Xəyyam Abdullazadə
Xəyyam Musa oğlu Abdullazadə (22 fevral 1979, Mamırlı, Mirbəşir rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və şair.
Xəyyam Abdullazadə 22 fevral 1979-cu ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinə daxil olub. 2004-cü ildə universiteti bitirərək ixtisası üzrə fəaliyyət göstərməyə başlayıb. ANS, SPACE, LİDER, AZTV, İTV televiziya kanallarında çalışaraq bir sıra yadda qalan layihələrin müəllifi və rejissoru olub. "Azərbaycanfilm" kinostudiyasında və "Mozalan" satirik kinojurnalında çalışıb. Çəkdiyi "Koramal" filmi Latviya, Serbiya, Ukrayna, İran və Azərbaycanda, "Nəfəs" filmi Ukraynada, "İşıq gələn tərəf" filmi İspaniyada beynəlxalq film festivallarının mükafatlarına layiq görülüb. "Ağ qan" filmi ilə Gent Beynəlxalq Film Festivalı (Belçika), Dubay Beynəlxalq festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Gulf Beynəlxalq Film Festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Tirana Beynəlxalq Film Festivalı (Albaniya), Tbilisi Beynəlxalq Film Festivalı (Gürcüstan), Batumi Beynəlxalq Film Festivalı (Gürcüstan), Kinofest Beynəlxalq Film Festivalı (Rumıniya), Kipr Beynəlxalq Film Festivalında; "İşıq gələn tərəf" filmi ilə Clermont-Ferrand Beynəlxalq Film Festivalı (Fransa), Friburq Beynəlxalq Film Festivalı (İsveçrə), Skepto Beynəlxalq Film Festivalında (İtaliya) iştirak etmişdir.
Xəyyam Abdullazadə "Exa prodakşn" MMC-nin direktoru vəzifəsini icra edir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.