AYDINLAŞMAQ

f.
1. Aydınlıq olmaq, açılmaq, buluddan və s.-dən təmizlənmək. Göy üzü aydınlaşdı. Axşamdan hava buludlu idi, səhərə yaxın aydınlaşdı.
2. Aşkar olmaq, aydın olmaq, bəlli olmaq, məlum olmaq, müəyyənləşmək. Məsələ aydınlaşdı. Vəziyyət aydınlaşdı. Fikir hələ tamamilə aydınlaşmamışdır.
3. Yaxşı görünmək, aydın görünməyə başlamaq. Gün çıxdı, dağların başı aydınlaşdı.

Синонимы

  • AYDINLAŞMAQ aydınlaşmaq bax bilinmək
  • AYDINLAŞMAQ işıqlaşmaq — açılmaq
  • AYDINLAŞMAQ işıqlaşmaq — nurlanmaq — parlamaq
  • AYDINLAŞMAQ aşkarlaşmaq — müəyyənləşmək
AYDINLAŞMA
AYDINLATMA

Значение слова в других словарях