AYRILMAZ

sif.
1. Heç vaxt bir-birindən ayrılmayan, çox yaxın, həmişə bir yerdə olan. Ayrılmaz dostlar. Ayrılmaz bacılar. Ayrılmaz yoldaşlar.
– Dünəndən ayrılmaz, bu günə bağlı; Sabaha can atan təşnə bir insan! Şəhriyar.
Bəlkə də bir simli iki sazıq biz; Sən qansan, mən ürək, ayrılmazıq biz. M.Araz.

2. Heç bir vaxt bir-birindən ayrıla bilməyən, bir-birindən ayırmaq mümkün olmayan. Qarabağ əzəldən Azərbaycanın ayrılmaz parçası olmuşdur.
– Sevgi gözəllikdə ayrılmaz ərşdir; Biri Aydır onun, biri Günəşdir. M.Müşfiq.

Синонимы

  • AYRILMAZ yaxın
AYRILMAQ
AYRILMAZLIQ

Значение слова в других словарях