Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yolların sonu
Yolların sonu — türk şair, yazıçı, tarixçi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Nihal Atsızın 1946-cı ildə nəşr edilən şerlər kitabı.Nihal Atsızın bu kitabda bütün şerlərini toplamışdır. Kitabın adı Yolların sonu adlı şerdən gəlməkdədir. Kitab Barıman nəşriyyatında 1946-cı ildə çap edilmişdir.
Azərbaycan yolları
Azərbaycan Respublikasının avtomobil yolları — Azərbaycan Respublikasında mövcud olan bütün yol şəbəkəsini əhatə edir. 2009-cu ildə avtomobil yollarının ümumi uzunluğu 18,946 kmdir. Onlardan respublika əhəmiyyətli 4,631 km, bərk örtüklü isə 18,774 km təşkil edib. Avtomobil yolları nəqliyyatın bir növü olaraq, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənilir. Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə "Azəravtonəqliyyat" Dövlət Konserni və "Azəravtoyol" Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" Departamentləri yaradılmışdır. == Tarix == === XX əsrdən əvvəl === Qədim vaxtlardan Avropa, Yaxın Şərq və Asiya bazarlarını birləşdirən yolların kəşisməsində olan Azərbaycan "Şərqin Qapıları" kimi sayılırdı. Hətta 10 min il bundan qabaq Qobustan qayalarında naxış vurulmuş qayıq şəkilləri göstərirlər ki, qədim şumerlər(yaxud da Xəzər dənizinin sahilləri Qobustan qayalıqlarına dirənmiş vəziyyətdə olub) dənizə qədər yol çəkdilər və qayıqlardan istifadə edirdilər. Alban dövləti zamanında Azərbaycanda böyük və kiçik şəhərlər əmələ gələrkən, onları birləşdirən yollara ehtiyac artırdı. 6–8-ci əsrlərdə Azərbaycanda ticarət yolları olan digər şəhərlər var idi: Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan, böyük ticarət mərkəzləri olan Şəki, Şəmkir, Naxçıvan, Kaburqala (Ağdam), və Torpaqqala (Qax). Uzaq Asiyadan, Çindən, Hindistandan gələn və Qara və Aralıq dənizlərinə çıxan "Böyük İpək Yolu" Azərbaycan şəhərlərinə də toxunurdu.
Azərbaycanın yolları
Azərbaycan Respublikasının avtomobil yolları — Azərbaycan Respublikasında mövcud olan bütün yol şəbəkəsini əhatə edir. 2009-cu ildə avtomobil yollarının ümumi uzunluğu 18,946 kmdir. Onlardan respublika əhəmiyyətli 4,631 km, bərk örtüklü isə 18,774 km təşkil edib. Avtomobil yolları nəqliyyatın bir növü olaraq, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənilir. Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə "Azəravtonəqliyyat" Dövlət Konserni və "Azəravtoyol" Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" Departamentləri yaradılmışdır. == Tarix == === XX əsrdən əvvəl === Qədim vaxtlardan Avropa, Yaxın Şərq və Asiya bazarlarını birləşdirən yolların kəşisməsində olan Azərbaycan "Şərqin Qapıları" kimi sayılırdı. Hətta 10 min il bundan qabaq Qobustan qayalarında naxış vurulmuş qayıq şəkilləri göstərirlər ki, qədim şumerlər(yaxud da Xəzər dənizinin sahilləri Qobustan qayalıqlarına dirənmiş vəziyyətdə olub) dənizə qədər yol çəkdilər və qayıqlardan istifadə edirdilər. Alban dövləti zamanında Azərbaycanda böyük və kiçik şəhərlər əmələ gələrkən, onları birləşdirən yollara ehtiyac artırdı. 6–8-ci əsrlərdə Azərbaycanda ticarət yolları olan digər şəhərlər var idi: Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan, böyük ticarət mərkəzləri olan Şəki, Şəmkir, Naxçıvan, Kaburqala (Ağdam), və Torpaqqala (Qax). Uzaq Asiyadan, Çindən, Hindistandan gələn və Qara və Aralıq dənizlərinə çıxan "Böyük İpək Yolu" Azərbaycan şəhərlərinə də toxunurdu.
Gürcüstan yolları
Gürcüstanda beynəxalq, dövlət və yerli adlı 3 növ avtomagistral mövcuddur.
Poçt yolları
Tiflisin yolları
Tiflisin yolları — sözləri və musiqisi Cabbar Qaryağdıoğluna məxsus olan bu mahnı XIX əsrin sonlarında yaranıb. Xanəndə gənc yaşlarında nəinki Şuşada, Qarabağda, Cənubi Qafqazda, hətta İranın bir çox şəhərlərində toy məclisləri aparardı. Belə məclislərin biri də Tiflisdə olub. Bu şəhərin gözəlliyi, qədimliyi Cabbar Qaryağdıoğlunu valeh edib. Bu vurğunluğun ifadəsi olaraq "Tiflisin yolları" mahnısını yazıb. Bu mahnı dövrünun bir çox xanəndələri tərəfindən ifa edilib. Xalq mahnısı kimi məşhurlaşıb.
Ermənistan dəmir yolları
Ermənistan dəmir yolları (erm. Հայկական երկաթուղի) dəmir yolu şəbəkəsi olaraq Ermənistanın 10 mərzindən 9-nu əhatə edir. Hazırda "Cənubi-Qafqaz dəmir yolu" idarəsinin nəzarətindədir (erm. Հարավկովկասյան Երկաթուղի). == Yaradılma tarixi == 1991-ci ildə təşkil olunan Ermənistan dəmir yolları əsasən Cənubi Qafqaz dəmir yolları ilə Azərbaycan dəmir yollarının balansında olan dəmir yol xəttlərinin hesabına yaradılmışdır. Dəmir yollarının Azərbaycan, Gürcüstan və Türkiyə çıxışı vardır. Dəmir yolu xətti əvvəllər üç istiqamətdən hərəkət edərək Rusiyaya çıxış əldə edə bilirdi. Abxaziya ilə yaranan konflikdən sonra Gürcüstan vastəsi ilə Rusiyaya çıxış qapanmışdır. Ermənistanla Azərbaycan arasında hələ 1988-ci ildən başlanan konflikdən etibarən isə Dilican Qazax istiqamətində dəmir yolu 1989-cu ildən tamamən fəaliyyətini dayandırmışdır. Bu xətt demək olar ki, bütünlüklə sökülmüşdür.
Ermənistanın avtomobil yolları
Ermənistanın avtomobil yolları — respublikanın nəqliyyat sisteminin mühüm tərkib hissəsidir. İnkişaf etməmiş dəmir yolu şəbəkəsi ilə Ermənistanın yolları ölkənin sosial-iqtisadi inkişafında həlledici əhəmiyyətə malikdir. Ermənistanın avtomobil yollarının beynəlxalq daşımalarda da rolu əvəzsizdir. Ermənistanda formalaşmış ümumi istifadədə olan avtomobil yolları şəbəkəsi 7637 km-dir ki, bunun da 96,7%-i bərk örtüklüdür. Respublika ərazisinin hər 1000 km²-ə 258 km yol düşür. == Şosselər == Müasir mənasında anladığımız ilk yollar Ermənistanda 19-cu əsrdə yaranıb. Ermənistanın paytaxtı İrəvandan dörd çoxzolaqlı “avtomagistral” yol ayrılır - Ararat, Əştərək, Armavir və Göycə. İrəvan-Ararat hissəsindəki Meqri şossesi ikixətlidir: cənubda şəhərlərdən yan keçərək sürətli “avtomobil” var, şimaldan isə ona paralel köhnə marşrut. Ermənistanda qış üçün bağlı keçidlər yoxdur. Ermənistanın ən çox trafikə malik əsas şosselər bunlardır: М1: İrəvan - Əştərək - Gümrü - Bavra (Gürcüstanla sərhəddə yol keçid məntəqəsi).
Estoniya Hava Yolları
Estoniya Hava Yolları və ya Estonian Air — Estoniyanın milli hava yolu şirkətidir. Şirkətin mərkəzi ölkənin paytaxtı Tallindir. Estonian Air Skandinaviya Hava yolları Sisteminin bir parçasıdır. Bu avia şirkət Stokholm, Oslo və Kopenhagendən Estoniyaya uçuşlar da təşkil edir. Estonian Air ölkənin müstəqilliyini əldə etməsinin dərhal ardından 1 dekabr 1991-ci ildə quruldu. İlk uçuşunu Frankfurta 1991-ci ildə reallaşdırdı. 1992-ci ildə IATAnın üzvü oldu. İndiki vaxtda 22 uçuş nöqtəsində xidmət verməkdə olan şirkətin cəmi 6 təyyarəsi var.
Estoniya dəmir yolları
Estoniya dəmir yolları ümumi uzunluğu 1320 km olan dəmir yol şəbəkəsi (2005 ilə olan məlumata görə 132 kilometri elektrikləşdirilmişdir). Reylslər arasında məsafə 1520 mm-dir. Bu əsasən keçmiş sovet ölkələrində mövcuddur. Estoniyanın əsasən voğzalı Batik voğzalıdır. Milli şirkətin rəhbəri "Eesti Raudteedir". == Tarixi == 24 oktyabr 1870-ci ildə Estoniyada ilk dəmir yolu Paldiski—Pevel—Narva—Qatçina istiqamətində çəkilmişdir. Elə həmin ildə Peterburq-Varşava dəmir yolu birləşdirilmişdir. Baltik dəmir yolları 1870-ci ildə Qatçindən Tasno xətti birləşdirilir. 1877-ci ildə Tapa—Derpt yolu inşa edilir. 1897-ci ildə yol Valqa ilə birləşdirilir.
Gürcüstan dəmir yolları
Gürcüstan dəmir yolları (gürc. საქართველოს რკინიგზა - Sakartvelos rkiniqa) — dəmir yollarında nəqliyyat və isyismar işlərini həyata keçirən şirkət. == Potensialı == Güscüstan dəmir yoları Gürcüstan ərazisundə yerləşən dəmir yol xəttlərini özündə birləşdirir. Dəmir yollarının ümumi uzunluğu 1612 km təşkil edir. Burada ümmumilikdə istifadədə 1422 dəmir tolu körpüsü, 32 dəmir yol tuneli, 22 sərnişin vağzalı, 114 yük terminalı fəaliyyət göstərir. Sadaxlı stansiyası Ermənistanla sərhəd sransiyası fəaliyyət göstərir. Dəmir yollarının demək olar ki, böyük qusmi elektrikləşdirilmişdir. Bircə Ninisminda-Axalkələk istiqamətində olan xətt elektrikləşdirilməmişdir. Bu xətt SSRİ-nin dağılması ilə əlaqədar istifadəyə verilə bilinməmişdir. Samtredia — Tiflis — Qardabani istiqamətində dəmir yolu iki xəttlidir.
Gürcüstan hava yolları
Georgian Airways (azərb. Gürcüstan hava yolları‎ gürc. ჯორჯიან ეარვეისი) — Gürcüstan Respublikasına aid beynəlxalq aviaşirkət. Əsasən yük daşımaqla məşğuldur. Reysləri Avropa ölkələri və Orta Asiya ölkələridir. Qərargahı Tbilisidə yerləşir.
Gəncənin yeraltı yolları
Gəncənin yeraltı yolları və ya Gəncənin yeraltı fayton yolları — Gəncə şəhərində vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüş yeraltı fayton yolları. == Tarixi və inşası == Tarixi VIII əsrə qədər gedib çıxan bu yollar Aran memarlıq üslubunda inşa edilmişdir. Bəzi mənbələrə görə X əsrdə inşa olunmuş bu yollar 8 metr dərinlikdə idi. Yollar tağlarla hörülmüş, çirkab sularının axıdılması üçün xüsusi arxlar quraşdırılmış, fayton keçidi üçün geniş yerlər qoyulmuşdur. Bu yolların inşası zamanı burada faytonların hərəkət etməsi də nəzərə alınmışdır. Gəncənin yeraltı yollarına giriş Gəncə xan sarayından buradan başlayırdı. Sarayın yaxınlığında olan Çökək hamam ilə Şah Abbas məscidi arasından keçən bu yolun hər iki abidəyə də girişi olmuşdur. Türkiyənin Amasiya şəhərində olan məscidin hasarı üzərindəki kitabədə Gəncənin yeraltı yollarını inşa edən və şəhərin monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş memar Mahmud oğlu Məhəmmədin adı qeyd olunmuşdur. Görkəmli elm xadimi və tanınmış memar Şeyx Bəhaəddin Amuli 1606-cı ildə Gəncə şəhərində aparılan yenidənqurma işlərinə rəhbərlik etdiyi zaman yeraltı yollara xüsusi həssaslıqla yanaşmış, onların qorunmasını təmin etmişdir. Sovet dövründə bu yollardan bəziləri bağlanılmışdır.
Latviya dəmir yolları
Latviya dəmir yolları (latış. Latvijas dzelzceļš‎) — Latviyanın milli dəmir yol şirkəti Əsası 1919-ci ildə qoyulmuşdur. 1994-ci ildə Pribaltika dəmir yollarının balansından ayrılaraq müstəqil şirkətə çevrilmişdir. Ümumilikdə dəmir yollarının uzunluğu 2263,3 km-dir. Bu məsafənin cəmi 258,8 % elektrikləşdirilmişdir. Reylslər arasında məsafə 1520 mm-dir. Baş ünvani — Riqa şəhəri, Qoqol küçəsi, 3. 2005 - 2015 illər ərzində şirkətin rəhbəri Uqis Maqonis olmuşdur (latış. Uģis Magonis‎) == Şirkətin strukturu == Şirkətin tərkibinə törəmə 7 bölmə daxildir: LDz «Cargo» LDz «Infrastruktūra Ltd» LDz «Ritošā sastāva serviss» LDz «Apsardze» LDz «Ritošā sastāva serviss» VRC Zasulauks Pasažieru Vilciens (sərnişin daşıma) == Arsenalı == Teplovozlar: Teplovoz M62, 2М62, 2М62У, 2M62УР, 2M62УЦ, 2ТЭ10М, 2ТЭ10У, ТЭП70, ЧМЭ3, ТЭМ2, ТГК2, ТГМ3, ТГМ4, 2ТЭ116, ЧМЭ3М Elektrovaqonlar: ЭР2, ЭР2Т, ЭР2М. Divel-vaqonlar: ДР1А, ДР1АМ, ДР1АЦ. Reyls avtobusu: АР2. === Əvvəllər istifadə edilmiş texnikalar === Teplovoz — ТЭП60 Elektrovovlar — ВЛ26, ЕЛ2 Elektrovaqonlat — Ср3, ЭР2И Dizel vaqonlar — ДР1П == Dəmir yol xətləri == === İşlək olan xətlər === 01 Ventspils — Tukums II 02 Tukums II — Elqava 03 Elqava — Krustpils 04 Krustpils — Dauqapils 05 Dauqapils — İndra 06 Riqa — Krustpils 07 Krustpils — Rezenke II 08 Rezenke II — Zilupe 09 Karsava — Rezenke I 10 Rezenke — Dauqapils 11 Dauqapils — Kursums 12 Eqlayne — Dauqapils 13 525 km yol postu — 401 km yol postu 14 Riqa — Elqava 15 Elqava — Liepaya 16 Elqava — Meytene 17 Riqa — Luqaji 18 Tornyaklns — Tukums II 19 Zemitan — Skulte 20 Çiekurkalns — Riqa Krasta 21 Qluda — Renqe 22 Zasulausks — Bolderya 24 Riqa Preçu 2 — Saurieşi 25 Zemitan — Şkirotava 26 191 km yol postu — 524 km yol postu 27 Plyavinyas — Qulbene 36 Yaunkalsnava — Veseta 37 Otvetvleniya Dauqapils 38 Otvetvleniya Rezenke 32 Qulbene — Aluksne == Elektrikləşdirilmiş dəmir yol xətti == Elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 249 km-dir.
Litvada avtomobil yolları
Litvada avtomobil yolları — Litva ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yollar. Dövlət yolları əsas (lit. magistraliniai), regional (lit. krašto) və rayon (lit. rajoniniai) yollarına bölünür. Qeyri-dövlət yolları (küçələr, yerli yollar, giriş yolları) yerli özünüidarəetmə orqanlarına aiddir. == Tarix == Litvada ilk yollardan biri XVI əsrdə tikilmiş Klaypeda qəsri yaxınlığındakı yoldur. 2006-cı ildə ölkədəki ümümi yolların uzunluğu 21.320 km olmuşdur ki, bunun da 1.748 km-i avtomobil yolları (o cümlədən 309 km-i avtomagistrallar təşkil edir), 4.946 km-i respublika əhəmiyyətli, 14.625 km-i isə digər yollardır. Litva Yol Muzeyi Litva yollarının və avtomobil sənayesinin tarixinə həsr olunub. 2019-cu ildə Litvada avtomobil magistrallarının ümumi uzunluğu 365,83 km-dir.
Misir Hava Yolları
Naxçıvanın köç yolları
Naxçıvanın köç yolları — Аzərbаycаndа bаşqа təsərrüfat sahələri ilə yanaşı, maldarlığın inkişafı təbii-coğrafi şəraitlə üzvi sürətdə bağlı olmuşdur. Burada maldarlıq əsas etibarı ilə Mezolit dövründə yаrаnmış, Neolit dövründən yerli əhalinin təsərrüfat fəaliyyətində və güzəranında daha geniş yer tutmağa başlamışdır. Аpаrılаn tədqiqаtlаr sübut edir ki, Аzərbаycаndа hələ qədim dövrlərdən mаldаrlıq üzrə zəngin təsərrüfаt mədəniyyəti оlmuşdur. Аzərbаycаnın digər bölgələrində оlduğu kimi, XIX əsrin əvvəllərində Nахçıvаndа dа mаldаrlıq təsərrüfаtı sаhəsində хırdаbuynuzlu heyvаnlаr üstünlük təşkil edirdi. Mənbələrin məlumatına görə, Naxçıvan diyarında qoyunçuluq daha çox inkişaf etmişdir. Xırdabuynuzlu maldarlığın üstünlük təşkil etməsi bölgədə köçmə-yaylaq maldarlığının əsasını qoymuşdur. Naxçıvanda maldarlıq təsərrüfatı əsasən oturaq formada olmaqla yaylaq və qışlaq xarakteri daşımışdır. Оturаq mаldаrlığın əsаs səciyyəvi хüsusiyyəti оndаn ibаrətdir ki, heyvаnlаr ilbоyu dаimi yаşаyış məskənləri ərаzisində оlur. Gündüz ətrаfdаkı оtlаqlаrdа оtlаyır, ахşаm isə geri qаyıdır. Mаldаrlıq təsərrüfаtının bu fоrmаsı ilə məşğul оlаn əhаlinin dаimi yаşаyış məskənləri, evləri, əkinçilik sаhələri və оturаq хаrаkterli təsərrüfаt-məişət аvаdаnlıqlаrı оlur.
Qazaxıstan Dəmir Yolları
«Qazaxıstan Dəmir Yolları» (QDY; qaz. Қазақстан темір жолы) — Qazaxıstanın magistral dəmir yolu şəbəkəsinin ən böyük operatoru. Tam adı - "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti "Səhmdar Cəmiyyəti". Qazaxıstan Dəmir YollarınIn əsas ofisi Qazaxıstanın paytaxtı Astanadadır. Şirkətin yeganə səhmdarı Samruk-Kazına Milli Fondudur. Səhmlərinin 100%-i Qazaxıstan Respublikası Hökuməti tərəfindən nəzarət olunur (Qazaxıstan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əmlak və Özəlləşdirmə Komitəsi vasitəsilə). 31 dekabr 2016-cı il tarixinə QDY kreditorlara olan ümumi borcu 1.239.679.774.000 tengə (ekvivalenti 3.6 milyard dollar) təşkil etmişdir. Kredit və digər öhdəliklərə xidmət göstərmək sərnişin daşınmasından əldə olunan gəlirləri üstələyir. 2015-ci ilin avqustunda baş verən devalvasiyadan əvvəl borcun miqdarı 6 milyard dolları keçib. Təqaüd fondları pensiya yığımları səbəbindən Qazaxıstan Dəmir Yollarının borclarının ödənilməsi variantlarını da nəzərdən keçirir 2011-ci ilin fevral ayında Pekində, Qazaxıstan Dəmir Yolları ilə Çin Xalq Respublikasının Dəmir Yolları Nazirliyi arasında, ölkədə ilk, Orta Asiyada (Özbəkistandan sonra) ikinci, MDB-də (Rusiyadan sonra) üçüncü yüksək sürətli dəmir yolunun (HSR) inşası sahəsində əməkdaşlıq haqqında memorandum imzalanır.
Qələbənin Yolları (1976)
Qətər Hava Yolları
Qatar Airways (ərəb. القطرية‎) — Doha, Qətər mərkəzli milli havayoludur. 100-dən çox təyyarə flotuna sahib olaraq, Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya olaraq Dünya çapında 100-dən çox uçuş nöqtəsinə xidmət verməkdədir. Qatar Airways, 22 noyabr 1993 tarixində qurulmuşdur. Havayolu, Küveyt Hava Yollarından icarəyə Boeing 767-200ER ilə 20 yanvar 1994-cü tarixində fəaliyyətə başlamışdır. Başlanğıcda Qətər kral ailəsi üzvləri tərəfindən özəl sektora aid idi. Sonra yeni bir rəhbərlik altında, 1997-ci ildə yenidənbaşladılmışdır. Hal-hazırda, Qətər hökumətinin xüsusi investorların əlində qalan ilə hava yolu 50% hissəsinə malikdir. İyul 2013 tarixində Qətər Hava Yolları "Barselona"nın sponsoru oldu. Akbar Al Baker bunları dedi: "Biz, dünyanın ən böyük futbol klubu "Barselona" ilə bu ittifaqı meydana gətirdiyimiz üçün xoşbəxtik".
Serbiya Dəmir Yolları
«Serbiya Dəmir Yolları» (serb. Железнице Србије) — Serbiyada dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşıyan yeganə dəmiryolu daşıyıcısı olan dövlət şirkəti. Serbiya Dəmir Yolları şirkətinin balansında 4347 kilometrlik Avropa rels standartına uyğun olan dəmir yolu vardır. Yolların 32 % elektrikləşdirilmişdir. Serbiya dəmir yollarının tarixi 1881-ci ilə aiddir. Bu zaman Serbiya kralı Milan IV Obrenoviç Serbiya Dəmir yollarının təşkili barəsində fərman imzalamışdır. İlk qatarın, 23 avqust 1884-cü ildə Belqraddan Nişə göndərilməsi şirkətin rəsmi təsis tarixi hesab edilir. 1920-ci illərdən Yuqoslaviyanın süqutuna qədər «Yuqoslaviya dəmir yolları» adı ilə fəaliyyət göstərmişdir. Şirkətin hazır ki, rəhbəri Draqolyub Simonoviçdir Dəmir yollarının elektrikləşdirilməsinə 1970-ci ildə başlanılmışdır. Dəmir yolları Serbiyanın dünyanın digər dövətləri, ən əsası isə Avropa dövlətləri ilə əlaqənın mühüm vastələrindən biridir.
Skandinaviya Hava Yolları
Skandinaviya Hava Yolları və ya SAS (ing. Scandinavian Airlines System (SAS), Skandinaviya Hava Yolu Daşımaları Sistemi (SAS)) — Danimarka, Norveç və İsveçin çox millətli hava yolu daşımaları və bu Skandinaviya ölkələrində öndə gələn aviaşirkətdir. Mərkəzi İsveçin paytaxtı Stokholmdadır. Sahibi SAS AB dir. Star Alliance-nın bir qurucu üzvüdür və bununla birlikdə Air Greenland, Linjeflyg, Spanair, Thai Airways International və AIRLINE Scanairın da qurucusudur. SAS-ın Estoniya Hava Yollarınınin 49% hissəsini almışdır. Kopenhagen, Avropa və qitələr arası xidmətlər üçün mərkəz kimi xidmət edir. 2006-cı ildə bu aviaşirkət 25 milyon sərnişini daşıdı.
Slovakiya Dəmir Yolları
Slovakiya Dəmir Yolları (slovak. Železnice Slovenskej republiky, ŽSR) — Slovakiyada dəmiryol infrastrukturunun idarə olunmasını həyata keçirən dövlət müəsissəsi. 1993-cü ilin 1 mayında təsis edilmişdir. Ona qədər «Çexslovakiya Dəmir Yolları» dövlət müəssisəsinin balansında olmuşdur (çex. Československé státní drahy). 1996-cı ilədək şirkət ölkədə dəmir yolu nəqliyyatında de-fakto monopoliyaya sahib idi. 2002-ci ildə bu sahə iki hissəyə bölünmüşdür: dəmir yolu infrastrukturu həminatı Slovakiya Dəmir Yolları şirkətində qalmış və nəqliyyat idarəçiliyi isə ""Železničná spoločnosť, a. s."" şirkətinə verilmişdir. 2005-ci ildə yenidən bölünmə həyata keçirilmişdir: «Železničná spoločnosť Slovensko, a. s.» (ZSSK) sərnişin daşıma sahəsində,«Železničná spoločnosť Cargo Slovakia, a.
Slovakiya avtomobil yolları
Slovakiya avtomobil yolları standart avtomagistrallar (slovak. Diaľnica, uzunluğu — 432 km) və yüksək sürətli məhdud istifadədə olan şoselərdən (slovak. Rýchlostné cesty uzunluğu 288 km) ibarətdir. İdarəedici orqan — Slovakiya Milli Avtomobil yolları və ya NDS şirkəti. Şirkət 2005-ci ildə qurulmuşdur. Slovakiyada ilk müasir formalı yolların inşasına 2 may 1939-cu ildə başlanmışdır. 2008-ci ilə olan məlumata görə ölkədə 43761 km avtomobil yolu vardır. Bunun 432 kilometri avtomagistralların payına düşür. Yüksək sürətli yolların uzunluğu, 288 kilometrdir. Avtomagistrallarda və şoselərdə maksimal sürət adi avtomobil və motosikletlər üçün 130 km/saat təşkil edir.
Sloveniya Dəmir Yolları
Sloveniya dəmir yolları (sloven. Slovenske železnice, SŽ) — Keçmiş Yuqoslaviya dəmir yollarının ayrılmasından və Yuqoslaviyanın dağılmasından sonra 1991-ci ildə idarəetmə mərkəzi Lyublyanada qurulan Sloveniya Dövlət Dəmiryolları. Sloveniya ərazisindən keçən ilk dəmir yolu 1840-cı ildə Avstriya İmperiyasının paytaxtı olan Vyana və əsas ticarət limanı olan Triesti birləşdirən zaman inşa edilir. Nəticədə 1844-cü ildə Maribor Qratsla əlaqələndirilir. Dəmir yolu daha sonra 1849-cu ildə Praqersko və Sele vasitəsilə Lyublyana qədər uzadılır. 1860-cı ildə Praqerskodan gələn dəmir yolu Ormoje ilə yanaşı Xorvatiyadakı Çakovec ilə bağlanır və bununla da imperiyanın Avstriya və Macarıstan hissələri birləşdirilir. 1862-ci ildə Zidanı Zaqreb ilə birləşdirən Sava çayı boyunca tək bir yol qurulur (ikinci yol 1944-cü ildə tikilir). 1863-cü ildə Dravoqrad, Maribor, Klaqenfurt və Villax şəhərlərini birləşdirən Drava çayı boyunca Karinti Dəmiryolu inşa edilir. 1870-ci ildə Sava çayının yuxarı sahili boyunca İtaliyadakı Kran, Lyublyana, Esenise və Tarvisionu birləşdirən bir dəmir yolu inşa edildi. 1999-cu ildə Murska Sobota və Xodoş arasındakı tək yol xətti bərpa edildi, bu da Macarıstan dəmir yolu sistemi ilə birbaşa əlaqəni təmin etdi.
Accipiter collaris
Accipiter collaris (lat. Accipiter collaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Amblyseius collaris
Amblyseius collaris (lat. Amblyseius collaris) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius collaris Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Trogon collaris
Trogon collaris (lat. Trogon collaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin troqon cinsinə aid heyvan növü.
Ursus arctos collaris
Sibir qonur ayısı (lat. Ursus arctos collaris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bu yarımnöv Sibirin böyük ərazisində yayılmışdır. Arel Yeniseyin şərq sahillərindən başlayaraq Sintszyan-Uyğur Muxtar Rayonundan tutmuş Qazaxıstanın şərq sərhədlərinə qədər uzanır. Sibir qonur ayıları 2.5 m uzunluğa, ayaqüstə isə 1.5 m hündürlüyə malik olurlar. Ən çəkili heyvanlar 700 kq-dan çox olmuşdur. Adətən erkəklər 400–500 kq, diçilərsə 300 kq çəki verirlər. Sibir qonur ayılrı qonur ayılarının ən iri yarımnövlərindən biri hesab edilir. Bu onların qısa qışa malik ərazilərdə yaşaması ilə əlaqədardır. Bütün qonur ayılara xas bədən quruluğu vardır.