ZEYNABDI
ZEYNALABDİN
OBASTAN VİKİ
Ağa Zeynal Tağıyev
Tağıyev Ağazeynalabdin Sadıq oğlu — Hacı Zeynalabdin Tağıyevin nəvəsi, repressiya qurbanı. 1893-cü ildə doğulmuşdur Peterburqun toxuculuq institutuna bitirib. Zeynal təhsilini başa çatdırıb Bakıya qayıdır. Londona getmiş, toxuculuq sənətini dərindən mənimsəmək üçün. Qayıdandan sonra Hacı Zeynalabdin Tağıyev fabrikində ingilis rəisin əli altında işləyirdi. Sovet hökuməti onu direktor təyin etdi. Zeynal on ildən çox o vəzifədə işlədi. 1932-ci ildə KQB tutdu. 1934-cü ilə qədər dustaqda qaldı və azadlığa çıxdı. 1937-ci ildə yenə tutdular və tez də azad etdilər.
Ağa Zeynal hamamı
Ağa Zeynal hamamı — XIX əsrin II yarısında hamаmın sifarişçisi və sahibi Ağa Zeynal tərəfindən tikilmiş hamam. Hacı Ağa Zeynal Bakı milyonçusu Ramazanovun babasıdır. Hamаm yaşаyış tikililərinin sisteminə dахil olub ondan seçilmir. Binanın dахili məkanı ənənəvi üslublara sadiq qalаraq soyunma və yuyunma otaqlarından, xəzinə (qaynar və soyuq su anbarı) və odluq kamerasından ibarət olan əsas bölmələrə ayrılmışdı. Ağa Zeynal hamаmı XIX əsrin II yarısına aid mülki memarlıq abidəsidir. Hazırda hamam təyinatına uyğun şəkildə fəaliyyət göstərir.
Ağa Zeynal Ələkbərov
Ağa Zeynal Ələkbər oğlu Ələkbərov (27 dekabr 1922 – 17 fevral 1988) — Azərbaycan kinooperatoru. == Həyatı == Ağa Zeynal Ələkbərov görkəmli sənətkar, teatr və kino aktyoru Ələsgər Ələkbərovun qardaşı oğludur. Əmisi Ağa Zeynalı Bakı kinostudiyasına gətirəndə gəncin hələ 18 yaşı tamam olmamışdı. Bir ildən sonra Böyük Vətən müharibəsi başlananda Ağa Zeynal da Sovet ordusu ilə birgə İrana göndərilir, Tehran və Təbriz şəhərlərində çəkilişlər aparır. Kinostudiyada cəbhə üçün kino qruplar təşkil ediləndə həmin kino qrupların birinə təhkim olunur. Cəbhə kino operatoru kimi onun yolu Kerç, Odessa, Sevastopol, Tuapse uğrunda aparılan ağır döyüşlərdən keçir. Ağa Zeynal Ələkbərov, müharibədən xeyli sonra oğlu Fikrəti Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gətirib işə düzəldir. Fikrət Ələkbərov, hazırda kinostudiyada quruluşçu rəssam işləyir. O, indiyə kimi bir sıra filmlərə bədii tərtibat vermişdir. 1941-ci ilin axırlarında Ali Baş Komandanlıq Kerç yarımadasını tutmaq və Krımın azad edilməsi üçün zəmin yaratmaq məqsədilə Zaqafqaziya cəbhəsinin 44 və 51-ci ordularının qüvvəsi ilə Feodosiya–Kerç desant əməliyyatına başladı.
Zeynal
Zeynal — ad. Zeynal ZeynalovZeynal Zeynalov (nazir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961). Zeynal Zeynalov (futbolçu) — Azərbaycan futbolçusu. Yarımmüdafiəçi.Zeynal bəy Bayandur — Uzun Həsənin oğlu, Ağqoyunlu şəhzadəsidir. Zeynal Şahhüseynli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zeynal Xəlil — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). II Zeynal xan Şamlı — qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi. Zeynal Abdullayev — Azərbaycanlı şəhid Zeynal Nağdəliyev — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Tağızadə — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968).
Məşədi Zeynal
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. == Həyatı == Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür.Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir.1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.Məşədi Zeynal Azərbaycan musiqi tarixində Sadıqcandan sonra ilk solo çalan tarzənlərdən biri olmuşdur. O hələ 1897-ci ildə Şuşada "Xandəmirovun teatrı"nda təşkil edilmiş xeyriyyə gecəsində tarda "Çahargah"ı çalmışdır. Onun ifasında bu muğam xüsusilə fərqlənmişdir.
Zeynal (Bicar)
Zeynal (fars. زينل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 915 nəfər yaşayır (172 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Zeynal Abdullayev
Zeynal Səlim oğlu Abdullayev (7 mart 1969, Qoşabulaq, Basarkeçər rayonu – 1994, Alxanlı, Füzuli rayonu) — Azərbaycanlı şəhid == Həyatı == Zeynal Abdullayev 7 mart 1969-cu ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. Kalvalılar nəslindəndir. Xəstə Bayraməlinin bacısının oğul nəvəsidir. 1987-ci ildə Çita vilayətinin Krasnovodski şəhərində hərbi xidmətdə olub. 1988-ci ildən Xanlar rayonunun Göyçəkənd kəndində məskunlaşıb. Füzulidə yaxşı döyüşçü kimi tanınıb və bölmə komandiri olub. 1994-cü ildə Füzulinin Alxanlı kəndində minaya düşərək şəhid olub. Xanlar rayon şəhidlər xiyabanında dəfn olunub.
Zeynal Ağaəli
Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd. == Tarixi == Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.
Zeynal Cabbarzadə
Cabbarov Zeynal Əliabbas oğlu (31 dekabr 1920, Bakı – 20 yanvar 1977, Bakı) — Azərbaycan şairi, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970). == Həyatı == Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Şairin atası Əliabbas kişi ömrünün sonunadək bu kənddə yaşamışdır. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934–1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937–1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938–1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939–1940). 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur. İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941–1942-ci illərdə piyada məktəbində kursant olmuş, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunmuşdur.
Zeynal Həsənalıyev
Zeynal Mədət oğlu Həsənalıyev (20 yanvar 1953, Ələyəz, Mikoyan rayonu) — Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, tarix elmləri doktoru, Beynəlxalq münasibətlər kafedrasının professoru. == Həyatı == Zeynal Həsənalıyev 1953-cü il yanvarında Dərələyəz mahalının Ələyəz kəndində anadan olub. Orta məktəbi Dərələyəz mahalının Qovşuq kəndində bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olur. Daha sonra həmin ixtisas üzrə universitetin aspiranturasına daxil olur. O, Səfəvi dövlətinin tarixi, inkişafı diqqətini cəlb edir, çətin bir tədqiqat yoluna qədəm qoyur. Beləliklə, 1991-ci ildə "Səfəvi dövlətinin ictimai-siyasi vəziyyəti (Alman səyyahı Adam Oleyarinin məlumatları əsasında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 2005-ci ildə isə "Səfəvi dövləti XXVII əsrdə (Avropa səyyahlarının məlumatları əsasında)" doktorluq işini müdafiə edir. 1982-ci ildə BDU-nun Tarix fakültəsinin Qədim Dünya və Orta Əsrlər Tarixi kafedrasında baş laborant vəzifəsinə təyin olunur. Doğma universitetdə laborant vəzifəsindən müəllim, baş müəllim, dosent, professor vəzifələrinə öz zəhməti, öz qabiliyyəti ilə gəlib çıxan bu adam 2006-cı ildən 2022-ci ilədək Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə tarix elmləri doktoru, professor Zeynal Həsənalıyev rəhbərlik etmişdir.
Zeynal Məmmədli
Məmmədli Zeynal Əsgər oğlu (5 may 1953, Güllübulaq, Amasiya rayonu) — tanınmış media eksperti, TV və radio jurnalistikası kafedrasının baş müəllimi == Həyatı == Zeynal Məmmədli 1953-cü il may ayının 5-də Qərbi Azərbaycanda Qarsa yaxın Güllübulaq kəndində dünyaya göz açıb. 5-6 yaşından Bakıda yaşayır. Uşaqlığı Bakı ilə bağlıdır. 1970-ci ildə orta məktəbi bitirib. 1970-1976-cı illərdə BDU-da və MDU-da jurnalistika təhsili alaraq, TV və radioda ədəbi işçi, jurnalist ixtisasına yiyələnib. 1976-1981-ci illərdə Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışıb. 1981-ci ildən (31 ildir) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli BDU-dan öz ərizəsi ilə işdən azad olunub. 1992-2008-ci illərdə „Azadlıq", „PressFakt" və digər qəzetlərdə məsləhətçi-redaktor, „İnternyus" təşkilatında prodüser, Niderland Jurnalistika Kurslarında təlimçi-müəllim vəzifələrində çalışıb. 1981-ci ildən TV və radio jurnalistikası kafedrasında çalışır. 1986-cı ildən TV və radio jurnalistikası kafedrasınin baş müəllimidir.
Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev (tam adı: Zeynal Səfər oğlu Nağdəliyev; 5 noyabr 1957, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru. == Həyatı == Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982–1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib. 1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmləri namizədi, 2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb. 2003–2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.
Zeynal Tağızadə
Tağızadə Zeynal Xuduş oğlu (1905, Şuşa-1975, Bakı) — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968). == Həyatı == İbtidai təhsililnin "Nəşri-maarif" məktəbində almiş, bir müddət Şuşa Real Məktəbində oxumuş, Şuşa Müəllimlər Seminariyasının (1925) bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan gənc müəllim 1928-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1932-ci ildən başlayaraq Bakının müxtəlif orta məktəblərində, ali həmkarlar məktəbində, fəhlə fakültəsində dil və ədəbiyyat dərsi demişdir. Zeynal Tağızadə 1945-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun aspiranturasına daxil olmuş, burda oxumaqla yanaşı, Azərbaycan dilçiliyi kafedrasında asstent, baş müəllim, dil-ədəbiyyat fakültəsində dekan müavini, aspirantura müdiri vəzifələrində çalışmışdır. XIX–XX əsrlərdə Azərbaycan nəsrində tabeli mürəkkəb cümləsinin inkişafı mövzusunda namizədlik disertasiyasi müdafiə edən (1949) genc alim 1950-ci ildə Azərbaycan dilçiliyi kafedrsında dosent vəzifəsinə keçmiş, sonra uzun müddət Azərbaycan dili kafedrasının müdiri olmuş, eyni zamanda Azərbaycan qiyabi Pedoqoji İnstitutunda, H. Zərdabi adina Kirovobad Pedaqoji İnstitutunda dilçilik kafedralarına rəhbərlik etmişdir. "Müasir Azərbaycan ədəbi dilində mürəkkəb cümlə" mövzusunda uğurla direktorluq dissertasiyası müdafiə edən (1968) alim son illərdə M. F. Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunda eksperimental fonolaborotoriya elmi rəhbəri vəzifəsində çalışmışdır. Professor Moskva, Leninqrad, Kiyev, Daşkənd, Alma-Ata, Aşqabad, Kazan, Frunze, Tiflis, İrəvan kimi şəhərlərdə dilçilik problemlərinə həsr olunmuş SSRİ miqyaslı simpozium və konfranslarda iştirak etmiş dilçiliyin bu ali məclislərində çıxış etmişdir. Onun elmi və pedoqoji kadrların hazırlanmasında mühüm xidmətləri var. Görkəmli alimin respublika və Ümumittifaq mətbuatında əllidən artıq elmi məqaləsi, "Müasir Azərbaycan dilinin sintaksisi" (1960), "Müasir Azərbaycan dilində mürəkkəb cümlə (1961), "Müasir Azərbaycan dilində felin quruluşu" (1962) kitabları nəşr olunmuşdur. == Ailəsi == Zeynal Sayalı Hüseynəli qızı Hacıyeva ilə ailə qurmuşdu.
Zeynal Vəfa
Zeynal Vəfa (Zeynalov Zeynalabdin İsmayıl oğlu) - şair, publisist. == Həyatı == Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M.T.Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957-1962) təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963-1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969-1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980-1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982-1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987-1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990-1992), "Meydan" qəzetində baş redaktor (1992-1993) vəzifələrində çalışıb.
Zeynal Xəlil
Xəlilov Zeynal Rza oğlu (23 mart 1914, Yelizavetpol – 11 avqust 1973, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). == Həyatı == On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S. Vurğun, M. Müşfiq, R. Rza, S. Rüstəm, M. Rahim, O. Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-cı ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şeirlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması , (1942) yazmışdır. "Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Zeynal Zeynalov
Zeynal Abbas oğlu Zeynalov — futbolçu. Zeynal Abdulla oğlu Zeynalov — dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961). Zeynal Eynal oğlu Zeynalov — ictimai-siyasi xadim, 2-ci Dövlət Dumasının üzvü.
Zeynal Zülfüqarlı
Zeynal Alim oğlu Zülfüqarlı (31 may 1995; Şirvan, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zeynal Zülfüqarlı 1995-ci il mayın 31-də Şirvan şəhərində Alim və Şəlalə Zülfüqarlıların ailəsində anadan olmuşdur. 2001-2006-cı illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təhsilini 2006-2007-ci illərdə 21 nömrəli tam orta məktəbdə almışdır. 2007-2010-cu illərdə Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsilinə davam etmişdir. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsilini bitirmişdir. === Ailəsi === Zeynal Zülfüqarlı 2019-cu il dekabrın 2-də ailə həyatı qurmuşdur, Zeynal adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Zeynal Zülfüqarlı 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 1 il Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini 2017-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında "kiçik gizir" rütbəsində davam etdirmişdir.
Zeynal Şahhüseynli
Zeynal Fizuli oğlu Şahhüseynli (17 may 1998; Masallı, Azərbaycan — 16 iyun 2021; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. == Həyatı == Zeynal Şahhüseynli 17 may 1998-cu ildə Masallı şəhərində anadan olmuşdur. 2015-ci ildə İsfəndiyər Zülalov adına tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra dini təhsilini Bakı şəhərində almış və İranın Qum şəhərinin elmi hövzəsində davam etmişdir. Ailəli idi. == Hərbi xidməti == Zeynal Şahhüseynli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini kəşfiyyatçı olaraq başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Zeynal Şahhüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zeynal Şahhüseynli Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və Bakı Şəhər Hərbi Hospitalına yerləşdirilmişdir.
Zeynal Əkpərov
Zeynal Əkpərov (Zeynal İba oğlu Əkpərov; d. 28.09.1952, Cəlilabad rayonu, Privolnı kəndi) — aqrar elmlər üzrə elmlər doktoru, Genetik Ehtiyatlar İnstitutunun direktoru (2002). AMEA-nın müxbir üzvü (2014). == Həyatı == 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1971-ci ildə Privolnı kənd orta məktəbini bitirib. 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Gəncə) “Aqronomluq” fakültəsini fərqlənmə diplomu ilə, 1978-1981-ci illərdə ET Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirib. 1987-ci ildə Moldova Respublikasının Elmlər Akaemiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-2010-cu illərdə ET Əkinçilik İnstitutunda və AMEA Genetik Ehtiyatlar İnstitutunda bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və idarə olunmasının elmi-nəzəri əsaslarının işlənib hazırlanması istiqamətində apardığı tədqiqatların nəticəsində 2010-cu ildə ET Əkinçilik İnstitutunda seleksiya və toxumçuluq ixtisasında “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.140-dan çox elmi əsərin (66-i xaricdə), 5 kitabın (2-i xaricdə), o cümlədən 3 monoqrafiyanın, 2 kitabçanın, 2 tövsiyənin müəllifidir. == Tədqiqat sahəsi == Bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və yeni sortların yaradılması,Bitkilərin becərilmə texnologiyasının elmi əsasları == Elmi-təşkilati fəaliyyəti == 1996 - “Seleksiya nailiyyətləri haqqında”, 1998 - “Toxumçuluq haqqında”, 2011 - Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası qanunlarının hazırlanması, 2004-2011 Bitki Genetik Ehtiyatlarının Mühafizəsi üzrə Milli Genbankın yaradılması, Milli toxum genefondunun burada toplanması və mühafizəsinin təşkili, 2004 - Bioloji Müxtəliflik üzrə Konvensiya çərçivəsində Azərbaycan Respublikasında biomüxtəlifliyin vəziyyəti ilə bağlı I Milli Məruzənin hazırlanması, 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Biomüxtəlifliyin Qorunması və davamlı İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nın hazırlanması, 1996-2006 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə I və II Ölkə Hesabatlarının hazırlanması, 2006-2010 - Milli İnformasiya Mübadiləsi Mexanizminin yaradılması, 2009-2010 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Dünya Hesabatının hazırlanması, 2004-2006 - Respublikanın zəngin bitki müxtəlifliyi olan Şəki və Lerik rayonlarında elmi-tədqiqat bazalarının yaradılması 2010-2011 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının yeni variantının hazırlanması, 2011 - Bitki Genetik Ehtiyatları üzrə Milli Strategiya və Fəaliyyət Planının hazırlanması == Əmək fəaliyyəti == 1981-1988 - ET Əkinçilik İnstitutunda kiçik elmi işçi 1988-1992- ET Əkinçilik İnstitutunda böyük elmi işçi 1992-2000- ET Əkinçilik İnstitutunda elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri 2000-2002 - Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir 2002-ci ildən bu günə kimi AMEA Genetik Ehtiyatlar İnstitutunun direktorudur. == Seçilmiş əsərləri və monografiyaları == 1. Əliyev C.Ə., Əkpərov Z.İ., Nəbiyev M.H. Azərbaycanda suvarma şə-raitində soyanın becərilməsi, Azərnəşr, Bakı, 1982, 54 s.
Zeynal Əliyev
Zeynal Həsən oğlu Əliyev — Azərbaycan SSR əməkdar mühəndisi. == Mükafatları == 24 yanvar 1991-ci ildə tikinti materialları sənayesinin və əsaslı tikintinin inkişafına böyük köməyinə görə ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
Zeynal Əlizadə
Əli­yev Zey­na­lab­din bəy Ha­ca­ğa oğ­lu (24 aprel 1894, Ba­kı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) milli mədəniyyətin tərəqqisində yaxından iştirak etmiş mədəniyyət xadimi. == Həyatı == Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Par­la­men­ti­nin xü­su­si qə­ra­rı­na əsa­sən, döv­lət he­sa­bı­na ali təh­sil al­maq üçün xa­ri­cə gön­də­ril­miş tə­lə­bə­lər­dən bi­ri. Par­la­men­tin 1919 il 1 sent­yabr ta­rix­li qə­ra­rı­na əsa­sən, təh­si­li­ni me­mar­lıq sa­hə­sin­də da­vam et­dir­mək üçün Ro­ma Kral Rəs­sam­lıq Aka­de­mi­ya­sı­na (İta­li­ya) gön­də­ril­miş­di. Son­ra­kı ta­le­yi ba­rə­də mə­lu­mat aş­kar olun­ma­mış­dır". Zeynal Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət gerbinin, hərbi orden-medalların və dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak etmişdir. Onun layihəsi əsasında buraxılmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk olunmuşdur. == Haqqında yazılanlar == "Azər­bay­can Yurd bil­gi­si" dər­gi­sin­də­ki mə­qa­lə­lər "Hey­kəl­tə­raş Zey­nal A. Sa­ray" və "Zey­nal Ak­koç" im­za­la­rı ilə çap olun­muş­dur. "1919-cu il­də, av­qust ayı­nın 27-ci gü­nün­də ve­ri­lib şə­ha­dət­na­mə xü­su­sun­da ki, Ağa Zey­na­lab­din bəy Ha­cı Ağa­bəy oğ­lu Əli­yev Ba­kı şə­hə­ri­nin sa­ki­ni, Ha­cı Qa­sım­bəy məs­ci­di­nin ca­maa­tı­na mən­sub­dur. Tə­vəl­lü­dü va­qe olub 1894-cü il­də ap­rel ayı­nın 24-cü gü­nün­də, ne­cə ki, tə­vəl­lü­dü sü­but olu­nub məs­ci­din met­rik dəf­tə­rin­də İm­za­nı təs­diq edi­rəm. Ha­cı Qa­sım­bəy məs­ci­di­nin mol­la­sı Mol­la Ru­hul­la Ha­cı Ab­dul­la oğ­lu." Mövsüm Əliyevin yaz­mış ol­du­ğu mə­qa­lə­lərdə, Zey­nal Ha­cıa­ğa oğ­lu Əli­za­dənin 1895-ci il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­duğu qeyd olunub.
Məşədi Zeynal Haqverdiyev
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. == Həyatı == Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür.Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir.1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.Məşədi Zeynal Azərbaycan musiqi tarixində Sadıqcandan sonra ilk solo çalan tarzənlərdən biri olmuşdur. O hələ 1897-ci ildə Şuşada "Xandəmirovun teatrı"nda təşkil edilmiş xeyriyyə gecəsində tarda "Çahargah"ı çalmışdır. Onun ifasında bu muğam xüsusilə fərqlənmişdir.
Usta Zeynal Nəqqaş
Usta Zeynal Nəqqaş (Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə; 1839, Ordubad – 1904, Ordubad, Naxçıvan qəzası) — xəttat nəqqaş və şair. == Həyatı == Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərir. Ordubadda sonra isə Təbrizdə mədrəsə almış, nəqqaşlıq sənəti ilə yanaşı, ərəb-fars dillərini və klassik Şərq şerini mükəmməl öyrənmişdir. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olmuşdur. Ədəbi irsindən çox az nümunələr dövrümüzədək gəlib çatmışdır. Əlyazma divani itdiyindən yaradıcılığı haqqında ətraflı danışmaq mümkün deyil. Lakin əldə olan nümunələr göstərir ki, Usta Zeynal Nəqqaş həm klassik, həm də tənqidi-realist üslubda şeirlər yazmışdır. == Fəaliyyəti == === Şeirləri === Şeirləri bədii sənətkarlıq xüsusiyyətləri, orijinal obrazları, cinas qafiyələri ilə diqqət cəlb edir. "Nə bilim" adlı satirik şeirindən misralar: === İctimai məzmunlu şeirləri === İctimai məzmunlu şeirlərində dövrün sosial ziddiyyətləri, yoxsul camaatı iqtisadi və mənəvi əsarətdə saxlayan hakim təbəqələr tənqid olunur. Azərbaycanın digər şəhərlərində fəaliyyət göstərən ədəbi məclislərin üzvləri ilə əlaqəsi saxlamış, onlarla şerlənmiş, məktublaşmışdır.
Zeynal Zeynalov (futbolçu)
Zeynal Abbas oğlu Zeynalov - (6 dekabr 1979, Bakı, Azərbaycan SSR) — Azərbaycan futbolçusu. Yarımmüdafiəçi. Futbol üzrə Azərbaycan milli yığmasında və çimərlik futbolu üzrə Azərbaycan yığma komandasında çıxış etmişdir. == Tərçümeyi halı == Zeynal Abbasov futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında öz debutunu 1997-1998-ci il mövsümündə "Bakı fəhləsi klubunun heyətində keçirmiş, 2 oyunda iştirak etmişdir. 1999-2000-ci il mövsümündən başlayaraq Dinamo (Bakı) klubunun şərəfini qorumuşdur. Z.Zeynalov 2004-cü ildə İmişlinin "MKT-Araz" futbol komandasına keçmişdir. Yeni klubda o, 3 mövsüm ərzində çıxış etmiş, 2006-2007-ci il mövsümündə komandanın kapitanı olmuşdur. Komandanın baş məşqçisi İqor Nakoneçnı ilə münasibətlərini nizama sala bilmədiyinə görə komandanı tərk etmiş və "Neftçi" Bakı komandası ilə bir illik müqavilə imzalamışdır.. Lakin o, "Neftçi" Bakı komandasının heyətində cəmi 1 oyun oynamış və 2007-2008-ci il mövsümünün qış fasiləsində Yevlağın "Karvan" komandasına keçmişdir. Z.Zeynalov 2008-ci ildə futbolçu kimi karyerasını Salyanın "Muğan" komandasının heyətində davam etdirmişdir.
Zeynal Zeynalov (nazir)
Zeynal Abdulla oğlu Zeynalov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961). == Həyatı == Zeynal Zeynalov 1917-ci ildə Şuşada arabaçı ailəsində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1933-cü ildə Azərbaycan Hidrotexnikumuna daxil olmuş, 1937-ci ildə oranı bitirmişdir. O, bir il Mirbəşir rayonunda işləmiş, təhsilini davam etdirmək üçün Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olmuş, 1942-ci ildə bitirmişdir.Zeynal Zeynalov 1942-ci ildən başlayaraq Xaçmaz, Salyan, Bakı–Sabunçu, yol distansiyalarında rəis müavini və rəis vəzifələrində çalışmışdır. O, 1950-ci ildə Bakı Dəmir Yolu Texnikumunun direktoru təyin edilmişdir. Bir il sonra, 1951-ci ildə Dzerjinski rayon partiya komitəsinin ikinci katibi seçilmiş, Azərbaycan Kommunist Partiyası Bakı Vilayət Komitəsi nəqliyyat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.1946-cı ildən Sov.İKP partiyasının üzvü olan Zeynal Zeynalov 1953-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye və nəqliyyat şöbəsi müdirinin müavini, 1954-cü ildə isə Azərbaycan KP MK nəqliyyat və rabitə şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Sonra isə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri vəzifəsində çalışmışdır.
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov (film)
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov — qısametrajlı, sənədli televiziya filmi. Rejissor Salar Aslanov tərəfindən çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan xalq artisti, görkəmli aktyor Əli Zeynalov haqqındadır. == Məzmun == Film Azərbaycan xalq artisti, aktyor, Əli Zeynalovun həyat və yaradıcılığından bəhs edir.
Adil Zeynalov
Adil Ağakərim oğlu Zeynalov (20 fevral 1960, Lənkəran – 12 mart 2020, Bakı) — Azərbaycan aktyoru, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir.A.Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətinin üzvü olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor kimi fəaliyyət göstərərək burada bir sıra rolları ifa etmiş, 2002-ci ilin aprel ayından isə ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış və rejissor kimi tamaşalara quruluş vermişdir. A.Zeynalovun oynadığı "Olanlardan-keçənlərdən" (Ü.Hacıbəyov) və "Ölülər" (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının "Qızıl fondu"nda saxlanılır. == Vəfatı == Adil Zeynalov 12 mart 2020-ci ildə vəfat etmişdir. == Mükafatları == 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Anar Zeynalov
Anar Zeynalov (tam adı: Anar Niyaz oğlu Zeynalov; d. 17 may 1972, Göyçay, Azərbaycan SSR, SSRİ — ö. 24 avqust 1992, Qazançı, Zəngilan, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi. == Həyatı və Qarabağ müharibəsi == Anar Zeynalov 17 may 1972-ci ildə Göyçayda anadan olmuşdur. 1986-cı ildə Göyçay şəhərində yerləşən 3 nömrəli orta məktəbi bitirmişdir. 1991-ci ildə hərbi xidmətə yollanan və Zəngilan rayonu uğrunda gedən göyüşlərə qatılan Anar Zeynalov, 24 avqust 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Ailəsi == Subay idi.
Aqil Zeynallı
Aqil Aydın oğlu Zeynallı (5 noyabr 1995, Sabirabad rayonu – 31 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Zeynallı 1995-ci il noyabrın 5-də Sabirabad rayonunun Axtaçı Muğan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Aqil Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Zeynallı oktyabrın 31-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Sabirabad rayonunun Axtaçı Muğan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqil Zeynallı ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Araz Zeynalov
Araz Hidayət oğlu Zeynalov (7 iyul 1961, Bakı – 3 avqust 2022, Bakı) — azərbaycanlı jurnalist, publisist. == Həyatı == Araz Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində dünyaya gəlib. 1978–1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Hidayət Zeynalovun oğludur. O, həm də AiD kimi tanınan azərbaycanlı repçi Orxan Zeynallının atasıdır. == Fəaliyyəti == A. Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb. O, rusdilli vesti.az saytının ilk baş redaktoru olub. Uzun illər bu sayta rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.
Arzu Zeynalov
Arzu Zeynalov (6 mart 1999, Arşalinsk rayonu[d], Aqmola vilayəti – 2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zeynalov Arzu Rövşən oğlu 1999 -cu il martın 6-da Qazaxıstan Respublikasının Arşalinskiy rayonundun Qırmızı Göl kəndində anadan olub. 2005-ci ildə Daşkəsən rayon Mədənçilər qəsəbəsindəki Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. == Hərbi xidməti == 04.04.2017-ci il tarixində Arzu Zeynalov həqiqi hərbi xidmətə yollanmış,2018-ci ilin oktyabr ayında isə hərbi xidmətini bitirmişdir. 2020-ci ilin iyun ayından etibarən MAHHXHQ əsgər kimi yenidən xidmətə başlayıb. 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində şərti adı “Ağdağ” döyüş mövqeyi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Arzu Zeynalov 2020-ci il noyabrın 24-də Daşkəsən rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra"Vətən uğrunda" medalı ilə təltif ediliib.
Asəf Zeynallı
Asəf Zeynallı (5 aprel 1909, Dərbənd, Dağıstan vilayəti – 27 oktyabr 1932, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edir.Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929–1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar.
Asəf Zeynallı (film, 2000)
Asəf Zeynallı qısametrajlı sənədli televiziya filmi 2000-ci ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan bəstəkarı, görkəmli şəxsiyyət Asəf Zeynallının həyat və yaradıcığından bəhs edir. == Məzmun == Film Azərbaycan bəstəkarı, Azərbaycan musiqi tarixində ilk romanslar müəllifi, Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyan görkəmli şəxsiyyət Asəf Zeynallının həyat və yaradıcığından bəhs edir.
Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumu
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A.N.Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.
Asəf Zeynallı adına Bakı Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A.N.Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.
Asəf Zeynallı adına Musiqi Məktəbi
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A.N.Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.
Asəf Zeynallı küçəsi
Asəf Zeynallı küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, Qala küçəsindən Kiçik Qala küçəsinə qədər olan küçə. Şəhərin əsas turizm marşrutlarından biridir. == Tarixi == Bəstəkar Asəf Zeynallı (1909-1932) adına layiq görülmüşdür. Şəhərin ən qədim küçələrindən biridir. 1939-cu ilə qədər Böyük Minarə çağırıldı. Sovet dövründə küçənin görməli yerlərindən biri məşhur "Kabab Mamedali" idi. == Tikili == 11 - "Abşeron" qalereyası 18 - Seyid Yəhya Murtuza məscidi (17-ci əsrin əvvəllərində) 25 - Şeyx İbrahim məscidi (XV əsrin əvvəllərində) 39 - Baba Kuhi Bakuvi məscidi 45 - Qəni Məmmədovun evi (1908) 49 - Cümə məscidi 53 - "Ləzgi" məscidi (Aşura məscidi) 63a - Mədrəsə Məscidi 65 - "İçərişəhər" ehtiyatı 67 - Hacı Qayıb hamamı == Görməli yerlər == Mirzə Şəfi küçəsi ilə küçə küncündə köhnə Bakı peşələrindən birinin nümayəndələrinə (yamacın çirklənməsinə əsaslanan xüsusi materiallar olan evlərin damlarının örtülməsi ustaları) bir abidə quraşdırılıb. Quruluşun müəllifi, sənətçi Niyaz Nəcəfov bir dəfə şəhərin peşəsinin itməsi xatırlatmaq istəmişdir, bu da çox vacib idi. Quraşdırmanın müəllifinə görə, evin damında olan işçi tərəfə tərəfi iplə qaynar qoşa vermək üçün gözləyir. == Yüksək səviyyəli qonaqlar == Rusiya prezidenti Vladimir Putin (14.08.2013) == Küçə kinoda == == Mənbə == Какую тайну таят в себе улицы Ичеришехер?
Asəf Zeynallı küçəsi (Bakı)
Asəf Zeynallı küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, Qala küçəsindən Kiçik Qala küçəsinə qədər olan küçə. Şəhərin əsas turizm marşrutlarından biridir. == Tarixi == Bəstəkar Asəf Zeynallı (1909-1932) adına layiq görülmüşdür. Şəhərin ən qədim küçələrindən biridir. 1939-cu ilə qədər Böyük Minarə çağırıldı. Sovet dövründə küçənin görməli yerlərindən biri məşhur "Kabab Mamedali" idi. == Tikili == 11 - "Abşeron" qalereyası 18 - Seyid Yəhya Murtuza məscidi (17-ci əsrin əvvəllərində) 25 - Şeyx İbrahim məscidi (XV əsrin əvvəllərində) 39 - Baba Kuhi Bakuvi məscidi 45 - Qəni Məmmədovun evi (1908) 49 - Cümə məscidi 53 - "Ləzgi" məscidi (Aşura məscidi) 63a - Mədrəsə Məscidi 65 - "İçərişəhər" ehtiyatı 67 - Hacı Qayıb hamamı == Görməli yerlər == Mirzə Şəfi küçəsi ilə küçə küncündə köhnə Bakı peşələrindən birinin nümayəndələrinə (yamacın çirklənməsinə əsaslanan xüsusi materiallar olan evlərin damlarının örtülməsi ustaları) bir abidə quraşdırılıb. Quruluşun müəllifi, sənətçi Niyaz Nəcəfov bir dəfə şəhərin peşəsinin itməsi xatırlatmaq istəmişdir, bu da çox vacib idi. Quraşdırmanın müəllifinə görə, evin damında olan işçi tərəfə tərəfi iplə qaynar qoşa vermək üçün gözləyir. == Yüksək səviyyəli qonaqlar == Rusiya prezidenti Vladimir Putin (14.08.2013) == Küçə kinoda == == Mənbə == Какую тайну таят в себе улицы Ичеришехер?
Atif Zeynallı
Atif Əbdülbaqi oğlu Zeynallı (20 mart 1927 – 28 yanvar 1991) — Azərbaycan şairi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Atif Zeynallı ədəbiyyata 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuş "Azərbaycan" adlı şeirlə gəlmiş, ömrünün sonuna qədər on dörddən artıq şer kitabı dərc edilmişdir. Yeddinci sinfəcən Bakıdakı 132 saylı orta məktəbdə oxumuşdur. Böyük Vətən müharibəsi başlanandan sonra ailəsi aclığa görə Mərdəkandakı bağ evinə köçmüşdür. Alim ömrünün son illərini də bu evdə yaşadı. 1944-1949-cu illərdə ADU-nun Ş\şərqşünaslıq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Cəlilabadda müəllim kimi başlamış, sonra Mərdəkandakı 156 saylı axşam məktəbində (vaxtilə burada 8-10-cu sifləri oxumuşdu) müəllimlik etmişdir. Müəllimliklə yanaşı, gündüzlər "Azərnəşr"də redaktor kimi çalışmışdır. Özünü ədəbiyyatda şair kimi görmək istəyən Atif Zeynallı 1953-cü ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olur. 1956-cı ildə Azərbaycan EA Ədəbiyyat İnstitutunda işə girir.
Aygün Zeynalova
Aygün Mübariz (tam adı:Qurbanova Aygün Mübariz qızı;1979, Bakı) — Azərbaycan Respublikası əməkdar artisti == Həyatı və təhsili == Zeynalova Aygün Mübariz qızı 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə "The British Council Training Centre"- ində təhsili yüksək balla, 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Üniversitetinin bakalavr, 1998-2000-ci illərdə həmin Universitetin magistratura pillələrini "fərqlənmə diplomu" ilə bitirmişdir. 2000-2006-cı illərdə Bakı Musiqi Akademiyasının Azərbaycanın Xalq artisti, prof. Xuraman Qasımovanın "solo oxuma" sinfini yüksək qiymətlərlə bitirmişdir. Üzəyir Hacıbəyovun "Arşın mal alan" operettasında baş rol – Gülçöhrə obrazını özünəməxsus ustalıqla yaratmışdır. 2007-ci ildə SSRİ-nin Xalq artisti Yelena Obraztsovanın Bakıda keçirtdiyi ustad dərslərində (master klassda) çıxış etmiş və gənc vokalçının ifası onun tərəfindən yüksək qiymətləndirilmişdir. === Ailəsi === 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında aparıcı solist kimi çalışır. Bülbül adına orta ixtisas Musiqi məktəbində dərs deyir. === Beynəlxalq tədbirlərdə iştirakı === 2006-cı ildə Avstiyanın Vyana şəhərində keçiriləcək vokalçıların Beynəlxalq müsabiqə turunun seçim mərhələsi üzrə Juri nümayəndəsi tərəfindən Bakıda dinlənilib, bəyənilərək "25th International Hans Gabor Belvedere Singing Competition" II turunda iştirak etməyə dəvət almışdı, lakin müəyyən səbəblərdən iştirak edə bilməmişdir.
Azad Zeynalov
Azad Rafiq oğlu Zeynalov (4 mart 1987, İliç – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azad Zeynalov 1987-ci il martın 4-də Şərur şəhərində anadan olub. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. İki övladı yadigar qaldı. == Hərbi xidməti == Azad Zeynalov 2004-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun kapitanı olan Azad Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azad Zeynalov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Zeynalov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Zeynalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Zeynalov
Azər Zeynalov (müğənni) — opera müğənnisi, professor, Azərbaycan Respublikasının və Dağıstan Respublikasının xalq artisti. Azər Zeynalov (siyasətçi) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvəqqəti sədri, sədrin birinci müavini və deputatı.
Azər Zeynalov (müğənni)
Azər Zeynalabdin oğlu Zeynalov (13 dekabr 1964, Naxçıvan) — Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor. == Həyatı == Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə getmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olmuş, arada 2 il hərbi xidmətə getmiş və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurmuşdur. 1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirmiş və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atmışdır. Bərabər olaraq Rafiq Babayevin "Cəngi" ansamblında da fəaliyyət göstərmiş və həmin il "Odlar Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilmişdir. 1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuşdur. 1994-cü ildə İtaliyada qəbul imtahanı verərək "Aqostino Steffani" adına (Kastelfranko Veneto şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olmuş, orada dahi italyan müğənnisi Mario del Monakonun vaxtilə tələbəsi və asistenti olmuş professor Alemanno Osvaldodan 2 il vokal dərsi almış, 1996-cı ildə "Opera ifaçısı" ixtisası ilə oranı bitirib Azərbaycana dönmüş və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır.
Azər Zeynalov (siyasətçi)
Azər Yadulla oğlu Zeynalov (1970, İliç) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi və sədrinin birinci müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatı. == Həyatı == Azər Zeynalov 1970-ci ildə Naxçıvan MSSR-in Şərur şəhərində doğulmuşdur. 1977–1987-ci illərdə Şərur şəhəri Nəriman Nərimanov adına 1 nömrəli orta məktəbdə, 1987–1992-ci illərdə isə Lipetsk Politexnik İnstitutunda sənaye nəqliyyatı ixtisası üzrə təhsil almışdır. 1992–1993-cü illərdə ordu sıralarında xidmət etmişdir.Azər Zeynalov 1993-cü ildə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində, 1994-cü ildə Şərur Rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi, 1996-cı ildən Ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi, 1999-cu ildən isə həmin şöbədə böyük referent olaraq çalışmışdır.Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.Azər Zeynalov 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsində çalışmışdır.Ailəlidir, iki övladı var. == Siyasi fəaliyyəti == Azər Zeynalov 6 noyabr 2005-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 1685 səs (65,5%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilmişdir. Naxçıvan Ali Məclisinin III çağırışının 28 noyabr 2005-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilmişdir. Azər Zeynalov 2010-cu il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilmişdir. Naxçıvan Ali Məclisinin IV çağırışının 3 dekabr 2010-cu il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini seçilmişdir.Azər Zeynalov 2015-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur.
Bahadur Zeynalov
Bahadur Qasım oğlu Zeynalov (1917, Qoçəhmədli, Qaryagin qəzası – 1995, Bakı) — kimyaçı, AEA-nın həqiqi üzvi, əməkdar elm xadimi. == Həyatı == Bahadur Zeynalov 1917-ci ildə Qaryagin qəzasının Qoçəhmədli kəndində dünyaya gəlmişdi. Orta məktəbi bitirəndən sonra 1930-cu ildə Ağdam Kənd təsərrüfatı Texnikumuna daxil olmuşdu. 1933-cü ildə texnikumu tamamlayıb MTS-də aqrotexnik vəzifəsində işə başlamışdı. 1934-cü ildə API-yə qəbul olmuşdu. 1938-ci ildə institutu tamamlayıb, EA-nın aspiranturasına girmişdi. 1939-cu ildə əskəri xidmətə çağırılmışdı. Səmərqənd şəhərindəki 1592-ci süvari alayında hərbi qulluğa başlamışdı. 1940-cı ilədək burda xidmət etmişdi. 1940-cı ildən 1941-ci ilədək Leninabad şəhərində 9-cu minamyot bölməsinin kursantı olmuşdu.
Bəhruz Zeynalov (hərbçi)
Bəhruz Novruz oğlu Zeynalov (d. 9 may 1989, Ağdam rayonu – ö. 11 fevral 2013, Qaradağ yaxınlığı, Bakı) — leytenant, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti. == Həyatı == Bəhruz Zeynalov 9 may 1989-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Bəhruz 2013-cü ildə fevral ayının 11-də adı çəkilən qüvvələrə məxsus Mil Mi-17 helikopterinin Qaradağ rayonu ərazisində Xəzər dənizinə düşməsi nəticəsində faciəli şəkildə həyatını itirmişdir. Məlum olduğu kimi Bəhruzun uşaqlıq dövrü muharibə illərinə təsadüf edib. Onuda qeyd edimki Zeynalovlar ailəsi əslən Ağdam rayonundandılar. Evin başcısı Novruz Zeynalov hərbi hissədə həkim olub. Muharibə zamanı ağır yaralanıb. Həyat yoldaşı, qardaşı və nəhayət, oğlu hərbçi olan Tamam ana elə hey oğlundan danışıb, dururdu.
Bəhruz Zeynalov (klarnet ifaçısı)
Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnet və balaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin] == Haqqında == Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır. Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur. == Mükafatları == Azərbaycan SSR Əməkdar Artisti (1982) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səyavuş Əlizadə. Şağan və şağanlılar (Qrifli). Bakı: Nurlan. 2008. səh.
взбуха́ние вы́ползок гид ежеу́тренний злю́ка зона́льно нея́вственный сино́д скворча́ть чистю́лька эгоисти́чность ату́канье как свои пять па́льцев знать недви́жность парение хирзать caddy conga hyperbaric loy micklegemote self-identity silver fizz such and such автоматика