlayır.Yevgeni əvvəlcə aviasiya zavoduna işə düzəlir.
Yevgeni Lesiye
Yevgeni Lesiye (24 mart 1890 — 2 aprel 1975) — Fransalı keçmiş güləşçi. Yevgeni Lesiye Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yevgeni Lesiye birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında kişilər yüngül çəkidə, birinci mərhələdə Finlandiyanın nümayəndəsi Volmar Vikström ilə üz-üzə gəldi. Həmin görüşdə Yevgeni Lesiye rəqibinə uduzdu.
Yevgeni Matveyev
Yevgeni Semyonoviç Matveyev (rus. Евгений Семёнович Матвеев; 8 mart 1922, Novoukrainka[d] – 1 iyun 2003, Moskva) — sovet teatr rejissoru, aktyoru və pedaqoqu. SSRİ Xalq Artisti (1974). == Həyatı == 8 mart 1922-ci ildə Mikolayevdə doğulmuşdur. 1 iyun 2003-cü ildə Moskvada vəfat edib.
Yevgeni Morqunov
Yevgeni Aleksandroviç Morqunov (rus. Евгений Александрович Моргунов; d. 27 aprel 1927-ci il, Moskva, RSFSR — v. 25 iyun 1999-cu il, Moskva, RSFSR) — Sovet və Rusiya aktyoru və kinorejissoru, RSFSR-in əməkdar artisti (1978). Daha çox Leonid Qaydayın öz komediyalarında yaratdığı Qorxaq-Axmaq-Çoxbilmiş üçlüyündən Çoxbilmiş rolunun ifaçısı kimi tanınmışdır. == Həyatı == Yevgeni Aleksandroviç Morqunov 27 aprel 1927-ci ildə Moskvada anadan olmuşdur. Uşaqlığı ağır keçmişdir. 14 yaşından "Frezer" zavodunda çalışmağa başlamışdır. 1943-cü ildə yeniyetmə Morqunov Stalinə məktub yazır və ondan teatr məktəbinə qəbul olunmasını xahiş edir. Məktubun cavabı müsbət olur və Morqunov həqiqətən Tairov adına teatr məktəbinə qəbul olur.
Yevgeni Onegin
Yevgeni Onegin (rus. Евгений Онегин) — 1823–1830-cu illərdə rus şairi Aleksandr Puşkin tərəfindən yazılmış mənzum roman. Əsəri ilk dəfə azərbaycan dilinə Səməd Vurğun tərcümə etmişdir (1936).
Yevgeni Paxomov
Yevgeni Aleksandroviç Paxomov (rus. Евгений Александрович Пахомов ; 1880, Stavropol — 1965, Bakı) — tanınmış sovet numizmatı və arxeoloq, Gürcüstan və Azərbaycan numizmatikasının tədqiqatçısı. == Həyatı == Yevgeni Aleksandroviç Stavropolda doğulub, 1896-cı ildə Tiflisdə məktəbi bitirib. 1900-cu ildə Sankt-Peterburq Arxeologiya İnstitutu , 1902-ci ildə isə Texnologiya İnstitutunu bitirmişdir. 1920-ci ildə Bakıya köçmüşdür, burada Azərbaycan Tarixi Muzeyin təşkilatçılarından biri oldu, elmi fəaliyyəti ərzində bu muzeylə əlaqəsini kəsmədi. Tezliklə Azərbaycan Dövlət Universitetində işə daxil oldu ki, burada 1922-ci ildən 1930-cu ilə qədər numizmatika şöbəsinə rəhbərlik etmişdir. Faktiki olaraq Azərbaycan numizmatikasının banisi olmuşdur, ona qədər bu sahədə tədqiqatlar ciddi səviyyədə aparılmırdı. 1941-ci ildə Bakı Universitetinin dosenti, 1945-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək professor elmi adını qazanmışdır. 1947-dən 1953-dək axeologiya kafedrasının müdiri kimi fəaliyyət göstərirdi. 1955-ci ildə Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülmüşdür.
Yevgeni Petrosyan
Yevgeni Petrosyan (rus. Евге́ний Вага́нович Петрося́н)) - SSRİ dönəmindən etibarən fəaliyyətə başlamış erməni və yəhudi əsilli komediya ustası. Yevgeni Petrosyan 1945-ci ilin 16 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur.
Yevgeni Petrov
Yevgeni Petroviç Katayev (Petrov) (30 noyabr (13 dekabr) 1902, 30 noyabr (13 dekabr) 1903 və ya 30 noyabr 1903, Odessa, Rusiya imperiyası – 2 iyul 1942[…] və ya 2 aprel 1942, Rostov vilayəti) — Sovet yazıçısı. == Həyatı == 13 dekabr 1903-cü ildə Odessada doğulub. 1920-ci ildə gimnaziyanı bitirdikdən sonra Moskvaya köçən (1923) Yevgeni Petrov jurnalistika ilə məşğul olmağa başlayır. 1925-ci ildə "Qudok" qəzetinin redaksiyasında İlya İlflə tanış olduqdan sonra birgə əməkdaşlıq nəticəsində bir neçə felyeton və "12 Stul" və "Qızıl Dana" povestlərini yazmışdır. 2 iyul 1942-ci ildə Sevastopoldan Moskvaya uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuşdur.