Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zallar
Zallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri kəndi işğal edib. Kənd 2020-ci ildə Azərbaycana qaytarılıb.
Pall Mall
Pall Mall — R. J. Reynolds Tobakko Kompany tərəfindən istehsal edilən siqaretlərdən birinin marka adı. == Tarixi == Pall Mall markalı siqaretlər ilk dəfə 1899-cu ildə Butler & Butler şirkəti tərəfindən yuxarı sinif üçün istehsal edilib. 1907-ci ildə Pall Mall, Amerikan Tobakko tərəfindən Butler & Butlerdən satın alınıb. Yeni sahiblər bu markadan siqaret istehsalında yenilikləri sınaqdan keçirmək üçün istifadə etdiblər. Əvvəlcə daha böyük ölçülərdə (indiki standart 85 mm siqaret ölçüsü) istehsal etdilər və sonra tütünün sıxılmasının yeni üsulunu tətbiq etdilər. Pall Mall 1960-cı ildə ABŞ-də bir nömrəli siqaret markası olduqda populyarlıq zirvəsinə çatdı. Dizayn qumar oyunu başladı və şirkət uzun siqaretləri, 100 mm buraxdı (bu dəfə uzun siqaretlər üçün standart təyin etdilər). 1966-cı ildə Uinston siqaretlərinin reklamlarının öhdəsindən gələ bilmədiyi üçün taxtdan salındı. Pall Mall 1994-cü ildə Brown & Williamson Tobacco Corporation tərəfindən alındıqda; Dizayn baxımından geridə qalan və filtrsiz qalan bir neçə siqaretdən biri idi. Nəhayət, 2001-ci ildə filtrləri olan yeni Pall Mall-lar istifadəyə verildi və əvvəllər öz innovasiyaları ilə formalaşdırdıqları sənayeni ələ keçirdilər.
Ball
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Pall.
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Wall.
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Zarl
𐔵 (səslənməsi: /z/; transkripsiyası: Z, z) — Alban əlifbasının altıncı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Զառլ (Zar̄l) kimi verilmişdir. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf gürcü əlifbasındakı Ⴆ hərfinin prototipi əsasında yaradılıb. Alban əlifbasında [z] səsinin qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 6 olmuşdur.
All.
Karlo Allioni (it. Carlo Allioni; 23 sentyabr 1728, Turin — 30 iyul 1804, Turin) — italyan həkimi, botanik, Turin Universitetinin professoru. Allioninin şərəfinə adlandırılan bəzi taksonlar: Arabis allionii DC. Jovibarba allioni (Jordan & Fourr.) D.A.Webb Primula allioni Loisel. Veronica allionii Vill. == Mənbə == Bailey, L. H.; Wilhelm Miller and Many Expert Cultivators and Botanists (1900). "ABBREVIATIONS", Cyclopedia of American Horticulture: Comprising Suggestions for Cultivation Comprising of Suggestions for Cultivation of Horticultural Plants, Descriptions of the Species of Fruits, Vegetables, Flowers and Ornamental Plants Sold in the United States and Canada, Together with Geographical and Biographical Sketches In Four Volumes, v.1 A-D. The Macmillian Company. Retrieved on 2008–06-19. Brummitt, R. K.; C. E. Powell (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew.
28 Mall
28 Mall — 28 May metrostansiyasının yaxınlığında, Azadlıq prospektində yerləşən ticarət mərkəzi. 15 sentyabr 2012-ci ildə açılış mərasimi baş tutmuşdur. Yarandığı ilk vaxtlarda Bakının ən böyük ticarət mərkəzi olduğu iddia edilib. TripAdvisor saytına görə ayda 1 milyondan çox ziyarətçini cəlb edir. 70-dən çox beynəlxalq və yerli brend mağaza, 16 restoran, 15 kiosk, kinoteatr və uşaq əyləncə mərkəzi mövcuddur. 350 yerlik avtomobil dayanacağı mövcuddur.
Apadana zalı
Apadana (Qədim Fars dili: 𐎠𐎱𐎭𐎠𐎴) İranın Persepolis şəhərindəki böyük bir hipostil salonudur. Böyük Daranın orijinal dizaynının bir hissəsi olaraq, eramızdan əvvəl VI əsrin birinci yarısında Persepolis şəhərinin ən qədim tikinti mərhələsinə aiddir. İnşaatı I Xerxes tərəfindən başa çatdırılmışdır. Modern elm "Apadana relyeflərinin məcazi təbiətini idealizə olunmuş sosial sifarişlər kimi nümayiş etdirir".. == Etimalogiyası == Apadana (fars dili. آپادانا qədim farsca. "apa-dāna-" "saray", parfca. "pdn" "saray", orta fars dili. "’’ywn" "saray", klassik fars dili ayvān (*apa-dā̊na- > *aβδān > *awyān > aywān) — qədim Fars şəhəri Persepolisdə 24 metr hündürlüyündə 72 sütunla möhkəmləndirilmiş dama malik, 1000 m² sahəsi olan böyük bir zal. Ehtimal edilir ki, Fars memarlığında olmuş bu cür quruluşlu binalar təntənəli kral qəbulları üçün istifadə olunurdu.
Call-opsion
Coll opsions – şərtləri alan qoyur, yəni alamq hüququ verir (yəni alan deyir ki, gəlib oktyabr ayında səndən pomidorları alacam).Onun reallaşması zamanı səhmlərin alınma məzənnəsi Roe=R0+P, burada: R0 – icra qiyməti, P – ödənilmiş mükafatdır. Opsionun reallaşmasından imtina R0>Rm, burada Rm – səhmlərin toplam bazar qiymətidir. == Misal: == 90 gün sonra hər səhmə görə R0= 510 rubl qiymətlə səhm alınması üçün opsion əldə edilmişdir. Ödənilmiş mükafat hər səhmə görə P= 5 rubldur. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm=530 rubl olarsa, o zaman R0 < Rm (510 < 530). Buna görə də opsion səhmlərin hər səhmə görə Roe = R0 + Р= 510 + 5 = 515 rubl məzənnəsində reallaşır. Opsionun alıcısının gəliri -515 (opsionun icrası)+ 530 (səhmlərin bazar məzənnəsi ilə satışı)= hər səhmə görə 15 rubl təşkil edir. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm=500 rubl olarsa, o zaman opsionun reallaşdırılmasından imtina şərti yerinə yetiriləcək R0 > Rm (510 > 500). Buna görə də opsion baş tutmayacaq. Opsionun alıcısının ziyanı ödənilmiş mükafatın ölçüsünə, yəni hər səhm üzrə 5 rubla bərabərdir.
Dall adası
Dall adası (ing. Dall Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının qərbində yerləşir. Təxminən 73 km uzunluğa və 14 km enə malikdir. Adanın sahəsi 657,9 km²-dir və bu göstərici ilə ABŞ-də 28-ci ən böyük adadır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 745 m yüksəklikdədir. Adanın ən cənub nöqtəsi Muson burnudur. Burun Alyaska ilə Kanadanın Britaniya Kolumbiyası əyaləti arasında dəniz sərhədi olan A-B xəttinin qərb ucu hesab olunur. 2000-ci il siyahıyaalınmasına əsasən ada əhalisinin sayı 20 nəfər olmuşdur. Ada əvvəlcə İspan dəniz zabiti Xuan Fransisko-de-la-Bodeqa-i-Kuadranın şərəfinə Kuadra adlandırılır.
Dragon Ball
Dragon Ball (yap. ドラゴンボール) — Akira Toriyamanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. == Xarici keçidlər == Dragon Ball — Internet Movie Database saytında.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın Bakı şəhərində yerləşən ticarət mərkəzi. == Tarixi == === Dizaynı === Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib.Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür.Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. === Açılışı === Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.
Fall Again
Fall Again — Maykl Cekson tərəfindən The Ultimate Collection albomunda ifa edilmiş mahnı. Maykl Cekson mahnıya müraciət edən ikinci ifaçıdır. Belə ki, mahnı hələ 2002-ci ildə ABŞ müğənnisi Glen Levis tərəfindən ifa edilmişdir. Hətta ilk ifaçısının səsləndirməsində mahnı 2002-ci ildə çəkilən Maid in Manhattan filmində də soundtrack olaraq istfadə edilmişdir. Mahnı albomda satışa çıxarılmazdan əvvəl çox böyük sürətlə internetdə yayılır. Buna səbəb isə mahnının uzun illərdən bəri Maykl Ceksonun səsləndirdiyi ilk yeni mahnı olması idi. Lakin mahnının həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsinə dair şübhələr də var idi. Belə ki, mətbuatda Michhaelın başqa bir ifaçı tərəfindən oxunmuş mahnın təkrar ifa etməsi məsələsinin inandırıcı görünməməsinə dair yazılar nəşr edilmişdi. Lakin "Fall Again" mahnısının 2004-cü ildə satışa çıxarılmış "The Ultimate Collection" albomuna daxil edilməsi bütün bu şübhələrə son qoymuşdu. Daha sonra satışa çıxarılan və yalnız demo versiyalı mahnıların yer aldığı "Reload" adlı alboma isə mahnı, Maykl Cekson və Glen Levisin birgə ifasında daxil edildi.
Gənclik Mall
Gənclik Mall — Gənclik metrostansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində yerləşən ticarət mərkəzi.
Gəncə Mall
Gəncə Mall — Gəncə şəhərində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. == Haqqında == Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb.Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir.Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. "Gəncə Mall"da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.Burada aptek, kitab mağazası, müxtəlif restoranlar və kinoteatr da yerləşir.
Hall Universiteti
Hall universiteti, University of Hull, Hull University — İngiltərədə Hall şəhərində Yorkşirin şərqində (East Riding of Yorkshire) yerləşir. UniPage reytinqinə görə, Hall universiteti ölkədə 55-ci, dünyada 628-ci yeri tutur.. Universitet Avropa Universitetləri Assosiasiyasına daxildir. == Tarix == === Yaranma tarixi === Hall universitetinin təməli 1927-ci ildə, York hersoqu şahzadə Albert (sonradan kral olmuş, tarixdə VI Corc adı ilə tanınan) tərəfindən qoyulub. Kollec Hall şəhər şurası Hall Şəhər Şurası və iki yerli xeyriyyəçi - Tomas Ferens və G. F. Grant tərəfindən bağışlanmış ərazidə inşa edilib. Artiq 1 il sonra elm və incəsənət üzrə ilk 14 bölmə öz ilk 39 tələbəsini qəbul etdi. həmin dövrdə kollec 1 binadan ibarət idi, indi həmin bina Venn binası adlanır (bina Hall şəhərində anadan olmuş riyaziyyatçı Con Vennin adını daşıyır). İndi həmin binada universitetin rəhbərliyi (müdiriyyət) yerləşir. Digər ilkin binalar: əvvəllər kitabxananən yerləşdiyi Koen binası (Cohen Building) və 1948-ci ildə Tələbələr Birliyi kimi inşa edilmiş Baş ştab (Staff House) binalarıdır. Daha bir ilkin bina - 1953-cü ildə tikilmiş Kimya binasıdır (Chemistry Building).
Hall adası
Hall adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın cənubunda yerləşir. Ada Çarlz Frensiz Hallın şərəfinə adlandırılmışdır. Adanın sahəsi 1049 km², ən hündür nöqtəsi isə 502 metrdir. Ərazisinin 921 km² buzla örtülmüşdür. Cənubunda buzdan azad iki burun vardır — Teqethoff və Frankfurt. == Tarixi == Hall adası insanlar tərəfindən ilk aşkarlanan Frans-İosif Torpağı arxipelaqına aid olan adadır. Onun ilk rəsmi açılışı 30 avqust 1873-cü ilə təsadüf edir. Ada Avstriya-Macarıstan təbələri olan Yulius Payer və Karl Vayprext tərəfindən kəşf edilmişdir.
National Mall
National Mall (ing. National Mall) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən milli parkdır. Milli Park Xidməti tərəfindən idarə olunur. Hər il təxminən 24 milyon insan ziyarət edir. == Tarixi == Milli Xiyabanın əsasında layihə, XVIII əsrin sonlarında hazırlanmışdır. Pyer Şarl Lanfan, layihənin özü yalnız XX əsrin əvvəllərində həyata keçirildi. == Baxış == Milli Xiyabanın bütün məkanı əsas abidələrin yerləşdiyi zonalara bölünür. Hava mənzərəsindən baxıldığında, xiyabanda mərkəzində Vaşinqtonun bir heykəli, şimalda — Ağ Ev, şərqdə — Kapitol, cənubda — Tomas Cefferson memorialı, qərbdə — Avraam Linkoln heykəli yerləşir. Bu abidələr arasında parklar, muzeylər və ABŞ Nəbatat bağı yerləşir.
Prentice Hall
Prentice Hall — təhsil mövzularında ixtisaslaşmış böyük Amerika nəşriyyatı. Savvas Learning Company-ə məxsusdur. Ali və orta təhsil bazarı üçün çap və elektron nəşrlər, mütəxəssislər üçün monoqrafiyalar, elmi fantastika nəşr edir. Prentice Hall öz texniki nəşrlərini elektron yardım xidməti olan Safari Books Online vasitəsilə də yayır. == Tarixi == Prentice Hall 13 oktyabr 1913-cü ildə hüquq professoru Çarlz Qerstenberq və tələbəsi Riçard Ettinqer tərəfindən təsis edilmişdir. Bir ad olaraq analarının qız soyadlarını birləşdirdilər — Prentice və Hall. Prentice Hall lap əvvəldən geniş çeşiddə tədris ədəbiyyatı nəşr etməyə başladı — ibtidai, orta məktəblər və kolleclər üçün dərsliklərdən, peşəkarlar üçün kitablardan.1984-cü ildə nəşriyyat Gulf+Western tərəfindən alındı ​​və həmin şirkətin Simon & Schuster nəşriyyat bölməsinin bir hissəsi oldu. Eyni zamanda, Prentice Hall-un bir neçə törəmə şirkəti: üçüncü şəxslərə satıldı və Reston Publishing törəmə şirkəti ləğv edildi. == Fərdi kompüterlərin tarixində rolu == Prentice Hall-un törəmə şirkəti olan Reston Publishing, mikrokompüterlər ilk dəfə ortaya çıxanda texniki kitab nəşrinin önündə idi. Həmin illərdə “şəxsi kompüterləri” kimin alıb istifadə edəcəyi hələ də bəlli deyildi və lazımlı proqram təminatının və dərsliklərin olmaması hələ hədəf auditoriyası müəyyən edilməmiş nəşriyyat bazarında özünə yer yaratmışdı.
Qall turşusu
Qall turşusu (lat. galla — mürəkkəb fındığı) – 3, 4, 5-trioksibenzoy turşusu, C7H6O5—üzvi birləşmə. Adi şəraitdə bir molekul su ilə kristalhidrat əmələ gətirir. Rəngsiz, havada saxlandıqda isə rəngi get-gedə qonurlaşan, iynəvarı kristal maddədir. Spirtdə və qaynar suda yaxşı, soyuq suda pis həll olur, xloroformda və benzolda həll olmur. 240°S-də parçalanmaqla əriyir, dəmir 3-xloridlə göy-qara mürəkkəb əmələ gatirir . Çay yarpağında, palıd qabığında, aşı maddəli ekstraktlarda var. Tannin maddəsinin qələvi ilə və ya fermentativ hidrolizindən alınır. Qall turşusu analitik kimyada (Sb, Bi, Pb, Cu, Mo, Ag və bir çox başqa elementin, habelə NO2-nin təyin edilməsində), bəzi boya maddələrinin (antraqallol, qallosianin və s.) sintezində, mikroskopiyada, elektrokimyəvi analiz üsullarından istifadə etdikdə (depolyarizator kimi) işlədilir.
The Wall
The Wall — Pink Floyd qrupunun on birinci studiya albomu. Harvest Records/EMI Records və Columbia Records leyblları ilə 30 noyabr 1979-cu ildə buraxılmışdır. Albomun prodüserliyini Bob Ezrin, Devid Gilmor, Ceyms Qatri və Rocer Uoters etmişdir. Bu, qrupun klassik heyətlə buraxdığı sonuncu albomdur. The Wall 2003-cü ildə Rolling Stone-un "500 ən yaxşı albom" siyahısına 87-ci sıradan daxil olub.
Trebonian Qall
Qay Vibi Trebonian Qall (lat. Gaius Vibius Trebonianus Gallus), Roma tarixşünaslığında daha çox Trebonian Qall kimi tanınır (206, Peruca – avqust 253, Terni, Umbriya) — 251–253-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Trebonian Qall qədim etrusk ailəsindən gəlirdi. O, mperator Desi Trayanın hakimiyyətinin sonunda Myoziya vilayətlərindən birinin mirasçısı kimi xidmət etmişdir. Qall bu vəzifədə ikən qotlara qarşı müharibədə iştirak etmişdir. Desi Abritt döyüşündə həlak olduqdan sonra Trebonian ordu tərəfindən imperator elan edilmişdir. O, qotlarla sülh bağlamış, lakin onlar tezliklə bunu pozmuşdular. Bundan əlavə, onun hakimiyyəti şərqdə Sasani dövləti ilə müharibə ilə yadda qalmışdır. 253-cü ildə qotları məğlub edən sərkərdə Mark Emili Emilian özünü imperator elan edərək üsyan qaldırmış, qoşunları ilə birlikdə İnteramnaya çatmışdır. Qallın döyüş üçün böyük bir ordu toplamağa vaxtı yox idi.
VALL-İ
VALL-İ (ing. WALL-E) — "Pixar" studiyası tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2008-ci il istehsalı elmi-fantastik, romatik animasiya filmi. Endrü Stentonun rejissorluğu və Cim Morrisin prodüserliyi ilə çəkilmiş filmin ssenari müəllifi Stenton və Cim Rerdondur. Filmdə 2805-ci ildə yaşayış üçün yararsız, kimsəsiz Yer kürəsində zibilləri təmizləmək üçün tərk edilmiş VALL-İ adlı tənha robotdan bəhs edilir. O, Aksiom ulduz gəmisindən göndərilən İV adlı robota aşiq olur. "VALL-İ" filmi çox az dialoqlara malikdir və filmdəki xeyli sayda personaj ünsiyyət qurmaq üçün bədən dilindən və ya robotik səslərdən istifadə edir. Filmdə insanın dünyaya verdiyi zərər, ətraf mühitin çirklənməsi, pis həyat tərzi və s. bir sıra mesajlar verilir. "VALL-İ" filminin büdcəsi o dövrdə bir animasiya filmi üçün rekord qıran məbləğdə idi, film 180 milyon dollar büdcə ilə çəkilmişdi. "Pixar" ənənəsinə sadiq qalaraq filmi "Presto" adlı qısametrajlı filmlə yanaşı yayımlandı.
Vall dili
Valli dili — Kelt dillərindən biridir. Bu dil əsas Böyük Britaniyada Uelsdə və Argentinanın Çubut ərazisində yayılmışdır. 2006-cı ilin siyahı alınmasına görə dunyada bu dilin daşıyıcısı 750.000 nəfərdən çoxdur. Uelsdə şimalı və cənubi Valli dilinin dialektləri vardır. == Ədəbiyyat == Arwyn Watkins T. Welsh // Ball, MJ, Fife, J (ed.) The Celtic Languages. London, N. Y., 1993 King G. A Comprehensive Grammar of Modern Welsh. London, N.Y., 1994 Morris-Jones J. An Elementary Welsh Grammar. Oxford, 1931. Morris-Jones J. A Welsh Grammar. Historical and Comparative.
Vladislav zalı
Vladislav zalı (çex. Vladislavský sál) — Praqa qəsrinin mərkəzində yerləşən orta əsr Köhnə Kral sarayının ən böyük mərasim otağıdır. O Vladislav Yagellonskinin hakimiyyəti dövründə inşa edilmiş və daha sonralar onun şərəfinə adlandırılmışdı. Memar Benedikt Reyd Çexiyada yaranmış eyniadlı qotika üslubunun aparıcı nümayəndələrindən biri idi. Keçmişdə bura Çexiya hökmdarlarının tacqoyma yeri kimi istifadə edilirdi. Bundan başqa burada hətta atlı cəngavər yarışları da keçirilirdi. Günümüzdə Vladislav zalı Parlamentin rəsmi iclaslarının, eləcə də bir sıra bayramların keçirilməsi üçün istifadə olunur. == Tarix == Praqag şəhərində yerləşən Köhnə Kral sarayı (Praqa qəsri) 1135-ci ildə inşa edilmişdi və ilk dövrdə kral ailəsinin qadınlarının yaşaması üçün nəzərdə tutulmuşdu. XIII əsrdən etibarən hərtərəfli yenidənqurma və bərpa işlərinə məruz qalan saray Çexiya hökmdarlarının iqamətgahına çevrilir. Vladislav zalı Köhnə Kral sarayının əsas zalıdır.