Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şirinquş
Şirinquş ya da Nabat, çöp üstündə yerləşən şüşə sorma konfet növüdür. == Növləri == Xoruz (rus. Петушок) – Rusiya İmperiyası, və SSRİ-də tanınmış nabat növüdür, adətən xoruz şəklində karameldən (qaynamış şəkərdən) qayrılır, lakin daha sonra ulduz, balıq və başqa formaları da populyar oldu. Lolipop (ing. Lollipop) – adətən yumru şəkildə olan nabat İngiltərədə icad olunmuşdur və 1920-ci illərdə ticari məqsədlər ilə sənayeləşdirilmişdir. Manpası (rus. Монпансье, fr. Montpensier) – bu rəngarəng konfetlər başqa konfetlərdən seçilmək üçün hersoginya Anne Marie Louise d’Orléans-ın şərəfinə bu cür adlandırıldı. Azərbaycanda bir zamanlar bütün Manpasıya oxşar konfetləri də bu cür adlandırırdılar, lakin bu konfetlərin satışdan çıxdıqdan sonra bu söz unuduldu. Başqa dillərdə Pastil adı ilə tanınır.
Şirinsu
Şirinsu (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Şirinsu (İran) — İranın Həmədan ostanının şəhərlərindəndir.
Şirinsu (Lənkəran)
Şirinsu — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. == Toponimiyası == Yaşayış məntəqəsindəki su içməyə daha yararlı (şirin) olduğu üçün bu adı almışdır. Ətraf yerlər dəniz səviyyəsindən aşağıda yerləşdiyindən oradakı quyu suyu, əsasən şor dadlı olur.
Şirinsu (İran)
Şirinsu — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Şirinsu bəxşində yerləşən şəhər və bu bəxşin inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,280 nəfər və 507 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Amerikan şirinsu tısbağaları
Amerikan şirinsu tısbağaları (lat. Emydidae) — Tısbağalara aid fəsilə. Onlar kiçik və orta ölçülərə malik olurlar. Bir sıra növlərinin başları rəngərang olur dəriləri isə hamardır. Fəsiləyə aid növlər geniş arealda yayılmışdır. Onlara Şimali Amerika, Cənubi Amerika, Avropa və Asiya ərazilərində rast gəlinir. Bu fəsiləyə daxil olan növlər əsasən lal axan su tutarlarında yaşayırlar. Bir sıra heyvan və bitki növləri növləri ilə qidalanırlar. Bir çox növlər isə sırf bitkilərlə qidalanır.
Asiya şirinsu tısbağaları
Asiya şirinsu tısbağaları (lat. Geoemydidae) — gizliboyun tısbağalar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Avstraliya şirinsu timsahı
Avstraliya şirinsu timsahı (lat. Crocodylus johnstoni) — əsl timsahlar sinfinin dümayəndəsi. Avstraliyanın şimalında şirin suda yaşayır. Əvvəlcə kəşf edənin soyadının yazılmasında bir səhv olduğu üçün Crocodylus johnsoni, yəni Conson timsahı adını alır (Robert Arthur Johnstone, 1843–1905). Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir. == Görünüşü == Bu nisbətən kiçik bir timsah növüdür. Erkəklər çox nadir hallarda 2,5–3 m-dən çox böyüyürlər. Bu ölçüyə çatmaq üçün canlıya 25–30 il lazımdır. Dişilər ümumiyyətlə 2,1 m-dən çox deyil. Arqayl gölü və Nitmilek Milli Parkı kimi ərazilərdə əvvəllər 4 metrə qədər olan fərdlərə rast gəlinmişdir.
Serinus
Serinus (lat. Serinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Sirius
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Kolorado Sprinqs
Kolorado Sprinqs (ing. Colorado Springs) — Amerika Birləşmiş Ştatlarının Kolorado ştatın mərkəzi hissəsində şəhər.
Serinus canaria
Serinus canaria (lat. Serinus canaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin serinus cinsinə aid heyvan növü.
İrineus Lionlu
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. == Bioqrafiyası == İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
Sirius Blek
Sirius Blek (3 noyabr 1959 – 18 iyun 1996) — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı uydurma bir personaj. Sirius ilk olaraq Harri Potter və Fəlsəfə Daşında Lord Voldemortun Ceyms və Lili Potteri öldürməsindən qısa bir vaxt sonra Rubeus Haqridə uçan bir motosiklet borca verən bir sehrbaz olaraq qısaca bəhs edilmişdir. Özünün məhkum olduğu Harri Potter və Azkaban Dustağında önə çıxarkən, əsas personaj Harri Potterin xaç atası olduğu da ortaya çıxar. Seriyanın Harri Potter (film seriyası) Sirius personajı Qari Oldmen tərəfindən canlandırıldı. == Fon == Sirius Blek, bir zamanlar önəmli bir Safqan Sehrbaz ailəsi olan Blek Hanəsinin son varisidir. Valideynləri Orion və Valburqa Blek, həm anadangəlmə Blek həm də ikincil əmiuşağıdırlar. Siriusin kiçik bir qardaşı Requlus Blek (R.A.B) və üç böyük əmisiuşağı vardır: Bellatriks Lestreync, Andromeda Tonks (ən sevdiyi əmisiuşağı və Nimfadora Tonksun anası) və Narsissa Malfoy (Drako Malfoyun anası). "Sirius", ən az üç nəsildə təkrarlanan və uşaqlara ulduz və bürclər adını verən bir ailənin ənənəsini təqib edən ənənəvi bir Blek soy adıdır. Siriusun ilk illəri kefsiz keçdi. qohumlarının çoxundan, özəlliklə də anasından nifrət etməyə başlamışdı.
Sirius təpəsi
Sirius təpəsi — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 1010 m hündürlüklü təpədir. Buzlaqlardan azaddır.Təpə Folklend Adalarından Asılı ərazilər Sorğusu (FİDS) tərəfindən hazırlanan 1946-ci ildə nizamnaməsinə görə İt ulduzu olan Siriusun adını daşıyır. == Yerləşməsi == Sirius təpəsi 63°43′ c. e. 58°36′ q. u. koordinatlarında yerləşmişdir. Şuyler dağından 2.28 km şimal-şərqdə, Detroyt yaylasından şimal-şərqdə, Russell Vest buzlağından şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Sirius ulduzu
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Hot Sprinqs (Vayominq)
Hot Sprinqs Rayonu (ing. Hot Springs County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 4 882 nəfər olmuşdur. Rayonun paytaxtı Termopolis şəhəridir.
Palm-Sprinqs (Kaliforniya)
Palm-Sprinqs (ing. Palm Springs) — Riversayd qraflığı, Kaliforniya, ABŞ-də yerləşən şəhər. Koaçella vadisindəki doqquz şəhərdən biri. == Coğrafiya == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, şəhərin ümumi sahəsi 246.3 km², o cümlədən 244.1 km² - torpaq və 2.2 km²-ni su təşkil etmişdir. Palm-Sprinqs San-Bernardinodan 89 km şərqdə, Los-Ancelesdən 172 km şərqdə, San-Dieqodan 198 km şimal-şərqdə və Finiksdən qərbdə 431 km məsafədə yerləşir. Palm-Sprinqs Koaçella vadisində yerləşir və hər tərəfdən dağlarla əhatə olunur: San Bernardino (şimalda), Santa Rosa (cənubda), San Jacinto (qərbdə) və Kiçik San Bernardino (şərqdə). Unikal coğrafi mövqeyinə görə Palm Springs mülayim və quru iqlimə malikdir; İldə 354 gün günəşlidir. Hər il orta hesabla 122,7 mm yağıntı düşür. Orta illik temperatur 23,7 °C-dir. 22 yanvar 1937-ci ildə rekord dərəcədə aşağı temperatur qeydə alındı ​​və −7 °C təşkil etdi.
Rok Sprinqs qırğını
Rok Sprinqs qırğını (ing. Rock Springs massacre), Rock Springs qiyamı olaraq da bilinir (ing. Rock Springs Riot) — 2 sentyabr 1885-ci ildə Vayominq ərazisində yerləşən Amerikanın Rok Sprinqs şəhərciyində ağ immiqrant işçilər tərəfindən çinlilərin kütləvi öldürülməsi. Qarşıdurmanın əsas səbəbləri irqi gərginliklər və «Union Pacific Coal Department»-nin Çin mədən işçilərinin ağ mühacirlərə nisbətən daha az maaş alması siyasətidir. Bu siyasətlə əlaqəli olaraq daha çox çinlilər işə götürüldü və bu da ağ işçilərin narazılığına və sonradan onların qiyamına səbəb oldu. İğtişaşlar zamanı ən azı 28 çinli mədənçi öldürüldü və 15 nəfər yaralandı. Üsyançılar 75 Çin evini yandırdılar və ümumi dəyəri 147.000 dollar olan maddi ziyana səbəb oldular. Ağldərili və Çinli immiqrantlar arasında irqi düşmənçilik xüsusilə XIX əsrin sonlarında, xüsusilə Rock Springs hadisələrindən əvvəlki on ildə, ABŞ-nin qərbində özünü büruzə verdi. Rok Sprinqs qırğını ABŞ-də Çin əleyhinə düşüncələrin artması idi. 1882-ci il tarixli Çinlilərin təcrid aktı onların köçlərini on il müddətinə dayandırmasına baxmayaraq, qərardan əvvəl ABŞ-nin qərbinə gələn minlərlə çinli işçi var idi.
Monthly Shōnen Sirius
Monthly Shōnen Sirius (yaponca: 月刊少年シリウス, Hepbörn: Gekkan Shōnen Shiriusu) — Yaponiya aylıq şonen manqası jurnalı. Kodansha nəşriyyatı tərəfindən 2005-ci ilin mayından nəşr olunur. B5 formatındadır və bir sayının qiyməti 580 yapon yenidir. Digər şonen manqası jurnalları kimi bu jurnal da 16-21 yaşlı oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Palm-Sprinqs (film, 2020)
Palm Sprinqs — Endi Siaranın yazdığı, Maks Barbakovun rejissorluq etdiyi 2020 -ci il istehsalı olan elmi fantastik romantik komediya filmi. Filmin baş rollarında Endi Semberq (filmin ortaq prodüseri), Kristin Milioti və Cey Key Simmons çəkilib. Palm Sprinqsdəki toy mərasimində tanış olan iki şəxsin zaman döngəsində ilişib qalmaları göstərilir. Palm Sprinqs filminin ilk təqdimatı 26 yanvar 2020-ci ildə Sandens Film Festivalında oldu, eyni vaxtda Hulu-da və 10 iyul 2020-ci ildə Neon tərəfindən seçilmiş kinoteatrlarda nümayiş olundu. Film aktyor heyətinin roluna və konseptdən istifadəsinə görə yüksək qiymətləndirildi. 78-ci Qızıl qlobus mükafatlarında iki nominasiya qazandı: Ən Yaxşı Film – Musiqili və ya Komediya və Ən Yaxşı Film Aktyoru. Digər mükafatlar arasında 26- cı Tənqidçilərin seçimi mükafatlarında ən yaxşı komediya mükafatını qazandı.
Sirius (şəhər tipli qəsəbə)
Sirius — Rusiyanın Krasnodar diyarında şəhər tipli qəsəbə. Rusiyanın eyni adlı federal ərazisi (naukograd). İnzibati struktur baxımdan müstəqil şəhər dairəsi hesab olunur. Şəhərin yeni nizamnaməsinin qəbulundan əvvəl inzibati-ərazi quruluşu çərçivəsində Sirius şəhəri müvəqqəti olaraq Soçi şəhərinə tabe idi. == Coğrafiyası == Yeni qəsəbə İmeretin ovalığında, Qara dəniz sahilində, Mzımta və Psou çaylarının kəsişməsində, Rusiyanın dövlət sərhədinin keçdiyi yerdə yerləşir. Burada Olimpiya Parkı və 2014-cü ildə XXII Qış Olimpiya Oyunları üçün inşa edilmiş digər obyektlər, əyləncə parkı, çoxlu sayda otel, dəmir yolu stansiyası yerləşir. Həmçinin Mzımta çayının mənsəbində yerləşir: Soçi Imeretin limanı, istedadlı uşaqlar üçün "Sirius" təhsil mərkəzi. Sirius şəhər dairəsinin sərhədləri Mzımta çayının şimal-qərbində, şimalda və şimal-şərqdə — A-147 "Cubqa — Soçi — Abxaziya ilə sərhəd" magistral yolu boyunca uzanır. === İqlimi === Sirius ərazisi Tuapsedən cənubdakı Rusiyanın Qara dəniz sahilləri kimi, rütubətli subtropiklər zonasına daxildir (Köppen iqlim təsnifatına görə Cfa). Bu bölgə quru aralıq dənizi iqliminin hökm sürdüyü Anapadan, Gelenjikdən əhəmiyyətli dərəcədə fərqləndirir.