Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Qanlı zəmi (film, 1985)
Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu. == Film haqqında == O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar.
İsalı-i Zəmi (Urmiya)
İsalı-i Zəmi (fars. عیسی‌لوی زمی‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (24 ailə).
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Mərmi
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə.Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir. Onlar kiçik çəkidə olub, az təsirə malikdir.
Məxfi
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəliyev — azərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü. "Əhvalati-Qarabağ" əsərinin müəllifi. == Həyatı və yaradıcılığı == Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşada anadan olub. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınıb. İbtidai təhsilini atasından aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Şuşa qəza məktəbində isə rus dilini öyrənir. Şamaxı, Tiflis, İrəvan və Şuşada qəza idarələrində məmur kimi fəaliyyət göstərib. Mülki xidmətə tərcüməçiliklə başlayan o, öz xidmətində quberniya katibi çinindən titulyar müşavir çininə qədər yüksəlib.Məhəmmədəli bəy həm də şair olub. Məxfi təxəllüsü ilə şeirlər yazıb. Füzuli ədəbi məktəbinin nümayəndəsi olan o, eyni zamanda, Molla Pənah Vaqifin ədəbi irsindən də təsirlənib.
Nəimi
Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizi (1339–1401) — Hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof. == Həyatı və fəaliyyəti == Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi." "Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir.
Təxmis
Təxmis — şərq, o cümlədən Azərbaycan şeirində lirik janrın nisbətən az yayılan şəkillərindən biri.Müxəmməs kimi təxmis də 5 misradan ibarət şeirdir. Çox vaxt 5 bənddən ibarət olur. Bu bəndlərin 1, 2, 3-cü misralarını şeir müəllifinin özü yazır, 4 və 5-ci misralar isə başqa bir müəllifin şeirindən olduğu kimi götürülür və məzmunca özündən əvvəlki orijinal misralarla bağlanır. Bu forma XIX-XX əsrlərdə tədriclə aradan çıxmış, sovet dövründə isə demək olar ki, işlənməmişdir. == Ədəbiyyat == Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh.
Zənci
Zənci (isp. negro «qara (rəng)», — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Mənbə == Анучин Д. Н. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Abgərm bəxşi
Abgərm bəxşi (fars. بخش آبگرم‎), (az.-əbcəd آبگرم بؤلومو‎), iranın Qəzvin ostanının Avəc şəhristanına daxil olan bəxş.
Aslandüz bəxşi
Aslandüz bəxşi (farsca: بخش اصلاندوز‎‎‎), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşin 2006-cı il siyahıya almaya görə əhalisi 27,418 nəfər ve 5,220 evdir. Bəxşin mərkəzi Aslandüz şəhəridir.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Germi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Redmi
Redmi — Çin istehsalı olan bir smartfon və Çin elektronika şirkəti Xiaomi-ə məxsus alt markadır. Xiaomi tərəfindən ilk dəfə 2013-cü ilin iyul ayında elan edilmiş bir büdcə smartfon xətti olaraq təqdim edildi. 2019-cu ildə Xiaomi-nin yalnız giriş səviyyəsində və orta mənzilli cihazlara yönəldilmiş ayrı bir alt markası halına gəldi. Xiaomi-nin özü isə ən yüksək səviyyəli və flaqmanı Mi lineup'a yönəldi. Redmi telefonları Android-in üstündəki Xiaomi MIUI istifadəçi interfeysindən istifadə edir. Modelləri ümumiyyətlə 6 "ekrana sahib olan giriş səviyyəli Redmi telefonlara və 5" -dən çox ekranlara sahib orta mənzilli Redmi Note seriyasına bölmək olar və daha yüksək xüsusiyyətlərə malikdir. Aşağı dərəcəli Redmi A seriyası və Redmi Go bir sıra Asiya və Avropa ölkələrində satılmışdır. Digər Xiaomi smartfonlarından ən əhəmiyyətli fərq, daha az bahalı komponentlərdən istifadə etmələri və buna görə daha qənaətcil olmasıdır. 2014-cü ilin avqustunda, The Wall Street Journal, 2014 maliyyə ilinin ikinci rübündə Xiaomi'nin Çində smartfon göndərmə sıralamasında 14% bazar payına sahib olduğunu bildirdi. Redmi satışları daşınma reytinqində bu qazancın əldə olunmasına töhfə verən bir amil olaraq qiymətləndirildi.
Zimmi
Zimmi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Tarixi == Məngük kəndinin yaxınlığında, Zimmi dərəsində, Yağan dağının ətəyində yerləşirdi. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Zimmi Vedisi formasında qeyd edilmişdir. Kənddə 1873-cü ildə 184 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 322 nəfər, 1904-cü ildə 259 nəfər, 1914-cü ildə 285 nəfər, 1916-cı ildə 216 nəfər azərbaycanlı yaşamışdır 1918–19-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanı kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır 1948–49-cu illərdə kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Toponimi == Toponim VII əsrdə Arran əhalisinin islam dinini qəbul etməyən hissəsinə xristianlara ərəblərin verdiyi Zimmi sözü əsasında formalaşmışdır. İslamı qəbul edən yerli əhalini ərəblər movla, islamı qəbul etməyənləri Zimmi adlandırmışlar. Quruluşca sadə toponimdir.
Abbasəlili (Germi)
Abbasəlili (fars. عباس عليلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Ənqut kəndistanında, Təzəkənd-Ənqut kəndindən 24 km qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 27 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (81 ailə).
Allahyarlı (Germi)
Allahyarlı (fars. اللهيارلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (17 ailə).
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Azadlı (Germi)
Azadlı (fars. ازادلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Azadlı kəndistanı ərazisinə daxil olan kənd.
Ağahəsənbəyli (Germi)
Ağahəsənbəyli (fars. اقاحسن بيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Ücarud kəndistanında, Germi qəsəbəsindən 20 km. şimal-şərqdə, Germi-Biləsuvar avtomobil yolunun 14 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (38 ailə).
Ağaməhəmmədbəyli (Germi)
Ağaməhəmmədbəyli (fars. اقامحمدبيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Əngut kəndistanında, Təzəkənd-Əngut kəndindən 31 km şərqdə, Biləsuvar-Aslandüz avtomobil yolunun 117 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 764 nəfər yaşayır (157 ailə).
Ağaverdili (Germi)
Ağaverdili (fars. آقاوئردیلی‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Əngut kəndistanında, Germi qəsəbəsindən 32 km qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 17 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 8 nəfər yaşayırdı. Əhalisini azərbaycan türkləri təşkil edirdi.
Ağdaş (Germi)
Ağdaş (fars. اقداش سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Qala-Bərzənd kəndistanında, Germi qəsəbəsindən 21 km şimalda, Germi-Ərdəbil avtomobil yolunun 13 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (31 ailə).
Ağtəpə (Germi)
Ağtəpə (fars. اغ تپه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Xoruzlu kəndistanında, Germi qəsəbəsindən 27 km cənub-qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 7 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 44 nəfər yaşayır (11 ailə).
Babikəndi (Germi)
Babikəndi (fars. بابي كندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə).
Baxışlı (Germi)
Baxışlı (fars. باغشلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (40 ailə).
Bağırlı (Germi)
Bağırlı (fars. باقرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (12 ailə).
Bildaşı (Germi)
Bildaşı (fars. بيلداشي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (51 ailə).
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyasiyası daşıyan hərbi gəmi.
Zəli
Zəlilər və ya Sülüklər (lat. Hirudinea)— Həlqəvi qurdlar (lat. Annelida) tipinə, Kəmərlilər (lat. Clitellata) yarım tipinə aid olan heyvan sinfi. Onlar bu tipin mühüm siniflərindən biri olan Azqıllı qurdların (lat. Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar. == Ümumi xarakteristika == Azqıllı qurdlar sinfinin xarakterik əlaməti hesab olunan seyrək "qıl" örtüyü bunların ən primitiv qədim nümayəndələrində az da olsa rast gəlinir. Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir. Azqıllı qurdlardan fərqli olaraq bunlarda iki cür seqmentləşmə ayır edilir: xarici (və ya yalançı) və daxili (və ya əsl) seqmentləşmə. Azqıllı qurdlardan fərqli olaraq bütün zəlilərdə əsl seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (lat.
Bəxti (Xudabəndə)
Bəxti (fars. بختي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (56 ailə).
Bəxşi Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903 – 14 sentyabr 1985) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Bəzmi-Süleyman
Bəzmi-Süleyman, ərəbcə: "Süleymanın məclisi" — Dinə görə, Süleyman peyğəmbər bütün heyvanların və quşların dilini bilirmiş, guya o istədiyi zaman onlar Süleyman peyğəmbərin məclisində hazır olarlarmış.
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Cəzmi Basqın
Cəzmi Basqın (tam adı: türk. Cezmi Baskın; 11 mart 1949, İstanbul) — Türk aktyor və rejissor. Daha çox Akasiya dayanacağı teleserialında olan "Safiyə-Osman" rivması ilə tanınmışdır. == Aktyor olaraq == === İlk illəri === Cəzmi Basqın teatra Bakırköy Xalq Evində həvəskar olaraq başladı. Daha sonra həmin teatrda praktikant aktyor olaraq çalışdı. İstanbul İqtisadiyyat və İdarəetmə fakültəsində təhsilini bitirən Cəzmi Basqın, Ayla Alqan və Beklan Alqanın təlimatçı olduğu DMM Dil və Mədəniyyət Mərkəzində teatr təhsili aldı. Bir müddət "qrup oyunçularında" çalışan aktyor, Ankara İncəsənənət Teatrı və Dövlət Teatrında da çalışdı. Ankara Sənət Teatrına məcburi şəhər dəyişikliyi və hərbi xidmət xaricində uzun müddət xidmət etdi. Bu teatrda gənc oyunçuların yetişdirilməsi üçün təlimatçı olaraq iştirak etdi. === AİT illəri === O, İzmir Dövlət Teatrında iki mövsüm oynadı, ancaq Ankara İncəsənət Teatrına döndü.
Dəştabi bəxşi
Dəştabi bəxşi (fars. بخش دشتابی‎) , (az.-əbcəd دشتابی بؤلومو‎) iranın Qəzvin ostanının Buyinzəhra şəhristanının ərazisinə daxil olan bəxş.
Fəxri Kazımov
Fəxri Xanhüseyn oğlu Kazımov — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == Fəxri Kazımov (Fəxri Xanhüseyn oğlu Kazımov) 23 oktyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1994-1995-ci illərdə İstanbul Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant təhsili almışdır. 1993-1995-ci illərdə Azərbaycan Respublikasının kommersiya banklarında çalışıb. 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankı Pul-kredit siyasəti departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin baş müşaviri vəzifəsində çalışıb. 2000-2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Daxili Audit departamentinin direktoru vəzifəsində işləmişdir. 2002-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb. 2008-2016-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktoru vəzifəsində çalışmışdır.
Fəxri Korutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
Fəxri Müslüm
Quliyev Fəxri Müslüm oğlu (10 aprel 1948, Düzrəsullu, Gədəbəy rayonu) — Azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Prezident mukafatçısı (2010–2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), iqtisad üzrə fəlsəfə doktoru (2012), Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (2015) == Həyatı == Quliyev Fəxri Müslüm oğlu 10 aprel 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. Düz Rəsullu kənd orta məktəbində 8-ci sinifə qədər həmin məktəbin dəyərli müəllimlərindən dərs almış, sonradan təhsilini Tovuz rayonunda A. S. Puşkin adına şəhər orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı (hal-hazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti) insitututnun maliyyə fakültəsini bitirmişdir. Fəxri Müslüm, Tovuz rayonunun Yekallar kəndinin sakini, XIX əsrin axırlarında Xankəndinin pristavı olmuş Tanrıverdi kişinin qız nəvəsidir. Uşaqlıq dövrünün əksər hissəsini Yekallarda Tanrıverdi kişinin qardaşı (Tanrıverdi kişi 1913-cü ildə dünyasını dəyişmişdir) Qulam kişinin, eləcə də onun oğlu Həmid Suleymanovun evində keçirmişdir. == İş fəaliyyəti == Fəxri Müslüm Quliyev, əmək fəaliyyətinə Bakı Yeyinti Sənaye Texnikumunda oxuyarkən 1970-ci ildən gözətçi vəzifəsilə başlamışdır. O,1971–1973-cü illərdə Bakı Tütün Kombinatında "Texnoloq", 1973–1977-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinin Normativ Tədqiqat İdarəsində "Böyük iqtisadçı", 1977–1997-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında "Təftişçi", "Böyük təftişçi", "Kassalarla hesablaşma şöbəsinin rəisi", "Nağdsız hesablaşmalar və yığım idarəsinin rəis müavini", "Pul dövriyyəsi və kassa əməliyyatı idarəsinin rəisi", 1997–1999-cu illərdə "AZAL" Səhmdar Kommersiya Bankında şöbə rəisi, 1999–2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-də müfəttiş-mühasib və baş mühasib vəzifələrində çalışmışdır. == Pedaqoji fəaliyyəti == Fəxri Müslüm Quliyev pedoqoji fəaliyyətə 2005-ci ildən Milli Aviasiya Akademiyasının "Beynəlxalq İqtisadi Münasibətlər" kafedrasının müəllimi kimi başlamışdır.
Fəxri Məmmədov
Fəxri Habil oğlu Məmmədov (27 iyul 2000, Bakı – 27 sentyabr 2020, Nüzgar, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Fəxri Məmmədov 2000-ci il iyulun 27-də Bakı şəhərində anadan olub. Əslən Laçın rayonunun Şamkənd kəndindəndir. İlk təhsilini 2007-ci ildə Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə almışdır. 2016-cı ildə qəbul olduğu təhsil müəsisəsində kompüter mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Fəxri Məmmədov musiqi ilə məşğul olmuş, gitarada ifa etməyi bacarırdı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fəxri Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir . Fəxri Məmmədov sentyabr 27-də Cəbrayıl rayonun Nüzgar kəndi uğrunda gedən döyüşlər zamanı həlak olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fəxri Qorutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.